Yuxunun nə olduğunu anlamaq üçün biz əvvəl gərək özümüzün nə olduğumuzu anlayaq. Heç hərdən özümüzə sual vermişikmi mən nəyəm, bu planetin üstündə nə gəzirəm? Bir bənzətmə ilə özümüzün nə olduğumuza diqqət edək, təsvir edin: əlinizdə telefon tutmusunuz. O telefonun içində oyun var və həmin oyunu oynayırsız. Siz düzdü o oyundakı qəhrəmanı irəli-geri, sağa-sola hərəkət etdirirsiz. Amma yenə də bilirsiz ki bu oyundur, çünkü əlinizdəki telfonun kənarlarını da görürsüz və s.
İndi təsvir edin siz telfonun ətrafını görmürsüz, tamamilə özünüzü oyunda qərq etmisiz...
Sizin ruhunuz oyundakı bədəni oynadır. Yəni həmin mücərrəd aləmdəki ruh əlaqələndirilib dünya adlı maddi aləmdəki (oyundakı) bu bədəninizlə..
Ruh özü mücərrəd bir şeydir, nə məkanı var, nə zamanı, tamam fərqli bir şeydir. Amma bu dünya və bu bədən maddi bir şeydir, burda məkan var, zaman var və s.. Bəs ruh ilə bu maddi bədən arasında əlaqə necədir? Normalda oyun oynayanda siz gözünüzlə ekrana baxıb ordakı məlumatı alırsız. Bəs bu dünya oyununda ruhunuz ilə cisminiz arasında məlumat necə ötürülür?
Əvvəl hiss üzvləri (məsələn göz, qulaq, toxunma, qoxuma, eşitmə) məlumatı alır və ötürür insanın "xəyal qüvvəsinə". "Xəyal qüvvəsi" məlumatı ötürür "vəhm qüvvəsinə", "vəhm qüvvəsi" isə ötürür "ağıla". Bununla da idrak baş verir.
Dünyəvi elmlər sizə sadəcə hiss üzvlərinizi deyir, bu sadaladığım digərlərini izah etmirlər.
Biz "vəhm" kimi xırdalıqa girməyək, bunu ayrıca ustad yanında öyrənmək lazımdır, amma birbaşa "xəyal" qüvvəsindən danışaq. Deyək ki xəyal qüvvəsi elə bir şeydir ki, onun bir tərəfi maddidir, yəni, maddi dünya olan tərəfə (hiss üzvlərinə) birləşir, digər tərəfi mücərrəddir, yəni maddi olmayan tərəfə (ağıl aləminə) birləşir.
Əsas məsələ bax məhz bu xəyal qüvvəsi üzərində baş verir.
Xəyal qüvvəsi gündüz vaxtı hiss üzvlərindən ağıla məlumat ötürürsə, yuxu zamanı isə ağıl aləmindən alır. Yəni yuxu görməyinizə səbəb olur.
İnsan xəyal qüvvəsini paklasa yuxuları "aydın" olar. Xəyal qüvvəsini paklamaq qısaca bunlardır:
1) batil inanclardan və rəzil xəyallardan paklanasan
2) sui zənn (insanlar barədə pis fikirləşmək)-dən paklanasan
3) uzun-uzadı arzulara yer verməyəsən
Və başqa məsələlər var ki, bu haqda yazılan kitablardan və ustadlardan öyrənmək olar.
Xəyal qüvvəsi bir it kimidir. Doğru tərbiyə etsəz sizə fayda verər.. İt 3 cürdür. Bir dəstə it sahibsizdir. Bu itlər bilmirlər kimə hürsünlər, kimə cumsunlar, kimə quyruq bulasınlar. Bəziləri öz xəyal qüvvəsini belə boş buraxır, onların xəyal qüvvəsi sahibsiz it kimidir, heç uzananda da yata bilmirlər, elə xəyal qüvvəsi hətta zehnində ona-buna hücum çəkir, savaşır və s.
İkinci dəstə it o itdir ki, onun sahibi var, əhilləşib, sahibini qoruyur.
Üçüncü dəstə it isə odur ki, sahibi var, əhilləşin, həm də sahibi onunla ov edir. Bax biz də xəyal qüvvəmizi "ov iti" etməliyik..
Unutmayaq ki, xəyal qüvvəsi heç zaman sakit durmur, biz yatanda da o fəaliyyətdədir. Əgər biz xəyal qüvvəmizi paklasaq artıq yuxu zamanı o "ov edib" bizə gətirər, hansısa həqiqətləri öyrənər, məsum imamları(ə) yuxudq görər, hansısa xəstəliyə əlac bilər və s.
Xəyal qüvvəsini paklamaq üçün bəzi alimlər 20illərini vermişlər. İnsanda ən çətin paklanan şey xəyal qüvvəsidir. Əgər o paklansa insan artıq "bəsirət"-ə sahib olur, yəni, insanların hələ ölməmişdən əməllərinə uyğun Axirətdəki sifətlərini (hansı heyvan şəklində olmasını) görür, biri ona qonaq gəldikdə qabaqcadan niyyətini bilir və s. Yolun əvvəlində "dini yuxular" görür, gələcəkdə isə oyaq ikən də (mükaşifə və s) görür..
Xəyal qüvvəsi ağıl aləmindəki həqiqətləri bizə yuxuda ötürəndə o aləmdəki "mənaları" alır və onları "sözlər" şəklinə salır, ordakı mücərrəd "varlıqları" isə çevirərək "insan" şəklinə salır.
Bu məsələ buna bənzəyir: sizin ağlınızda bir "məna" var, onu kiməsə ötürmək üçün qələm götürüb "yazı" yazırsız. Yəni "mənanı" yazıya çevirirsiz. Xəyal qüvvəsi də məhz belə bir iş görür. Mələklər "ağıl aləmindəndirlər", onlar maddi deyillər, onların şəkli yoxdur, məkan və zamana aid deyillər.