Ormilitarism
Відкрити в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Показати більше7 300
Підписники
+124 години
-47 днів
-6030 день
Архів дописів
7 301
MQ-9 Reaper itkiləri -
MQ-9 Reaper ABŞ-ın İran əleyhinə istifadə etdiyi və ən çox vurulan uçuş aparatlarından biridir. İranın hava hücumundan müdafiə sistemləri tərəfindən bu tip dronların vurulması barədə kifayət qədər tez-tez məlumat verilir. Hazırda İranla münaqişə çərçivəsində 12-dən çox MQ-9 dronunun itirildiyi bildirilir. Yəməndə husilərlə bağlı əməliyyatlar zamanı isə daha çox MQ-9 vurulduğunu xatırlamaq olar və ümumilikdə təsdiqlənmiş itkilərin sayı təxminən 25-ə çatır.Bu itkilər əslində çox böyük görünməyə bilər. ABŞ Hərbi Hava Qüvvələrinin MQ-9 parkı təxminən 300 ədəd təşkil edir. Yəni təxminən 10 faizi dron itirilib. Digər tərəfdən, bir MQ-9-un qiyməti 30–35 milyon dollar civarındadır. Ümumi maliyyə itkisi bir milyard dollara yaxınlaşır. MQ-9-un vurulma səbəblərini üç əsas qrupa bölmək olar: >avadanlıq çatışmazlıqları >zəif texniki xüsusiyyətlər > silahların tətbiq məsafəsinin məhdudluğu. Birinci problemi amerikalılar MQ-9A Block 5 versiyasını hazırlayarkən qismən həll etməyə çalışıblar. Əsas versiya ilə müqayisədə avionika təkmilləşdirilib və aparat daha yüksək səviyyədə avtomatlaşdırılmış aviasiya kompleksinə çevrilib. Texniki xüsusiyyətləri ilə bağlı məsələ daha mürəkkəbdir. MQ-9-un kruiz sürəti təxminən 300 km/saat, maksimal sürəti isə 460–480 km/saatdır. Manevr qabiliyyəti çox zəifdir, yəni zenit raketlərindən yayınma manevrləri faktiki olaraq mümkün deyil. Rəsmi olaraq 15 min metr hündürlük göstərilsə də, bu daha çox ideal şərait üçün nəzərdə tutulub. Real əməliyyat hündürlüyü təxminən 7 km-dir. Bu isə onu həm orta, həm də qısa mənzilli hava hücumundan müdafiə sistemləri üçün əlçatan edir. Hətta mövcud relyefdən düzgün istifadə edilərsə, daşınan zenit-raket kompleksləri üçün də hədəfə çevrilə bilər. Aşağı sürət və məhdud hündürlük istifadə olunan silahların tətbiq məsafəsini də azaldır. Məsələn, GBU-38 JDAM idarəolunan bombasının nəzəri buraxılış məsafəsi təxminən 70 km-dir, lakin bu göstərici 900 km/saat sürət və 12–15 km hündürlükdə mümkündür. MQ-9 isə belə bombanı maksimum 10 km məsafədən buraxa bilir ki, bu da ciddi risk yaradır. Daha yeni MQ-9B versiyasında hündürlük və silah tətbiq məsafəsinin artırılması istiqamətində dəyişikliklər edilib. Qanad açıqlığı 4 metr artırılıb və silahlanmaya 370 km mənzilli AGM-158 JASSM raketi daxil edilib. Lakin əsas problem bu versiyanın yüksək qiymətidir. MQ-9B əsasən xüsusi təyinatlı qüvvələr və dəniz qüvvələri tərəfindən məhdud sayda alınır. ABŞ Hərbi Hava Qüvvələri isə MQ-9B-ni geniş şəkildə almaq niyyətində deyil. Onlar Collaborative Combat Aircraft sistemlərini gözləyirlər. Bu sistemlərin döyüş imkanlarının daha yüksək döyüş səviyyəsi təmin edəcəyi düşünülür. Buna görə də MQ-9 itkiləri ABŞ üçün kritik hesab olunmur və ehtimal ki, bu itkilər davam edəcək.
7 301
Hamzeh əslində 1935-cı ildə inşa edilmiş və əvvəl “Shahsavar” adlı şah yaxtası olmuş bir gəmidir.
İnqilabdan sonra hərbi gəmiyə çevrilərək dörd gəmiəleyhinə raketlə silahlandırılmışdı.
7 301
18 mart axşam saatlarında İsrailin İranın Xəzər dənizindəki Bəndər-Ənzəli şəhərində yerləşən Hərbi Dəniz Qüvvələri bazasına endirdiyi kütləvi zərbənin nəticələri.
Bu fotoda göründüyü qədərilə iki ədəd “Sina” tipli raket katerinin məhv edildiyi, həmçinin “Hamzeh” raket gəmisinin də zərər gördüyü müşahidə olunur.
7 301
İranın Buşehr şəhərində pilotsuz uçuş aparatının vurulması
İran mənbələri bildirir ki, vurulan aparat ABŞ-a məxsus MQ-9 tipli drondur.
7 301
İranın xarici işlər naziri Araqçi Kyodo agentliyinə bildirib:
Biz atəşkəsi qəbul etmirik. Keçən ilin ssenarisinin təkrarlanmasını istəmirik.
Biz müharibənin tam, hərtərəfli və davamlı şəkildə başa çatmasını istəyirik. Yeganə qəbul edilən həll yolu müharibənin tam dayandırılmasıdır.
Bu vəziyyətin bir daha təkrarlanmaması üçün təminatlar olmalıdır.
Dəymiş ziyanlar kompensasiya edilməlidir.
7 301
Tayvan davam edən İran müharibəsinin ABŞ-ın əsas raket ehtiyatlarını sürətlə azaltmasından narahatdır.
7 301
F-15in vurulması barədə yayımlanan görüntülərdə açıq aşkar bir zərbə görünmür.
Sonlarda görünən izlər olsa da, hər hansısa bir zrk raketinin partlayışı yoxdur.
7 301
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundan Beyruta gedən əsas magistral yolda yerləşən Əl-Qəsmiyyə körpüsünü dağıdıb.
7 301
Qətər-Türkiyə Müştərək Komandanlığının təlim fəaliyyətləri həyata keçirən Qətər Silahlı Qüvvələrinə məxsus helikopterin 21 mart axşamı texniki nasazlıq səbəbindən dənizə düşdüyü bildirilir.
Türkiyə MN bildirib ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 əməkdaşı və ASELSAN-ın 2 texniki işçisi şəhid olub.
7 301
Körfəz ölkələrinə hava müdafiəyə dəstək üçün göndərilmiş Ukrayna HHQ zabiti bir drona və ya raket hədəfinə 8 ədəd Patriot raketinin atıldığını görüb şoka düşüb.
7 301
Baş qarışıq olub Bayramınızı təbrik etməmişəm. Hər kəsin bayramı mübarək. Həm niyyətləriniz İnşaAllah qəbul olsun həm də Novruz yeni bərəkət ruzi gətirsin !
7 301
Donald Tzu sanksiyanı 30 günlük dayandıraraq , İranın neft ixracatının yolunu açdı dolaysıyla İran da gəmi hərəkətini bərpa etdi.
7 301
İran Beynəlxalq Dəniz Təşkilatına bəyanat ünvanlayıb.
Bəyanatda bildirilir ki, düşmən dövlətlərə məxsus gəmilər istisna olmaqla, bütün gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilir.
7 301
Repost from Caucasian Live
🇮🇷🗣️ "Bu andan etibarən işğal olunmuş ərazilərin səması üzərində raket üstünlüyümüzü elan edirəm.
🔻 İstifadə olunan yeni taktikalar və buraxılış sistemləri sionist və Amerika liderlərini dəhşətə gətirəcək. Bu gecə işğal olunmuş cənub ərazilərinin səması bir neçə saat işıqlı qalacaq".
- SEPAH-ın Aerokosmik Qüvvələri komandanı Məcid Musəvi | @CaucasianLive
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
