uk
Feedback
Ormilitarism

Ormilitarism

Відкрити в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Показати більше
7 303
Підписники
+324 години
-107 днів
-6130 день
Архів дописів
photo content
+2

ABŞ-ın gecə İsfahana endirdiyi zərbələr geostasionar orbitdən (~36000km) belə görünüb. Meteosat 12 hava proqnozu peykindən çəkilmiş böyük partlayış görüntüsü.

ABŞ Polşadan Patriot zenit-raket batareyalarından birini Yaxın Şərqə göndərməyi xahiş edib, lakin Varşava buna “yox” deyib. M
ABŞ Polşadan Patriot zenit-raket batareyalarından birini Yaxın Şərqə göndərməyi xahiş edib, lakin Varşava buna “yox” deyib. Müdafiə naziri Kosinyak-Kamış bildirib: “Bizim Patriot batareyalarımız Polşa səmasını və NATO-nun şərq cinahını qorumaq üçün istifadə olunur… onları başqa yerə köçürmək planımız yoxdur.”

NPR xəbər verir ki, İranın Səudiyyə Ərəbistanındakı Prins Sultan Hərbi Hava Bazasına endirdiyi zərbə ABŞ-a məxsus iki E-3 Sentry AWACS təyyarəsinə zərər verib. Onlardan birinin məhv edildiyi təsdiqlənib.

San Dieqoda bir rəqqasə bildirib ki, gənc ABŞ hərbçiləri klubdaykən ona yaxın zamanda göndəriləcəklərini deyib. Barıt qoxulu
San Dieqoda bir rəqqasə bildirib ki, gənc ABŞ hərbçiləri klubdaykən ona yaxın zamanda göndəriləcəklərini deyib. Barıt qoxulu məsələsi ABŞda da var.

Peyk görüntüləri göstərir ki, İran 2025-ci ilin iyunundakı İsrail və ABŞ hava zərbələrindən bir neçə gün əvvəl İsfahandakı ye
Peyk görüntüləri göstərir ki, İran 2025-ci ilin iyunundakı İsrail və ABŞ hava zərbələrindən bir neçə gün əvvəl İsfahandakı yeraltı tunel kompleksinə 540 kq-a qədər yüksək zənginləşdirilmiş uran köçürmüş ola bilər. İyunun 9-na aid görüntüdə tunel girişində 18 qorunaqlı konteyner daşıyan ağır yük maşını görünür. Ekspertlər hesab edir ki, bu konteynerlər Tip B nüvə daşınma qablarına bənzəyir və potensial olaraq İranın 60% zənginləşdirilmiş uran ehtiyatının hamısını saxlaya bilər. Bu doğru olarsa: İran həmin zərbələrdən əvvəl Natanz və Fordo obyektlərini boşaldıb. Zənginləşdirilmiş uran hazırda zədələnməmiş yeraltı obyektdə saxlanılmış ola bilər. MAQATE materialın dəqiq yerini hələ də bilmir. İran nəzəri olaraq qabaqcıl sentrifuqalardan istifadə edərək 60% uranı təxminən 10 gün ərzində silah səviyyəsinə (90%) qədər zənginləşdirə bilər.

ABŞ gecə saatlarında İsfahan şəhərində yerləşən böyük sursat anbarını 2000 funtluq bunker dağıdan bombalarla vurub. Videolard
+2
ABŞ gecə saatlarında İsfahan şəhərində yerləşən böyük sursat anbarını 2000 funtluq bunker dağıdan bombalarla vurub. Videolarda güclü ikinci dərəcəli partlayışlar müşahidə olunub.

ABŞ-ın yeni PrSM ballistik raketi İranın Lamerd şəhərində bir məktəbin idman zalına düşüb və nəticədə 21 nəfər həlak olub. Ya
+8
ABŞ-ın yeni PrSM ballistik raketi İranın Lamerd şəhərində bir məktəbin idman zalına düşüb və nəticədə 21 nəfər həlak olub. Yayımlanan foto, video və peyk görüntülərinə əsasən, 28 fevralda SEPAH bazasına endirilən raket zərbəsi onun yaxınlığındakı məktəbə də təsir edib. Faktiki olaraq Minabda baş vermiş faciəyə bənzədir. Həmin hadisədə BGM-109 Tomahawk raketinin SEPAH Hərbi Dəniz Qüvvələrinin bazasına bitişik məktəbə düşməsi nəticəsində 180 nəfər, o cümlədən 175 uşaq həlak olmuşdu. Hər iki halda məktəb SEPAH bazalarına yaxın yerləşdiyi üçün ABŞ kəşfiyyatı tərəfindən hərbi obyektin bir hissəsi kimi qiymətləndirilib və hədəflər siyahısına daxil edilib. Kadrlarda PrSM raketlərinin xarakterik silueti, həmçinin GMLRS raketlərinə bənzər şəkildə havada partlayan kaset tipli döyüş başlığının on minlərlə subelementlərinin yayması görünür. Sonuncu paylaşımdakı foto və videolarda Lamerd şəhərindəki məktəb ətrafında bu cür subelementlərin yaratdığı xarakterik izlər müşahidə olunur.

ABŞ Hərbi Hava Qüvvələri və ATACMS operativ-taktiki raket kompleksinin zərbələri nəticəsində ballistik raket buraxılış qurğusu, pikap bazasında yerləşən Shahed-136 kamikadze dronunun mobil buraxılış qurğusu, atəş mövqeyində olan ZU-23-2 zenit qurğusu və Chengdu J-7 qırıcı təyyarəsi hədəf alınıb.

İsrail Hərbi Hava Qüvvələri tərəfindən yayımlanan yeni bir görüntüdə İran ərazisinə edilən zərbələr zamanı F-16I təyyarələrin
İsrail Hərbi Hava Qüvvələri tərəfindən yayımlanan yeni bir görüntüdə İran ərazisinə edilən zərbələr zamanı F-16I təyyarələrinin kaset sursatları ilə silahlandırıldığı göstərilir. Böyük ehtimal daha öncədə paylaşdığım BLU-91/B kimi tank əleyhinə minalar daşıyan vasitədir. Məqsəd İranın uzaqmənzilli ballistik raket əməliyyatlarını pozmaq, o cümlədən yeraltı obyektlərin girişlərini və buraxılış zonalarını minalamaq ola bilər.

Qəzaya uğramış Rusiya istehsalı Geran-2 dronunun üzərində R-60M raketinin maketi aşkar edilib.
Qəzaya uğramış Rusiya istehsalı Geran-2 dronunun üzərində R-60M raketinin maketi aşkar edilib.

Gör Trump necə dahi bir MAGA planı qurubsa Körfəz ölkələri , Səudiyyə Ərəbistanı və İsrail ABŞ-ı quru əməliyyatı keçirməyə mə
Gör Trump necə dahi bir MAGA planı qurubsa Körfəz ölkələri , Səudiyyə Ərəbistanı və İsrail ABŞ-ı quru əməliyyatı keçirməyə məcbur edir. Əlavə olaraq ABŞ müharibə xərclərini ərəblərə yıxmaq istəyir. Vaxtilə başqa ölkələri proxy edib döyüşdürən ABŞ indi özü proxy olacaq.

12 ədəd A‑10C Thunderbolt II döyüş təyyarəsi, günün əvvəli Pease Hava Milli Qvardiyası Bazasından Yaxın Şərqə dislokasiya olunub.

11-ci Dəniz Piyadaları Ekspedsiyası Bölüyünü daşıyan Boxer Qrupu.
+1
11-ci Dəniz Piyadaları Ekspedsiyası Bölüyünü daşıyan Boxer Qrupu.

ABŞ Donanmasının ən yeni Virginia sinfi sürətli hücum nüvəaltısı USS Massachusetts (SSN-798) şənbə günü Boston şəhərində keçi
ABŞ Donanmasının ən yeni Virginia sinfi sürətli hücum nüvəaltısı USS Massachusetts (SSN-798) şənbə günü Boston şəhərində keçirilən mərasimdə xidmətə qəbul edilib.

Çox ziyan dəymədən öncə diplomatiya və danışıqları seçən BƏƏ üçün indi tək yol möcvud vəziyyətin bir mənalı bitməsidir.

Sizə daha əvvəl psixolojik konpensasiya məsələsini yazmışdım. İndi isə BƏƏ İrana qarşı BƏƏ daha sərt mövqe sərgiləyərək, quru əməliyyatının tərəfdarı kimi çıxış edir.

2026 mart ayında neft qiymətlərinin artması nəticəsində ABŞ neft şirkətləri təxminən 5+ milyard dollar əlavə gəlir əldə edib. 🌐@GSSR44

Önümüzdəki bazarertəsinə kimi bu məsələni ya diplomatiya ilə yada hərbi güc ilə yekunlaşdırmalıdır. Yoxsa münaqişə ciddiyətini itirəcək.