XƏBƏRLƏR l LİVE
Відкрити в Telegram
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Показати більше8 703
Підписники
-624 години
-447 днів
-20530 день
Архів дописів
8 703
🇦🇿🇺🇸🇦🇲Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşü başlayıb. Dövlət katibi üçtərəfli görüşdən öncə açıqlama verəcək.
8 703
⚡⚡Müdafiə Nazirliyinin məlumatı
İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
@miriyevtv
8 703
❗Azərbaycan XİN: Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də hörmət etməli, bölgədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır.
@xeberlerlive
8 703
🇫🇷🇦🇿 Azərbaycan XİN Makrona cavab verib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təzyiq göstərildiyi barədə iddiaları Fransa Prezidenti Makronun təxəyyülünün məhsuludur. Azərbaycan Respublikasının Prezidentinə təzyiq göstərmək cəhdləri heç zaman nəticə verməyib. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan Respublikasının milli maraqlarını beynəlxalq hüququn norma və prinsipləri əsasında daim uğurla müdafiə edib.
Prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Qeyd edək ki, onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o radikal şəxslərdəndir ki, ona qarşı Ermənistan tərəfindən ölkəyə giriş qadağası qoyulub.
@xeberlerlive
8 703
⚡Mən Ermənistan və Azərbaycanı sülhə doğru irəliləməyə davam etməyə, o cümlədən təxribatlardan qaçmağa və etimadın möhkəmləndirilməsi üçün gərginliyi azaltmağa çağırdım.
Ceyk Sallivan, ABŞ Prezidentinin müşaviri
@xeberlerlive
8 703
Var olsun rəşadətli Azərbaycan Ordusu!
#AliBaşKomandan
#AzərbaycanOrdusu
#AzerbaijanArmy
#KarabakhisAzerbaijan
#DəmirYumruq
#ŞəhidlərÖlməz
8 703
⭕️ Nikol Paşinyan: Azərbaycan və Ermənistan nümayəndə heyətləri Vaşinqtonda sülh müqaviləsinin mətninin razılaşdırılması üzərində çalışır.
@xeberlerlive
8 703
⚡Aİ missiyası Ermənistan ərazisində, sərhəd boyu patrul fəaliyyətini davam etdirir Aİ missiyası Tvitter hesabında yazıb ki, biz gündəlik olaraq Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan ərazisində, o cümlədən Laçın dəhlizinin girişində patrul missiyası həyata keçiririk və Brüsselə hərbi və təhlükəsizlik sahəsində baş verən yeniliklər barədə məlumat veririk.
@xeberlerlive
8 703
⚡️⚡️⚡️Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.
Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması, həmçinin istənilən təxribatın qarşısının qətiyyətlə alınması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
@xeberlerlive
8 703
⚡Baş Qərargah rəisi bir neçə döyüş mövqeyində olub
26 İyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar.
Əvvəlcə general-polkovnik K.Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib, əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib.
Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.
General-polkovnik K.Vəliyev şəxsi heyəti bayramlar münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Kəlbəcər, Laçın və Ağdamda yerləşən hərbi hissələrdə və bir neçə döyüş mövqeyində olan Baş Qərargah rəisi hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb və bayramlar münasibətilə müdafiə nazirinin təbriklərini çatdırıb. Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması, həmçinin istənilən təxribatın qarşısının qətiyyətlə alınması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda qurbanlar kəsilib, şəxsi heyətlə birlikdə nahar edilib.
8 703
🤦🏻♂ Makron yenə öz "ampluasında"
Mən İlham Əliyevə Paşinyandan daha çox təzyiq etdim. Qarabağ məsələsində yeganə mən aydın mövqedəyəm. Hətta mənim Qarabağ və Ermənistan məsələsində qətiyyətimə şübhə etməyin. Əlimdən gələni etməyə davam edəcəm.
t.me/xeberlerlive
8 703
⚡Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların sonuncu günüdür.
@xeberlerlive
8 703
⚡⚡AzTV BƏYANAT YAYDI
Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına hücum olub.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik.
@xeberlerlive
8 703
Repost from Miriyev TV
SON DƏQİQƏ ❗️
⚡️MN: İyunun 28-i saat 22:35-dən 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bundan başqa, iyunun 28-i saat 23:55-dən iyunun 29-u saat 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
t.me/miriyevtv
8 703
SON DƏQİQƏ ❗️
⚡️MN: İyunun 28-i saat 22:35-dən 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bundan başqa, iyunun 28-i saat 23:55-dən iyunun 29-u saat 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
@xeberlerlive
8 703
⚡️Vaşinqtonda danışıqlar bitməyib.
Qeyd edək ki, düşmən bu gecə və sabah gün ərzində təxribata əl ata bilər
Bu sadəcə ehtimaldır.Təlaşa düşməyə gərək yoxdur
@xeberlerlive
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
