uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Oxu24.com

Oxu24.com

Відкрити в Telegram

Oxu.24 saytının Rəsmi Telegram Kanalı ✅ https://oxu24.com/

Показати більше
7 509
Підписники
-2924 години
-637 днів
-17830 днів
Архів дописів
Müdafiə Nazirliyi: Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. t.me/xeberlerlive
13 лют 2024, 02:55

Erməni postu məhv edilib❗️ ▪️DSX: 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. ▪️Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. t.me/xeberlerlive
13 лют 2024, 02:50

🇮🇱🇪🇬Times of Israel: Misirin xarici işlər naziri Sameh Shoukry bu gün bəyan etdi ki, "nə olursa olsun, o cümlədən İsraili
🇮🇱🇪🇬Times of Israel: Misirin xarici işlər naziri Sameh Shoukry bu gün bəyan etdi ki, "nə olursa olsun, o cümlədən İsrailin Rəfaha qurudan müdaxiləsi, 'Misir tərəfindən Kemp Devid razılaşmasından çıxmaq niyyəti yoxdur". ▫️ “İsrail ilə sülh sazişi 40 ildir mövcuddur və belə də qalacaq”. t.me/xeberlerlive
12 лют 2024, 15:35

🇦🇿Xarici İşlər Nazirliyi: ▪️11 fevral 2024-cü il tarixində Ermənistanın baş naziri Nikol Paşinyan The Telegraph qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. ▪️Ermənistan baş nazirinə həmçinin yaxşı məlumdur ki, Ermənistan tərəfi Praqa və Soçi görüşlərində və daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sentyabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir. ▪️Ermənistan tərəfinin Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd şərti, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyidir. ▪️Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir. t.me/xeberlerlive
12 лют 2024, 14:22

Repost from Miriyev TV
⚡⚡Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, bu Ermənistan tərəfinin törətdiyi ilk təxribat deyil. Qarşı tərəf son 1 ay ərzində atəşkəsi dəfələrlə pozub. (OMM istinadən) t.me/miriyevtv
12 лют 2024, 09:11

Repost from Miriyev TV
SON DƏQİQƏ ❗MN MƏLUMAT YAYDI Ermənistan silahlı qüvvələrinin mövqelərindən Zəngilan istiqamətində ordumuzun mövqelərinə atəş açılıb, bir hərbçi yaralanıb Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. t.me/miriyevtv
12 лют 2024, 08:34

🇦🇲🇦🇿 Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonu istiqamətində atəşkəsi pozublar. Nəticədə DSX-nin 1 hərbi qulluqçusu ağır yaralanıb. Rəsmi məlumat yoxdur. t.me/xeberlerlive
12 лют 2024, 08:14

Salam sizə Telegramda seçilən Tarix kanallardan birini təqdim edirik 😃
Salam sizə Telegramda seçilən Tarix kanallardan birini təqdim edirik 😃
12 лют 2024, 03:06

🇦🇲 💣 ANAMA: Ermənistan Azərbaycana Qarabağdakı mina sahələri ilə bağlı səkkiz yeni xəritə verib, lakin onlar qeyri-dəqiqdir. t.me/xeberlerlive
12 лют 2024, 01:54

UNUTMADIQ‼️Malıbəyli və Quşçular qətliamından 31 il ötür! Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixlər
UNUTMADIQ‼️Malıbəyli və Quşçular qətliamından 31 il ötür! Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücumu nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilməsidir.
12 лют 2024, 01:31

🇦🇲🇦🇿 Ermənistanın baş naziri Nikol Paşinyan: ➖"Biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinin əsas prinsiplərini razılaşdırdıq." ➖"Müqaviləni imzalamaq üçün lazımi iradəmiz var." t.me/xeberlerlive
12 лют 2024, 01:26

🔴 Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov "İzvestiya"ya müsaibəsində bildirib ki, Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə səy göstərib, təəssüf ki, alınmayıb. Səfir qeyd edib ki, sentyabr ayındakı hərbi əməliyyatlardan sonra Qarabağla bağlı məsələ tam bağlanıb. t.me/xeberlerlive
11 лют 2024, 23:59

☄️Həmyerlimiz ABŞ-da pilot kimi çalışacaq. ABŞ-ın Florida əyalətinin Epik Flight Akademiyasının tələbəsi, azərbaycanlı 21 yaş
☄️Həmyerlimiz ABŞ-da pilot kimi çalışacaq. ABŞ-ın Florida əyalətinin Epik Flight Akademiyasının tələbəsi, azərbaycanlı 21 yaşlı Əsmər Nuriyeva bu ölkədə pilot kimi çalışacaq. t.me/xeberlerlive
11 лют 2024, 10:26

🇦🇿Bu ilin ilk 6 ayında Xocalı və Xankəndiyə köç olacaq. ✔️Xocalıya 50, Xankəndiyə 50 ailə köçürülməsi nəzərdə tutulub. t.me/xeberlerlive
10 лют 2024, 09:46

🇪🇬🇮🇱 Misir İsraillə həmsərhəd olan Sinayın şimal-şərqinə təxminən 40 tank və zirehli transportyor göndərib. İsrail mediası İsrail ordusunun Rəfahda quru əməliyyatına icazə verdiyini yazıb. 🔻Britaniya Xarici İşlər Nazirliyi bəyanatında İsrailin Qəzzanın cənubundakı Rəfaha mümkün hücumundan narahat olduqlarını bildirib. t.me/xeberlerlive
09 лют 2024, 16:03

🔴 Ermənistan rus sərhədçilərini "Zvartnots" beynəlxalq hava limanından çıxarır. Məlumata görə, ruslar burada son aylar özbaşınalıq hallarına yol veriblər. (KİV) t.me/xeberlerlive
09 лют 2024, 14:07

Dostlar, köməyinizi əsirgəməyin. https://oxu.az/society/808884 💳Kart hesabı: 4169737709258806
09 лют 2024, 11:08

🔥⚡️Yeni Müşviq qəsəbəsində baş verən yanğından sakinlər təxliyyə olunublar t.me/xeberlerlive
09 лют 2024, 05:47

🇦🇿Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub. ▪️Müdafiə naziri və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər. Bildirildi ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub. ▪️Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəldi. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirdi. ▪️PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkdi. ▪️Daha sonra Prezident İlham Əliyev yeni inşa edilmiş anqar komplekslərinə baxış keçirdi. ▪️Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub. ▪️Müzəffər Ali Baş Komandan burada “Akıncı” hücum PUA-sı və aviabombaları ilə də tanış oldu. t.me/xeberlerlive
09 лют 2024, 05:46

Bakı şəhəri, Qaradağ rayonu Müşviqabad qəsəbəsində 2 mənzildə yanğın baş verib. Yanğın qısa müddətdə FHN tərəfindən nəzarətə
Bakı şəhəri, Qaradağ rayonu Müşviqabad qəsəbəsində 2 mənzildə yanğın baş verib. Yanğın qısa müddətdə FHN tərəfindən nəzarətə götürülərək söndürülüb. t.me/xeberlerlive
09 лют 2024, 05:15