cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Vətən🇦🇿

Qana və torpaqa sadiq qalın,qanda - irqin qüdrəti, torpaqda - ataların mezari var.

Більше
Азербайджан1 504Азербайджанська1 334Політика12 790
Рекламні дописи
2 394
Підписники
-124 години
-37 днів
-4130 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Repost from CSSC Baku
“Freedom House” və digər QHT-lərin Qarabağ erməniləri haqqında hesabatının təhlili İyulun 2-də “Freedom House” və digər beynəlxalq QHT-lərin hazırladığı, Azərbaycanı “etnik təmizləmə”, “insanlığa qarşı cinayətlər” və “müharibə cinayətləri”ndə ittiham edən hesabat dərc edib. Hesabatdan belə görünür ki, bu beynəlxalq təşkilatları bir yerə gətirən, əmək bölgülərini müəyyənləşdirən və fəaliyyətlərini koordinasiya edən bir mərkəz var. Həmin mərkəz isə hesabatda adı çəkilməyən ABŞ Dövlət Departamentidir. Bu sadəcə ittiham və ehtimal deyil. Sözügedən hesabatın hazırlanmasını koordinasiya etdiklərini və nəticələrini gözlədiklərini ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn azı iki dəfə kameralar qarşısında özü etiraf edib (Konqresdəki dinləmələr zamanı çıxışı - noyabr, 2023 və Ermənistanda Azadlıq Radiosuna müsahibəsi - iyun, 2024). Hələlik fakt odur ki, bu hesabat gələcəkdə Azərbaycana qarşı müxtəlif məhkəmələrdə, beynəlxalq təşkilatlarda və qanunverici orqanlarda istifadə etmək səviyyəsinə çatdırılıb. Bu hesabat Azərbaycana qarşı gizli gündəliyin və planın olduğu haqqda əsaslı şübhələri bir daha sübut etdiyinə görə sıradan bir sənəd deyil. Bu sənəd haqqında O’Braynın əvvəl dedikləri onu sübut edir ki, sülh müqaviləsi imzalansa belə həmin plandan və gizli gündəlikdən imtina edilməyəcək(di), əksinə, sülh müqaviləsi imzalandıqdan sonra həmin plan tam işə düşəcək. Bu planın işə düşməməsi, sülh müqaviləsi ilə bütün məsələlərin birdəfəlik və həmişəlik bağlanması üçün Azərbaycan Ermənistandan öz Konstitusiyasından və qanunvericiliyindən Azərbaycan torpaqlarının anneksiyasını qanuniləşdirən maddələrin çıxarılmasını tələb edir. Eləcə də, Ermənistana təklif edilib ki, Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət edilsin. Ermənistan hələlik buna müsbət cavab verməyib. Çünki nə Ermənistanın, nə də onun havadarlarının Qarabağ məsələsini beynəlxalq gündəlikdən çıxarmaq niyyətləri yoxdur. O’Brayn Konqresdəki dinləmə zamanı ABŞ-ın bölgədə fəaliyyətinin üç istiqamətdə olduğunu göstərmişdi: 1. Qarabağ ermənilərinə hərtərəfli yardım və onların geri qaytarılması; 2. Ermənistana yardım edilməsi; 3. Sülhün əldə olunması. Beləliklə, prioritetlərin sıralanmasında biz sülhü birinci yerdə görmürük. “Freedom House” hesabatının prizmasından O’Braynın iki çıxışına baxanda daha yaxşı aydın olur ki, Bayden administrasiyasının hədəfi tələsik sülh müqaviləsini imzalayandan sonra növbəti mərhələ üçün işlərə başlamaq olub. Bu hesabat onu göstərir ki, Bayden administrasiyası Azərbaycanla qeyri-səmimi davranır. Ona görə də ABŞ Minsk qrupu, Ermənistan Konstitusiyası və qanunvericiliyi ilə bağlı məsələlərini bağlamadan Azərbaycanı sülh müqaviləsini tələsik imzalamağa sövq etməyə çalışır. Bunun üçün şirnikləndirici təkliflər və təzyiqlər də edili(b)r. Nə üçün ABŞ Dövlət Departamenti BMT-nin və digər beynəlxalq təşkilatların ilkin qiymətləndirilməsi ilə qane olmur və razılaşmır? Nə üçün “Freedom House” hesabatının hazırlanmasında həm müsahibə verən, həm də müsahibə alanların ermənilər olması qəbul edilir? Ancaq Azərbaycan televiziya kanallarının həmin günlərdə götürdükləri yüzlərlə videomüsahibələr əsaslı faktlar sayılmır? Bu cür hesabatlarla, yəni, nəticədə Azərbaycanı etnik təmizləmədə ittiham etməklə ABŞ nəyə nail olmağa çalışır? Mövzu ilə bağlı daha ətraflı saytımızda dərc edilən məqalədə tanış ola bilərsiniz.
Показати все...
“Freedom House” və digər QHT-lərin Qarabağ erməniləri haqqında hazırladığı hesabatın təhlili | CSSC

İyulun 2-də “Freedom House” təşkilatının veb-səhifəsində “Niyə Dağlıq Qarabağda heç bir erməni yoxdur?” adlı xüsusi hesabat dərc edildi. Sənəddə göstərilir ki, bu təşkilatdan başqa həmin hesabatın hazırlanmasında digər beynəlxalq QHT-lər də iştirak edib: “Açıq Cəmiyyət İnstitutu” (Open Society Foundations), “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq&rdqu

👍 5
Repost from CSSC Baku
ABŞ qərəzdən şantaja keçir?! Bu günlərdə ABŞ Dövlət Departamentinin sorğusu əsasında hazırlanmış “Qarabağda faktaraşdırıcı missiya”nın hesabatı dərc olunub. Hələ ötən ilin noyabrında Konqresdəki dinləmələr zamanı Departament rəhbərinin köməkçisi Ceyms O`Brayen bu sənədin anonsunu verib və hesabat məhz onun regiona son səfərindən dərhal sonra yayımlanıb. İkili standartların yeni səviyyəsi Hesabat öz mahiyyətinə görə ikili standartların növbəti və daha çirkin bir nümunəsini əks etdirir. Burada rəsmi Vaşinqtonun son 30 ildə Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli və ermənimərkəzli yanaşması daha açıq şəkildə özünü büruzə verir: - Sənəddə 30 illik münaqişənin yalnız son 3 ili birtərəfli yanaşmada və ciddi təhrif olunmuş tərzdə işıqlandırılır, işğalçılar qurban kimi göstərilir. Bütün dünyanın gözü qarşısında ermənilərin Qarabağdan könüllü və dinc şəkildə köçü etnik təmizləmə kimi qələmə verilir. Lakin 1990-cı illərin əvvəllərində Qarabağın yarım milyondan çox azərbaycanlı əhalisinin kütləvi qırğınlara məruz qalaraq öz yurdlarından qovulması barədə danışılmır. - Hesabatda ötən ilin sentyabrındakı birgünlük antiterror tədbirləri nəticəsində Qarabağın erməni sakinləri arasında 229 nəfərin öldüyü, onlardan yalnız 34-nün mülki şəxs olduğu bildirilsə də, yerdə qalanların məhz silahlı hərbçilər olduğu qeyd edilmir. Bu hərbçilərin Azərbaycan ərazisində işğalçı qüvvələri təmsil etdikləri barədə hesabat müəllifləri susur, beynəlxalq təşkilatlar ötən əsrin sonlarında Ermənistanın işğalçılıq fəaliyyətinə siyasi qiymət verməkdən həmişəki kimi yayınırlar. - Sənəddə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə istinad edilərək Azərbaycanın insanlığa qarşı və müharibə cinayətlərində ittiham edilməsi isə ikiüzlülüyün son həddidir. Belə ki, ilk növbədə ABŞ özü bu əsasnaməyə qoşulmayıb. Digər tərəfdən, Fələstində 38 min nəfərin ölümü, milyondan artıq sakinin öz evlərindən didərgin düşməsi fonunda, məhz ABŞ tərəfi BCM üzvlərini sanksiyalarla hədələyərək məhkəmənin İsrail rəsmilərinin mümkün həbsinə dair qərarına imkan vermir. ABŞ nə istəyir? Sözügedən hesabatın məhz belə qərəzli formada və indi açıqlanması heç də təsadüfi deyil. Bu, başlıca olaraq ABŞ-ın daxili gündəmi ilə əlaqədardır. Sirr deyil ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tələsir. Hazırki administrasiya öz seçki kampaniyasında mümkün sazişi xarici siyasətdəki uğuru kimi göstərməyə çalışır. Bakının Ermənistan Konstitusiyası ilə bağlı haqlı tələbində israrlı olması isə ABŞ hökumətinin bu planlarını pozur və belə şəraitdə Ağ Ev Azərbaycana qarşı açıq-aşkar şantaja keçir. Sənədin O`Brayenin səfərindən dərhal sonra yayılması da bununla bağlıdır. Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etməsi ABŞ hakimiyyətini ölkədəki erməni lobbisinin ciddi tənqid hədəfinə çevirib. Vaşinqtonun anti-Azərbaycan addımları həm də seçki öncəsi erməni diasporunun yenidən rəğbətini qazanmaq məqsədini güdür. Hesabatın idarə heyətinin əksəriyyəti etnik ermənilərdən ibarət “Freedom House”un bələdçiliyi ilə hazırlanıb təqdim olunması bunu bir daha sübut edir. ABŞ-ın sülhü tələsdirməkdə öz məqsədini kommunikasiyaların açılması ehtiyacı ilə izah etməsi isə ciddi suallar doğurur. Çünki vaxtilə məhz Vaşinqton Bakı-Tbilisi-Qars layihəsinə qarşı çıxıb. İndi də Ermənistan ərazisindən keçəcək dəhlizin reallaşması üçün Paşinyana Bakının haqlı tələblərinin qəbulunda kömək etmək əvəzinə, ABŞ Azərbaycana təzyiq göstərməyə çalışır. Nəticə Beləliklə də, ermənimərkəzli mövqeyindən əl çəkə bilməyən və Azərbaycana qarşı bir qayda olaraq qərəzli münasibət sərgiləyən ABŞ, yenidən şantaja əl atır. Ötən ilin noyabrında olduğu kimi, indi də ön cəbhədə O`Brayen dayanıb. Lakin onun Bakıya öncəki təzyiq cəhdlərinin nə ilə nəticələndiyi yəqin ki, hamının yadındadır. Vaşinqton anlamalıdır ki, Azərbaycanın maraqları ilə hesablaşmadan və haqlı tələbləri nəzərə alınmadan bölgədə davamlı sülh sadəcə mümkün deyil. @cssc_cqtm
Показати все...
👍 2😡 2
Repost from UDudaka
13:33
Відео недоступнеДивитись в Telegram
🇦🇿🇦🇿 1918-2024 🇦🇿 🇦🇿@UDudaka
Показати все...
TLG (2).mp494.48 MB
8
Bildiyimiz kimi Ermənistan demək olar ki, bütün məsələləri xarici qüvvələrlə müzakirə edir. Ermənistanın ABŞ-a yaxınlaşmasının Rusiyada yarada biləcəyi narahatlıqları və bu prosesin müxtəlif səviyyələrdə Rusiyanın hansı reaksiyalarına səbəb ola biləcəyini daha ətraflı təhlil edək: Regional Balansın Dəyişməsi: Ermənistanın ABŞ-a yaxınlaşması, regiondakı geosiyasi balansı dəyişə bilər. Rusiya, Ermənistana Cənubi Qafqazda strateji tərəfdaş kimi baxır. Ermənistanın ABŞ-a yaxınlaşması, Rusiya üçün regiondakı təsirini itirmək deməkdir və bu, Rusiyanın öz maraqlarını qorumaq üçün daha aqressiv siyasət yürütməsinə səbəb ola bilər. ABŞ-ın Nüfuzunun Artması: Ermənistanın ABŞ-la yaxın münasibətləri, ABŞ-ın Cənubi Qafqazdakı təsirini gücləndirə bilər. Bu, regiondakı digər ölkələri də ABŞ-a yaxınlaşmağa təşviq edə bilər ki, bu da Rusiyanın strateji maraqlarına təhlükə yaradır. Rusiya, bu növ dəyişikliklərin qarşısını almaq üçün strateji müttəfiqlərini möhkəmləndirmək və ABŞ-ın təsirini məhdudlaşdırmaq üçün yeni ittifaqlar axtarışına çıxa bilər. İranın isə bu məsələyə tutumu hər kəsə məlumdur. Hərbi Təzyiqlər və Müdaxilə 1)Hərbi Gərginliyin Artırılması. Rusiya, Ermənistanın ABŞ-a yaxınlaşmasına qarşı hərbi təzyiqi artırmaq üçün müxtəlif tədbirlər görə bilər. Məsələn, Cənubi Qafqazda hərbi mövcudluğunu artırmaq, Ermənistanın təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığına daha çox diqqət yetirmək kimi addımlar atıla bilər. 2)Hərbi Yardımın Azaldılması: Ermənistanın ABŞ-la yaxınlaşmasının qarşısını almaq üçün Rusiya, Ermənistana verdiyi hərbi yardımı məhdudlaşdıra və ya dayandıra bilər. Məhv olmuş Ermənistanın hərbi müdafiə qabiliyyətinə mənfi təsir göstərə bilər və ölkənin “təhlükəsizliyini” zəiflədə bilər. 3)KTMT Çərçivəsində Təzyiq: Rusiya, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyündən istifadə edərək, Ermənistanın qərbyönümlü siyasətinin qarşısını almağa çalışa bilər. Rusiya, KTMT çərçivəsində Ermənistana təzyiqlər göstərərək, onu öz təhlükəsizlik maraqlarına uyğun davranmağa məcbur edə bilər. Ermənistan isə bu təşkilatı bloklamaq siyasətini çoxdan başladıb. Bununla yanaşı Paşinyan bu gün açıqca “KTMT-dən çıxacayıq” mesajını verməyə çalışdı, daha sonra isə ER XİN bu “mesaj” başqa mənada deyildi deyə açıqlama verdi. İqtisadi Təzyiqlər Ticarət Sanksiyaları: Rusiya, Ermənistanın ABŞ-la yaxınlaşmasının qarşısını almaq üçün ticarət sanksiyaları tətbiq edə bilər. Bu sanksiyalar, Ermənistanın iqtisadi inkişafını ləngidə və ölkənin iqtisadi asılılığını artırmağa məcbur edə bilər. Məsələn, Rusiya, Ermənistanın idxal-ixrac proseslərinə məhdudiyyətlər qoya və bu, Ermənistanın iqtisadi əlaqələrini çətinləşdirə bilər. Enerji Təchizatının Azaldılması: Ermənistanın enerji təminatının böyük hissəsi Rusiyadan asılıdır. Rusiya, enerji təchizatını məhdudlaşdıraraq, Ermənistanın enerji təhlükəsizliyini təhdid edə bilər. Bu, Ermənistan üçün enerji qiymətlərinin artmasına və enerji təminatında problemlərə səbəb ola bilər. Siyasi Təzyiqlər Daxili Siyasətə Müdaxilə: Rusiya, Ermənistanın daxili siyasətinə müdaxilə edərək, ABŞ-la yaxınlaşmasını əngəlləməyə çalışa bilər. Bu, müxalifət partiyalarını dəstəkləmək və ya hökumət əleyhinə aksiyaları təşviq etmək kimi metodlarla həyata keçirilə bilər. Rusiya, Ermənistanın daxili sabitliyini pozmağa cəhd göstərə bilər ki, bu da ölkənin xarici siyasətindəki qərbyönümlü addımlarını çətinləşdirə bilər. Bu günlərdə İrəvanda baş verənlər bir başa bununla bağlıdı. İkinci hissə. 🌐 Vətən | 🌐@GSSR44
Показати все...
1
🇦🇿Naxçıvan istiqamətində mövqelərimiz sutka ərzində iki dəfə atəşə tutulub: İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. İyunun 13-ü saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. 🌐 Vətən
Показати все...
🤬 1
Repost from CSSC Baku
Konstitusion maneəni aşmaq mümkündür 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Ermənistanla sülh müqaviləsi imzalanacaqsa, burada natamam, gələcək üçün mina və hansısa ikibaşlı məqam saxlanılmamalıdır. Dayanıqlı və substantiv sülh üçün müqavilənin mətni heç bir şəkildə başqa cür tövsif edilməyəcək, aydın və birmənalı olmalı, əks təqdirdə imzalanmamalıdır. 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərinə qədər Qərbin və Ermənistanın “Qarabağ ermənilərinin təhlükəsizliyi üçün beynəlxalq qarantiyalar” tələb etməsi, Rusiyanın sülh müqaviləsini imzalayıb “Qarabağ məsələsinin həllinin gələcək nəsillərə saxlanılması” təklifi vardı. Bununla onlar məsələni gələcək üçün açıq saxlamağa çalışırdılar. Ancaq ölkəmiz istədiyi formada sülh üçün 1-ci mərhələdə hərbi-diplomatik yollarla Qarabağ mövzusunu müqavilə mətnindən çıxarmağa nail oldu. Azərbaycan o zaman nə diplomatik hiylələrə uydu, nə də bu cür şərtləri qəbul etməyi tələb edən təzyiqlər qarşısında geri çəkildi. 2-ci mərhələdə əsas maneə Ermənistan Konstitusiyası və qanunvericiliyidir ki, ölkə başçısı İrəvan tərəfindən müvafiq dəyişiklik edilməyəcəyi təqdirdə sülh müqaviləsinin imzalanmayacağı ilə bağlı qəti mövqeyini ortaya qoydu. Biz yenə də Ermənistan və ona dəstək verənlər tərəfindən 1-ci mərhələdə olduğu kimi Azərbaycanın əsaslı və haqlı tələbi nəzərə alınmadan tələsik sülh sazişinin imzalanması cəhdlərini görürük. Ermənistan iddia edir ki, Konstitusiya daxili məsələdir, maneə deyil. Həqiqət isə budur ki, ən yaxın tarixdə müxtəlif ölkələrin təcrübəsində imzalanan beynəlxalq sənədlərin ölkələrin daxili qanunvericiliyinə uyğun gəlmədiyi əsas gətirilərək imzaların geri çəkildiyini dəfələrlə görmüşük. Bu baxımdan imzalanan sülh müqaviləsinə müvafiq daxili qanunvericiliyin uyğunlaşdırılmasının ən yaxşı və son nümunəsi kimi 1998-ci il 10 apreldə Britaniya ilə İrlandiya hökuməti arasında Belfast razılaşmasını göstərmək olar. Belfast razılaşması nümunəsi Bir çox məqamlara görə fərqli kontekst və tərkib olsa da, Belfast razılaşması sırf daxili qanunvericiliklə bağlı sülh prosesinə maneənin necə aradan qaldırılması baxımından maraqlıdır. 10 aprel razılaşmasına əsasən 22 may 1998-ci ildə İrlandiyada keçirilən referendumla 1937-ci ildə qəbul edilmiş konstitusiyanın 2 və 3-cü maddələri dəyişdirildi. Həmin maddələr İrlandiya dövləti qarşısında bütün adada vahid İrlandiya dövləti yaratmaq məqsədi qoyurdu. Belfast razılaşmasının 4-cü maddəsinə əsasən, bu razılaşma yalnız sazişə əlavə edilən sənəddə göstərilən Konstitusiyaya dəyişikliklə bağlı İrlandiyada referendum tələbi həyata keçirildikdən sonra 1999-cu il dekabrın 2-də qüvvəyə mindi. Bizim kontekstimizdə Ermənistan Konstitusiyasına ediləcək dəyişiklik üçün referendumun keçirilməsi və sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi razılaşma əsasında fərqli zaman intervallarında ola bilər. Bunun üçün isə Ermənistan Konstitusiyasından Qarabağın anneksiyası qərarının çıxarılmasının zəruriliyi əvvəlcə rəsmən qəbul edilməli, daha sonra isə hansısa sənəddə öz əksini tapmalıdır. Ola bilər ki, Belfast razılaşmasında olduğu kimi bu məsələ sülh müqaviləsinin mətninə salına və müqavilə imzalana bilər. Problem və nəticə Belfast nümunəsi tətbiq olunarsa sülh müqaviləsi imzalanandan sonra onun qüvvəyə minməsi üçün məsuliyyət tam olaraq Paşinyan hökumətinin, erməni ictimaiyyətinin və bu ölkəni dəstəkləyənlərin üzərinə düşəcək. İlk növbədə Paşinyan hökuməti deyil, erməni cəmiyyəti İrlandiya xalqı kimi sülh müqaviləsinin qüvvəyə minməsi üçün referendumda qərar verməlidir. Digər tərəfdən Paşinyan hökumətinin üzvlərindən hər biri Konstitusiyadan müvafiq məqamların çıxarılmasında maraqlı olmalıdır. Belə ki, artıq revanşistlər Paşinyan hökumətini Ermənistan torpaqlarını Azərbaycana verərək Konstitusiya əleyhinə cinayətdə ittiham edirlər. Buna görə də, Paşinyan hökuməti Ermənistan Konstitusiyasından müvafiq məqamları çıxarmalıdır ki, gələcəkdə “Konstitusiya əleyhinə addımlarına” görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinlər. @cssc_cqtm
Показати все...
👍 3
Dünya qlobal qarşıdurmalar burulğanında (II hissə) Hazırda beynəlxalq münasibətlər sistemində qarışıqlıq, hətta xaos hökm sürür. Lakin cari mənzərəyə baxmayaraq, bu sistemin iştirakçıları arasında iki qlobal güc mərkəzinin mövcudluğu aydın şəkildə görünür. Günümüzdə yalnız ABŞ və Çin həm iqtisadi, həm də hərbi gücü özündə birləşdirən ən qüdrətli dövlətlər olaraq qalmaqdadır. Qlobal güc olmağa iddialı digər tərəflərdən biri - Rusiya iqtisadi gücə çevrilə bilməsə də, hərbi gücü ilə dünya birinciliyi uğrunda gedən mübarizəyə qoşulmağa, özünü fövqəldövlətlər sırasında göstərməyə cəhd etdi. Lakin Ukrayna cəbhəsində üzləşdiyi uğursuzluq Moskvanın öz planlarını həyata keçirməsinə mane oldu və Kremli qlobal güc statusu qazanmaq imkanından məhrum etdi. Başqa bir iddialı - Avropa İttifaqı isə Rusiyanın tam əksinə olaraq, dünya miqyaslı iqtisadi güc kimi formalaşmağı bacarsa da, hərbi güc və geosiyasi oyunçu kimi qlobal səviyyəyə yüksələ bilmədi. Belə ki, uzun illərdir çoxsaylı hərbi kontingentə malik vahid Avropa Silahlı Qüvvələrinin yaradılması barədə danışılsa da, bu planlar hələ də kağız üzərində qalır. Aİ ölkələri arasında mövcud fikir ayrılıqları sözügedən istiqamətdə ciddi addımların atılmasını və birliyin hərbi gücə çevrilməsini əngəlləyir. Aİ-nin geosiyasi oyunçu olmaq cəhdləri də iflasa uğradı. Bu uğursuzluğun başlıca səbəbi birliyin ümumi maraqlarının Fransa kimi ayri-ayrı dövlətlərin əsassız iddialarına qurban verilməsidir. Aİ-nin Azərbaycana, eləcə də bütövlükdə Cənubi Qafqaz regionuna münasibətdə atdığı addımlar bunun əyani sübutudur. Brüsselin siyasi səriştəsizliyi ucbatından Aİ hələ də ABŞ-ın təsiri altında qalmaqda davam edir. Belə şəraitdə, ABŞ və Çin arasında qarşıdurma getdikcə daha da, şiddətlənir. Bu mübarizə artıq dünyanın az qala bütün regionlarına sirayət edir və Avropadan tutmuş, Asiya və Afrikayadək bütün qitələrdə özünü büruzə verir. Beynəlxalq münasibətlərin digər iddialı tərəflərinə gəlincə, onların bəziləri (məsələn Türkiyə və İran) regional güclər kimi çıxış edir. Lakin istər regional gücləri təmsil edən dövlətlər, istərsə də belə gücə sahib olmayan ölkələr qlobal mübarizənin bir parçasına çevrilir. Bundan imtina etmək üçün onlara heç bir seçim imkanı da verilmir. Belə olduqda isə həmin dövlətlər ən təhlükəli aqibətlə - qlobal güclərin bilavasitə aktiv mübarizə meydanına çevrilmək təhlükəsilə üzləşir. Dünyanın irimiqyaslı qarşıdurmalar burulğanında olduğu və mübarizənin kəskinləşdiyi bir zamanda Azərbaycan özünün başlıca problemini həll etdi. Rəsmi Bakı ölkənin qlobal və regional güclərin toqquşması meydanına çevrilməməsinə nail oldu. Hazırda istər qlobal, istərsə də regional oyunçularla tərəfdaşlıq və praqmatik münasibətlər qurulub. Ölkədaxili konsensus da kifayət qədər yüksək səviyyədədir. Bu amil, bir tərəfdən xarici qüvvələrin daxili işlərə müdaxiləsinin qarşısını alır, digər tərəfdən isə müstəqil xarici siyasət yeritməyə imkan verir. Beləliklə də, qlobal siyasətdəki burulğanlı dövr hələ uzun müddət davam edə bilər. Bu qeyri-müəyyənlik şəraitində müstəqilliyini və suverenliyini qorumaq, mövcud qarşıdurmanın tərəflərindən hər biri ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirmək az qala mümkünsüz görünür. Lakin Azərbaycan məntiqli və ardıcıl addımları ilə bir çox dövlətlər üçün imkansız olanı bacardı. Bundan sonra əldə edilən nailiyyətlərin qorunub-saxlanması, eləcə də bütün mümkün təhdidlərə vaxtında və düzgün şəkildə cavab verilməsi olduqca önəmlidir. @cssc_cqtm
Показати все...
👍 3
Dünya qlobal qarşıdurmalar burulğanında (I hissə) Bəşəriyyət tarixi qlobal miqyasda özünün ən təlatümlü dövrlərindən birini yaşayır. İkinci Dünya Müharibəsindən sonra dövlətlərin təhlükəsizliyi və əməkdaşlığını qorumaq üçün yaradılmış Yalta-Potsdam beynəlxalq münasibətlər sistemi xeyli müddətdir ki, iflic vəziyyətindədir. İşlək tənzimləmə mexanizmlərinin olmaması ucbatından indiyədək görünməmiş fəlakətlərə gətirib çıxara biləcək nüvə müharibəsi təhlükəsi gün keçdikcə daha da artır. Soyuq müharibənin ardından ortaya çıxmış dünya nizamı artıq öz aktuallığını itirib. Köhnəlmiş qlobal idarəetmə modelini əvəzləyə biləcək yeni dünya düzəni isə hələ ki, formalaşmayıb. Əgər əvvəlki beynəlxalq münasibətlər sistemi dünya müharibələrinin nəticəsi kimi yaranmışdısa, hazırda məhz nüvə silahı hələ ki, belə münaqişələr üçün çəkindirici amil rolunu oynayır. Bu səbəbdən günümüzdə müharibələr yalnız regional miqyasda baş verir, hərçənd onlar qlobal qarşıdurmanın təzahürləri olaraq nəzərdən keçirilməlidir. Müasir dövrdə sözügdən qarşıdurma üç istiqamətdə cərəyan edir: Silahlı münaqişələr, iqtisadi-ticarət müharibələri və ideoloji mübarizə. Silahlı münaqişələr: Hazırda dünyada qlobal əhəmiyyətə malik iki əsas aktiv münaqişə bölgəsi mövcuddur - Ukrayna və Yaxın Şərq. Birincisi ərazi baxımından konkret olsa da, ikincisi çoxsaylı gərginlik ocaqlarını özündə cəmləşdirir və müxtəlif zamanlarda fərqli ölkələrin (İsrail, Fələstin, Livan, Suriya, İraq, Yəmən, hətta İran) sərhədlərini əhatə edir. Lakin danılmaz faktdır ki, aktiv münaqişə tərəflərinin sayı tədricən artır, coğrafiyası genişlənir. Bu toqquşmalar daha uzunmüdətli və daha şiddətli xarakter alır. Mövcud qlobal idarəetmə sistemi isə sözügedən münaqişələri dayandıra bilmir. • İqtisadi-ticarət müharibələri: Minilliyin ilk 20 ili daha çox qloballaşma şüarı altında beynəlxalq maliyyə axınlarına nəzarətin gücləndirilməsi və bu vəsaitlərin idarəedilməsi sahəsindəki təmərküzləşmə ilə yadda qalıb. Son illərdə xüsusilə Qərbin geniş iqtisadi sanksiyaları fonunda resurslar uğrunda mübarizə daha da kəskinləşib. Bura texnoloji sahədəki amansız rəqabəti, dayanıqlı təchizat zəncirlərinin qurulması istiqamətində aparılan gərgin yarışı, eləcə də ABŞ və Çin kimi dünya nəhəngləri arasındakı gedən ticarət müharibəsini də əlavə etdikdə, qlobal iqtisadi qarşıdurmanın nisbətən daha bütöv mənzərəsi yaranır. • İdeoloji mübarizə: Günümüzdə müxtəlif ideoloji cəbhələri təmsil edən qüvvələr arasında çəkişmələr daha qabarıq tərzdə gedir. ABŞ və Aİ seçkiləri ərəfəsində bunu aydın şəkildə görmək mümkündür. Liberal interventlərlə mühafizəkarlar, qloballaşma carçıları ilə suverenlik tərəfdarları, radikal sağ və solçular arasındakı mübarizə o həddə çatıb ki, artıq bir-birinə qarşı müxtəlif fiziki məhv üsullarından belə istifadə edilir. Həmçinin, fərqli dünya baxışına malik olanlara qarşı müabrizə yumşaq güc alətlərindən istifadə, informasiya müharibələri, daxili siyasətə qarışma cəhdləri və rejiim dəyişikliklərilə müşayət olunur. Nəticə Beləliklə də, hazırda paralel cərəyan edən iki proses tədricən sürətlənir: Ən güclülər zəifləyir, orta və kiçik güclər isə daha da qüvvətlənir. Mövcud tendensiya şərti olaraq qlobal Şimal və qlobal Cənub adlandırılan dövlətlər qrupu arasındakı mübarizədə özünü daha aydın formada büruzə verir. Bu proses paralel şəkildə getdiyindən dünyanı cənginə alan qlobal qarşıdurmalar burulğanı daha kəskin şəkil alır. Belə şəraitdə, beynəlxalq sistemdə hökm sürən qeyri-müəyyənlik hələ uzun müddət davam edə bilər. 🌐 Vətən | @cssc_cqtm
Показати все...
👍 3
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov EDNews TV-nin efirində regional və qlobal siyasi gündəmin aktual məsələləri ilə bağlı fikirlərini bölüşüb. 🌐 Vətən
Показати все...
Rusiya Xankəndidə niyə konsulluq açmaq istəyir? - Fərhad Məmmədov ilə MÜSAHİBƏ

Ednews TV - nin bugünki qonağı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru və politoloq Fərhad Məmmədovdur. Politoloq ilə müsahibədə Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğun hansı məqsədlərə xidmət etdiyi?, Çinin Aİ - də yüksələn reputasiyası və ABŞ - ın zəifləyən diplomatiyası, erməni keşiş Baqratın üsyanın arxaplanı və Qəzza böhranın həlli perspektivləri, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsi qərarı kimi mövzular danışıldı. Daha ətraflı video - müsahibədən izləyə bilərsiniz: #azerbaycan #video #ednews #armenia #geopolitics

TikTok-a qadağa Türkiyə parlamentinin Milli Müdafiə Komissiyasının təsdiq etdiyi Türkiyə silahlı qüvvələrinin üzvləri ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində yer alıb. Qeyd olunur ki, əsgərlər kazarma və əməliyyat bölgələrindən bəzi görüntüləri sosial mediada paylaşaraq təhlükəsizlik riskini gündəmə gətirib. İş yerlərində mobil telefondan istifadənin ciddi təhlükəsizlik problemləri yaratdığı diqqətə çatdırılıb. 🌐 Vətən
Показати все...
👍 4
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.