XƏBƏRLƏR l LİVE
Відкрити в Telegram
7 588
Підписники
-324 години
-287 днів
-16330 днів
Архів дописів
7 588
🇸🇮🇵🇸 Sloveniya hökuməti Fələstin dövlətini tanımaq qərarına gəlib.
t.me/xeberlerlive
30 трав 2024, 10:17
7 588
⚡️⚡️Türkiyə parlamenti əsgər və zabitlərin “TikTok”dan istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.
t.me/xeberlerlive
30 трав 2024, 09:41
7 588
🇺🇸ABŞ Ermənistan, Ukrayna, Moldova və Balkan ölkələrinin müdafiə nazirliklərinə xüsusi müşavirlər göndərir.
Bildirilir ki, məqsəd həmin ölkələrin ordusunu Amerika qüvvələrinə uyğunlaşdırmaq və Rusiya modelindən uzaqlaşdırmaqdır.
t.me/xeberlerlive | KİV
30 трав 2024, 09:11
7 588
🚕📚DİM taksi sürücülərini imtahan edəcək. İmtahanı keçən sürücülər 7 il qüvvədə olacaq sənəd əldə edəcəklər.
t.me/xeberlerlive
30 трав 2024, 08:21
7 588
🇮🇱❗️İsrail baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun instagram sosial şəbəkəsindəki paylaşımı:
t.me/xeberlerlive
30 трав 2024, 06:21
7 588
💥“Müharibənin başa çatmasından bu günədək 361 vətəndaşımız mina qurbanı olub” - İlham Əliyev
t.me/xeberlerlive
30 трав 2024, 05:46
7 588
❗“Tavuşdan sonra növbəti yerdə Sünikdir. Azərbaycanın növbəti addımı o olacaq ki, yeni müharibə ilə hədələyərək Ermənistandan Naxçıvana və Türkiyəyə dəhliz verməsini tələb edəcək. Türkiyə rəsmiləri artıq açıq şəkildə bildirirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti addım Zəngəzur dəhlizinin açılması olacaq.”
- Hraparak
30 трав 2024, 03:36
7 588
Repost from N/a
Sabah geomaqnit qasırğası gözlənilir.
🌀Mayın 31-i axşam saat 20:00-dan başlayaraq iyunun 1-i saat 14:00-dək geomaqnit qasırğası olacaq.
t.me/vefadarmuallim
30 трав 2024, 02:35
7 588
ENDİRİM🔥Kanalda reklam yerləşdirmək istəyirsinizsə tələsin,reklam qiymətləri hazırda endirimdədir
Əlaqə: 👉👉 @aliyev_146
29 трав 2024, 15:41
7 588
⚡️⚡️Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.
t.me/xeberlerlive
29 трав 2024, 12:53
7 588
Türkiyədə səfərdə olan Zakir Həsənov Yaşar Gülerlə görüşüb, hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
t.me/xeberlerlive
29 трав 2024, 10:39
7 588
İnfarktdan ölənlərin sayına görə, Azərbaycan dünyada 2-ci yerdədir.
t.me/xeberlerlive
28 трав 2024, 18:20
7 588
🇦🇿 BELƏLİKLƏ ❗️Sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.- İlham Əliyev
Xankəndiyə 1-ci köçən tələbələr və onların müəllimləri olacaqlar.
t.me/xeberlerlive
28 трав 2024, 17:52
7 588
📢❗İlham Əliyev: "Görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var"
“Onların (Şəhidlər – Qeyd) qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.
“Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.
Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək.
Bu gün bax, burada – Xocalıda, - cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, - görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl - fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır”, - deyə dövlət başçısı vurğulayıb.
t.me/xeberlerlive
28 трав 2024, 16:54
7 588
🇦🇪🇦🇿 Dubay şəhərindəki “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub.
t.me/xeberlerlive
28 трав 2024, 14:26
7 588
⚡️⚡️Xocalıya köçmüş sakinlərə mənzillərinin açarlarını Prezident İlham Əliyev təqdim edib.
t.me/xeberlerlive
28 трав 2024, 06:31
7 588
Ağdam rayonunun Şotlanlı, Nəmirli və Güllücə kəndlərinin təməlini qoyub.
t.me/xeberlerlive
28 трав 2024, 04:28
7 588
🇦🇿 Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib.
Ölkə başçısı Tağıbəyli kəndinin təməlini qoyub.
t.me/xeberlerlive
28 трав 2024, 04:04
7 588
❗Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib
İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
Bildirilib ki, ANAMA əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
t.me/xeberlerlive
28 трав 2024, 02:56
