cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

EconomicsAz📊

Günün iqtisadi mənzərəsini bizdən xəbər al! Xəbər, şərh və müəllif yazıları...

Більше
Рекламні дописи
356
Підписники
-124 години
+17 днів
+630 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Azərbaycan indiyə kimi nə qədər neft hasil edib? 1997-ci ildən Azərbaycanın istər Xəzər sektorunda, istərsə də qurudakı ərazilərində SOCAR və xarici şirkətlər aktiv kəşfiyyat işlərinə başlayıblar. Bu müddətdə kəşfiyyat işlərinə xarici şirkətlər $3 mlrd-dan çox vəsait xərcləyiblər. Nəticədə 3 qaz kondensat yatağı (Şahdəniz, Ümid və Abşeron) və bir neft yatağı (Qarabağ) kəşf edilib. İndiyə qədər onlardan yalnız sonuncunun işlənməsi həyata keçirilməyib (nə zaman baş tutacaq hələ bəlli deyil). bp şirkəti kəşfiyyata ən çox töhfə verən xarici şirkətdir və bu gün də Xəzərin müxtəlif hissələrini və dərinliklərini öyrənir. Hələ ki, yeni neft yatağının tapılmasına aparacaq bir məlumatlar yoxdur. İkinci bir tərəfdən, Azərbaycanda təqribən 178 ildir ki, neftin sənaye üsulu ilə çıxarılması həyata keçirilir və bu müddət ərzində 2,2 mlrd tondan çox (təqribən 16,3 mlrd barelə yaxın) “qara qızıl” çıxarılıb və bundan sonrakı 30 ildə ən azı 500 mln ton da çıxartmaq imkanlarımız yetərincədir.
Показати все...
Yanacağın və ictimai nəqliyyatda daşımaların qiymətindəki artımların qarşıdakı dövrdə inflyasiyaya real artırıcı təsiri nə qədər olacaq? Bu təsiri proqnozlaşdırmaq üçün 2 göstərici barədə məlumata sahib olmalıyıq: 1) Ailə büdcələrində yanacağa və ictimai nəqliyyata çəkilən xərclərin payı nə qədərdir? Rəsmi statistika bunu 7% ətrafında göstərir. Amma mən özümün, ətrafda olan müxtəlif insanların məlumatları əsasında hesablama apardım, bu göstərici 10%-i aşır. Bu o deməkdir ki, bilavasitə şəxsi avtomobilə görə yanacağa və ictimai nəqliyyata sərf olunan ailə xərclərinin artımına görə iqtisadiyyat əlavə 1% inflyasiya görəcək. 2) Yanacağın qiymət artımının istehsal xərclərinə təsiri hesabına istehlak mallarının bahalaşmasından yaranan izafi inflasiya. Bunu proqnozlaşdırmaq çox çətindir. Çünki, məsələn, dizel yanacağının 25% artımının kənd təsərrüfatı məhsullarının qiymətinə, yaxud benzinin 10%, dizelin 25% bahalanmasının daşımalar vasitəsilə məhsulların qiymətinə hansı miqyasda ötürüləcəyi bəlli deyil. Rəsmi statistikada istehsal xərclərinin strukturunda yanacağın xüsusi çəkisi barədə məlumat açıqlamır. Eləcə də digər sahələr üzrə istehlak mallarının daşınmasında yanacağın payı açıq informasiya deyil. Hökumətin son qiymət artımlarının inflyasiyayaradıcı real təsirləri payıza doğru daha aydın görünəcək. ©Rövşən Ağayev | İqtisadçı
Показати все...
👍 1
Çinin BYD şirkəti gələn il Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalı zavodunu tikəcək. İnvestisiyanın həcmi 34 mln. dollardır.
Показати все...
👍 1
Фото недоступнеДивитись в Telegram
Neft qiymətləri apreldən bu tərəfə maksimuma yüksəlib
Показати все...
Фото недоступнеДивитись в Telegram
🚍 Bakıda və bizə yaxın olan qonşu paytaxtlarda ictimai nəqliyyat. ⠀ Bizə yaxın digər şəhərlərdə gediş haqqı fərqli olsa da, sərnişinlər üçün bir sıra üstünlüklər təqdim olunur. Misal üçün, bank kartı ilə ödəniş və müxtəlif kateqoriyalar güzəştlər.
Показати все...
👍 1
Əhalinin daha çox işlətdiyi avtomobil yanacağının (92 oktanlı benzinin və dizel yanacağının) qiymətinin artırılması da doğru yanaşma deyil. Bu artımların əsaslandırılması arqumentlərindən biri olaraq ölkədə elektomobillərə marağın artırılması qeyd olunur. Amma əsas hədəfin avtomobillərdən istifadənin azaldılması olduğu da vurğulanır. Lakin elektromobil də avtomobildir, o da tıxaca düşür, özü də hava ilə işləmir. Onun da işlətdiyi enerjinin ölkəmizdəki əsas mənşəyi karbohidrogendir... Digər tərəfdən, benzinin qiyməti artırılsa da, elektromobillər hamı üçün əlçatan olmadığından sürətli elektromobilləşmə gözlənilmir. Dəfələrlə vurğuladığım kimi, bizim ölkəmizdə avtomobil çox deyil, əksinə azdır. Sadəcə ictimai nəqliyyat bərbad olduğuna görə insanlar əllərində olan və avtomobil sayıla biləcək hər şeydən gündəlik istifadəyə məcburdurlar. Fərdi avtomobillərdən istifadəni azaltmağın yeganə düzgün yolu komfortlu, dəqiq qrafiklə işləyən, hər yerdə əlçatan olan ictimai nəqliyyatdır... Dizel yanacağının qiymətinin artırılması isə ictimai nəqliyyatın xərclərini də artıracaq (Bakıda CNG ilə işləyən avtobuslar istisna olmaqla, ölkənin avtobus parkı az qala tam olaraq dizellə işləyir). Dizel yanacağının qiymətinin artırılması kommersiya yükdaşımalarının da maya dəyərini artıracaq, çünki yük avtomobillərinin də mütləq əksəriyyəti dizellə işləyir. Ümumiyyətlə yanacaq qiymətinin artımı ölkədə bütün sahələrdə inflyasiyaya təkan verən əsas amillərdən biridir. ©Ərşad Hüseynov| Nəqliyyat eksperti
Показати все...
95 ətrafında futbola baxa baxa düşündüklərim Mənim üçün Ai-95 markalı benzinlə bağlı bir sıra açıq suallar qalmaqdadır. Belə ki, SOCAR-ın 30 iyun saat 20:01-də açıqladığı press-relizin başlığında bildirilir ki, “…Avro-5 standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılır”. Yəni hələ başlanılmayıb, başlanılması gözlənilir. Amma press-relizin içərisində qeyd edilir ki, “… NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb”. Yəni faktın təsdiqini görürük. Daha sonra “… Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub” fikri ilə rastlaşırıq. SOCAR yanacağın istehsalçısıdır. SOCAR-a Azərbaycanın daxili bazarında dövlət tərəfindən TƏNZİMLƏNƏN bazarda (Azərbaycan müstəqil olandan yerli istehsal olan bütün yanacaq məhsulları ölkədaxili bazarda dövlət tərəfindən tənzimlənən qiymətlətlərlə satılır - bazar elementləri bu sahədə tətbiq edilmir) parakəndə satış QİYMƏTİ təyin etmək hüququ heç bir normativ sənədlə verilməyib (əgər verilibsə, ictimail'şdirilməyib). Mənə elə gəlir ki, SOCAR o fikirdən çıxış edərək belə addım atıb ki, 2014-cü ilin aprelindən Ai-95 markalı benzinin (o cümlədəb Ai-98) qiyməti dövlət tənzimlənməsindən çıxarılıb. Amma ona görə çıxarılmışdı ki, İDXAL edilməyə başlanılmışdı və təəssüf ki, 10 il 2 ay müddətində Azərbaycanda yüksək oktanlı benzinin qiyməti tələb-təkliflə əsasında deyil, bazardakı iri oyunçuların qiymət razılaşması (KARTEL SÖVDƏLƏŞMƏSİ) ilə təyin edilirdi. Əks halda nədən bu illər ərzində 1000-ə yaxın Yanacaq Doldurma Məntəqələrində kimsə 1 qəpik baha, digəri isə 1 qəpik ucuz satmaq fikrinə gəlmədi. Bu baxımdan düşünürəm ki, Nazirlər Kabineti 2014-cü ildə verilmiş qərarına yenidən baxmalı və indiki duruma uyğun düzəlişlər etməlidir. Yəni Ai-95 markalı benzinin qiymətinin tənzimlənən yanacaq məhsulları sırasına qaytarılmalıdır. Yox, əgər qaytarılması məqbul hesab edilmirsə, onda Nazirlər Kabineti izah etməlidir - bir benzinin digərindən fərqi nədir ki, onlara baxış fərqli olur. İkincisi, əgər Ai-95-in qiymətini bazar formalaşdırmalıdırsa, onda SOCAR nədn qiyməti DİQTƏ edən subyekt rolunda çıxış edir? Qoy SOCAR Petroleum 1.6 AZN-dən satsın, bəlkə Murad və ya Günəş Petrol Yasamalda 1,55 -dən təklif edəcək, hələ 10 litrdən artıq vurana da BONUS vəd edəcək…!!! © İlham Şaban
Показати все...
👍 1
Repost from N/a
Ai92, Ai95 və Dizel yanacağınının qiymət dəyişikliyinə görə təcili atılmalı ən vacib addım: Yanacaq xərclərinə görə fermerlərə dəstək mexanizmi hazırlamalıdır. Ai92 markalı benzinin qiymətinin 10 qəpik yüksəlməsini başa düşmək olar. Amma bir şərtlə ki həqiqətən də satılacaq benzinin keyfiyyəti Avro5 standartlarına uyğun olsun. Çünki benzinin artan keyfiyyəti daha çox məsafə qət etməyə və ehtiyat hissələrin daha uzunömürlü olması deməkdir. Amma keyfiyyət artmasa, onda heç nə... Ai95 markalı benzinin qiymətinin ucuzlaşmasını isə ekologiyanın və ili nisbətən yeni avtomobillərin dəstəklənməsi baxımından yüksək qiymətləndirirəm. Dizelin qiymətinin 25 faiz yüksəlməsi isə dizel mühərikli avtomobillərin istifadəsinin azalmasına səbəb olaraq ekologiyanın dəstəklənməsinə müsbət fayda versə də, kənd təsərrüfatı istehsalına mənfi təsirini göstərəcək. Buna görə də hökümət fermerlətin dəstəklənməsi üçün mütləq mexanizm hazırlamalıdır. Onsuz da Ai92nin artması logistik xərcləri və bu da məhsulun maya dəyərini müəyyən qədər artıracaqdı. Bunun da üzərinə dizelin qiymətinin 25faiz artmasını gəlsək fermerlər üçün ciddi əlavə xərclər yaranacaq. Həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksələcək, həm də fermerlər ixracda rəqiblərlə qiymət mübarizəsində daha da çətin vəziyyətə düşəcəklər. Kənd təsərrüfatının və fermerin problemi əvvəlcə fermerlərin, daha sonra regionların probleminə çevriləcək, axırda da bu problem bütün ölkənin makroiqtisadi göstəriclırinə öz mənfi təsirini göstərəcək. Buna görə də bir daha qeyd edirəm ki ən qısa zamanda kənd təsərrüfatı istehsalında sərf edilən dizel yanağına görə fermerlərin dəstəklənməsi üçün mexanizm hazırlanmalıdır.
Показати все...
Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı 1994-1995-ci illərdə 2 qəpik, 1995-1996-cı illərdə 3 qəpik, 1996-2009-cu illərdə 5 qəpik, 2009-2011-ci illərdə 15 qəpik, 2011-2018-ci illərdə 20 qəpik, 2018-2023-cü illərdə 30 qəpik, 2023-2024-cü illərdə 40 qəpik, 2024-cü ildən isə 50 qəpik olub. Ən kəskin artım 2009-cu ildə baş verib - birdən-birə 3 dəfə.
Показати все...
👏 2
Repost from Əkinçi
Фото недоступнеДивитись в Telegram
Rəqabət Məcəlləsi iqtisadiyyata nə verəcək? Yeni Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Məcəllədə hansı məsələlərin tənzimlənməsi nəzərdə tutulub? Rəqabət siyasətinin əsas prinsipləri hansılardır? Rəqabət Məcəlləsi iqtisadiyyata nə qazandıracaq? İqtisadçı Azər Mehtiyev izah edir. Videonu izlə. @akinchiproject
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.