uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Dövlət Proqramı

Dövlət Proqramı

Відкрити в Telegram

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar

Показати більше
1 746
Підписники
-224 години
-57 днів
-1330 днів
Архів дописів
📚🔍✍🏻 Dövlət Proqramı çərçivəsində təhsil alan doktorantların məqaləsi Böyük Britaniyanın “Central Asian Survey” jurnalında
+1
📚🔍✍🏻 Dövlət Proqramı çərçivəsində təhsil alan doktorantların məqaləsi Böyük Britaniyanın “Central Asian Survey” jurnalında dərc olunub. "2019-2023 Dövlət Proqramı" çərçivəsində ABŞ-nin Ohayo Dövlət Universitetində Təhsil rəhbərliyi ixtisası üzrə təhsil alan doktorant Günel Ələsgərova və Cənubi Florida Universitentində Təhsilin idarə olunması ixtisası üzrə təhsil alan doktorant Nailə Pekenin birgə müəllifi olduğu “Girls Education and Success in Azerbaijan: comparative document analysis” başlıqlı məqalə Böyük Britaniyanın Q2 impakt faktorlu “Central Asian Survey” jurnalında dərc olunmuşdur. Məqaləni oxumaq üçün keçiddən istifadə edə bilərsiniz.

📚✍🏻 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Ege Universiteti arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom
📚✍🏻 Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Ege Universiteti arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün Türk dili C1 səviyyəsi üzrə imtahanlar keçirilir. 👉🏻ƏTRAFLI

✍🏻📚 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Bristol”
+1
✍🏻📚 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Bristol” ali təhsil müəssisəsində İnşaat mühəndisliyi ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Şahin Hüseynli Beynəlxalq Zəlzələ Konfransında (World Conference on Earthquake Engineering) çıxış edib. 👉🏻ƏTRAFLI

✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "unive
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan, ABŞ-nin nüfuzlu "MIT (Massachusetts Institute of Technology)"universitetində magistratura səviyyəsində təhsil alacaq gəncimizi tanıyaq! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları

📚✍🏻 Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramının “Elektrik mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Nəzrin Nurullayeva BMU - İNHA İkili Diplom Proqramı ilə bağlı təəssüratlarını bölüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları #BMUİNHA https://youtu.be/wHsT7bYTLs8

🇦🇿📚 Beynəlxalq layihə və müsabiqələrdə uğura imza atmış Dövlət Proqramı iştirakçısı Afaq Nuriyeva "2022-2028 Dövlət Proqra
🇦🇿📚 Beynəlxalq layihə və müsabiqələrdə uğura imza atmış Dövlət Proqramı iştirakçısı Afaq Nuriyeva "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Columbia University" ali təhsil müəssisəsində "Hüquq" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alacaq Dövlət Proqramı təqaüdçüsü Afaq Nuriyeva çoxsaylı beynəlxalq layihə və müsabiqələrdə qalib seçilib. 👉🏻DAHA ƏTRAFLI

Qızınıza seçim verin, o parlasın! 📚 #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #TIF #TəhsilinİnkişafıFondu #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur #nailiyyət

📚✍🏻 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanmış gənclərimizi tanıyaq! https://youtu.be/EQ0Patp5Yzc

✍🏻📚BMU-İNHA İDP-nin 3 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq! Bakı Mühəndisl
✍🏻📚BMU-İNHA İDP-nin 3 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq! Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) builki məzunlarından 3 nəfəri Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alacaq. 👉🏻ƏTRAFLI

✍🏻 Dövlət Proqramı məzunu Prezident Administrasiyasına təyinat alıb "2022-2028-ci illər üçün Dövlət Proqramı"nın məzunu, Har
✍🏻 Dövlət Proqramı məzunu Prezident Administrasiyasına təyinat alıb "2022-2028-ci illər üçün Dövlət Proqramı"nın məzunu, Harvard Universiteti hüquq fakültəsində təhsil almış Əli Azər oğlu Ələkbərli Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektoruna Böyük məsləhətçi təyin olunub. Dövlət Proqramı məzunumuzu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik! 👉🏻ƏTRAFLI

📚🇦🇿 Bu gün ölkəmizin təhsil salnaməsini yaradan, yaşadan "Azərbaycan müəllimi" qəzetinin 90 yaşı tamam olur. Özünün müdrik
📚🇦🇿 Bu gün ölkəmizin təhsil salnaməsini yaradan, yaşadan "Azərbaycan müəllimi" qəzetinin 90 yaşı tamam olur. Özünün müdriklik çağını yaşayan "Azərbaycan müəllimi" 1934-cü il sentyabrın 2-də "Qommunist məarifi" ("Kommunist maarifi") adı ilə nəşr olunmağa başlayıb. Sonrakı dövrdə, 1938-1941-ci illərdə "Müəllim qəzeti", 1946-cı ilin aprelindən bu günə kimi isə "Azərbaycan müəllimi" adı ilə nəşr olunur. Ətraflı: https://lnkd.in/ec3zyeca

✍🏻🇦🇿📚 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanmış gənclərimizi tanıyaq! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #dpiq #yüksəlişmüsabiqəsi #qəbul #proqramiştirakçıları https://youtu.be/FT4wlBTpRx8?feature=shared

📚🎓 Böyük Britaniyada təhsil alacaq Proqram iştirakçıları üçün ilk dəfə olaraq “Britaniyaya səfər öncəsi orientasiya” tədbir
+6
📚🎓 Böyük Britaniyada təhsil alacaq Proqram iştirakçıları üçün ilk dəfə olaraq “Britaniyaya səfər öncəsi orientasiya” tədbiri keçirildi 24 avqust tarixində Qlazqo Azərbaycan Məzunları Assosiasiyasının ("University of Glasgow Azerbaijan Alumni Association") təşkilatçılığı, Dövlət Proqramı İdarəetmə Qrupunun və Azərbaycan-Fransız Universitetinin dəstəyi ilə “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2024/2025 tədris ili üzrə Böyük Britaniya universitetlərində təhsil alacaq Proqram iştirakçıları üçün ilk dəfə olaraq “Britaniyaya səfər öncəsi orientasiya” tədbiri keçirildi. 👉🏻ƏTRAFLI

🇦🇿📚 Dövlət Proqram iştirakçısı Zeynəb Əhmədzadə də Qarabağ Universitetində çalışacaq! https://youtu.be/flPps1GYRP0

✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "unive
✍🏻📚🇦🇿 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ilində müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan İsveçrə Konfederasiyasının nüfuzlu “ETH Zurich” (Sürix Federal Texnologiya İnstitutu) ali təhsil müəssisəsində, magistratura səviyyəsində təhsil alacaq gənclərimizi tanıyaq! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #TOP10 #qəbul #proqramiştirakçıları #ethzurich

📚🔩⚙️Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır-2023” müsabiqəsinin qalibi olan "Gənc Robotçu" layihəsi üzrə təlimlər b
+2
📚🔩⚙️Azərbaycan Gənclər Fondunun “İdeyanı reallaşdır-2023” müsabiqəsinin qalibi olan "Gənc Robotçu" layihəsi üzrə təlimlər başa çatıb. Layihənin rəhbəri Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramının (BMU - İNHA İkili Diplom Proqramı) “İnformasiya texnologiyaları” ixtisasının 4-cü kurs tələbəsi Nihad Məhərrəmov layihə çərçivəsində keçirilən təlimlərdə mühəndislik sahəsinin cəmiyyətdəki rolu və əhəmiyyəti barədə danışıb. O, gənclərə mühəndisliyin innovativ həllərin yaradılmasında və texnoloji inkişafın təmin edilməsində oynadığı əsas rol haqqında ətraflı məlumat verib. 👉🏻ƏTRAFLI

🇦🇿 Bu gün Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı sə
🇦🇿 Bu gün Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Azərbaycanın Birinci vitse-prezidentinə uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq

📚 Peşə Təhsili üzrə Dövlət Agentliyinin Dövlət Proqramı təqaüdçüsü adını qazanan əməkdaşlarını tanıyaq! “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alacaq gənclər arasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin də əməkdaşları var. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin ümumilikdə 3 əməkdaşı Dövlət Proqramı təqaüdçüsü adını qazanmışdır. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #dpiq #yüksəlişmüsabiqəsi #qəbul #proqramiştirakçıları https://youtu.be/kXnzr0ub_v8?si=Lz7ezMueHMAI2vkm

📚 Peşə Təhsili üzrə Dövlət Agentliyinin Dövlət Proqramı təqaüdçüsü adını qazanan əməkdaşlarını tanıyaq! “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alacaq gənclər arasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin də əməkdaşları var. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin ümumilikdə 3 əməkdaşı Dövlət Proqramı təqaüdçüsü adını qazanmışdır. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #dpiq #yüksəlişmüsabiqəsi #qəbul #proqramiştirakçıları https://youtu.be/kXnzr0ub_v8

✍🏻🇦🇿📚 "2022-2028 Dövlət Proqramı" çərçivəsində 2024/2025-ci tədris ili üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanmış gənclərimizi tanıyaq! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #dpiq #yüksəlişmüsabiqəsi #qəbul #proqramiştirakçıları