cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Fərdican

Hər an daha şüurlu, hər an daha azad.

Більше
Рекламні дописи
679
Підписники
-124 години
-27 днів
-330 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

21 gün səhər 5də meditasiya və yoqa etmək necə olardı? İyunun 1də huzoorda belə bir challange başlayır. Hər səhər özünüzə zaman ayıraraq meditasiya, yoqa, nəfəs idmanı etmək istəyirsinizsə qoşulun. Görüşləri mən yox başqa bir müəllim keçəcək. Bu qrupda ətraflı məlumat var: https://whatsapp.com/channel/0029Vact0R065yDAI20vTj2m
Показати все...
Huzoor app - isti söhbətlər | WhatsApp Channel

Huzoor app - isti söhbətlər WhatsApp Channel. . 54 followers

10👍 2
Фото недоступнеДивитись в Telegram
Bəzən səyahət edəndə özümlə kitab götürürəm amma yolda çox az hallarda oxuyuram. Boş yerə ora-bura kitab daşıyıram. Yolda olanda adam öz yolunda olmaq istəyir. Kitab isə başqasının yol əhvalatıdı. Roman oxumaq üçün gərək adamın stabil və biraz da təkrarçı həyatı olsun. Ona görə kitabı evdə oxumaq ləzzət edir. Amma şəkildəki kitab roman deyil. Onu Lissabonda ikinci əl dükanından beş avroya almışdım. Pamukdan oxuduğum ilk kitabdır. Yazmaq haqda, öz həyatı haqda danışır. Aldığım ingiliscədir, çox da oxunaqlıdı. İstəyirəm İstanbula gedəndə türkcəsini də alım. O zaman özümlə boş yerə kitab daşımalı olmayacam.
Показати все...
13👍 6😍 6
Фото недоступнеДивитись в Telegram
Osmanlı rəssamı Osman Hamdi Beyin "Tısbağa təlimçisi" əsəri. Əsərdəki təlimçi obrazı yorğun ziyalını təmsil edir, yemək arxasınca sürünən tısbağalar isə xalqı. Ziyalı xalqı müasirləşdirməyə çalışır, xalq isə tısbağa kimi çox yavaş hərəkət edir və yeganə dərdi yeməkdir.
Показати все...
15👍 6🔥 1🤔 1
Фото недоступнеДивитись в Telegram
Dünən Berlinin şairlərini dinləməyə getmişdim. Çıxış edənlərdən biri maraqlı bir söz dedi. "Müasir dil ilə desək şeir insan təcrübəsini sıxlaşdırıb onu zaman və məkan vasitəsilə başqalarına çatdıran texnologiyadır." Şeirlərdən bəziləri Fələstin haqda idi, bəziləri nəsillərlə ötürülən yaddaş haqda, bəzisi isə doğma bir insanla bişirilən yemək haqda.
Показати все...
11😍 1
Фото недоступнеДивитись в Telegram
Son aylarda baxdığım filmlər arasında ən yadda qalan Zulawskinin "On the Silver Globe" filmidir. Həddən artıq dramatik dialoq və monoloqlar izləməyi çətinləşdirsə də film psixodelik tərcübə effekti yaradır. Dayanmadan təəccübləndirən, beyni partladan, son dərəcə orijinal bir əsərdir. Film başqa planetdə yaranmış insanlığın hekayəsini, miflərin yaranmasını, dini və siyasəti göstərir.
Показати все...
14👍 1
Əslində biz bir-birimizlə simvollarla danışırıq. İstifadə etdiyimiz dil, sözlər, hərflər hamısı simvollardı, bir növü koddur. Biz bu şəkildə ətrafımızda olan hər şeyə ad qoyaraq onları simvola çeviririk və bir-birimizlə bu şəkildə simvollarla komunikasiya edirik. Yəni orijinal şey həqiqətən necədi onu bilmirik, biz bir növü hadisələrin, həyatın simvolik təcrüməsini oxuyuruq. Ona görə Rumi deyirdi ki, sakitlik tanrının dilidir qalan hər şey ucuz tərcümədi. Biz həyatı orijinaldan oxumuruq, biz onun tərcüməsini oxuyuruq, həyata zehinlə baxırıq. Qarşılaşdığımız şeylərin simvolik tərəfini biz zehinlə qavrayırıq amma həmin şeyin psixi mahiyyəti də var. Zehin onu qavraya bilmir, ona görə də bu psixikamızın şüuraltlı hissəsində həkk olunur. Şüuraltı isə özünü yuxularımızda biruzə verir. Sən qəribə yuxular görürsən, anlamırsan nə baş verir. Maraqlısı odur ki, bizim şüuraltımız şüurlu tərəfimizlə kommunikasiya edəndə o da simvollardan istifadə edir. Məsələn yuxuda çay içdiyini görürsənsə bu sözün əsl mənasında çay içmək mənasına gəlmir, tamam başqa bir şeyə işarə edir. Fərqindəlik və şüurlu baxış, ya da Şopenhauerin dediyi saf persepsiya, ya da Husserlin fenomenologiyası bizə simvolların ötəsinə keçməyə imkan verir. Bu bizə imkan verir ki, şərh etmədən, simvolların arxasındakı mahiyyəti qavraya bilək. Bilək ki, günəş əslində nədir. Onun ancaq sözünü, simvolunu yox, onun arxasındakı mahiyyəti dərk edək, hansı ki, hal-hazırda bilinməyəndir.
Показати все...
13👍 3👏 1
Küçədə qarşıma yeniyetmə uşaqlar çıxdı. Heçnə veclərinə deyildi. Telefonda oyun oynayır, bir-biriləriylə zarafatlaşırdılar.
Показати все...
7
Əgər meditasiyanı sıfırdan öyrənmək istəyirsinizsə sabahdan həftədə bir dəfə Huzoor-da meditasiya dərsləri keçəcəm. Huzooru endirib premium üzv olun, aylıq cəmi 10 manatdır. Hər 4-cü gün 21.00-da onlayn görüşlərimiz olacaq. Meditasiya sakit ağıl və daxili sülh yaratmağa yardım edir.
Показати все...
10
Həyatda ən çətin şey bəlkə də bir ömür sevdiyin insanın yox olmasıdır. Hanekenin "Amour" filmi var. İki yaşlı cütlüyün həyatı haqdadır, necə qadın xəstələnir və kişinin gözü qarşısında tədricən yox olmağa başlayır. Bəlkə də ömrünün sonuna doğru hər kəs bir-birini o qədər sevmir. Birinin yox olması bəlkə də başqasına rahatlıq gətirir. Amma sevənlər də var. Onlar da yəqin ki, bu nəhəng boşluqla qarşılaşmalı olurlar.
Показати все...
16👍 2
Ənənə külə sitayiş deyil, alovu qorumaqdır. - Gustav Mahler
Показати все...
22
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.