Ormilitarism
Відкрити в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Показати більше7 259
Підписники
-424 години
-207 днів
-8230 день
Архів дописів
7 260
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G “Growler”dən ibarət Elektron Hücum Eskadrilyası 132-nin (VAQ-132) “Scorpions” qrupu, Puerto Rikonun şərqində yerləşən Roosevelt Roads Dəniz Stansiyasının uçuş-enmə zolağında görüntülənib.
7 260
Tayland Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Kamboca Ordusu Kampong Cham əyalətində PHL-03 300 mm uzun mənzilli yaylım atəşli reaktiv sistemlərini irəli mövqelərə yerləşdirib. Bu sistemlərin 120km dən çox məsafəyə çata bildiyi və Taylandın dərinliklərindəki hədəflərə zərbə endirmək üçün potensial olaraq istifadə oluna biləcəyi qeyd olunur.
7 260
Tayland sərhədi yaxınlığında, yaşayış məhəlləsində yerləşdirilən Kamboca Ordusuna məxsus Type-90B yaylım atəşli reaktiv sistemi.
7 260
Kamboca Ordusu BM-21 “Grad” yaylım atəşli reaktiv sistemləri ilə Şərqi Taylandın Surin əyalətindəki Tayland Ordusunun mövqelərinə zərbə endirib.
7 260
Tayland Ordusunun qüvvələri, M1126 “Stryker” piyada döyüş maşınlarının dəstəyi ilə Kambocanın şimal sərhədinə yaxın yaşayış məntəqəsinə doğru irəliləyir.
7 260
+3
M1126 “Stryker” piyada döyüş maşınları Kamboca sərhədi yaxınlığında Tayland Kral Ordusunun mexaniki piyada bölmələri ilə birlikdə irəliləyərkən müşahidə edilib.
7 260
Rusiyanın Avropaya qarşı “hibrid müharibə” kampaniyasına qarşı NATO-nun Hərbi Komitəsi gizli müzakirələr aparıb və Rusiyanın daha genişmiqyaslı eskalasiyasının qarşısını almaq üçün “önləyici hərbi zərbələr” ehtimalını nəzərdən keçirməyə başlayıb.
Bu kompaniyaya Polşadakı dəmir yolu şəbəkələrinə edilən partlayışlar, yük təyyarələrində cəhd edilən terror aktları, eləcə də Danimarka, Fransa və Almaniyada hərbi bazalar və kritik infrastruktur üzərində ardıcıl naməlum dron uçuşları daxildir.
7 260
+2
Tayland Donanmasına məxsus gəmilər ötən gün Ban Nong Ri, Mueang rayonu, Trat əyalətində Dəniz Piyadalarının quru əməliyyatlarını dəstəkləyib.
HTMS Thepa (PC-525) — PSMM Mk5 çoxməqsədli patrul kateri — dənizdən atəş dəstəyi göstərərək mövqenin təxminən 80 faizini məhv edib. Dəniz piyadaları isə Kamboca Ordusuna aid silah və təchizat saxlandığı güman edilən səngərlər və digər üç qurğunu yandırıblar.
7 260
UAC Rusiyanın Müdafiə Nazirliyinə yeni bir Su-34 qırıcı-bombardmançı partiyasını təhvil verib.
7 260
+3
Ukraynanın SBU tərəfindən həyata keçirilən “Spider Web” dron əməliyyatı barədə yeni detallar ortaya çıxıb. Məlumata görə bu hücum bir neçə dəfə, baş tutmayıb.
Əvvəlcə dronları daşımalı olan yük maşını sürücüləri may bayramlarına görə sərxoş olduqları üçün əməliyyat gecikib.
Sonrakı mərhələdə yolda yük maşınlarından birinin damı qopub və dronlar açıq vəziyyətdə qalıb. Sürücü dronların guya heyvan izləmə cihazları olduğuna inandırılıb və səfərə davam edib.
Hücumun həyata keçirildiyi 1 iyun günü sürücülərdən biri ilə əlaqə qəfil kəsilib. Sonradan onun öldüyü, yük maşınının isə tamamilə yandığı məlum olub.
Bütün əməliyyatı isə təxminən 150 dron hazırlayan, SBU-nun testlərindən keçən, Rusiyada FSB tərəfindən üç saatlıq sorğu-sualdan salamat çıxaraq qaça bilən agent ər-arvad cütlüyü koordinasiya edib.
7 260
Polşa və Ukrayna Polşanın qalan 14 ədəd MiQ-29 qırıcı təyyarəsini Ukraynaya ötürməsi ilə bağlı danışıqlar aparır.
2022-ci ildən fərqli olaraq, bu dəfə söhbət pulsuz təhvilvermədən deyil, texnologiya mübadiləsindən gedir.
Ukrayna təyyarələr, ehtiyat hissələri və silahlar alacaq; əvəzində Polşa Ukrayna istehsalı olan dron və raket texnologiyasını istəyir.
7 260
ABŞ Hərbi Dəniz Qüvvələrinin Carrier Air Wing Eight (CVW-8) tərkibindəki Strike Fighter Squadron 213-ə (VFA-213) məxsus iki F/A-18F Super Hornet Venesuela materik sahilindən təxminən iyirmi mil - 30 km - uzaqda, Venesuela körfəzi üzərində uçuş gerçəkləşdirib.
7 260
+1
Rusiya Müdafiə Nazirliyinin An-22 hərbi karqo təyyarəsinin Ivanovo vilayətində qəzaya uğradığını. Təyyarədə 7 nəfər olub.
Rusiya Hərbi Hava Qüvvələrinin bu təyyarələrdən istifadəyə 2024-cü ildən etibarən son qoyacağı açıqlanmışdı. Amma görələn odur ki qoya bilməyiblər.
7 260
Sınaq oldu lakin gözlədiyim kimi etmədilər. Türkiyəlilər ən azından canlı şəkildə raketin zərbə videosunu göstərdilər. Amma raketin həqiqətən hədəfdə partlayışı barədə məlumat verilmədi. Ghost Bat sınaqlarında real atış və zərbə videosu gözləyirdim. Paylaşılmadı.
İki dronda hava-hava raketlərini fərqli metod ilə atəşlədiyi üçün dronları bir biri ilə müqayisələndirmək düz olmayacaq.
Çünki Kızılelma döyüş dronudur, Ghost Bat isə müştərək qanad yoldaşı təyinatlı drondur.
Kızılelma radara malikdir amma Ghost Bat radarsızdır.
7 260
Boeing və Avstraliya Hərbi Hava Qüvvələri (RAAF) MQ-28 Ghost Bat döyüş PUAsı ilə ilk canlı hava-hava raket atışını həyata keçiriblər.
9 dekabr 2025-ci il tarixində elan edilən sınaqda MQ-28 Raytheon AIM-120 AMRAAM raketindən istifadə edərək döyüş təyyarəsi ölçüsündə hava hədəfini məhv edib.
Boeing-in bildirdiyinə görə, MQ-28 şəbəkələşdirilmiş qüvvənin bir hissəsi kimi fəaliyyət göstərib və RAAF E-7A Wedgetail erkən xəbərdarlıq və idarəetmə təyyarəsi ilə birlikdə F/A-18F Super Hornet döyüş təyyarəsi ilə uçub. Sensor və hədəfləmə məlumatları platformalar arasında paylaşılaraq Ghost Bat-in əməliyyatı icra etməsi təmin olunub.
7 260
İyun müharibəsi zamanı
İsrailin endirdiyi zərbə ilə məhv edilən İran S-300PMU-2 zenit-raket kompleksinə aid 96L6E aşkaretmə radarının peyk görüntüsü.
7 260
+3
USQ tərəfindən aşkar edilmiş, 16 kanallı maneəyə davamlı CRPA antenası ilə təchiz olunmuş UMPB-5R aviasiya bombasının qalıqları.
7 260
Taylandın Kral Dəniz Piyada Qüvvələrinin xüsusi təyinatlı bölmələri bu səhər erkən saatlarda Kamboca ordusunun Tratt əyaləti sərhədi boyunca hücum əməliyyatlarını dəstəkləmək üçün quraşdırdığı radiomaneə sistemlərinə qarşı bir neçə zərbə endirib. Zərbələr üçün bir istifadəli kamikaze dronlardan istifadə edilib. Radiomaneə sistemlərindən biri tərk edilmiş bir kazinonun damında hədəfə alınıb, digəri isə Çamrak qəsəbəsində məhv edilib.
7 260
Bu gün səhər saat təxminən 10:00 radələrində iki Çin və yeddi Rusiya hərbi təyyarəsi (uzun mənzilli bombardmançı və qırıcılar daxil olmaqla) Yaponiya dənizi üzərində fəaliyyət göstərərkən Koreya yarımadasının cənub və şərqindəki sulardan keçərək Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Zonasına (KADIZ) daxil olub. Cənubi Koreyanın məlumatına görə, hadisəyə cavab olaraq Koreya Respublikası Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb.
7 260
Tailand sərhədindən təxminən 17 km məsafədə yerləşən, Kambocanın Oddar Meançey vilayətinin paytaxtı Samraong şəhərində və onun ətrafındakı hərbi hədəflərə Tailand Kral Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri tərəfindən hava zərbələri endirilib.
