Ormilitarism
Відкрити в Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
Показати більше7 302
Підписники
-324 години
-217 днів
-6830 день
Архів дописів
7 303
Donald Trump:
“Yadımdadır, mən İrana razılaşma bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 10 gün vermişdim.
Vaxt tükənir — 48 saat qalıb, əks halda onların üzərinə cəhənnəm yağacaq.
Tanrıya şükür!”
7 303
ABŞ digər bölgələr üçün ayırılmış ehtiyatlardan “JASSM-ER”ləri Yaxın Şərqə köçürür.
7 303
ABŞ-a məxsus iki HC-130J Combat King II xilasetmə-tanker təyyarəsi Ştutqartdakı hərbi aerodromdan havaya qalxaraq Yaxın Şərq istiqamətinə yollanıb.
Bu isə itkin düşmüş F-15E ekipaj üzvünün axtarışlarının hələ də aktiv olduğunu və genişləndirildiyini göstərir.
7 303
İranın dövlət mediası bildirir ki, balıqçılar Buşehr yaxınlığında vurulmuş ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz aparatının qalıqlarını tapıblar, lakin OSINT analitikləri bunun MQ-9 olmadığını deyir.
Qalıqların Çin istehsalı Wing Loong II-yə uyğun gəldiyi görünür və böyük ehtimalla Səudiyyə Ərəbistanı və ya BƏƏ kimi regional bir dövlət tərəfindən istifadə olunub.
Bu, İran qüvvələri tərəfindən aşkar edilən ən azı ikinci Wing Loong II qalıqlarıdır.
7 303
Fransa gələcək müharibələrə hazırlıq çərçivəsində 2030-cu ilə qədər pilotsuz uçuş aparatları və raket ehtiyatlarını kəskin şəkildə artırır.
Plan pilotsuz aparatların sayının 400% artırılmasını, raketlərin isə 30% çoxaldılmasını nəzərdə tutur. Həmçinin idarəolunan bombalar və hava hücumundan müdafiə sistemləri kimi silahlara yönəlmiş 9 milyard dollarlıq investisiya planlaşdırılır.
7 303
17–45 yaş arası Almaniya vətəndaşı kişilər yeni hərbi xidmət qanununa əsasən 3 aydan çox müddətə ölkədən kənarda qalmaq üçün icazə almalıdır.
Onlardan uzunmüddətli xaricə getməzdən əvvəl Bundesverin karyera mərkəzi vasitəsilə məlumat vermələri və ya müraciət etmələri gözlənilir.
7 303
İran HHM atəşi nəticəsində zədələnmiş 1 ədəd F-35 qırıcısı;
Küveyt HHQ tərəfindən dost atəşi nəticəsində vurulmuş 3 ədəd F-15E Strike Eagle zərbə təyyarəsi;
İran HHM atəşi nəticəsində vurulmuş 1 ədəd F-15E Strike Eagle;
İran HHM atəşi nəticəsində vurulmuş 1 ədəd A-10 Thunderbolt II hücum təyyarəsi;
Şahzadə Sultan aviabazasında məhv edilmiş 1 ədəd E-3G Sentry erkən xəbərdarlıq və idarəetmə təyyarəsi;
Havada toqquşma nəticəsində qəzaya uğramış 1 ədəd KC-135 yanacaq doldurma təyyarəsi;
Havada toqquşma nəticəsində zədələnmiş 1 ədəd KC-135;
Şahzadə Sultan aviabazasında məhv edilmiş 1 ədəd KC-135;
İranın zərbələri nəticəsində aviabazada zədələnmiş 5 ədəd KC-135;
İran HHM tərəfindən vurulmuş 17 ədəd MQ-9 Reaper pilotsuz uçuş aparatı;
Aviabazada FPV-dron zərbəsi nəticəsində zədələnmiş 1 ədəd UH-60 helikopteri;
Axtarış-xilasetmə əməliyyatı zamanı yerdən açılan atəş nəticəsində zədələnmiş 2 ədəd HH-60G Pave Hawk helikopteri;
Küveytdəki aviabazada məhv edilmiş 1 ədəd CH-47 Chinook helikopteri (infoqrafikada göstərilməyib).
Son 10 gün ərzində amerikalılar məhv edilmiş və zədələnmiş vəziyyətdə (həm yerdə, həm də havada) ümumilikdə 4 təyyarə, 3 helikopter və 5 pilotsuz aparat itiriblər ki, bunun da yarısı son sutkaya təsadüf edir.
7 303
İranla müharibə zamanı ABŞ Hərbi Hava Qüvvələrinin məlum itkilərinin yenilənmiş siyahısı (rəsmi təsdiq, media nəzarət və ya KİV məlumatları əsasında)
7 303
Gecə saatlarında Ukrayna kamikadze dronları Ukrayna sərhədindən təxminən 1000 km məsafədə yerləşən Samara vilayətinin Tolyatti şəhərinə zərbələr endirib.
Görünən odur ki, hədəf “Tolyattikauçuk” və “KuybışevAzot” kimya müəssisələri olub.
7 303
Ukraynaya məxsus FP-2 (FP-1) kamikadze dronunun Starlink vasitəsilə Krımdakı S-400 ZRK-nin tərkibində olan 92N6E radarına zərbə endirməsi.
7 303
İdarə olunan “Geran” PUA-sının Poltava vilayətinin Kiryakovo kəndi yaxınlığında IRIS-T SLM ZRK-nin tərkibində olan TRML-4D radarına zərbə endirmə cəhdi.
Görüntü radaradan xeyli məsafədə kəsildiyi üçün zərbənin nə dərəcədə dəqiq olduğu və ümumiyyətlə hədəfə dəyib-dəymədiyi aydın deyil.
7 303
Modern mülki texnologiyaların döyüş sahəsinə necə təsir etdiyi barədə çox aydın bir video.
7 303
+3
3 aprel tarixində İran dronu Küveytdəki aviabazada ABŞ ordusunun aviasiyasına məxsus Boeing CH-47 Chinook nəqliyyat helikopterini vurub.
7 303
+4
İrandan yayılan qalıqların fotosunun “Ghadr” tipli İran ballistik raketinin sürətləndirici quyruq hissəsi ilə müqayisəsi.
Stabilizator və mühərrik çıxışı (nozzle) eynidir. Görünən odur ki, bu, düşmüş İran ballistik raketinin qalıqlarıdır.
7 303
Bir F-16 mühərrikinə nisbətən daha balaca mühərrikdir. Çox böyük ehtimal MQ-9 qalığıdır.
7 303
+2
Dünən İran ərazisi üzərində vurulduğu iddia edilən F-16 qırıcısının qalıqlarının fotosu.
7 303
ABŞ-ın daha aşağıdan uçuşlar həyata keçirməsi “farmazonluq” üçün edilən hərəkət deyil. Daha aşağıdan uçuş etmək əməliyyat xərcini daha az edir. Yəni kilometrlərlə uzaqdan daha ağıllı və bahalı sursat atmaq əvəzinə aşağıdan daha ucuz və sıradan sursat atmaq.
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
