📌Əvvəlki yazımızda qeyd etdik ki, hər bir müsəlman öz düşüncələrini İslam dünyagörüşü əsasında qurmalıdır. Və həmçinin dedik ki, İslami dünyagörüşünün ən mühüm mövzularından biri ki, günümüzdə aktualdır, İslami üsul-idarə sistemidir. Bu üsul-idarə sistemi liberal və demokrat siyasi məktəblərinin mübaqilində dayanır və cəmiyyətin idarəçiliyində özünə məxsus sistemi vardır.
🔰Bu gün yazımızda toxunacağımız məsələ bundan ibarətdir ki, bu İslami üsul-idarə sisteminin başında kim durmalıdır. Allah Təala bu icazəni kimlərə verib. Ümumiyyətlə bu insanların bir-birinə hökmranlıq ixtiyarı varmı ?
✅Şiələrin kəlam və fiqhi ehkamlarına görə, məsum insanın ilahi hökmranlıq hüququ vardır. Bu ona görədir ki, şiə əqli sistemində məsumlar təkcə xalqın intellektual və dini liderləri deyil, həm də siyasi liderləridir, cəmiyyətin liderləridir. Asayişin yaradılması, xaosun və ictimai nizamın pozulmasının qarşısının alınması, hökumətin qurulması və siyasi hakimiyyətin həyata keçirilməsi, İslamın məqsədlərinə nail olmaq, məsələn, məhkəmə hökmlərinin icrası, mədəniyyətin, təhsilin və dini etikanın bütün sosial sahələrdə genişləndirilməsi, idarəçiliyi Məsum şəxsin əlində olan hökumət qurulmadan mümkün deyil. Həzrət Peyğəmbər (s) sağlığında bu işlərə rəhbərlik edirdi və ondan sonra bu vəzifə İmamlara (ə)-a aid idi. Sual oluna bilər. Bəs Həzrət Vəli Əsrin (ə.f) qeybi müddətində belə bir işə kim rəhbərlik etməlidir? Ya deməliyik ki, yalnız fəqih bu vəzifəni tutmağa layiqdir, ya da deməliyik ki, hər kəs bu məqama çata bilər. Belə görünür ki, bu vəzifəni ancaq hərtərəfli şərtlərə malik fəqih tutmalıdır demək düzgündür. Niyə? Birinci prinsip odur ki, heç kimin heç kimin üzərində qəyyumluq hüququ yoxdur. Ümumi prinsipi ancaq fəqih istisna edir, çünki onun başqaları üzərində qəyyumluq hüququnun icazəliyi- daha sonra əqli və nəqli dəlillərlə izah edəcəyimiz kimi - onun təsir dairəsində cüzi fərqlə sabitdir. Lakin bu qəyyumluq hüququnu başqalarına şamil etmək üçün heç bir səbəb yoxdur. Ona görə də hazırda yəni İmam Zaman ağanın (ə.f) qeybəti dövründə İslami üsul-idarəsinin təşkili və idarəçili fəqihin öhdəsindədir. Buna görə də vilayəti-fəqih mövzusu İslam dünyagörüşündə böyük əhəmiyyət kəsb edir.
#vilayəti_fəqih
@beyan_beyan