Ormilitarism
Відкрити в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Показати більше7 296
Підписники
-424 години
-47 днів
-6730 день
Архів дописів
7 294
Açıq mənbə analitikləri görüntülərdən istifadə edərək zərbələrin yerini müəyyənləşdiriblər; hava hücumundan müdafiə sistemləri, sursat bunkerləri, raket anbarları, rabitə infrastrukturu və adanın aerodromu daxil olmaqla hərbi hədəflərin vurulduğunu təsdiqləyiblər.
Zərbələr İranın xam neft ixracının təxminən 90%-ni həyata keçirən neft ixrac terminallarından yan keçib.
7 294
Yayımlanan görüntülərdə İranın neft məhsullarının 90%-ə qədərinin ixrac edildiyi əsas liman mərkəzi olan Xarq (Kharg) adasındakı hərbi hədəflərə endirilən zərbələr əks olunub.
Görüntülərdə bir hava bazasının hədəf alındığı, o cümlədən bazanın uçuş-enmə zolağının sıradan çıxarıldığı, habelə İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunan hava hücumundan müdafiə sistemləri və raket buraxılış məntəqələri olduğu ehtimal edilən bir çox digər obyektlərin vurulduğu görünür.
7 294
ABŞ Müharibə Katibi Pit Heqsetin növbəti 24 saatın müharibənin indiyədək olan ən əhəmiyyətli zərbələrinə səhnə olacağı barədə açıqlamasından sonra, Tehran ötən gecəni belə keçirdib.
7 294
Martın 4-də Bəndər-Abbasda körpünün yanında batırılmış, İranın yeganə saz vəziyyətdə olan 877EKM layihəli sualtı qayığının fotosu.
İran 1991-1996-cı illərdə inşa edilmiş üç ədəd 877EKM layihəli sualtı qayıq almışdı. Onlardan ikisi uzun müddətdir ki, təmirdədir. ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birgə Komitəsinin sədri general Den Keynin bəyanatına görə, qayıq ATACMS operativ-taktiki raketinin zərbəsi nəticəsində batırılıb.
7 294
+1
Okinavadan olan 31-ci Dəniz Piyadaları Ekspedisiya taboru.
Bura böyük hissəsi USS Tripoli universal desant gəmisində, həmçinin USS Robert Smalls kreyserində və USS Rafael Peralta esminesində yerləşən, yüngül zirehli texnikaya malik 2200-ə yaxın dəniz piyadası və dənizçi daxildir.
Bundan əlavə, 31-ci MEU F-35B qırıcılarından, eləcə də AH-1Z Viper, UH-1Y Venom və CH-53E Super Stallion helikopterlərindən istifadə edə bilər.
7 294
Epic Fury :
13 amerikalı hərbçi həlak olub
10 nəfər ağır yaralanıb
Cəmi ~200 nəfər yaralanıb
Yaralananların ~170-i xidmətə geri dönüb.
7 294
+1
İran Prezidenti Məsud Pezeşkian Qüds Günü zamanı Tehranda motosikletin arxasında gedərkən.
7 294
Zelenski Parisdə Rza Pəhləvi ilə görüşüb.
Onlar İrandakı vəziyyəti, ABŞ-ın İran rejiminə qarşı əməliyyatını və İrandakı dəyişiklik məsələlərini müzakirə ediblər.
Zelenski Rusiya ilə əməkdaşlığı dayandıran “azad İran” görmək istədiyini vurğulayıb.
7 294
Həmin saatlarda "Arleigh Burke" sinfinə məxsus "USS Oscar Austin" (DDG-79) idarə olunan raket esminesi Aralıq dənizinin şərqindən SM-3 raketi buraxaraq, Türkiyənin Adana şəhərindəki İncirlik hava bazasına zərbə endirməyə cəhd edən İranın orta mənzilli ballistik raketini uğurla zərərsizləşdirib.
Ümumi olaraq 3/3 eləyiblər.
7 294
Maraqlı fakt: İrana məxsus "358" hava müdafiə sisteminin adı, 2020-ci ildə Qasım Süleymaninin öldürülməsinə qisas olaraq Əfqanıstan səmasında vurulan CIA-nın Yaxın Şərq üzrə sahə rəisinin (Maykl D'Andrea) uçuş nömrəsinin şərəfinə belə adlandırılıb.
Qeyd etmək lazımdır ki, Maykl D'Andreanın həmin qəzada ölməsi və ya təyyarənin vurulması ilə bağlı iddialar rəsmi təsdiqini tapmayıb və bir çox mənbə tərəfindən təkzib edilib.
7 294
Bir ərazini işğal edərkən və ya geri alarkən onda tam nəzarəti qura bilmədinsə o ərazini əldə etmiş sayılmırsan. Əsas məsələ möhkəmlənə bilməyi bacarmaqdır.
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
