Əkinçi
Відкрити в Telegram
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə ediləməyən mövzular. Tam videolar: youtube.com/akinchi Dəstək üçün: patreon.com/akinchi
Показати більше1 330
Підписники
Немає даних24 години
-47 днів
-1030 день
Архів дописів
1 330
Erkən təhsil mütəxəssisi, Finlandiyada uşaqların erkən inkişafı sahəsində çalışan müəllim Sura Ağaverdiyeva: “Emosional bilikli insan öz emosiyasının adını, emosiyanın yaratdığı təzahürü və onu idarə etməyin yolunu bilir. Beləliklə, özünə və başqalarına ziyan verməməyi öyrənir.”
1 330
Təhsil mütəxəssisi Ülviyyə Mikayılova: “Azərbaycan təhsilinin istedada sevgisi haradan gəlir? İstedad axtarışının iki tərəfi var. İstedad tapılır və qalanları qeyri-istedadlı elan olunur. Bu kimə yaxşı təsir edər?”
1 330
Qadınlar arasında şahmat üzrə üçqat Azərbaycan çempionu Günay Məmmədzadənin sözlərinə görə, məğlubiyyəti qəbul etmək şahmatda da, həyatda da ən çətin mərhələdir, amma bu, öyrənməyin və irəliləməyin əsas şərtidir.
1 330
Velosiped istifadəçilərinin ən çox olduğu ölkələrdən biri olan Niderlandda dəbilqədən istifadə edilmir. Səbəbini “İnsan yönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanov izah edir.
1 330
ADA Universitetinin müəllimi Araz Yusubov deyir ki, yaxşı mütəxəssis təkcə texniki biliklərlə deyil, müxtəlif sahələrə dair geniş dünyagörüşü ilə insanlara dəyər yarada bilən şəxs olmalıdır.
1 330
Beynəlxalq inkişaf yardımının məqsədi nədir? Dünya Bankının xarici əlaqələr üzrə müşaviri Zaur Rzayev izah edir.
1 330
Ritual Mobil Teatr Laboratoriyasının teatr təlimçisi, aktrisa Fidan Rzayeva deyir ki, qadın mövqeyindən çıxış edən, müasir qadın problemlərini nümayiş etdirən əsərlər çox azdır.
1 330
İşəgötürən tərəfindən ərizə yazıb işdən çıxması ilə bağlı işçiyə təzyiq edildikdə nə etmək lazımdır? Hüquqşünas Araz İsmayılov nümunə üzərindən izah edir.
1 330
“İdman sadəcə əyləncə deyil. O, dözümlülük, özünə dəyər, icma hissi öyrədir. Daha güclü, sağlam və iddialı bir nəsil üçün təməl qoyur”, - Nəzrin Qəribova, Xizək alpinizmi üzrə Azərbaycan milli komandasının üzvü.
1 330
“Əgər düşünürsən ki, səndə bu xidmət həvəsi yoxdur və yaxud da ki, bu dəyərləri daşımırsan, ən başlıcası, uşağı sevmirsən, o zaman yaxşı olar ki, başqa bir peşədə reallaşasınız”, - Aynurə Abdullayeva, təhsil mütəxəssisi.
1 330
Yazıçı Qismət Rüstəmov: “Bizə təlqin ediblər ki, yaxşı danışmaq dövlət televiziyasının rəsmi, ütülü dilinə oxşamaqdır.”
1 330
Təhsil məsləhətçisi Əminət Diqanayeva deyir ki, illər keçdikdən sonra bizim ağlımızda müəllimin fənnindən daha çox, onun bizə öyrətdiyi dəyərlər qalır.
1 330
Hüquqşünas Aytac İsmayılova deyir ki, pul qarşılığında elmi əsərlərin yazılması ilk baxışdan adi bir xidmət kimi görünsə də, bu davranış etik deyil və elmə, cəmiyyətə hədsiz zərər vurur.
1 330
Tədqiqatçı Zəhra Murad qaranlıq xüsusiyyətli insanların iş mühitində davranışlarına nümunə göstərir.
1 330
Media mütəxəssisi Lalə Kişiyeva deyir ki, hər kəs dezinformasiyanın qurbanı ola bilər, amma bununla bərabər, bəzi qrup insanlar, bəzi hallarda dezinformasiyaya daha meylli olur.
1 330
İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova: “Məhdudiyyət haradan gəlir? Məhdudiyyət insanın bacarığından deyil, infrastrukturdan gəlir. Cəmiyyətin hazırladığı, qurduğu infrastrukturdan.”
1 330
Musiqişünas Sara Timurova deyir ki, musiqi təhsili üçün lazım olan müasir avadanlıqlar çox az məktəbdə var, bir çoxunda isə musiqi otağı və alətlər olmadığından dərslər yalnız nəzəri keçirilir ki, bu da təcrübənin vacib rolunu arxa plana keçirir.
1 330
Riyaziyyatı hansı vasitə ilə daha yaxşı öyrənmək mümkündür? Riyaziyyatçı Afərin Əkbərli izah edir.
1 330
Təhsil eksperti Yalçın İslamzadə deyir ki, cəmiyyət hələ də ali təhsili mütləq dəyər kimi görür, peşə təhsilinə maraq göstərmir, halbuki ölkənin bacarıqlı ustalara və özünü təqdim etməyi bacaran mütəxəssislərə ehtiyacı var.
