uk
Feedback
Ormilitarism

Ormilitarism

Відкрити в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Показати більше
7 303
Підписники
Немає даних24 години
-307 днів
-7430 день
Архів дописів
Ruslar Kaliningrada yeni Bal 3K60 sahil zolağı müdafiə sistemləri yerləşdirib. Bu Baltik ətrafı gərginlik xəbərlərinin yayılması ilə barəbər baş verir.

Təminat

Türklər SAR56-ları Somali ordusuna paylayıb. ASELSAN Ejderha/AD-200 və ASELSAN İhtar-100 pilotsuz aparatlara qarşı sistemlərl
+2
Türklər SAR56-ları Somali ordusuna paylayıb. ASELSAN Ejderha/AD-200 və ASELSAN İhtar-100 pilotsuz aparatlara qarşı sistemlərlə təlim keçirilir. STM tərəfindən Somali hərbçilərinə FPV dron təlimləri verilir.

Ötəb gecə Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronları yenidən Leninqrad vilayətində yerləşən Primorsk limanına hücum edib
+2
Ötəb gecə Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronları yenidən Leninqrad vilayətində yerləşən Primorsk limanına hücum edib. Regionun qubernatoru hücum faktını və ondan sonra baş verən yanğını təsdiqləyib, yanğının operativ şəkildə söndürüldüyü bildirilib. Maraqlıdır ki, Ukrayna dronlarının hücumu zamanı Estoniya və Finlandiya öz sərhəd ərazilərinə pilotsuz uçuş aparatlarının daxil olduğunu açıqlayıblar. Görünür, Ukrayna növbəti dəfə dronların Rusiyadakı hədəfə daha təhlükəsiz çatması üçün qonşu dövlətlərin hava məkanından istifadə edib.

Ukrayna pilotsuz suüstü qayıqları Novorossiysk yaxınlığındakı rus kölgə donanması tankerinə zərbələri.

Norveçdəki poliqonlardan birində Norveç ordusunun silahlanmasına daxil olan yeni əsas döyüş tankı Leopard 2A8NO təqdim edilib
+9
Norveçdəki poliqonlardan birində Norveç ordusunun silahlanmasına daxil olan yeni əsas döyüş tankı Leopard 2A8NO təqdim edilib. Tank Almaniyanın KNDS konserni tərəfindən hazırlanıb və istehsal olunub. Bu modifikasiyanın Leopard 2A6 və 2A7 versiyalarından əsas fərqi, tankın İsrailin Rafael şirkəti tərəfindən hazırlanmış Trophy aktiv müdafiə kompleksi ilə təchiz olunmasıdır. Ümumi sifariş 54 ədəd təşkil edir. Alman Leopard tankı 2023-cü ildə Norveçdə keçirilən tenderdə Koreyanın K2NO (Black Panther) tankını məğlub edib. Hər iki model Norveçə gətirilərək qiymətləndirmə sınaqlarından keçirilib. Tender Norveç Silahlı Qüvvələrinin Leopard 2A4NO tanklarının əvəzlənməsi məqsədilə keçirilib.

Əsas məqamlar belədir:
• Əslində sıravi Rusiya vətəndaşları və kiçik texniki qruplar ilkin avadanlıqlar, rabitə vasitələrini almaq üçün vəsait toplamağa başladılar. Bununla da rəsmi hərbi bürokratiyanın ləngliyini kompensasiya etdilər. • Zamanla bu təşəbbüslər sadə təchizatın alınmasından başlayaraq pilotsuz uçuş aparatları, elektron mübarizə sistemləri və yerüstü robot platformalarının hazırlanmasına qədər genişləndi. Özəl inkişafçıların əsas üstünlüyü cəbhədəki tələblərə çox sürətli reaksiya verə bilmələri idi, çünki onlar rəsmi sifariş prosedurlarına və uzun bürokratik təsdiqlərə bağlı deyildilər. • Könüllülər konkret hərbi hissələrlə birbaşa təchizat kanalları yaratdılar və bu, yeni texniki həllərin hazırlanma və tətbiq dövrünü təxminən üç aya qədər endirdi. Bu, dövlət müdafiə sənayesində adətən altı ilə qədər uzanır. • Bununla belə, bu qeyri-rəsmi innovatorlarla dövlət strukturları arasında münasibətlər əvvəlcə gərgin olub. Rusiya rəsmiləri və iri müdafiə şirkətləri müstəqil ixtiraçılara skeptik yanaşırdı. Lakin sonradan onların effektivliyi qəbul edilməyə başlandı. • Nəticədə Rusiyada paralel bir ekosistem formalaşdı: kiçik təşəbbüslər ucuz və işlək prototiplər yaradırdı, lakin standartlaşdırma, keyfiyyət nəzarəti və kütləvi istehsal zəif qalırdı. • Dövlət ən uğurlu layihələri öz sisteminə inteqrasiya etməyə başladı. “Kalaşnikov” kimi iri şirkətlər könüllü qruplarla əməkdaşlıq edərək perspektivli modellərin seçimi və istehsalını genişləndirdi. • Paralel olaraq Müdafiə Nazirliyi sivil həllərin sınaqdan keçirilməsi və rəsmi tətbiqi üçün xüsusi hərbi mərkəzlər yaratdı. • Zamanla bu kütləvi könüllü ekosistem ciddi böhran yaşadı və ianələrin həcmi azalmağa başladı. Ən böyük zərbələrdən biri 2026-cı ilin yazında Telegram platformasına girişin məhdudlaşdırılması oldu ki, bu da əsas koordinasiya və maliyyələşmə mexanizmini ciddi şəkildə zəiflətdi. • Alternativ rəqəmsal platformaların sıradan çıxması bir çox layihənin maliyyəsiz qalmasına və fəaliyyətini dayandırmasına səbəb oldu. • Ekspertlərin fikrincə, Rusiyada bu “xalq müdafiə-sənaye kompleksi” Ukraynadan daha geniş miqyaslıdır, lakin dövlət sisteminə inteqrasiya baxımından daha ağır, bürokratik və sərt nəzarət altında fəaliyyət göstərir.

War On The Rocks platformunda Samuel Bendett və Michael Kofman tərəfindən hazırlanan maraqlı material Rusiyada “xalq əsaslı m
War On The Rocks platformunda Samuel Bendett və Michael Kofman tərəfindən hazırlanan maraqlı material Rusiyada “xalq əsaslı müdafiə-sənaye kompleksinin” yaranması və sonra zəifləməsi haqqındadır. Müəlliflər 2022-ci ilin əvvəlində ordu təchizatındakı problemlər səbəbindən spontan şəkildə formalaşan geniş könüllü hərəkatı ətraflı təsvir ediblər.

Ukrayna Prezident Ofisinin rəhbəri Kyrylo Budanovun masasının üzərində “2026-cı ilin -pislikləri-siyahısı” yazılı qırmızı bir
Ukrayna Prezident Ofisinin rəhbəri Kyrylo Budanovun masasının üzərində “2026-cı ilin -pislikləri-siyahısı” yazılı qırmızı bir qeyd dəftəri diqqət çəkib.

ABŞ Ordusunun 101-ci Hava Desant Diviziyasının 3-cü mobil briqadasının hərbi qulluqçuları Petrel Technologies şirkətinin Aero
+3
ABŞ Ordusunun 101-ci Hava Desant Diviziyasının 3-cü mobil briqadasının hərbi qulluqçuları Petrel Technologies şirkətinin Aero Sky pilotsuz uçuş aparatının FPV dron daşıyıcısı kimi sınaqları zamanı.

Əsasən quru qoşunlarını dəstəkləmək üçün istifadə olunan helikopterlər arxipelaqın şimal adalarına yerləşdirilərək desant qru
Əsasən quru qoşunlarını dəstəkləmək üçün istifadə olunan helikopterlər arxipelaqın şimal adalarına yerləşdirilərək desant qruplarının qorunması, aerodromların ələ keçirilməsinə dəstək və dəniz hədəflərinə zərbələr üzrə tapşırıqları yerinə yetirib. Təlimlər Apache helikopterlərinin sahilyanı bölgələrdə və boğazlarda nəzarət imkanlarını genişləndirmə potensialını göstərib. Bu yanaşma dəniz aviasiyasından daimi asılılıq olmadan quru bölmələrinin ada və sahilyanı əməliyyatlarda fəaliyyət imkanlarını artırır.

Paralel olaraq ABŞ Hərbi Hava Qüvvələri “Super Raptor” proqramı çərçivəsində F-22 parkını modernləşdirməyə davam edir. Buraya
Paralel olaraq ABŞ Hərbi Hava Qüvvələri “Super Raptor” proqramı çərçivəsində F-22 parkını modernləşdirməyə davam edir. Buraya əlavə yanacaq daşıyan gizli çənlər və infraqırmızı axtarış-senzor sistemlərinin (IRST) quraşdırılması daxildir. Bu dəyişikliklər döyüş radiusunu genişləndirir və radioelektron mübarizə şəraitində hədəf aşkarlama imkanlarını artırır. Hərbi Hava Qüvvələrinin fəaliyyətinə paralel olaraq ABŞ Ordusu Filippində keçirilən “Balikatan 2026” təlimləri çərçivəsində AH-64 Apache hücum helikopterlərinin uzunməsafəli dəniz əməliyyatlarında geniş istifadəsini ilk dəfə sınaqdan keçirib.

ABŞ-ın Cənubi Çin dənizində mövcudluğunun gücləndirilməsi Cari ilin birinci rübündə ABŞ Silahlı Qüvvələri Hind-Sakit okean re
ABŞ-ın Cənubi Çin dənizində mövcudluğunun gücləndirilməsi Cari ilin birinci rübündə ABŞ Silahlı Qüvvələri Hind-Sakit okean regionunda bir sıra təlimlər keçirib. Bu təlimlər Çin tərəfindən öz məsuliyyət zonası kimi qəbul edilən ərazilərə yaxın hava və dəniz əməliyyat konsepsiyalarının və hava döyüş strategiyalarının işlənməsinə yönəlib. ABŞ-ın beşinci nəsil F-22 Raptor qırıcıları Filippindəki Basa aviabazasından təlim və döyüş uçuşları həyata keçirib və müttəfiqlərlə qarşılıqlı fəaliyyətin sınağını keçirərək gərginlik şəraitində fəaliyyət qabiliyyətini nümayiş etdirib. Əməliyyatlar “irəli və çevik yerləşdirmə” (ACE) konsepsiyası çərçivəsində aparılıb. Bu yanaşma aviasiyanın dağınıq şəkildə, müvəqqəti aerodromlardan sürətlə bir yerə yerləşdirilməsini nəzərdə tutur. Məqsəd qüvvələrin zərbələrə qarşı həssaslığını azaltmaq və böhranlara qarşı operativ reaksiya imkanlarını artırmaqdır.

İstintaq versiyasına görə, 1 iyunda yük maşınları aerodromlar yaxınlığında olduğu vaxt Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları dronları uzaqdan aktivləşdirib və nəticədə pilotsuz aparatların hücumu ilə təyyarələr hədəf alınıb. Sənədlərdə qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinə 2 milyard rubl ziyan dəyib. Məlumata görə, sürücülər istintaqdan gizlənməyiblər, bəziləri hətta ətrafdakı insanlarla birlikdə maşınlardan çıxan dronları dayandırmağa çalışıb. Onlardan biri yükdə baş verən partlayış nəticəsində həlak olub. Təqsirləndirilən şəxslər isə özlərinin vəziyyətdən xəbərsiz şəkildə istifadə edildiyini bildirir, ittihamları qəbul etmir və sürücülərin təşkilatlanmış qrupun üzvü olması və hücumun mahiyyətindən əvvəlcədən xəbərdar olması ilə bağlı sübutların olmadığını iddia edirlər.

Rusiya Müdafiə Nazirliyi 1 iyun 2025-ci ildə həyata keçirilən “Pautina” adlı Ukrayna əməliyyatı nəticəsində dəymiş ziyanı 2 m
Rusiya Müdafiə Nazirliyi 1 iyun 2025-ci ildə həyata keçirilən “Pautina” adlı Ukrayna əməliyyatı nəticəsində dəymiş ziyanı 2 milyard rubl olaraq qiymətləndirib. “Kommer­sant”ın yazdığına görə, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya hərbi aerodromlarına hücumu ilə bağlı cinayət işinin istintaqını başa çatdırıb. İstintaq nəticəsində dörd ağırtonnajlı yük maşını sürücüsü terror aktı törətməkdə ittiham olunur. İttihama əsasən, həmin sürücülər Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən cəlb edilmiş Timofeyev cütlüyünün rəhbərlik etdiyi təşkilatlanmış qrupun tərkibində olublar. Həmin şəxslərin Rusiya ərazisində birbaşa diversiya hazırladığı iddia edilir.

Vurulmuş Anubis kamikadze dronunun qalıqları. Bu dron ABŞ-Almaniya-Ukrayna birgə şirkəti olan Auterion Airlogix Joint Venture
+2
Vurulmuş Anubis kamikadze dronunun qalıqları. Bu dron ABŞ-Almaniya-Ukrayna birgə şirkəti olan Auterion Airlogix Joint Venture tərəfindən Ukrayna Silahlı Qüvvələri üçün istehsal olunur. Dron Shahed-136 və “Geran-2”nin analoqudur və təxminən 50 kq döyüş başlığı daşıyır. Dron Starlink vasitəsilə idarə olunur. Bu da onu radioelektron mübarizə vasitələrinə qarşı güclü edir.

Filippinlərdə keçirilən illik “Balikatan 2026” təlimlərinin bir hissəsi olan “Maritime Strike-North” çərçivəsində 1-ci Xüsusi
+9
Filippinlərdə keçirilən illik “Balikatan 2026” təlimlərinin bir hissəsi olan “Maritime Strike-North” çərçivəsində 1-ci Xüsusi Təyinatlı Qrupun yaşıl beretliləri tərəfindən Ukraynaya məxsus Magura V7 pilotsuz katerlərinin hazırlanması və tətbiqi həyata keçirilib. ABŞ-da Magura ailəsinə aid pilotsuz katerlər Red Cat Holdings şirkəti tərəfindən lisenziya əsasında istehsal olunur. Lakin şirkətin saytında təqdim olunan Variant-7 adlı kater ilə təlimlərdə görünən Ukrayna Magura modeli arasında bir çox fərqlər mövcuddur. Ehtimal olunur ki, bu katerlər başqa bir şirkət tərəfindən istehsal edilib.

İsrail hərbçiləri tərəfindən FPV dronun tətbiqinin növbəti videosu. Hədəf Livanda “Hizbullah”a məxsus motosiklet sürücüsü olub.

Kamikadze dronlarının hücumlarını yaxşıca hiss edən Yaxın Şərq ölkələri onlara qarşı ucuz sistemlərin alınmasına başlayıblar.
Kamikadze dronlarının hücumlarını yaxşıca hiss edən Yaxın Şərq ölkələri onlara qarşı ucuz sistemlərin alınmasına başlayıblar. ABŞ Dövlət Departamenti Xarici Hərbi Satışlar proqramı çərçivəsində regionun 4 ölkəsinə ümumilikdə 8,64 milyard dollar dəyərində silah satışını təsdiqləyib: Katar: 4,01 milyard dollar dəyərində əlavə Patriot zenit-raket kompleksləri və 992,4 milyon dollar dəyərində antidron APKWS raketləri. BƏƏ: 147,6 milyon dollar dəyərində antidron APKWS raketləri və əlaqəli avadanlıqlar. İsrail: 992,4 milyon dollar dəyərində 10000 ədəd antidron APKWS raketi. Küveyt: 2,5 milyard dollar dəyərində inteqrasiya olunmuş döyüş idarəetmə sistemi və əlaqəli avadanlıqlar.

Don Tzu özünü dəli kimi göstərərək düşməni qorxudur.