uk
Feedback
Ormilitarism

Ormilitarism

Відкрити в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Показати більше
7 302
Підписники
-124 години
-227 днів
-7230 день
Архів дописів
+1
“İranın Qətərdə yerləşən An/Fps-132 öncədən xəbərdarlıq və nəzarət radarını vurması nəticəsində NewYork sular altında qalıb” (!)

Avropa kəşfiyyati bildirir ki, Çin ötən il təxminən 200 Rusiya əsgərini dron müharibəsi və dronlara qarşı mübarizə taktikalar
Avropa kəşfiyyati bildirir ki, Çin ötən il təxminən 200 Rusiya əsgərini dron müharibəsi və dronlara qarşı mübarizə taktikaları üzrə hazırlayıb, onların bir qismi daha sonra Ukraynadakı döyüşlərə qayıdıb. Reuters tərəfindən nəzərdən keçirilən sənədlərə görə, bu təlimlər Çin hərbi obyektlərində keçirilib və dronların idarə edilməsi, elektron müharibə və partlayıcı maddələrlə işləmə kimi sahələri əhatə edib.

İsveç Fransa şirkəti Naval Group-dan təxminən 4,25 milyard dollar dəyərində 4 ədəd FDI sinifli freqat alır. Bu, 1980-ci illər
İsveç Fransa şirkəti Naval Group-dan təxminən 4,25 milyard dollar dəyərində 4 ədəd FDI sinifli freqat alır. Bu, 1980-ci illərdən sonra ölkənin ən böyük hərbi alışıdır. Gəmilərin ilkin partiyasının 2030-cu ildə təhvil verilməsi gözlənilir. Bu freqatlar İsveçin Baltik dənizində hava hücumundan müdafiə qabiliyyətini təxminən üç dəfə artıracaq.

Almaniya iyunun sonlarından etibarən Türkiyəyə Patriot hava hücumundan müdafiə sistemi və 150 hərbçi göndərəcək.

Yunanıstan bu ilin əvvəlində Karpatos adası və Evros bölgəsində yerləşdirdiyi Patriot raket sistemlərini geri çəkəcək. Səbəb
Yunanıstan bu ilin əvvəlində Karpatos adası və Evros bölgəsində yerləşdirdiyi Patriot raket sistemlərini geri çəkəcək. Səbəb ABŞ və İsrailin İrana zərbələri ilə bağlı gərginliyin azalmasıdır. Türkiyə Karpatosda bu sistemlərin yerləşdirilməsinə kəskin etiraz etmişdi və bildirmişdi ki, adanın hərbiləşdirilməsi Şərqi Egeydəki müqavilələri pozur.

Növbəti qısa PDF WW2 dövründə istifadə edilən hava müdafiə vasitələrinin modern savaşlardakı rolu barədə olacaqdır.
+3
Növbəti qısa PDF WW2 dövründə istifadə edilən hava müdafiə vasitələrinin modern savaşlardakı rolu barədə olacaqdır.

ABŞ Ordusuna təhvil verilən AMPV-30 piyada döyüş maşını prototiplərində kiçik ölçülü dronları aşkar etmək üçün nəzərdə tutulm
+1
ABŞ Ordusuna təhvil verilən AMPV-30 piyada döyüş maşını prototiplərində kiçik ölçülü dronları aşkar etmək üçün nəzərdə tutulmuş EchoShield radar sistemi quraşdırılıb. Maşında həmçinin MCT-30 adlı pilotsuz qüllə var. Bu qüllədə 30 mm Mk 44 Bushmaster II avtomatik top yerləşdirilib və o, proqramlaşdırılan, havada partlayan mərmilərlə atəş aça bilir. Bu imkanlar sayəsində maşınlar dronlara qarşı mübarizə üzrə Flytrap proqramında sınaqlara cəlb olunur.

“Büro 1440” şirkətinin hazırladığı peyk internet terminalı belə görünür. O, Rusiya Dəmir Yollarına məxsus yüksək sürətli qata
+2
“Büro 1440” şirkətinin hazırladığı peyk internet terminalı belə görünür. O, Rusiya Dəmir Yollarına məxsus yüksək sürətli qatarların üzərinə quraşdırılaraq, sərnişinlərin yol boyu yüksək sürətli internetlə təmin olunması üçün nəzərdə tutulub. Bildirilir ki, ümumilikdə 135 yüksək sürətli “Lastoçka” və “Sapsan” qatarı bu peyk internet sistemi ilə təchiz ediləcək. Gələcəkdə Starlink-ə bənzər kiçik mobil terminalların da ortaya çıxması gözlənilir.

Ukrayna Hava Hücumundan Müdafiə bölmələrinin birində istifadə olunan İsveçə məxsus 40 mm Bofors L70 zenit topu.
+3
Ukrayna Hava Hücumundan Müdafiə bölmələrinin birində istifadə olunan İsveçə məxsus 40 mm Bofors L70 zenit topu.

Amma bu siyahı tam deyil. Məlum olan, amma hesabatda göstərilməyən itkilər də var: – CH-47 Chinook, UH-60, CH-53 helikopterləri – təxminən 4 MH-6 Little Bird – əlavə 1 KC-135 Buna görə real itkilərin sayı 42 yox, təxminən 50-yə yaxın hesab olunur.

ABŞ Konqresi “Epic Fury” əməliyyatı zamanı İrana qarşı müharibədə ABŞ aviasiyasının itkiləri ilə bağlı hesabat yayıb. Amma bu
+3
ABŞ Konqresi “Epic Fury” əməliyyatı zamanı İrana qarşı müharibədə ABŞ aviasiyasının itkiləri ilə bağlı hesabat yayıb. Amma bu hesabat tam deyil və əsasən açıq mənbələrə əsaslanır. Pentaqon bu barədə tam məlumat açıqlamayıb. Hesabata görə ABŞ ümumilikdə 42 uçuş aparatını itirib (zədələnmiş və məhv edilmiş): – 1 F-35 – İran HHM tərəfindən zədələnib – 4 F-15E – 3-ü dost atəşi ilə, 1-i İran HHM tərəfindən vurulub – 1 A-10 – İran HHM tərəfindən vurulub – 1 E-3G – aviabazada məhv edilib – 7 KC-135 – qəza, toqquşma və aviabaxadakı hücumlar nəticəsində zədələnib – 2 MC-130J – evakuasiya mümkün olmadığı üçün ABŞ özü məhv edib – 1 HH-60G helikopteri – yerdən atəşlə zədələnib – 1 MQ-4C Triton – qəzaya uğrayıb – 24 MQ-9 Reaper – İran HHM tərəfindən vurulub

+2
Ukrayna Silahlı Qüvvələrinə məxsus D-4 (“Baton”) kamikadze dronunun ələ keçirilməsi. Bu, Ukraynanın istifadə etdiyi kiçik ölçülü, qanad tipli kamikadze dronlardan biridir və təxminən 100 km məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir. D-4 dronu ABŞ-Ukrayna birgə istehsalıdır və döyüş başlığının çəkisi 3-4 kq təşkil edir. Bildirilir ki, bu pilotsuz aparat GPS olmadan, optik naviqasiya vasitəsilə – yəni əvvəlcədən yüklənmiş görüntülərə əsaslanaraq istiqamətlənə bilir.

16 ədəd Jf-17 1 baterya HQ-9

Bunlar işğal xəbərlərini eşidəndən sonra nətər kino çəkəsi bilmirlər daha.

Estoniyada ilk dəfə Ukraynaya aid olduğu ehtimal edilən bir dron vurulub. Hadisə Tartu şəhəri yaxınlığında, Rusiya sərhədində
Estoniyada ilk dəfə Ukraynaya aid olduğu ehtimal edilən bir dron vurulub. Hadisə Tartu şəhəri yaxınlığında, Rusiya sərhədindən təxminən 80 km uzaqda yerləşən Vırtsyarv gölü üzərində baş verib. Qeyd olunur ki, bundan əvvəl də Ukrayna dronları Rusiyaya hücumlar zamanı səhvən Estoniya, Litva və Latviya hava məkanına daxil olub.

“Geran” dronlarının Poltava vilayətinin Ukraynanın Selişçina kəndi yaxınlığında yerləşən “Bazilevşina” obyektinə və Dnepropetrovsk vilayətinin Partizanskoye kəndindəki neft məhsulları anbarına zərbələri.

İndoneziya Prezidenti Prabovo Subianto 18 may 2026-cı ildə Cakartadakı Halim Perdanakusuma aviabazasında keçirilən mərasimdə
+9
İndoneziya Prezidenti Prabovo Subianto 18 may 2026-cı ildə Cakartadakı Halim Perdanakusuma aviabazasında keçirilən mərasimdə Hərbi Hava Qüvvələrinin tərkibinə daxil edilən ilk 6 ədəd Rafale qırıcısı, 4 ədəd Dassault Falcon 8X biznes jet və 1 ədəd Airbus A400M Atlas hərbi-nəqliyyat təyyarəsinin təqdimatında iştirak edib. Qeyd edək ki, 10 fevral 2022-ci ildə İndoneziya Müdafiə Nazirliyi Fransanın Dassault Aviation şirkəti ilə 42 ədəd yeni istehsal Rafale qırıcısının alınmasına dair müqavilə imzalayıb. Bu razılaşmanın ümumi dəyəri silahlanma daxil olmadan təxminən 7 milyard dollar qiymətləndirilir. Bundan əlavə, 2021-ci ilin noyabrında İndoneziya Müdafiə Nazirliyi Airbus şirkəti ilə iki ədəd A400M hərbi-nəqliyyat təyyarəsinin (yanacaq doldurma funksiyalı konfiqurasiyada) alınmasına dair müqavilə bağlayıb. İlk A400M təyyarəsi 2025-ci ilin noyabrında təhvil verilib. Falcon 8X biznes jetləri isə (ümumilikdə 6 ədəd) İndoneziyada VIP şəxslərin daşınması üçün istifadə olunacaq.

Səfər zamanı “Brave Germany” adlı müdafiə innovasiyaları proqramı üçün niyyət məktubu da imzalanıb. Bu proqram Ukrayna və Almaniya startaplarını dəstəkləyəcək. Burda əsas məqsəd Ukrayna ordusunun texnoloji ehtiyaclarını innovasiyalar vasitəsilə qarşılamaqdır. Ukrayna tərəfdən layihəni Brave1 podratçısı həyata keçirəcək. Avropa İttifaqı təşəbbüsü çərçivəsində Ukraynada hərbi təlim mərkəzlərinin yaradılması üçün 10 milyon avrodan çox vəsait ayrılacaq. Bundan başqa Norveçlə birlikdə uzaqmənzilli 155 mm artilleriya mərmilərinin istehsalına start verilib. İstehsal əsasən “uzun kalibrli” mərmilərə fokuslanacaq. Məsələn, Norveçin Nammo şirkətinin HE-ER mərmiləri və ABŞ-ın aktiv-reaktiv M549A1 mərmiləri kimi. Ukrayna ABŞ-ın RTX şirkətindən dronlara qarşı istifadə üçün yeni, daha ucuz raketlər almağı gözləyir. Bu raketlərin detalları açıqlanmayıb, amma şirkətin Coyote adlı interceptorları və yeni NGSRI sistemi üzərində işlədiyi bilinir. Ehtimal olunur ki, Ukrayna üçün xüsusi yeni sistemlər də hazırlanır. Görüşdə həmçinin Patriot hava müdafiə sistemləri üçün raketlərin tədarükünün sürətləndirilməsi, zədələnmiş sistemlərin təmiri və bəzi komponentlərin Ukraynada servis edilməsi məsələləri müzakirə olunub. Bundan əlavə, təkmilləşdirilmiş idarəetmə sisteminə malik PAC-2 GEM-T raketlərinin tədarükü ilə bağlı yeni razılaşma imzalanıb və bu raketlərin bir hissəsinin Almaniyada istehsalı planlaşdırılır.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun Ukraynaya səfəri və hərbi yardım üzrə əsas yeniliklər: 11 mayda Almaniyanın müda
Almaniyanın müdafiə naziri Boris Pistoriusun Ukraynaya səfəri və hərbi yardım üzrə əsas yeniliklər: 11 mayda Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya səfər edib. Səfərin əsas nəticəsi 1500 km-ə qədər uçuş məsafəsi olan “Deep Strike” tipli dronların birgə istehsalına başlanması olub. Pistorius bildirib ki, Almaniya və Ukrayna şirkətləri artıq müxtəlif məsafəli dronların hazırlanması və istehsalı üzərində işləyir. Buraya 100 km-dən az məsafəli dronlar və 1500 km-ə qədər uça bilən uzaqmənzilli sistemlər daxildir.

Pakistan, İranla bağlı gərginlik fonunda gizli razılaşma əsasında Səudiyyə Ərəbistanına 8 min hərbçi, qırıcı təyyarələr, dron
Pakistan, İranla bağlı gərginlik fonunda gizli razılaşma əsasında Səudiyyə Ərəbistanına 8 min hərbçi, qırıcı təyyarələr, dronlar və hava hücumundan müdafiə sistemləri göndərib. Bu qüvvələrin içində JF-17 qırıcıları və Çin istehsalı HQ-9 hava müdafiə sistemləri var. Texnikanın bir hissəsi Səudiyyə tərəfindən maliyyələşdirilib, amma onu Pakistan hərbçiləri idarə edir. Göndərilən qüvvələr artıq döyüşə hazır vəziyyətdədir. Lazım olarsa, bu say 80 min hərbçiyə qədər artırıla bilər.