uk
Feedback
Ormilitarism

Ormilitarism

Відкрити в Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

Показати більше
7 299
Підписники
-424 години
-47 днів
-6730 день
Архів дописів
Novqorod vilayətinin Staraya Russa hava limanında yerləşən 123-cü aviatəmir zavodunun təmir anqarına Ukrayna dronlarının zərb
Novqorod vilayətinin Staraya Russa hava limanında yerləşən 123-cü aviatəmir zavodunun təmir anqarına Ukrayna dronlarının zərbə endirməsinin nəticələri. Peyk görüntüsünə əsasən, üç dəqiq zərbə nöqtəsi görünür.

Sıradan çıxarılmış Ukrayna yük NPK-ları (Yerüstü Robot Kompleksləri). İndi hava logistikası kimi yerüstü logistika da getdikc
Sıradan çıxarılmış Ukrayna yük NPK-ları (Yerüstü Robot Kompleksləri). İndi hava logistikası kimi yerüstü logistika da getdikcə daha çox dronlar vasitəsilə həyata keçirilir.

201 ukraynalı "Şahed"lərə qarşı əməliyyat mütəxəssisi artıq Yaxın Şərqdədir. Daha 34 nəfər isə göndərilməyə hazırlaşır, deyə
201 ukraynalı "Şahed"lərə qarşı əməliyyat mütəxəssisi artıq Yaxın Şərqdədir. Daha 34 nəfər isə göndərilməyə hazırlaşır, deyə Zelenski bildirib.

Göründüyü kimi, F-35-dən başqa hamısı iki əlavə asma yanacaq çəni ilə təchiz olunub. Çünki İrana qədər uçmaq kifayət qədər uzaqdır. Bundan əlavə, aviasiya bombaları əlavə qanadcıqları (JDAM-ER və ya UMPK-da olduğu kimi) olmayan standart JDAM dəsti ilə təchiz edilib. Bu, bir daha sübut edir ki, bomba zərbələri birbaşa İran ərazisi üzərində endirilir. Çünki qanadcıqsız dəstin mümkün olan ən yüksək hündürlükdən atılarkən maksimum uçuş məsafəsi çətinliklə 30-40 km-ə çatır.

İrana zərbələr endirmək üçün İordaniyadakı aviabazadan havaya qalxan ABŞ-ın F-35, F-16, F-15E və EA-18G təyyarələrinin döyüş
+3
İrana zərbələr endirmək üçün İordaniyadakı aviabazadan havaya qalxan ABŞ-ın F-35, F-16, F-15E və EA-18G təyyarələrinin döyüş yükü. F-35 Lightning II silahların daxili bölmələrdə yerləşdirilməsi ilə tam "stels-konfiqurasiyada" istifadə olunur. F-16 Fighting Falcon qırıcısı AIM-120 və AIM-9 "hava-hava" raketləri, AGM-88 HARM radiolokasiyaəleyhinə raketi, 900 kq-lıq nüfuzedici GBU-31 JDAM aviasiya bombası və AN/ALQ-167 Angry Kitten REM podu ilə təchiz olunub. F-15E Strike Eagle zərbə təyyarəsi 6 ədəd yüngül 227 kq-lıq GBU-38 JDAM və 1 ədəd ağır 900 kq-lıq GBU-31 JDAM ilə. EA-18G Growler radioelektron mübarizə təyyarəsi 4 ədəd AGM-88E AARGM radiolokasiyaəleyhinə raketi və 2 ədəd AIM-120 "hava-hava" raketi ilə silahlanıb.

Asqılarda: 2 ədəd AIM-9M Sidewinder idarə olunan "hava-hava" raketi 2 ədəd AGM-65 Maverick idarə olunan "hava-yer" raketi 1 ədəd AN/AAQ-28 Litening hədəfləmə 1 ədəd 70 mm-lik Hydra idarə olunmayan aviasiya raketi bloku 1 ədəd asma yanacaq çəni

İranın zərbələrindən sonra Qətərin Ras Laffan neft emalı zavodunda yanğın başlayıb.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi: Ər-Riyad şəhərinə doğru atılan dörd ballistik raket zərərsizləşdirilərək məhv edilib. Önləmə nəticəsində raket qalıqları paytaxtın müxtəlif ərazilərinə düşüb. İlkin qiymətləndirmələr hər hansısa bir dağıntı və ya tələfatın olmadığını göstərir.

İran raketləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir neçə nöqtəyə zərbələr endirib. 

İsrail Müdafiə Qüvvələri (IDF) İranın kəşfiyyat naziri İsmayıl Xatibin Tehranda həyata keçirilən hədəfli zərbə nəticəsində öl
İsrail Müdafiə Qüvvələri (IDF) İranın kəşfiyyat naziri İsmayıl Xatibin Tehranda həyata keçirilən hədəfli zərbə nəticəsində öldürüldüyünü elan edib Bu əməliyyatı ölkənin rəhbərlik strukturuna vurulmuş ağır zərbə kimi qiymətləndirib.

İsrail İranın cənubundakı neft obyektlərinə hücum edib. 

İsrailin Müdafiə Naziri Kats: Bu gün bütün cəbhələrdə müharibəni yeni mərhələyə yüksəldəcək əhəmiyyətli sürprizlər gözlənilir. Biz İDF-ə hər hansı bir İran rəsmisi üzərində “hədəf dairəsi” qapandıqdan sonra, əlavə təsdiqə ehtiyac duymadan həmin şəxsi məhv etmək səlahiyyəti vermişik.

NATO, Türkiyənin Adana şəhərindəki İncirlik aviabazasına mövcud İspaniya PAC-2 bölmələri ilə yanaşı, Patriot PAC-3 hava hücumundan müdafiə sistemləri də yerləşdirib.  PAC-3 sistemləri xüsusi olaraq ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulub. 

Birləşmiş Krallıq və Ukrayna, Zelenskinin səfəri zamanı dron texnologiyasının xaricə satışı üzrə əməkdaşlıq etmək barədə razı
Birləşmiş Krallıq və Ukrayna, Zelenskinin səfəri zamanı dron texnologiyasının xaricə satışı üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

İsrail ötən gecə İranın kəşfiyyat naziri İsmayıl Xatibi öz evində öldürməyə cəhd edib.
İsrail ötən gecə İranın kəşfiyyat naziri İsmayıl Xatibi öz evində öldürməyə cəhd edib.

İranın zərbələrindən sonra Bəhreyndə yerləşən (5-ci Donanmanın bazası) ABŞ Hərbi Dəniz Qüvvələrinin Dəstək Fəaliyyəti (NSA) m
+8
İranın zərbələrindən sonra Bəhreyndə yerləşən (5-ci Donanmanın bazası) ABŞ Hərbi Dəniz Qüvvələrinin Dəstək Fəaliyyəti (NSA) mərkəzindəki dağıntılar.

Daha bir peyk görüntüləri göstərir ki, İranın zərbələri Şahzadə Sultan Hava Bazasının (Səudiyyə Ərəbistanı) ABŞ tərəfindən is
+2
Daha bir peyk görüntüləri göstərir ki, İranın zərbələri Şahzadə Sultan Hava Bazasının (Səudiyyə Ərəbistanı) ABŞ tərəfindən istifadə edilən hissəsində bir neçə yeri vurub. Ən azı 3 təsdiqlənmiş zərbə nöqtəsi var. Hədəflər: təyyarə anqarları, anbarlar/sığınacaqlar və idman zalı.

Peyk şəkilləri göstərir ki, İran raketi, İordaniyada yerləşən Almaniya düşərgəsini vurub. Almanların həqiqətən hədəf alınıb-a
Peyk şəkilləri göstərir ki, İran raketi, İordaniyada yerləşən Almaniya düşərgəsini vurub. Almanların həqiqətən hədəf alınıb-alınmadığı tam bəlli deyil.

Yahya Rəhim Səfəvi yaşayır.

Yahya Rəhim səfəvi yaşayır.