uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi

Відкрити в Telegram

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Dövlət İmtahan Mərkəzi

Канал Dövlət İmtahan Mərkəzi (@stateexamcenter) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 45 579 підписників, посідаючи 3 969 місце в категорії Освіта та 43 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 45 579 підписників.

За останніми даними від 03 листопада, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -700, а за останні 24 години на -10, загальне охоплення залишається високим.

  • Статус верифікації: Верифікований (Офіційно підтверджено Telegram)
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 20.64%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 4.92% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 9 407 переглядів. Протягом першої доби публікація в середньому набирає 2 244 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Rəsmi "Telegram" kanalı”

Завдяки високій частоті оновлень (останні дані отримано 04 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

45 579
Підписники
-1024 години
-1587 днів
-70030 днів
Архів дописів
Son dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının
Son dövrlərdə kibertəhlükəsizlik təhdidlərinin, zərərli proqram təminatlarının yayılması və müxtəlif kiberhücumların sayının artması internet istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin qorunmasını daha da aktuallaşdırır. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi özünün elektron xidmətlərindən, informasiya sistemlərindən və digər onlayn resurslarından istifadə edən şəxslərə hesablarının təhlükəsizliyinin təmin olunması məqsədilə bir sıra ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir. İstifadəçilər DİM-in elektron xidmətlərinə və “Şəxsi kabinet”lərinə yalnız etibarlı və təhlükəsiz internet şəbəkələrindən, özlərinə məxsus və ya etibarlı cihazlardan daxil olmalıdırlar. Xüsusilə, tanımadıqları internet klublarda, ictimai istifadə üçün nəzərdə tutulmuş kompüterlərdə və təhlükəsizliyinə əmin olmadıqları digər cihazlarda şəxsi hesablarına daxil olmaqdan çəkinməlidirlər. Ətraflı: https://shorturl.at/5omTb

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/NpBIa linkinə daxil ola bilərsiniz.
Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/NpBIa linkinə daxil ola bilərsiniz.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/lFibg linkinə daxil ola bilərsiniz.
Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/lFibg linkinə daxil ola bilərsiniz.

Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/8fuBc linkinə daxil ola bilərsiniz.
Ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/8fuBc linkinə daxil ola bilərsiniz.

İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 77
İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.

Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği hər zaman DİM-in diqqət mərkəzindədir. Artıq neçə ildir
Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği hər zaman DİM-in diqqət mərkəzindədir. Artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, ictimaiyyətə tanıdılması məqsədilə DİM bir sıra tədbirlər həyata keçirir. 2016-cı ildən etibarən “Bilik yarışının öncülləri” internet layihəsi istifadəyə verilib və abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur. Layihənin missiyası yüksəkballı gənclərin təbliği ilə yanaşı bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir. Qəbul imtahanlarında 600 və daha çox bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində fəal iştirak etməyə, öz təcrübələrini paylaşmağa dəvət edirik. Layihədə iştirak etmək üçün şəxsi kabinetinizin istifadəçi adı və iş nömrənizdən istifadə etməklə www.abiturient.az saytında (600.abiturient.az/600anket2/) təqdim edilən anket-sorğunu doldurmalısınız.

İxtisas seçimi 27 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul o
İxtisas seçimi 27 sentyabr saat 23:59-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituri­yentlər qəbul olmaq istədikləri ixtisasları seçib on­ların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta(11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də q
2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta(11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də qəbulimtahanı proqramları Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib. Ətraflı məlumatlakeçidlərdən tanış ola bilərsiniz:Bur axılış imtahanı proqramları: https://shorturl.at/SE2s5 Qəb ul imtahanı proqramları: https://shorturl.at/1U2zN

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentya
DİM ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək ixtisas seçimi elan edir. Ətraflı: https://shorturl.at/23pvj

İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 77
İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək aparılacaq.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək aparılacaq.

Məlum olduğu kimi, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üç
Məlum olduğu kimi, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” şənbə günü - 29 avqust tarixində də fəaliyyət göstərəcəklər. Abituriyentlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri qeyd olunan tarixlərdə Bakı şəhəri üzrə Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Qərb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Konservatoriyası, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcəklər.

photo content

İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 77
İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 24-dən 30-dək ixtisaslaşma seçimi elan edir. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Ətraflı: https://shorturl.at/P6BKy

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər bu
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. 19 avqust saat 17:35-ə olan məlumata əsasən, 84487 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Bununla yanaşı, 1500-dən artıq abituriyent ixtisas seçimi edib öz ərizələrini yadda saxlasalar da onu təsdiq etməyiblər. Həmin abituriyentlərin “Şəxsi kabinet”lərində qeyd olunan mobil telefon nömrələrinə bu haqda “SMS” xəbərdarlıq göndərilib. Qeyd edək ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Ərizəsini təsdiq etməyən abituriyentlərə tövsiyə edirik ki, qeyd olunan vaxtadək ərizələrini təsdiq etsinlər. Sabah bununla bağlı daxil olan müraciətlərə baxılmayacaq. Bundan əlavə qeyd edirik ki, hər bir abituriyent yenidən öz elektron ixtisas seçimi ərizəsinə daxil olub ərizənin təsdiq olunub-olunmadığını yoxlaya bilər.