uk
Feedback
Ormilitarism

Ormilitarism

Відкрити в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Показати більше
7 300
Підписники
-124 години
-17 днів
-6130 день
Архів дописів
Çünki İranın 4000km+ təsdiqlənmiş və testdən keçən bir raketi yoxdur.

Gecə İran Hind okeanında yerləşən ABŞ/Böyük Britaniya bazası Dieqo Qarsiyaya təxminən 4000 km mənzilli 2 orta mənzilli ballis
+1
Gecə İran Hind okeanında yerləşən ABŞ/Böyük Britaniya bazası Dieqo Qarsiyaya təxminən 4000 km mənzilli 2 orta mənzilli ballistik raket atıb. Hər ikisi hədəfə çatmayıb.

İran BƏƏ-nin Ras əl-Xayma şəhərinin sakinlərinə təcili xəbərdarlıq edərək, müəyyən edilmiş marşrutlarla ərazini tərk etməyə ç
İran BƏƏ-nin Ras əl-Xayma şəhərinin sakinlərinə təcili xəbərdarlıq edərək, müəyyən edilmiş marşrutlarla ərazini tərk etməyə çağırıb. Bildirilib ki, şəhər İran adalarına qarşı fəaliyyətlərdə iştirak səbəbilə hədəf alına bilər. Açıqlamada əlavə olunub ki, yerli hakimiyyət orqanlarına əvvəlcədən xəbərdarlıq edilib və baş verə biləcək nəticələrə görə məsuliyyət onların üzərinə düşəcək.

Səudiyyə Ərəbistanı Kral Fəhd Hava Bazasını ABŞ qüvvələrinin istifadəsinə açıb. ABŞ regiona əlavə hərbi qüvvələr göndərir. BƏƏ uzunmüddətli müharibəyə (9 aya qədər) hazır olduğunu siqnal verib.

ABŞ APG-85 radarındakı gecikmələr səbəbindən yeni F-35 təyyarələrini radarsız qəbul etməyə başlayacaq. Bu isə onları uçuşa ya
ABŞ APG-85 radarındakı gecikmələr səbəbindən yeni F-35 təyyarələrini radarsız qəbul etməyə başlayacaq. Bu isə onları uçuşa yararlı etsə də, döyüş qabiliyyəti olmayan və yalnız təlim üçün istifadə edilə bilən vəziyyətdə saxlayacaq. Gecikmələr davam edərsə, 100-dən çox təyyarə bu vəziyyətdən təsirlənə bilər.

ABŞ/İsrail tərəfindən həyata keçirilən ikiqat zərbə zamanı həyatını itirən qadın.

Donald Tramp ABŞ qoşunlarının İrana göndərilməsini nəzərdə tutan bir neçə məhdud hərbi variantı nəzərdən keçirir. Müzakirə olunan ideyalar arasında Hörmüz boğazında dəniz nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin edilməsi, İrana iqtisadi təzyiq göstərmək üçün əsas neft obyektlərinin ələ keçirilməsi və ya zənginləşdirilmiş uranın geri götürülməsi daxildir.

İranın ballistik raket zərbəsindən sonra NASA FIRMS məlumatlarına görə, İsrailin Ben Ami hərbi bazasında yanğın baş verib. Ba
İranın ballistik raket zərbəsindən sonra NASA FIRMS məlumatlarına görə, İsrailin Ben Ami hərbi bazasında yanğın baş verib. Bazada İsrail Müdafiə Qüvvələrinin 6920-ci Nəqliyyat Batalyonu yerləşir və o, iri logistika və anbar kompleksi kimi istifadə olunur.

İran Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq etməyə başlayıb. Pulu verənlər üçün “təhlükəsiz dəhliz” təşkil edir. Bir operator tankerinin keçidi üçün təxminən 2 milyon funt sterlinq ödəyib. Ümumilikdə ən azı doqquz gəmi artıq bu sxem çərçivəsində boğazdan keçib. Lakin onların neçəsinin keçid icazəsi üçün ödəniş etdiyi məlum deyil, çünki bəzi hallarda tərəflər diplomatik müdaxilə ilə kifayətlənib. Mövcud sanksiyalar fonunda ödəniş mexanizminin necə həyata keçirildiyi də aydın deyil.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın mərkəzində yerləşən İsfahanın Xomeynişəhr bölgəsindəki pilotsuz uçuş aparatları ist
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın mərkəzində yerləşən İsfahanın Xomeynişəhr bölgəsindəki pilotsuz uçuş aparatları istehsal zavodunun zərbədən əvvəl və sonra çəkilmiş görüntülərini yayıb. Bildirilir ki, obyekt 3–12 mart tarixləri arasında ABŞ zərbələri nəticəsində tamamilə məhv edilib. Bu tip obyektlər İranın dron proqramının əsas hissəsi hesab olunur və daha əvvəl də İsfahan vilayətində yerləşən dron istehsalı müəssisələrinin zərbələrə məruz qaldığı təsdiqlənib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın şimalında yerləşən Kərəc raket zavodunun görüntülərini yayıb. Zərbələr nəticəsində obyekt tamamilə məhv edilib.

İsveçin 2024-cü ildə vəd etdiyi Saab 340 tipli AEW&C təyyarəsi Ukraynada. Bu tip təyyarələrin Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olması, xüsusilə F-16 qırıcıları ilə qarşılıqlı fəaliyyət çərçivəsində, aviasiyanın döyüş effektivliyini nəzərəçarpacaq dərəcədə artıracaq.

Görüntülər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B Lancer strateji bombardmançısının AN/AAQ-33 Sniper podu ilə çəkilib.

ABŞ Hərbi Hava Qüvvələrinin Hörmüz boğazındakı Qeşm adasında yerləşən aerodroma və SEPAH Hərbi Dəniz Qüvvələrinin bazasına en
+4
ABŞ Hərbi Hava Qüvvələrinin Hörmüz boğazındakı Qeşm adasında yerləşən aerodroma və SEPAH Hərbi Dəniz Qüvvələrinin bazasına endirdiyi zərbələrin nəticələrini əks etdirən peyk görüntüləri. Aerodrom ərazisindəki kamikadze dronlar üçün hangarlar və buraxılış meydançaları məhv edilib. Uçuş-enmə zolağı və ona bitişik perronlar boyunca əlavə zərbə izləri görünür. Hərbi dəniz bazasına endirilən zərbə nəticəsində yerüstü infrastruktur və pirsələr qismən məhv edilib. İzlərdən bazanın yeraltında yerləşən əsas infrastrukturuna zərbə endirmək cəhdinin uğursuz olduğu görünür. Kompleks sahil batareyası və sürətli kater bazasından ibarətdir. Adada yeraltı kompleksdən əlavə olaraq gəmiqayırma zavodu da yerləşir. Burada Shahid Soleimani tipli katamaran korvetlərdən birinin və Nasr yüngül gəmiəleyhinə raketlərlə təchiz olunan RMS-16 raket katerlərinin inşası aparılırdı. Zavodun zərbə altına düşüb-düşmədiyi məlum deyil.

Ukraynaya verilmiş eksperimental Leopard 1A5BE tankının fotosu. Tank Belçikanın Cockerill şirkətinin Cockerill 3105 qülləsi v
Ukraynaya verilmiş eksperimental Leopard 1A5BE tankının fotosu. Tank Belçikanın Cockerill şirkətinin Cockerill 3105 qülləsi və 105 mm-lik Cockerill HP topu ilə təchiz olunub. Modernləşdirilmiş tankın əsas xüsusiyyətləri ekipajın 3 nəfərə endirilməsi, həmçinin topun +42 dərəcəyədək qalxma bucağıdır ki, bu da tankı faktiki olaraq 10 km məsafəyədək qapalı mövqedən atəş aça bilən özüyeriyən artilleriya qurğusuna çevirir. Görünür, FPV-dronların dominant olduğu şəraitdə yüngül zirehli Leopard-1 tanklarının arxa cəbhədə qapalı atəş mövqelərindən daha effektiv istifadə üçün bu şəkildə modernləşdirilməsi nəzərdə tutulur.

Təxminən bir həftə ərzində Luiziana ştatındakı Barksdale Hərbi Hava Qüvvələri bazası üzərindən dəfələrlə icazəsiz dron qrupla
Təxminən bir həftə ərzində Luiziana ştatındakı Barksdale Hərbi Hava Qüvvələri bazası üzərindən dəfələrlə icazəsiz dron qrupları tərəfindən uçuşlar həyata keçirdib. Bu, tək bir hadisə deyil, hər dəfə təxminən onlarla drondan ibarət koordinasiyalı dalğalar şəklində baş verib. Bu dronlar adi həvəskar modellər olmayıb. Uzaq məsafədən idarəetmə, radioelektron müdaxiləyə davamlılıq və planlı, təşkilatlanmış uçuş davranışı nümayiş etdiriblər. Hətta B-52 bombardmançıları yerləşən həssas sahələr üzərində yayılaraq hərəkət ediblər. Onlar hər gün saatlarla uçuş həyata keçirib bazanın belə pozuntulara reaksiyasını yoxlamaq məqsədi güdə bilərlər. Barksdale bazasının ABŞ-ın nüvə əməliyyatlarındakı rolunu nəzərə alsaq, bu hadisə ciddi sayılır. Buna baxmayaraq, dronların vurulması və ya zərərsizləşdirilməsi ilə bağlı ictimai təsdiq yoxdur. Rəsmilər araşdırmanı davam etdirir. Bəzi ehtimallara görə bu, xarici kəşfiyyat və ya sınaq xarakterli fəaliyyət ola bilər. Rəsmi olaraq heç bir tərəf müəyyən edilməyib.

Danimarkanın DR ictimai kanalının bu gün dərc etdiyi xəbər Avropa mediasında əks-səda yaradıb. Məlum olub ki, 2026-cı ilin yanvar ayında rəsmi Kopenhagen ABŞ-ın Qrenlandiyanı hərbi yolla ələ keçirmə ehtimalını o qədər ciddi qəbul edib ki, adaya gizli şəkildə xüsusi təyinatlı qüvvələr, partlayıcı maddələr və donor qanı ehtiyatları göndərib. Məxfi hərbi əməliyyat planına əsasən, Danimarka hərbçilərinə paytaxt Nuuk və Kangerlussuaqdakı strateji uçuş-eniş zolaqlarını partlatmaq əmri verilib. Bu, ABŞ hərbi nəqliyyat təyyarələrinin adaya enişinin qarşısını almaq üçün nəzərdə tutulmuş "son çarə" ssenarisi olub. Rəsmi olaraq "Arctic Endurance" adlı NATO təlimi kimi təqdim edilən bu hərəkətliliyin arxasında əslində real müdafiə hazırlığının dayandığı bildirilir. Gərginliyin pik nöqtəsi yanvar ayında ABŞ-ın Venesueladakı əməliyyatından sonraya təsadüf edib. Danimarka rəsmiləri Vaşinqtonun "əvvəlki kimi proqnozlaşdırıla bilən olmadığını" əsas gətirərək, Fransa, Almaniya, İsveç və Norveç kimi müttəfiqlərin də iştirakı ilə Qrenlandiyada çoxmillətli bir hərbi qalxan yaradıblar. Məqsəd, ABŞ müdaxilə edəcəyi təqdirdə qarşısında təkcə Danimarkanı deyil, bütün Avropanı görməsini təmin etmək olub. Hazırda vəziyyət yanvarın sonundakı Davos razılaşması ilə sabitləşsə də, bu sızan məlumatlar Trump hakimiyyəti ilə Avropa arasında etimadın nə dərəcədə sarsıldığını ortaya qoyur. https://t.me/azOSINT

Təsdiq edildi. 5–6 mart tarixləri arasında baş verən hücum zamanı partlayışdan yayılan qəlpələr bazada olan iki İtaliya Eurof
Təsdiq edildi. 5–6 mart tarixləri arasında baş verən hücum zamanı partlayışdan yayılan qəlpələr bazada olan iki İtaliya Eurofighter təyyarəsinə cüzi ziyan vurub.

photo content

Tramp İran barədə: “Məncə indi çıxsaq belə, onların bərpa olunması 10 il çəkər. Amma düşünmürəm ki, bu, qəbul edilə bilən vəz
Tramp İran barədə: “Məncə indi çıxsaq belə, onların bərpa olunması 10 il çəkər. Amma düşünmürəm ki, bu, qəbul edilə bilən vəziyyətdir. Əgər daha uzun qalsaq, onlar heç vaxt bərpa olunmayacaq.”