uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Azərbaycan Tələbələri

Azərbaycan Tələbələri

Відкрити в Telegram

🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı Təhsildə baş verən ən son yeniliklər! ©️Müəllif hüquqları qorunur! https://telebetehsil.az/ link: https://t.me/azetelebe Reklam və iş birliyi üçün: +994552219799 Wp @Telebetehsilmerkezi

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Azərbaycan Tələbələri

Канал Azərbaycan Tələbələri (@azetelebe) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 22 397 підписників, посідаючи 8 961 місце в категорії Освіта та 153 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 22 397 підписників.

За останніми даними від 25 листопада, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 1 830, а за останні 24 години на -16, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 7.07%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 4.74% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 584 переглядів. Протягом першої доби публікація в середньому набирає 1 061 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 5.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“🇦🇿Azərbaycan Respublikasının ilk Rəsmi Təhsil Kanalı Təhsildə baş verən ən son yeniliklər! ©️Müəllif hüquqları qorunur! https://telebetehsil.az/ link: https://t.me/azetelebe Reklam və iş birliyi üçün: +994552219799 Wp @Telebetehsilmerkezi”

Завдяки високій частоті оновлень (останні дані отримано 26 листопада, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

22 397
Підписники
-1624 години
-1327 днів
+1 83030 днів
Архів дописів
Keçmiş təhsil naziri, Bakı Dövlət Universitetinin (BDU) Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri
Keçmiş təhsil naziri, Bakı Dövlət Universitetinin (BDU) Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri Misir Mərdanov Məleykə Abbaszadənin universitetə yeni rektor təyin olunmasını müsbət qarşılayıb. O, bu barədə Bakıvaxtı.az-a açıqlamasında danışıb. Misir Mərdanov yeni rektorun təyinatına hörmətlə yanaşdıqlarını və onun fəaliyyətinin universitet üçün müsbət nəticələr verəcəyinə inandıqlarını bildirib. Keçmiş nazir qeyd edib ki, Məleykə Abbaszadənin rəhbərliyi dövründə universitetdə hər şeyin daha yaxşı olacağına ümid edir və yeni rektora dəstək göstərməyə hazırdır. “Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik”, – deyə Misir Mərdanov vurğulayıb.
26 лист, 08:52

Tələbə yazır
Tələbə yazır
26 лист, 08:45

"10-cu sinifdə oxuyuram, kollecə sənəd verə bilərəm?" Cavab: Əlbəttə,mümkündür. 10-cu sinif şagirdləri 9 illik təhsil bazası
"10-cu sinifdə oxuyuram, kollecə sənəd verə bilərəm?" Cavab: Əlbəttə,mümkündür. 10-cu sinif şagirdləri 9 illik təhsil bazası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd qəbulu prosesində iştirak edə bilərlər. Həmçinin, 10-cu sinif şagirdləri 9 illik baza üzrə buraxılış imtahanında iştirak etdiklərinə görə, əldə olunan imtahan nəticələri qüvvədə saxlanılır və sonradan sənəd qəbulu zamanı istifadə oluna bilər. Lakin 11-ci sinif şagirdləri 9 illik təhsil bazası üzrə kolleclərə yenidən sənəd qəbulu prosesində iştirak edərlərsə, buraxılış imtahanında təkrar iştirak etmələri tələb olunur. Daha ətraflı məlumat üçün əlaqə: 055 221 97 33
26 лист, 07:49

📅 DEKABR AYI SINAQ İMTAHANLARI! Tələbə Təhsil Mərkəzində imtahan həyəcanı başlayır! Dekabr ayı ərzində keçiriləcək sınaq imt
📅 DEKABR AYI SINAQ İMTAHANLARI! Tələbə Təhsil Mərkəzində imtahan həyəcanı başlayır! Dekabr ayı ərzində keçiriləcək sınaq imtahanlarının tarixləri və saatları ilə tanış olun: 📌 SINAQ TƏQVİMİ: * 6 Dekabr: 🔹 Buraxılış imtahanı — 10:00 🔹 Blok imtahanı — 14:00 * 13 Dekabr: 🔹 Buraxılış imtahanı — 10:00 * 20 Dekabr: 🔹 Buraxılış imtahanı — 10:00 🔹 Blok imtahanı — 14:00 * 27 Dekabr: 🔹 Buraxılış imtahanı — 10:00 🎟 Biletləri əldə etməyə tələsin! 📞 Qeydiyyat və ətraflı məlumat üçün: 📲 055 221 97 36
26 лист, 07:42

Abituriyentlər eyni anda həm kollecə həm də universitetə sənəd qəbulunda iştirak edə bilərlər. Daha ətraflı məlumat üçün əlaq
Abituriyentlər eyni anda həm kollecə həm də universitetə sənəd qəbulunda iştirak edə bilərlər. Daha ətraflı məlumat üçün əlaqə: 055 221 97 33
26 лист, 07:42

Repost from N/a
🎁 Yeni ilə özəl hədiyyələr sizi gözləyir! Dekabr ayında 4 dəfə – 6, 13, 20 və 27 dekabr tarixlərində sınaq imtahanlarımız keçiriləcək. Minimum 2 sınaqda iştirak edərək ən yüksək nəticənizi seçə və ilk 3 yer uğrunda mübarizə apara bilərsiniz! 🏆 Qalibləri möhtəşəm hədiyyələr gözləyir: 🥇 1-ci yer – Planşet 🥈 2-ci yer – Saat 🥉 3-cü yer – Qulaqlıq Yeni ilə həm bilik, həm də hədiyyə ilə başlamaq fürsətini qaçırmayın! 🎄 📞 Sınaq imtahanları haqqında ətraflı məlumat üçün: 055 221 97 36
26 лист, 06:45

Alfred Nobel Universitetinin rektoru Sergii Kholod tərəfindən TTM rəsmisi, elm və təhsil mütəxəssisi Rəvan Əliyevə beynəlxalq
Alfred Nobel Universitetinin rektoru Sergii Kholod tərəfindən TTM rəsmisi, elm və təhsil mütəxəssisi Rəvan Əliyevə beynəlxalq konfransda iştirakına görə sertifikat təqdim edilib. Bu təqdimat Rəvan Əliyevin elmi və akademik fəaliyyətinin, beynəlxalq elmi platformalarda iştirakının növbəti göstəricilərindən biridir. 👏
26 лист, 03:46

Yeniliklər var! Elm və təhsil mütəxəssisi Pərvin Əliyev canlı yayımda! Hər kəs dəvətlidir! https://www.tiktok.com/@pervineliyevtehsil?_r=1&_t=ZS-9BhfpxXAcWy
25 лист, 10:59

Anlıq Azərbaycan Universitetlərində baş verən hadisələr: Bəs sizcə?
25 лист, 10:03

Ardı sizdə
Ardı sizdə
25 лист, 10:03

Arada belə də olur
25 лист, 09:37

📩 Xəzər Universitetinin tələbəsi dərs cədvəllərinin bəzi müəllimlər tərəfindən semestr ərzində qeyri-sabit şəkildə dəyişdiri
📩 Xəzər Universitetinin tələbəsi dərs cədvəllərinin bəzi müəllimlər tərəfindən semestr ərzində qeyri-sabit şəkildə dəyişdirilməsindən şikayətçidir. Tələbənin sözlərinə görə, semestrin əvvəlində təqdim olunan dərs cədvəlinə əsasən tələbələr iş qrafiklərini və şəxsi planlarını qururlar. Lakin sonradan dərs saatlarının müəllimlərin təşəbbüsü ilə dəyişdirilməsi tələbələr üçün ciddi çətinliklər yaradır. Şikayətçi bildirir ki, tələbələrin bir qismi işləyir, əlavə kurslarda iştirak edir və yeni təyin olunan saatlarda dərslərə qatılmaq hər zaman mümkün olmur. Bəs universitetdə tələbəyönümlü təhsil prinsipi bu məsələdə nə dərəcədə nəzərə alınır? Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
25 лист, 09:36

Bakı Slavyan Universitetinin (BSU) II kurs tələbəsi su çiçəyi xəstəliyinə yoluxduğunu və buna görə dərslərdə iştirak edə bilm
Bakı Slavyan Universitetinin (BSU) II kurs tələbəsi su çiçəyi xəstəliyinə yoluxduğunu və buna görə dərslərdə iştirak edə bilmədiyini bildirir. Tələbənin sözlərinə görə, infeksion xəstəlik səbəbindən karantində qalması tələb olunsa da, təqdim edəcəyi rəsmi tibbi arayışın qəbul edilməyəcəyi və dərsə gəlmədiyi günlərə görə qayıb yazılacağı bildirilib. Tələbə yaranmış ziddiyyətli vəziyyətin aradan qaldırılmasını, tibbi arayışının nəzərə alınmasını və xəstəlik səbəbindən dərsdə iştirak etmədiyi günlərin üzrlü hesab edilməsini xahiş edir. Bəs ağır xəstəlik keçirən tələbələrin tibbi arayışları niyə nəzərə alınmamalıdır? Universitet rəhbərliyinin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
25 лист, 08:57

📩 BDU-nun C korpusunda təhsil alan tələbələr universitetin rektoru Məleykə Abbaszadəyə müraciət edərək tədris şəraitinin yax
📩 BDU-nun C korpusunda təhsil alan tələbələr universitetin rektoru Məleykə Abbaszadəyə müraciət edərək tədris şəraitinin yaxşılaşdırılmasını xahiş ediblər. 🔹 Tələbələrin sözlərinə görə, korpusun yerləşdiyi ərazidə magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəssabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur və onların diqqətini yayındırır. 🔹 Bildirilib ki, tələbələr artıq 3-4 aydır bu vəziyyətlə üzləşirlər. Onlar daha əvvəl də narazılıqlarını ifadə etsələr də, müraciətlərinin nəticəsiz qaldığını qeyd edirlər. 📌 Tələbələr rektor Məleykə Abbaszadənin məsələyə diqqət ayıracağına və problemin həlli istiqamətində müvafiq addımlar atacağına ümid edirlər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
25 лист, 08:50

Bakı Biznes Universitetinin tələbələri təhsil haqqının son hissəsini ödəyə bilmədikləri üçün dərslərə buraxılmadıqlarını iddi
Bakı Biznes Universitetinin tələbələri təhsil haqqının son hissəsini ödəyə bilmədikləri üçün dərslərə buraxılmadıqlarını iddia edirlər. Tələbələrin sözlərinə görə, universitetə qəbul zamanı illik təhsil haqqını imtahan sessiyasına qədər hissə-hissə ödəyə biləcəkləri bildirilib. Lakin hazırda təxminən 200–300 AZN borcu olan tələbələrə ödənişi tamamlamaq üçün bir həftə vaxt verildiyi, əks halda yenidən qayıb yazılacağı qeyd olunur. Tələbələr yaranmış vəziyyətə aydınlıq gətirilməsini və hissəli ödəniş imkanının qorunmasını tələb edirlər. Məsələ ilə bağlı Bakı Biznes Universitetinin də mövqeyini dərc etməyə hazırıq.
25 лист, 08:50

22 noyabr tarixində keçirilən blok sınaq imtahanının nəticələri elan olundu! Nəticələrinizlə rəsmi saytımızdan tanış ola bilə
+1
22 noyabr tarixində keçirilən blok sınaq imtahanının nəticələri elan olundu! Nəticələrinizlə rəsmi saytımızdan tanış ola bilərsiniz. 🌐 telebetehsil.az 📞055 221 97 36
25 лист, 08:35

2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub. Ayın
2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub. Ayın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğundan həmin tarixdə iş olmayacaq. Ayın digər qeyri-iş günləri isə həftəsonları ilə bağlıdır. Belə ki, dekabrın 5-i və 6-sı, 12-si və 13-ü, 19-u və 20-si, eləcə də 26-sı və 27-si şənbə və bazar günlərinə düşür. Həmçinin dekabrın 30-da bayramqabağı günlə əlaqədar iş saatı bir saat qısaldılacaq. Nəticədə, beşgünlük iş rejimində çalışanlar dekabr ərzində 22 gün işləyəcək, 9 gün isə istirahət edəcəklər. Xatırladaq ki, növbəti ilin yanvar ayının 1-i və 2-si də Yeni il bayramı münasibətilə qeyri-iş günləridir
25 лист, 08:16

Abituriyentlərin yeni il yolkası🎄
Abituriyentlərin yeni il yolkası🎄
25 лист, 06:11

Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul qaydalarına əsasən, jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək abi
Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul qaydalarına əsasən, jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək abituriyentin digər III ixtisas qrupu ixtisaslarını seçməsinə mane olmur. Belə ki, abituriyent jurnalistika üzrə qabiliyyət imtahanından məqbul qiymət aldıqda həm jurnalistika, həm də topladığı balına və müvafiq müsabiqə şərtlərinə uyğun olaraq digər III qrup ixtisaslarını seçə bilər. Məsələn, abituriyent jurnalistika üzrə qabiliyyət imtahanından məqbul alıbsa, ixtisas seçimində jurnalistika ilə yanaşı, tərcümə, hüquqşünaslıq, filologiya və digər uyğun III qrup ixtisaslarını da yaza bilər. 📞055 221 97 33
24 лист, 08:39

Müsahibənin nəticəsi «məqbul» olmalıdır. Müsahibə zamanı abituriyentin dini bilikləri, dünyagörüşü, dini baxışları, dünyəvilik anlayışı, tolerantlıq və psixoloji uyğunluğu qiymətləndirilir. 2. Jurnalistika Ümumi bal: minimum 200. III qrup üzrə qəbul imtahanının II mərhələsindən minimum 100 bal. Xüsusi qabiliyyət imtahanında iştirak. Qabiliyyət imtahanının nəticəsi «məqbul» olmalıdır. Qabiliyyət imtahanında abituriyentə verilən mövzu üzrə inşa yazmaq tapşırılır. 2026-cı ildə imtahan kompüter vasitəsilə keçirilib və yazı işi üçün 3 saat vaxt ayrılıb. Daha ətraflı məlumat üçün əlaqə: 055 221 97 33
24 лист, 08:17