XƏBƏRLƏR l LİVE
Відкрити в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Показати більше8 824
Підписники
-1024 години
-467 днів
-22830 день
Архів дописів
8 821
Repost from Miriyev TV
⚡⚡Müdafiə Nazirliyinin məlumatı:
Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.
İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
t.me/miriyevtv
8 821
Paşinyan:
“Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təkliflər bir aydan çoxdur ki, Azərbaycana göndərilib və hələ onlara cavab verilməyib.”
t.me/xeberlerlive
8 821
İlham Əliyev: “Azərbaycan və Ermənistan sərhədində Aİ müşahidəçiləri adı altında NATO infrastrukturu yaradılıb”.
“Bizimlə sərhəddə, Ermənistan tərəfində qondarma avropalı müşahidəçilər adı altında NATO infrastrukturu yaradılıb”, - Prezident deyib.
Prezidentin sözlərinə görə, müşahidəçilərin göndərilməsi məsələsi Bakı ilə 2022-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Əliyev arasında dördtərəfli görüşdə razılaşdırılıb. “O vaxt biz hələ Fransanı normallaşma prosesindən kənarlaşdırmamışdıq. Və razılaşdırıldı ki, Avropa İttifaqının... nümayəndələrinin məhdud kontingenti iki ay müddətinə yerləşdirilsin. Bundan sonra bizim razılığımız olmadan missiyanın müddəti uzadıldı. Arqument isə belə idi: “Niyə sizinlə razılaşırsınız, bu, Ermənistan ərazisindəki missiyadır?” Arqumentimiz bu idi: “Biz razılaşdığımız halda niyə bizimlə razılaşdınız? Bu da mümkün deyil”, - Prezident bildirib.
O qeyd edib ki, daha sonra Aİ müşahidəçilərinin sayı 200 nəfərdən çox artırılıb. “Üstəlik, Kanada nümayəndələri də işə qarışdıqdan sonra bu missiya rahat şəkildə NATO missiyasına çevrildi”, - İlham Əliyev deyib.
t.me/xeberlerlive
8 821
Avropa İttifaqında Bitcoin Rezervləri Təklif Edilib
Avropa Parlamentinin üzvü Sarah Knafo Avropa İttifaqının strateji Bitcoin rezervləri yaratmasını təklif edib. O, bu prosesdə Avropa Mərkəzi Bankının rolunun vacibliyini vurğulayıb.
t.me/xeberlerlive
8 821
🇺🇸 Elon Musk:
▫️”Dərin dövlətin satqınları ənənəvi mediada pullu tərəfdarlarını mənim üstümə salmağa başladılar”.
▫️”Müharibəni başladan mən olmaq istəmirəm, amma onlar başlasa, dərin dövləti bitirərəm”.
t.me/xeberlerlive
8 821
❗️ Separatçıların Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.
⚠️ Ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfərdir.
t.me/xeberlerlive
8 821
🗓️ Azərbaycanda gələn ilin qeyri-iş günləri açıqlanıb
2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:⬇️
1, 2 yanvar–Yeni il bayramı;
20 Yanvar–Ümumxalq Hüzn Günü;
8 Mart–Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart–Novruz bayramı;
30, 31 mart –Ramazan bayramı;
9 May –Faşizm üzərində Qələbə günü;
28 May–Müstəqillik Günü;
6, 7 iyun–Qurban bayramı;
15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
8 Noyabr–Zəfər Günü;
9 Noyabr– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.
t.me/xeberlerlive
8 821
⚡Dövlət Xidməti: "Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə cəlb olunacaqlar”
t.me/xeberlerlive
8 821
HƏR NÖV REKLAMLAR ⚡️⚡️⚡️Reklamınızı bizə əmanət edin 🤝🏻
Ən sərfəli qiymətə günlük, həftəlik, aylıq və saatlıq paketlərimiz mövcuddur.
Reklam yerləşdirmək üçün əlaqə:
➡️➡️ @aliyev_146
8 821
❗️Milli Məclisdə hərbi xidmət yaşının 35-dən 30-a endirilməsi birinci oxunuşda təsdiqlənib.
t.me/xeberlerlive
8 821
Müəyyənləşdirilmişdir ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilmişdir.
Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamış, görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınmışdır. (DTX)
t.me/xeberlerlive
8 821
DTX:
▫️”Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma aşkarlanıb, 3 nəfər saxlanılıb.”
t.me/xeberlerlive
8 821
❗️İsrail İrlandiyadakı səfirliyini bağladı.
– Buna səbəb kimi İrlandiyanın anti-İsrail siyasəti göstərilib.
t.me/xeberlerlive
8 821
Repost from Miriyev TV
🚯🗑️ Nəqliyyat vasitələrindən bayıra zibil atanlar 4.000 manatadək CƏRİMƏLƏNƏCƏK
t.me/miriyevtv
8 821
⚡️Hərbi xidmətə çağırışla bağlı yeni dəyişiklik təklifləri:
● Xəstəliyinə görə hərbi xidmətə yararsız hesab olunan şəxslərin komissiyaya çağırılma yaşı azaldılır
● Orta ixtisas təhsili müəssisələrində təhsil alanlara hərbi xidmətlə çağırışa möhlət veriləcək yaş həddi dəyişir
● Hərbi xidmətdən boyun qaçıranların ölkədən getmək hüququ məhdudlaşdırılacaq
● Tibbi müayinəyə gəlməmə hərbi çağırışdan boyun qaçırma sayılacaq, 2 ilədək həbs nəzərdə tutulur
t.me/xeberlerlive
8 821
❗️Azər Babayev:
“Əsas məqsədimiz bütün sui-istifadə hallarının qarşısının alınmasıdır. Çağırışın ancaq elektron qaydada olması, bütün qərarların bildirilməsi nəzərdə tutulur. Bu da şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ancaq hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Konstitusiyada yazılıb ki, hər kəs hərbi xidmətdən keçməlidir, orada ali təhsil, orta təhsil fərqləndirilməyib. Amma biz buna hələ hazır deyilik. Bu layihə qəbul olunduqdan sonra o istiqamətdə təkliflərə baxa bilərik”.
t.me/xeberlerlive
8 821
❗Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə olunur
t.me/xeberlerlive
8 821
🇦🇿🇹🇷Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-mayor Kənan Seyidov Türkiyə Quru Qoşunları Komandanı ordu generalı Səlcuq Bayraqdaroğlu ilə görüşüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Kənan Seyidovun Səlcuq Bayraqdaroğlu ilə Türkiyəyə səfəri çərçivəsində görüşdüyü vurğulanıb.
🌐@hashplusmedia
8 821
⚡️Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirilir.
❕Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, bu, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilir.
t.me/xeberlerlive
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
