uk
Feedback
İnsan yönümlü şəhərlər ️

İnsan yönümlü şəhərlər ️

Відкрити в Telegram

Təhlükəsiz, rahat və müasir şəhərlər, piyada, velosiped və digər nəqliyyat növlərindən bəhs edirəm. Dəstək olmaq: city4people.az/destek

Показати більше
3 839
Підписники
-424 години
-17 днів
-2130 день
Архів дописів
🚇 Tbilisi metrosunda belə qatarlar hərəkət edəcək. ⠀ 🇨🇳 Çinin CRRC şirkəti Tbilisi Metropoliteninə 111 yeni vaqon tədarük
+2
🚇 Tbilisi metrosunda belə qatarlar hərəkət edəcək. ⠀ 🇨🇳 Çinin CRRC şirkəti Tbilisi Metropoliteninə 111 yeni vaqon tədarük edəcək. Onlardan 14 ədəd 4-vagonlu və ilk Tbilisi metrosunun tarixində 5-vaqonlu qatarlar da hərəkət edəcək (11 qatar). ⠀ 🔹 Hazırda qonşu paytaxtın metrosunda Rusiyanın “Метровагонмаш” şirkətinin istehsalı olan qatarlar istismar olunur (bu videoda da göstərmişdim). Lakin Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra Gürcüstan həmin şirkətlə bağlanmış kredit müqavilələsindən imtina etməli oldu. ⠀ 💶 Yeni müqavilənin dəyəri 150 milyon avrodur. Krediti Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ayırıb. ☑ İlk qatarın yaxın zamanda Tiflisə çatdırılmaıs gözlənilir. Foto: @Tbilisi_life ⠀ #Tbilisi #metro

📺 İldə cəmi 2-3 dəfə Bakıda səki problemi işıqlandırılır, o da iki gün sonra unudulur. Özü də jurnalist sualı Azərişığı ünvanlayır. Halbuki səkilər birbaşa olaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindədir. Dövlət Proqramında səkilərin bərpası nəzərdə tutulsa da, belə problemlər qalmaqdadır və heç kimin vecinə deyil. #səkilər

🚌 M1 eskpres avtobusuna ikinci validator qoyulub. İndi sosial mediada yazırlar ki, hər ekspres avtobusda belə olmalıdır. Əslində tək ekspresdə yox, bütün avtobuslarda belə olmalıdır. Sərnişinlər istənilən qapıdan minib-düşə bilməlidir, validator isə hətta qapıda yox (girişdə növbələri yaratmamaq üçün), avtobusun dəhlizində ola bilər. Amma bunun üçün yenə də başı bəlalı "brutto"ya keçmək lazımdır. Bu halda, avtobus daşıyıcıları gediş haqqlarından deyil, dövlətdən alacaq (hər kilometrə qədər). Ödənişləri isə nəzarət edən qurum (AYNA, çox güman ki) yığacaq. Belə sistem Avropa ölkələrində, Moskvada, Tiflisdə və hətta Daşkənddə var.

📗 Bu kitab hər kəs üçündür. ⠀ 🏙️ 10 ilə yaxındır ki, sizinlə burada, eləcə də digər sosial şəbəkələrdə urbanistika mövzusunda paylaşıram. Amma sosial mediada gündəm çox tez dəyişir, yeni izləyicilər gəlir və eyni sualları, eyni mövzuları hər dəfə yenidən paylaşmaq mümkün olmur. ⠀ 📖 Ona görə də düşünürəm ki, evinizdə “İnsanyönümlü şəhərlər” kitabının olması faydalıdır. Əsas prinsiplərə istənilən vaxt qayıda, “necə olmalıdır?” suallarına cavab tapa bilərsiniz. ⠀ ▶ Bu videoda mən və memar Dilqəm İsmayılov kitab haqqında qısaca danışdıq və onun nə üçün yalnız tələbələr, gələcək urbanistlər və memarlar üçün deyil, hər kəs üçün faydalı olduğunu qeyd etdik. ⠀ 🔗 Kitabı əldə etmək üçün keçid buradadır. ⠀ 🎁 Kofe.alPatreon-da dəstək olanlar isə müvafiq sponsorluq səviyyəsinə uyğun olaraq kitabı bonus olaraq pulsuz əldə edəcəklər. ⠀ #kitab #vloq

📗 Bu kitab hər kəs üçündür. ⠀ 🏙️ 10 ilə yaxındır ki, sizinlə burada, eləcə də digər sosial şəbəkələrdə urbanistika mövzusunda paylaşıram. Amma sosial mediada gündəm çox tez dəyişir, yeni izləyicilər gəlir və eyni sualları, eyni mövzuları hər dəfə yenidən paylaşmaq mümkün olmur. ⠀ 📖 Ona görə də düşünürəm ki, evinizdə “İnsanyönümlü şəhərlər” kitabının olması faydalıdır. Əsas prinsiplərə istənilən vaxt qayıda, “necə olmalıdır?” suallarına cavab tapa bilərsiniz. ⠀ ▶ Bu videoda mən və memar Dilqəm İsmayılov kitab haqqında qısaca danışdıq və onun nə üçün yalnız tələbələr, gələcək urbanistlər və memarlar üçün deyil, hər kəs üçün faydalı olduğunu qeyd etdik. ⠀ 🔗 Kitabı əldə etmək üçün keçid buradadır. ⠀ 🎁 Kofe.al və Patreon-da dəstək olanlar isə müvafiq sponsorluq səviyyəsinə uyğun olaraq kitabı bonus olaraq pulsuz əldə edəcəklər. https://youtu.be/F5Hda5qwBo4?si=vvgp0JqyJFT8Uu1J ⠀ #kitab #vloq

🗺️ Xəritələrin dəqiqliyinə baxın. ⠀ 📍 Birinci şəkil Nyu-Yorkun Google Maps, ikinci şəkil isə Moskvanın Yandex xəritəsidir.
+1
🗺️ Xəritələrin dəqiqliyinə baxın. ⠀ 📍 Birinci şəkil Nyu-Yorkun Google Maps, ikinci şəkil isə Moskvanın Yandex xəritəsidir. ⠀ 🔹 Burada təkcə küçələri deyil, hərəkət zolaqlarını, yol nişanlanmasını, hətta avtobus dayanacaqlarının qarşısındakı ziqzaqları yerləri göstərilib. ⠀ 📱 Biz Google Maps-dən istifadə etməyə öyrəşmişik. Amma Bakıda Yandex xəritələri də pis işləmir, hətta velozolaqları göstərir. ⠀ 📊 2GIS.az layihəsi də var, onların da xəritələri kifayət qədər dəqiqdir. Amma yol nişanlarını göstərən xəritə təəssüf ki, hələ ki yoxdur. ⠀ ❓ Və? Bunlar ümumiyyətlə bizə lazımdırmı? ⠀ ☑ Əslində, bu məlumatlar təkcə sürücülər və səfərini əvvəlcədən xəritə üzərində planlaşdıran insanlar üçün deyil. Nəqliyyat mütəxəssisləri, bu sahəni öyrənən tələbələr, tədqiqatçılar və ümumiyyətlə yol infrastrukturu ilə bağlı analiz aparmaq və təkliflər vermək istəyən hər kəs üçün çox faydalı ola bilərdi. ❎ Təəssüf ki, bunun nə vaxtsa mümkün olacağı haqqında heç bir plan da açıqlanmır.

🚇 Bakı Metrosunun rəsmi app-i təqdim olunub. Yükləyib sınayan olubsa, şərhlərdə yazsın, necədir?
🚇 Bakı Metrosunun rəsmi app-i təqdim olunub. Yükləyib sınayan olubsa, şərhlərdə yazsın, necədir?

📢 AAYDA-nın mətbuat katibi işdən çıxarıldı. ⠀ Bu sözçüdən bir çox jurnalist narazı idi. Əlavə edim ki, Anar Nəcəfli onu tag
📢 AAYDA-nın mətbuat katibi işdən çıxarıldı. ⠀ Bu sözçüdən bir çox jurnalist narazı idi. Əlavə edim ki, Anar Nəcəfli onu tag edən bir sıra bloger və ekspertləri də bloka atırdı. ⠀ ⚠️ Mən ümumiyyətlə hər hansı bir şəxsə qarşı bullinqin tərəfdarı deyiləm. Burada söhbət konkret şəxsdən yox, yanaşmadan gedir. ⠀ ☑️ AAYDA dövlət büdcəsindən ən çox vəsait alan qurumlardan biridir. Amma eyni zamanda, onun PR və kommunikasiyası həm vətəndaşların rəylərindən, həm də peşəkar ekspert dairələrindən uzaq dururdu. Yadımdadır, hətta Facebook səhifəsində şərh bölməsini ümumiyyətlə bağlamışdılar. ⠀ ❌ Müasir dövrdə insanları bloklamaq, şərhləri bağlamaq və tənqiddən uzaq durmaq çıxış yolu deyil. Dövlət qurumu ictimaiyyətlə ünsiyyət qurmalıdır, xüsusilə də fəaliyyəti hər gün milyonlarla insanın həyatına təsir edirsə. ⠀ 💬 Axır-əvvəl elə bu cür bitməli idi.

🇧🇾 Bura Belarusun Brest şəhəridir. ⠀ 🏙️ Təxmini 350 mindən çox əhalisi olan bir şəhərdir. Bu cür şəhərlərdə adətən böyük b
+3
🇧🇾 Bura Belarusun Brest şəhəridir. ⠀ 🏙️ Təxmini 350 mindən çox əhalisi olan bir şəhərdir. Bu cür şəhərlərdə adətən böyük büdcələr olmur. Buna baxmayaraq, burada şəhər infrastrukturu diqqətdən kənarda qalmır. ⠀ 🚦 Son 10 ildə burada təhlükəsizlik artırıldı, ictimai nəqliyyat və velosipedçilər üçün şərait yaradıldı, bir sıra küçələr sıfırdan layihələndirildi. ⠀ ♿ Xüsusilə bəyəndiyim odur ki, hətta Belarus və Ukrayna kimi postsovet ölkələrinin kiçik şəhərlərində belə, demək olar ki, bütün keçidlərdə panduslar nəzərdə tutulur. Bakı 4 milyonluq bir şəhərdir, amma piyada infrastrukturu baxımından Belarusun kiçik bir şəhərindən daha narahatdır. ⠀ 📸 Fotolar: Yandex.Maps ⠀ #Belarus

💡 Səhər tezdən bir tapmaca. ❓ Sizcə bura hansı şəhərdir? Dəqiq tapmaq bir az çətin olacaq, amma əslində bunun o qədər də fər
+1
💡 Səhər tezdən bir tapmaca. ❓ Sizcə bura hansı şəhərdir? Dəqiq tapmaq bir az çətin olacaq, amma əslində bunun o qədər də fərqi yoxdur, əsas məğzi növbəti postda paylaşacam. #əvvəlsonra

🚗 Tıxaclarla işləməyən və işləyən mübarizə üsulları. ⠀ ✅ Axır-əvvəl hamı anlayır ki, mövcud yolları genişləndirməklə tıxacla
+3
🚗 Tıxaclarla işləməyən və işləyən mübarizə üsulları. ⠀ ✅ Axır-əvvəl hamı anlayır ki, mövcud yolları genişləndirməklə tıxacları həll etmək mümkün deyil. Amma bunu başa düşməklə real alternativlər yaratmaq arasında bəzən illər keçir. ⠀ 🇮🇩 İndoneziyanın paytaxtı Cakarta şəhəri bunun yaxşı nümunəsidir. Əvvəlcə cüt və tək nömrələr qaydasını tətbiq etdilər: avtomobilin nömrəsi cütdürsə, yalnız cüt tarixlərdə, təkdirsə — tək tarixlərdə hərəkət etmək olardı. Məntiq sadə idi: yollardakı avtomobillərin sayı təxminən iki dəfə azalmalı idi. ⠀ 🚘 Amma bu, uzunmüddətli həll olmadı. İnsanlar ilk fürsətdə ikinci avtomobil almağa başladılar və nəticədə yollardakı avtomobillərin sayı yenidən artdı. Paris və digər şəhərlərin təcrübəsi də göstərdi ki, belə məhdudiyyətlər insanları avtomobildən imtina etməyə yox, qaydaya uyğunlaşmağa sövq edir. ⠀ 👥 Cakartada daha sonra başqa üsul sınadılar: pik saatlarda avtomobildə ən azı 3 nəfər olmalı idi. Qaydanı pozmamaq üçün isə “jockey” adlı yeni “peşə” yarandı — insanlar pul qarşılığında avtomobilə minib sürücüyə tələb olunan sayda sərnişini təmin edirdilər. Nəticədə qayda daha çox xaos yaratdı və 2016-cı ildə ləğv edildi. ⠀ 🚌 Bugün Cakarta tıxacları inzibati məhdudiyyətlərlə həll etmək əvəzinə ictimai nəqliyyata investisiya etməyə başladı: BRT və ayrılmış avtobus zolaqları genişləndirildi, relsli nəqliyyat inkişaf etdirildi. ⠀ 📈 Yəni şəhər nəhayət düzgün istiqamətə keçdi: insanlara “maşından istifadə etməyin” demək əvəzinə sürətli və rahat alternativlər yaratmağına yönləndi. ⠀ 🌍 Asiya, Avropa, Amerika - qitədən asılı olmayaraq bu islahat effektivliyini sübut edir. ⠀ #tıxaclar

🚊 Tramvay bu səfər Gəncəyə "qayıtdı". ⠀ 🔹 1976-cı ilə qədər Gəncə şəhərində 4 marşrut xəttindən ibarət tramvay hərəkət edir
+3
🚊 Tramvay bu səfər Gəncəyə "qayıtdı". ⠀ 🔹 1976-cı ilə qədər Gəncə şəhərində 4 marşrut xəttindən ibarət tramvay hərəkət edirdi. ⠀ 🏙 Bu gün Gəncədə 330 mindən çox əhali yaşayır. Polşa, Çexiya və Avropanın bir sıra ölkələrində bu əhaliyə malik olan şəhərlərdə müasir tramvay sistemləri qurulub. ⠀ 🔸 2013-cü ildə Gəncəyə tramvayların qaytarılması müzakirə olunsada, bu şəhərin küçələrinə gözəl və effektiv ictimai nəqliyyat qayıtmadı. ⠀ #Gəncə #tramvay

Düzəlirik, yavaş-yavaş. ⠀ TikTok-da bu video qarşıma çıxdı. ⠀ Klassik, “vaxsey, yollarımız daraldı, bu boyda səkiyə nə lazımd
+3
Düzəlirik, yavaş-yavaş. ⠀ TikTok-da bu video qarşıma çıxdı. ⠀ Klassik, “vaxsey, yollarımız daraldı, bu boyda səkiyə nə lazımdır?” paylaşıma artıq bu cür şərhlər yazanlar da var, bu hələ TikTok-dur, tipik “avtomobilyönümlü sosial şəbəkə”. ⠀ Bu arada, layihəyə əsasən hərəkət zolaqlarının sayı dəyişməz olaraq qalacaq, əlavə olunan hissədə isə velozolaq olacaq.

🚲 Çoxdandır velozolaq çəkilmirdi. Biri də gəldi. 📍 Xan Şuşinski küçəsi. #velosipedzolaqları
+1
🚲 Çoxdandır velozolaq çəkilmirdi. Biri də gəldi. 📍 Xan Şuşinski küçəsi. #velosipedzolaqları

🚊 Bu da Bakıda ilk tramvay xətti! P.S. Zarafat edirəm, bugün açılan Dərnəgül deposuna gedən dəmir yollarıdır. #izləyicilərdə
🚊 Bu da Bakıda ilk tramvay xətti! P.S. Zarafat edirəm, bugün açılan Dərnəgül deposuna gedən dəmir yollarıdır. #izləyicilərdən

❌ Möcüzə baş vermədi. Səki yeniləndi, yeni pandus təşkil etməyə heç kimin ağlına gəlmədi. “Zato” köhnə pandus səkidə park etm
+1
❌ Möcüzə baş vermədi. Səki yeniləndi, yeni pandus təşkil etməyə heç kimin ağlına gəlmədi. “Zato” köhnə pandus səkidə park etmək üçün uğurla istifadə olunur indi. ☑️ Bakı, 2026-cı il. Şəhərsalma ili elan olunub. #səkilər #panduslar

🚍 Naxçıvanda artıq yeni elektrik avtobusları fəaliyyət göstərəcək. ⠀ ⬆ Əsas göstəricilər infoqrafikada. ⠀ #Naxçıvan #infoqra
🚍 Naxçıvanda artıq yeni elektrik avtobusları fəaliyyət göstərəcək. ⠀ ⬆ Əsas göstəricilər infoqrafikada. ⠀ #Naxçıvan #infoqrafika

❌ Sumqayıtda velosipedçini avtobus vurub qaçdı. 🚳 Bu videonu “velozolaqlar lazım deyil, qoy yol ilə sürsünlər də” deyənlərə göstərmək lazımdır. 🚲 Velosiped zolaqların ilk məqsədi də odur ki, təhlükəsiz şərait yaradılsın, avtomobil axını ilə fiziki baryer olsun. Bu halda, zolaqlar cəlbedici və lazımlı olar. #velosipedzolaqları

⚡️ Sən demə, Dərnəgül və Koroğlu metrostansiyalarını 2 həftəyə birləşdirmək mümkündür. “Qazmağa nə var ki, hətta infrastruktu
⚡️ Sən demə, Dərnəgül və Koroğlu metrostansiyalarını 2 həftəyə birləşdirmək mümkündür. “Qazmağa nə var ki, hətta infrastrukturu salmaq da mümkündür”, Ziya bəy qeyd edir.