uk
Feedback
Ormilitarism

Ormilitarism

Відкрити в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Показати більше
7 282
Підписники
-1124 години
-197 днів
-7730 день
Архів дописів
Videodakı ağsaqqal bütün Azərbaycan adından sözünü çatdırdı İrana

İki dronun düşdüyü birinin binaya zərər yetirdiyi iddia edilir. Rəsmi açıqlamaları gözləyək.

Naxçıvan hava limanı yaxın ətrafına Şahed-136 dronu düşüb.

Yorumlara xəbər atanlar block ediləcək.

Bombardıman edib vurulsaydılar qəhərman olacaqdılar. Amma yenədə tək tərəfli uçuş üçün vətənləri onlara minnətdardır.

CNN-in məlumatına görə, İranın iki Su-24 taktik bombardmançı təyyarəsi Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası olan Əl-Udeid
CNN-in məlumatına görə, İranın iki Su-24 taktik bombardmançı təyyarəsi Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası olan Əl-Udeid aviabazasına zərbə endirməyə bir neçə dəqiqə qalmış, Qətər qırıcıları tərəfindən vurulub. Bombardmançı təyyarələr hədəfdən iki dəqiqəlik məsafədə olublar və radardan yayınmaq üçün alçaq hündürlükdə uçublar. Cavabsız qalan xəbərdarlıqdan sonra Qətər təyyarələri düşmən obyekti kimi təsnif edib və qırıcıları havaya qaldırıb. Qətərin F-15 qırıcısı döyüşə girərək təyyarələri vurub, onlar Qətərin ərazi sularına düşüb. Ekipaj üzvlərinin axtarışı hələ də davam edir.

Bu xəbəri bizim media o qədər təxrib etdiki xəbər şişdi oldu “İraq Kürdləri İranın içlərinə doğru irəliləyir” Kürdlərin mövqelənmısi doğrudur amma öz mövqelərində. Elə bil əsgər posta çıxıbda.

photo content

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E Strike Eagle qırıcısı İranın cənub-qərbində texniki nasazlıq və ya İran HHM-nin fəali
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E Strike Eagle qırıcısı İranın cənub-qərbində texniki nasazlıq və ya İran HHM-nin fəaliyyəti nəticəsində düşüb. Hər iki pilot katapult edib və bir saat ərzində hazır vəziyyətdə gözləyən ABŞ və İsrailin axtarış-xilasetmə bölmələri (CSAR) tərəfindən ərazidən çıxarılıb. Pilotlar yüngül xəsarətlər alıblar və hazırda İordaniyadakı Müvaffaq-Salti aviabazasındadırlar.

SEPAH "Shahed-131/136" və "Hadid-110" kamikadze pilotsuz uçuş aparatlarının gecə atışının videosunu yayımlayıb.

"Sevom Khordad" zenit-raket kompleksinin (ZRK) məhv edildiyi yer. Bura zədələnmiş maşınların dayanacağı deyil, SEPAH-ın yeral
+3
"Sevom Khordad" zenit-raket kompleksinin (ZRK) məhv edildiyi yer. Bura zədələnmiş maşınların dayanacağı deyil, SEPAH-ın yeraltı HHM bazasının girişi imiş. Bu girişin yanında ZRK-lər üçün xarakterik olan dairəvi atəş mövqeləri, birləşdirici yollar və daha bir yeraltı tunel yerləşir. ABŞ və İsrail aviasiyası İranın HHM sistemlərinin yerin altından çıxmasını gözləyir və çıxan kimi onları bombalamağa başlayır.

İranın, Kirmanşah şəhəri yaxınlığında İsrail Hərbi Hava Qüvvələrinin F-35I Adir qırıcısı tərəfindən atılan lazer idarəli aviabomba ilə ballistik raket buraxılış qurğusunun məhv edilməsi.

Bu hadisə 1982-ci il Folklend müharibəsi zamanı Britaniyanın "Conqueror" sualtı qayığının zərbəsi ilə Argentinanın "General Belgrano" kreyserinin batırılmasından bəri, atom sualtı qayığı tərəfindən suüstü döyüş gəmisinin 3cü uğurlu torpedo atışıdır. 2ci hadisə isə 2010-cu ildə Şimali Koreya sualtı qayığı Cənubi Koreyanın "Çhonan" korvetini batırmışdı.

İsrail Hərbi Hava Qüvvələrinin İranın Təbriz hava limanına və oradakı aviasiyaya endirdiyi zərbələrin peykdən çəkilmiş nəticə
+4
İsrail Hərbi Hava Qüvvələrinin İranın Təbriz hava limanına və oradakı aviasiyaya endirdiyi zərbələrin peykdən çəkilmiş nəticələri: Videoları yayılan F-4 Phantom II və F-5 Tiger II qırıcıları və daha bir naməlum təyyarə məhv edilib. İran qırıcılarının havaya qalxmasına mane olmaq məqsədilə sükan yollarına və uçuş-enmə zolaqlarına azı 12 zərbə endirilib. Bir bina məhv edilib və anqarlara iki zərbə endirildiyi görünür. İçəridə təyyarələrin olub-olmadığı məlum deyil.

İran sualtı donanmasının əhəmiyyətli hissəsi (şəkil 1-də) Bəndər-Abbas bazasında idi. Fevralın 25-nə olan peyk görüntüsü sualtı qayıqların böyük hissəsinin dənizdə deyil, bazada olduğunu göstərir (şəkil 2). Onlar orada da hücuma məruz qalıb (şəkil 3). Peyk görüntüsündə 877-ci layihəyə aid bir sualtı qayığın aşkar şəkildə sağ qaldığı görünsə də, bu, iranlılara xüsusi ümid vermir. 30 il əvvəl tədarük edilmiş üç "Paltus"un sazlığı və döyüş qabiliyyəti ilə bağlı çoxdan suallar var idi. Yalnız fevral ayında onlardan birinin təmiri başa vurduğu və yanalma körpüsünə qayıtdığına dair xəbər ortaya çıxıb. İndiki vəziyyətdə onun dənizə çıxma şansı yox dərəcəsindədir. 877-ci layihəli qayıqların artıq hərəkətdə olduğu və xidmətə qayıtdığı barədə şayiələr gəzirdi. Lakin avadanlıqların tərkibini, yaşı, tonnajı və qüvvələr nisbətini nəzərə alsaq, 877-nin uğur qazanma şansı azdır. Çünki kiçik bir akvatoriyada ona qarşı müxtəlif həm müasir, həm də ən yeni sualtı qayıq əleyhinə vasitələrlə təchiz olunmuş kifayət qədər güclü dəniz qruplaşması dayanır. Əlbəttə, nəyisə hücum edib batırmaq şansı var. Lakin nəyisə bacarmadan əvvəl aşkar edilib batırılma şansı daha yüksəkdir. Bəndər-Abbasda "Fateh" tipli bir sualtı qayıq vurulub (şəkil 4-5) — bu, əslində kiçik sualtı qayığıdır (su basımı 600 tondan çox deyil) və onun dəniz müharibəsi aparmaq imkanları məhduddur. Maksimum sahildən çox uzaq olmayan yerlərdə nəyisə pusquya salıb gözləyə bilər. Nəhayət, İran sualtı qayıqlarının üçüncü növü "Ghadir"dir (şəkil 6). Bunlar torpedo tətbiq edə bilən klassik cırtdan sualtı qayıqlardır (su basımı təxminən 120 ton). Vaxtilə bu sinif qayıqları sahil müdafiəsi sualtı qayıqları adlandırırdılar. Onlardan kifayət qədər çox hazırlanıb (bəzi hesablamalara görə, 20-dən çox). Bəli, uğurlu şərait daxilində kimisə pusquya sala hətta batıra bilərlər. Çünki kiçik tonnajlarına görə olduqca az nəzərə çarpırlar, lakin onların su altında çox uzun müddət gizlənmək imkanları yoxdur. Onların bir hissəsinin artıq Bəndər-Abbasda ilişib qaldığını nəzərə alsaq, çətin ki, bir daha dənizə çıxsınlar.

İranın sualtı donanması haradadır və niyə aviadaşıyıcıları, eləcə də digər gəmiləri batırmır?
+5
İranın sualtı donanması haradadır və niyə aviadaşıyıcıları, eləcə də digər gəmiləri batırmır?

İnfoqrafiya
İnfoqrafiya

Zərbə görüntüləri. Əlavə partlayışları olmayanlar boşdur.