Ormilitarism
Відкрити в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Показати більше7 281
Підписники
-1124 години
-197 днів
-7730 день
Архів дописів
7 281
Əgər bu xahiş 90-cı illərdə edilsəydi, köhnə texnika ilə sektoru kəsmək çox çətin olardı, lakin müasir texnikamız buna tam imkan verir. Bu cür xahişi yerinə yetirmək üçün isə tərəf müqabilinə tam güvənmək lazımdır, çünki dünyada heç bir beynəlxalq qanun belə bir tələbi irəli sürməyə əsas vermir.
Elə düşünülür ki, İran müdafiə naziri heç bir problem yaranmayacağına dair əminlik verərək bu xahişi Prezident İlham Əliyevdən etmişdi. Prezident də Azərbaycanın birmənalı və səmimi münasibətini göstərmək üçün orduya bu icazəni vermişdi. Necə deyərlər, "heç qardaş qardaşa belə şeyi keçməz".
7 281
İran generalı bizdən yalnız bir şeyə görə narahat ola bilərdi. Bizim HHM sistemlərinin fasiləsiz hava səmasına nəzarət edən radarları istər-istəməz İran ərazisinin də müəyyən hissəsini görür.
Onlar bu kəşfiyyat məlumatlarının düşmənlərinə ötürülməsindən şübhələnə bilərdilər.
Halbuki dünyanın bütün ölkələrində bu tip radarlar qonşu dövlətlərin ərazisini görür, hətta iranlıların radarları da bizim ərazimizi nəzarətdə saxlayır.
İran bizə həm dövlət xadimi, həm də hərbi mütəxəssis olan nazirini göndərməklə bizdən elə hərbi-texniki xahişlər edə bilərdi ki, bunları bizim ordu komandanlığı deyil, yalnız Ali Baş Komandanın əmri həll edə bilərdi. Məsələn, İran naziri bizdən bir dost və qardaş kimi xahiş edə bilərdi ki, İrana qarşı ABŞ və İsrail əməliyyatları başlayarsa, biz öz havaya nəzarət radarlarımızı ya söndürək, ya da onların İran tərəfə baxan sektorunu bağlayaq.
Əgər bu xahiş 90-cı illərdə edilsəydi, köhnə texnika ilə sektoru kəsmək çox çətin olardı, lakin müasir texnikamız buna tam imkan verir.
7 281
Bunu İran hərbiçiləri çox gözəl bilirlər. Bütün ölkə ərazisini eyni dərəcədə qorumaq üçün lazım olan HHM sistemlərinin xərci Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) çəkdiyi xərc qədər olmalıdır, çünki ərazilərimiz demək olar ki, eynidir (bizdə 86,6 min km², onlarda 86,3 min km²). BƏƏ öz HHM sistemlərinə 20-25 milyard dollar vəsait xərcləyib, üstəlik ABŞ da öz bazaları üçün əlavə sistemlər gətirib.
7 281
Burada reallıq ondan ibarətdir ki, Azərbaycanın mövcud 17 hərbi aerodromuna yüzlərlə ABŞ və İsrail təyyarəsini gətirmək cəmi bir günün işidir. Lakin həmin aerodromları kütləvi raket atəşindən qorumaq üçün lazım olan zenit müdafiə sistemlərini gətirmək ən azı bir-iki ay çəkər. Qorunmayan aerodroma isə təyyarələrini yalnız axmaqlar gətirə bilər.
Bizim öz hava hücumundan müdafiə (HHM) sistemlərimiz aerodromlarımızı potensial rəqiblərimizdən qorumaq üçün kifayətdir, hətta 3-4 qat artıqlaması ilə bəs edir, lakin bu sistemlər kütləvi ballistik hədəflərdən qorunmaq üçün nəzərdə tutulmayıb. Kütləvi ballistik hücumlardan hazırda yalnız Bakı şəhəri və Mingəçevir su bəndi qoruna bilər.
7 281
Fevralın əvvəlləri, İranın müdafiə naziri Azərbaycana rəsmi səfər etmişdi. Bölgədə müharibənin hər an gözlənildiyi bir vaxtda bu vizit sadəcə sıradan bir protokol görüşü ola bilməzdi. Bu səfər çox vacib məsələləri həll etmək məqsədi daşımalı idi; ən əsası isə, müharibə başladıqdan sonra Azərbaycanın hansı yolu tutacağını dəqiqləşdirmək və bir neçə sırf hərbi xarakterli xahişlər etmək idi.
Azərbaycanın məqsədini öyrənmək üçün mülki bir siyasətçi də gələ bilərdi, çünki İran kəşfiyyatı bizim hərbi hissələrin harada yerləşdiyini, harada dislokasiya olunduqlarını Azərbaycandakı aftabaş əlaltıları vasitəsilə onsuz da əla bilir. Azərbaycan da bunu heç kimdən gizlətmir
7 281
Yazı Vuqar Seyidov tərəfindən yazılıb, Ormilitarism tərəfindən anlaşılan halda redakte edilib.
7 281
Odur ki, bu tip silahlarla bağlı yayılan qorxunc xəbərlər daha çox hərbi sənayesi zəif olan və ya aviadaşıyıcısı olmayan ölkələrin təbliğat vasitəsidir.
7 281
Məsələnin digər tərəfi isə təmiz riyaziyyat və fizika ilə bağlıdır. Bir aviadaşıyıcını batırmaq üçün raketin daşıdığı partlayıcı yük (faydalı yük) ən azı 3-4 ton olmalıdır. Raket gəminin müdafiə sistemlərinə tutulmamaq üçün ən azı 1500 km məsafədən atılmalıdır. Bu məsafəni hipersəs sürəti ilə qət etmək üçün tələb olunan yanacaq miqdarını hesabladıqda, ortaya təxminən 900 tonluq bir raket çəkisi çıxır ki, bu da praktiki olaraq mümkünsüzdür.
Hətta ən yüngül variant olan nüvə başlıqlı raketlərdə belə çəki problemi ciddi maneədir. Bundan əlavə, yüksək sürətdə uçan raket yalnız ballistik, yəni qövsvari trayektoriya ilə hərəkət edə bilər. Çünki hər hansı kəskin manevr cəhdi həmin sürətdə raketin fiziki olaraq parçalanmasına səbəb olar.
Riyazi analizlər göstərir ki, kəşfiyyatın hədəfi müəyyən etməsi, komandanlığın qərar verməsi və raketin uçuş müddətini topladıqda, ən ideal şəraitdə belə bu proses təxminən 21 dəqiqə çəkir. Orta hesabla saatda 46 km sürətlə hərəkət edən bir aviadaşıyıcı qrupu bu müddət ərzində raketin hədəf aldığı nöqtədən 16 kilometr uzaqlaşmış olur. Yəni raket boş okean sularına düşür.
Bu dəqiqliyi artırmaq üçün saniyələr içində hesablamalar apara bilən kvant kompüterlərinə ehtiyac var ki, bu da 22-ci əsrin texnologiyası hesab olunur.
7 281
Əsas problem raketin sürəti deyil, həmin sürətdə hədəfi necə "görməsi"dir. Raket atmosferdə səs sürətindən 5-10 dəfə sürətlə hərəkət edərkən sürtünmə nəticəsində ətrafında minlərlə dərəcə istilik yaranır. Bu dərəcədə istilik raketin ətrafında plazma buludu yaradır ki, bu da radio dalğalarını keçirməyən bir qalxan rolunu oynayır.
Nəticədə raketin bütün radar və rabitə sistemləri "kar və kor" olur. Aviadaşıyıcı isə yerində duran bina deyil; o, daim manevr edən və hərəkət halında olan bir hədəfdir. Raket özü kor olduğu halda, hərəkət edən gəmini santimetr dəqiqliyi ilə necə hədəfə ala bilər? Bu gün bu problemi həll edə biləcək texnologiya dünyanın heç bir ölkəsində yoxdur və yaxın 100 ildə də gözlənilmir.
7 281
Aviadaşıyıcılar və Hipersəs Raketləri: Texnoloji Gerçəklik Nə Deyir?
Son zamanlar hərbi-siyasi arenada ən çox müzakirə olunan mövzulardan biri hipersəs raketlərinin nəhəng aviadaşıyıcıları bir zərbə ilə okeanın dibinə göndərəcəyi iddiasıdır.
Lakin bu mövzuda yaranan ajiotaj çox vaxt elmi reallıqlardan uzaq olur. Əslində, aviadaşıyıcıları bu tip raketlərlə vurmaq cəhdi hələ 1960-70-ci illərdə, SSRİ-nin elmi və hərbi qüdrətinin ən yüksək zirvəsində olduğu dövrdə dərindən araşdırılıb.
Sovet alimləri on ildən artıq davam edən tədqiqatlar və sınaqlardan sonra bu ideyanın perspektivsiz olduğu qənaətinə gələrək proqramı tamamilə bağlamışdılar.
Bu gün "yeni" və "məğlubedilməz" kimi təqdim olunan hipersəs texnologiyası əslində 1945-ci ildən bəri ballistik raketlər şəklində mövcuddur, lakin onların qarşısında duran fiziki maneələr hələ də keçilməz olaraq qalır
7 281
İndi bir mütəxəssis yazısı atacam. Onu hamı anlaya biləcək şəkildə çevirəcəyəm. Həmin yazıda təyyarədaşıyan gəmilər niyə vurula bilməz və ya çətin vurular suallarının cavabı var.
7 281
+2
Peyk görüntüləri göstərir ki, İsrail və ABŞ-ın Şirazdakı Şəhid Dəstrib aerodromuna endirdiyi zərbə nəticəsində ən azı beş İran hərbi təyyarəsi məhv edilib.
Məhv edilən texnika arasında bir ədəd İl-76 nəqliyyat təyyarəsi, iki ədəd C-130 nəqliyyat təyyarəsi və iki ədəd Su-22 döyüş təyyarəsi var.
7 281
Bizim region ölkələri ilə düşmənçiliyimiz yoxdur. İrana hücum olmasa, qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək.
7 281
ABŞ Hərbi Hava Qüvvələri tərəfindən İran təyyarələrinin olduğu anqarların , ambarların və buraxılış qurğusunun bombalanması.
7 281
ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki aviabazalarından birindən qalxan F-16C qırıcısı
Qırıcı SEAD/DEAD əməliyatı üçün yüklü haldadır.
2x xarici yanacaq çəni
2x AIM-120 "hava-hava" tipli raket
2x AIM-9 Sidewinder "hava-hava" tipli raket
2x AGM-88 radar əleyhinə raket.
1x AN/ASQ-213 radiotexniki kəşfiyyat və HARM üçün hədəfgöstərmə podu
1x AN/AAQ-28 Litening optik-elektron nişangah.
7 281
Böyük ehtimal Ford-u geri evə yollayacaqlar. Şəxsi heyətin mənəvi psixolojik vəziyyəti normal deyil. Onlar təxminən 10-11 aydır dənizdədirlər.
7 281
İran Prezidenti Məsud Pezeşkian:
Qonşu ölkələrdən üzr istəyirəm.
Digər ölkələrə qarşı heç bir təcavüz niyyətimiz yoxdur.
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
