Ormilitarism
Відкрити в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Показати більше7 272
Підписники
+324 години
-107 днів
-7730 день
Архів дописів
7 272
Qara dəniz üzərində Rus Su-30SM təyyarəsi alçaq hündürlükdən Ukraynaya məxsus pilotsuz dəniz vasitələrinə sərbəst düşən aviabombalar atır.
Ukrayna Silahlı Qüvvələrinin tərkibində hava hücumundan müdafiə vasitələri ilə təchiz olunmuş, ekipajsız katerlərin mövcudluğunu nəzərə alsaq, bu cür köhnə üsullu döyüş uçuşları qırıcı və pilotlar üçün son dərəcə təhlükəlidir.
7 272
CENTCOM:
Dünən İran elan edib ki, İran İslam İnqilab Keşikçiləri Korpusu bazar günü başlamaqla Hormuz Boğazında iki gün davam edəcək canlı atışlı dəniz təlimi keçirəcək.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) SEPAHI bu təlimi təhlükəsiz və peşəkar şəkildə keçirməyə, beynəlxalq dəniz nəqliyyatının azadlığı üçün lazımsız risk yaratmamağa çağırır.
CENTCOM Yaxın Şərqdə fəaliyyət göstərən ABŞ personalının, gəmilərinin və təyyarələrinin təhlükəsizliyini təmin edəcək. ABŞ tərəfi SEPAH-ın təhlükəli hərəkətlərinə dözməyəcək. Bunlara ABŞ hərbi gəmiləri üzərində uçuşlar, niyyəti aydın olmayan aşağı hündürlükdə və ya silahlı uçuşlar, ABŞ gəmilərinə toqquşma kursunda yüksək sürətlə yaxınlaşan qayıqlar, eləcə də silahların ABŞ qüvvələrinə yönəldilməsi daxildir.
ABŞ ordusu dünyada ən yüksək hazırlığa malik ən öldürücü qüvvədir və fəaliyyətini yüksək peşəkarlıq səviyyəsində, beynəlxalq normalara uyğun şəkildə davam etdirəcək.
7 272
Britaniya ABŞ-ın İrana qarşı hər hansı hücumuna qoşulmayacaq kimi görünür. Amma Britaniya , Tehran əks cavab verərsə, regional müttəfiqləri qorumaq məqsədilə RAF Typhoon təyyarələrini Qətərə göndərib.
Britaniya rəsmiləri bildirir ki, ilk zərbə ehtimalı ölkənin qanuni standartlarına uyğun deyil, lakin britaniyalı qüvvələr Qətəri və ya digər tərəfdaşları qorumaq üçün özünü müdafiə məqsədli hərəkət edə bilər.
7 272
Türkiyə Somalidə enerji və kosmik layihələrini genişləndirmə çərçivəsində Moqadişuya üç F-16 döyüş təyyarəsi göndərib.
Bu yerləşdirmə, ilin sonuna planlaşdırılan dənizdə neft qazıntısı və Moqadişu şimalında təklif olunan kosmodrom layihəsi ilə bağlıdır.
7 272
İran Ordusunun Baş Qərargah Rəhbərinin əmri ilə bu gün ordunun dörd qoşun növünə 1000 strateji dron əlavə olunub.
Ordu komandiri, general-mayor Hatami bildirib ki, bu addım sürətli reaksiya qabiliyyətlərini gücləndirir.
7 272
+1
Portuqaliya Hərbi Hava Qüvvələrinin Monte Real aviabazasında iki F-16 təyyarəsi Kristin fırtınası zamanı yaranan güclü küləklər (saatda 178 km-ə qədər) səbəbindən zədələnib.
Hangar qapıları və dam hissələri təyyarələrin üzərinə çöküb.
Hərbi Hava Qüvvələri əhəmiyyətli maddi zərərin olduğunu təsdiqləyib.
7 272
Almaniya öz peyk əsaslı raket aşkarlama sistemini qurmağı planlaşdırıt. Məqsəd ABŞ-a asılılığı azaltsın.
7 272
+3
İranın dron daşıyıcısı Shahid Bagheri ABŞ-ın MQ-4C Triton kəşfiyyat dronunun fəaliyyət göstərdiyi əraziyə yaxın yerdə Bandar Abbas yaxınlığında müşahidə olunub.
Mülki konteyner gəmisindən çevrilmiş bu gəmi 2025-ci ilin fevralında xidmətə daxil olub. O, dronlar və helikopterlər buraxa, Noor/Qader tipli anti-gəm raketləri (300 km-ə qədər) istifadə edə bilər. Gəmi qısa mənzilli hava hücumundan müdafiə sisteminə malikdir.
7 272
Ötən il İrana qarşı zərbələrdən əvvəl yalnız hava hücumundan müdafiə avadanlıqlarını daşıyan hərbi yük uçuşlarının sayını nəzərə alsaq — hansı ki, C-17A Globemaster III və C-5M Super Galaxy təyyarələri ilə ümumilikdə 75-dən çox uçuş həyata keçirilmişdi — Yaxın Şərqdə hava hücumundan müdafiə hazırlıqlarının tamamlanmasına hələ bir qədər vaxt qalıb.
7 272
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına hava hücumundan müdafiə sistemləri və digər hərbi texnikanın daşınması üzrə davam edən hava körpüsü cümə günü də davam edib.
Bu 24 saat ərzində 20-dən çox C-17 Globemaster III və 2 ədəd C-5M Super Galaxy təyyarəsi Yaxın Şərqdəki bazalara gəlib.
7 272
Hava müdafiə üzre intensivlik əvvəlkindən çoxdur. ABŞ hücumdan daha çox güclü müdafiə üçün hazırlaşır.
ABŞ ın tanınmış hərbi alaylarının yerdəyişməsi ilə bağlı bir xəbər yoxdur.
7 272
Əgər ölkələr məcburi üzvlük haqlarını (1,6 milyard dollar ) ödəməyə başlamasa, təşkilatı qaçılmaz maliyyə çöküşü gözləyir — BMT-nin baş katibi Antoniu Quterreş
7 272
Dünən Barksdale Hərbi Hava Bazasından havaya qalxan B-52H təyyarələri cümə axşamı günü Guama çatıb. Ehtimal ki, bu, Hind Okeanındakı Diego Garcia adasına davam etməzdən əvvəl qısa bir dayanacaq olub.
7 272
Türk Hava Qüvvələrinin yeni döyüş təyyarəsi olacaq Eurofighter üçün ilkin mərhələdə ikinci əl alım Qətər üzərindən həyata keçiriləcək. Təyyarələrin təhvilinin fevral ayının sonu kimi başlaması planlaşdırılır.
Türk ekspertlərin təklifi ondan ibarətdir ki, 52 il əvvəl ilk F-4E eskadrilyasının təlim məqsədilə yaradıldığı və “TAYFUN” çağırış adını aldığı kimi, ilk Eurofighter eskadrilyasına da eyni ad verilsin. Çünki təyyarənin adı Typhoon – yəni Tayfundur.
Bu təklifi irəli sürdükdən sonra, həm babası, həm də atası uzun illər Türk Hava Qüvvələrində pilot kimi xidmət etmiş Vahdet Tayfun Gürol xüsusi bir dizayn hazırlayıb.
O, ilk F-4E eskadrilyası olan və çox sayda pilot yetişdirmiş 113-cü eskadrilyanın köhnə emblemini əsas götürərək, eyni rəngləri və yazı şriftini istifadə edib yeni emblem yaradıb.
7 272
+5
Arleigh Burke sinfinə aid idarəolunan raket esminesi USS Delbert D. Black (DDG-119) gəmisində xidmət edən dənizçilər.
25 yanvar 2026-cı il Yunanıstanın Souda Bay Hərbi Dəniz Dəstək Bazası
SM-2, SM-3 və SM-6 zenit raketləri, eləcə də Tomahawk raketləri ilə doldurulmuş raket konteynerlərini gəminin Mark 41 şaquli buraxılış sisteminə yüklənişi.
