cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Əhlibeyt Aşiqləri

📖FİQH📖 📜12 Məsum İmamların (ə) Tarixi📜 📚 Əxlaqi Mövzular 📚 📓 Kəlam Elmi 📓 ✍İslamda Məhdəviyyat✍ ✅Kanalın yaranma tarixi✅ ⏺12.06.2020⏺ Kanal Rəhbəri 👇 @mikayil_ismayilzade

Більше
Рекламні дописи
374
Підписники
Немає даних24 години
-47 днів
-930 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

📜MƏSUM İMAMLARIN (Ə) TARİXİ 📚İMAM HƏSƏN (Ə) MÜAVİYƏNİN HİYLƏGƏRLİYİ İslam xilafətini əslində Bəni-Üməyyə sülaləsi şahənşahlığına çevirən Müaviyə, öz mövqeyini camaatdan (xüsusilə də, Şam camaatından) gizlətmək üçün ictimaiyyətdə, eləcə də öz sarayında bir sıra İslam qanunlarının qorunmasına və icrasına səy göstərirdi. O yaxşı bilirdi ki, müsəlmanlara din adına hökmdarlıq edir və buna görə də xalq onun həmin dinə qarşı çıxdığını görməməlidirlər. Camaatın gözündən kənarda və pərdə arxasında isə öz yaramazlıqlarından qalmırdı. Müaviyə ictimai çətinlikləri də siyasət və tədbirlə aradan qaldırırdı, halbu ki, oğlu Yezidin belə güclü siyasəti yox idi. Elə bu iki səbəbə görə də Müaviyənin hakimiyyəti dövründə qiyamın qəti qələbə ilə nəticələnəcəyi sual altında idi. Çünki o dönəmdə müsəlman cəmiyyətinin böyük əksəriyyəti Müaviyənin mövqeyini hələ lazımınca dərk etməmişdi və buna görə də İmam Həsənin (ə) Bəni-Üməyyə əleyhinə qiyamını düzgün dəyərləndirməyəcəkdi. Bəlkə də onlar, İmam Həsənin (ə) Müaviyəyə qarşı mübarizəsini haqqın batilə qarşı mübarizəsi kimi deyil, hakimiyyət uğrunda aparılan siyasi mübarizə hesab edəcəkdilər. Belə bir şəraitdə şəhidlik və qiyam yolunu seçmək İmam Həsənin (ə) hədəflərini gerçəkləşdirməyəcəkdi. MÖVCUD ŞƏRAİTİN QİYAM ÜÇÜN ƏLVERİŞLİ OLMAMASI Qeyd etdik ki, bir tərəfdən Müaviyənin hiyləgər və avam aldadan siyasətləri, digər tərəfdən də xalqın qafilliyi İmam Həsənin (ə) qarşısını kəsən və mübarizəsini başqa şəkildə aparmağa onu vadar edən amillər idi. Belə bie vəziyyətdə müqəddəs "şəhidlik" yolu arzu olunan nəticələri verməyəcəkdi. Bunu da qeyd edək ki, şəhidliyin fərdilikdən çıxıb ictimai hadisəyə çevrilməsi xüsusi məqam və şərait tələb edir. Tarixi faktlar göstərir ki, əgər İmam Həsən (ə) həmin süst döyüşçüləri ilə mübarizəni davam etdirsəydi və Müaviyə ilə vuruşsaydı, bir qəhrəman kimi şəhid edilməyəcəkdi, bəlkə tez bir zamanda əsir tutulacaqdı. Müaviyə, Məkkənin fəthi zamanı müsəlmanlar tərəfindən əsir tutulan və sonra azad edilən sülaləsinin adına vurulan "Tuləqa" damğasının əvəzini Həzrət Məhəmmədin (s) ailəsindən olan böyük şəxsiyyətlərdən birini əsir tutmaqla çıxmaq istəyirdi. Deməli, əgər İmam Həsən (ə) məğlub olsaydı, Kərbəla şəhidləri kimi şəhid edilməyəcəkdi, əksinə, Müaviyənin əlinə keçəcək və naməlum şəkildə həlak ediləcəkdi. Bu isə haqq tərəfdarlarına böyük zərbə olacaqdı. Həmçinin əgər İmam Həsən (ə) məğlub olsaydı, Müaviyə, Əli ibn Əbu Talib (ə) və İmam Həsənin (ə) hakimiyyəti altında olan şəhərlərə, xüsusilə də Məkkəyə, Mədinəyə, Kufəyə və Bəsrəyə hücum çəkib qətl-qarətlər törədəcəkdi. Nəticədə isə Aşura hadisəsindən fərqli olaraq, öldürülənlərin sayı-hesabı olmayacaqdı. İmam Həsən (ə) - "Qanın hədər yerə tökülməsinin qarşısınl aldım" dedikdə, elə bunu nəzərdə tuturdu. Bəlkə də elə bu səbəblərə görə, həmçinin sülh sazişi mövzusunda qardaşına haqq verdiyinə görə İmam Hüseyn (ə), İmam Həsənin (ə) vəfatından sonra 10 il müddətində, yəni, Müaviyə dünyadan köçənədək (50-60-cı hicri-qəməri illəri) qiyam etmədi. İmam Hüseyn (ə) qiyam üçün münasib məqamı gözlədi və bu müddətdə yalnız həqiqətləri müsəlmanlara açıqlamaqla kifayətləndi. O gələcək... 📚İstifadə olunmuş mənbələr: Məhəmmədrza Həkimi, "İmam dər eyniyyəti-camiə" s.121,133 və 171. @islam_quran_exlaq
Показати все...
Показати все...
NURUS_SƏQƏLEYN_313

Adminlə əlaqə @Qaribel_Quraba @Rehimebutik Kanalımız @Nurus_Seqeleyn_313 Digər kanalımız

https://t.me/hicabim

📚ƏXLAQ📚 HARAM ƏMƏLLƏRDƏN ÇƏKİNMƏK (GÜNAHLARDAN UZAQLAŞMAQ) İlkin mərhələdə atılan addımlardan səkkizincisi haram əməlləri tərk etməkdir, yəni bədən tərbiyəsində bir qisim iş və yeməklərdən çəkinmək zəruri olduğu kimi, nəfsin saflaşdırılmasında da bəzi əməl və yeməklərdən imtina etmək lazımdır. Qütb Ravəndi İmam Baqir(ə)-dən belə nəql edir: "Çox təəccüblüdür ki, insanlar xəstəliyin qorxusundan yeməklərində pəhriz saxlayır, amma cəhənnəm atəşinin əzabından qorxub günahdan çəkinmirlər". Əlbəttə, pəhriz və özünü pis əmməllərdən qorumaq nəfsani qüvvələrin ziddinədir. Bu, işin əvvəlində çox çətin olur, lakin böyük əzm və mübarizə yolu ilə nəfsə qalib gəlmək olar. Həzrəti-Əli(ə) bu barədə belə buyurur: "Günahı tərk etməkdə nəfsinizi əlinizlə yumşaldın ki, ibadət və itaətə tərəf çəkmək sizin üçün asan olsun". Nəfsin saflaşdırılmasında əsas rol oynayan bu mübarizə islam mədəniyyətində "təqva" adı ilə tanınmışdır. Bu da bütün islami və insani dəyərlərin əsası, bünövrəsidir. Bütün əməl və səylər bunsuz öz dəyərini itirir, Tanrı dərgahında qəbul olunmur. “Qurani-Kərim”də deyilir: "Allah yalnız təqvalılardan (müttəqilərdən) qəbul edər".(«Maidə»-27). Şübhəsiz, Allah dərgahında qəbul olunmayan əməlin insan ruhu və mənəviyyatına heç bir təsiri olmaz, çünki yalnız gözəl kəlam və saleh əməl ona tərəf yuxarı qalxar, təkcə pak və əməlisaleh insanlar Allaha yaxınlaşa bilər. Allah-təala: “Qurani-Kərim”də buyurur: "Pak söz (Tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr. Və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar." («Fatir»-10). İmam Sadiq(ə) buyurur: "Təqvasız heç bir əməlin faydası yoxdur" İmam Baqir(ə) buyurur: "İbadətlərin ən çətini təqvadır". İmam Sadiq(ə) öz məktubunda dostlarından birinə xitab edərək yazır: "Əgər aqibətinin xeyirlə qurtarmasını və bu dünyadan yaxşı əməl görərkən köçmək istəyirsənsə, Allahın haqqını taptalama. Məbada onun həlimliyinə (helminə) və səbrinə aldanıb nemətlərini günah işlərə sərf edəsən.." Müfəzzəl ibn Ömər deyir: "İmam Sadiq(ə)-in xidmətində əməllərdən söz düşdü. Mən ərz etdim ki, əməllərdə çox zəif və süstəm. İmam belə buyurdu: -Sakit ol, Allahdan bağışlanmaq istə, yəni bu qədər naümid olma. Sonra isə buyurdu: -Heç şübhəsiz, təqva ilə görülən az əməl təqvasız görülən çox əməldən yaxşıdır.." Müfəzzəl yaxşı əməllər sahibinin təqvası olmadığı barədə soruşduqda İmam cavab verdi: "Elə şəxslər var ki, insanlara yemək verir, qonşuları ilə mehriban, evlərinin qapısı hamının üzünə açıqdır, amma ilkin mərhələdə rəftarında günaha bataraq nəfsin cilovunu əldən verirlər. Bununla da itaətdən boyun qaçıraraq günaha batırlar. Lakin elə adamlar da vardır ki, bu cür gözəl işləri yerinə yetirmək onlara nəsib olmur, ancaq özlərini günah və hər cür çirkinlikdən qoruyurlar." @islam_quran_exlaq
Показати все...
𝐃𝐢𝐧𝐢 𝐩𝐚𝐲𝐥𝐚𝐬̧𝛊𝐦𝐥𝐚𝐫 𝐤𝐚𝐧𝐚𝐥𝛊 🥰 𝐈̇𝐬𝐭𝐞𝐲𝐞𝐧 𝐪𝐨𝐬̧𝐮𝐥𝐚 𝐛𝐢𝐥𝐞𝐫.✨ https://t.me/Can_ana
Показати все...
❤️🌹𝐘𝐀 𝐙𝐄𝐇𝐑𝐀🌹❤

🌹❤🕋بِسْمِ آ للَّهِ آ لرَّ حْمَنِ آ لرَّ حِيمِ🕋❤️🌹 Salam Əleykum ✨ Təklif və iradlarınız üçün: @buyrunnnn İslama dəvət 🕋🤲🏻❤🌹✨ Dini paylaşımlarla xidmətinizdəyik 🤲🏻

Фото недоступнеДивитись в Telegram
İlahi, izzətinə xatir nə halda oluramsa olum, mənə qarşı mehriban ol; hər nə edirəmsə edim, mənə qarşı rəhimli ol! 📚 "Kumeyl" duasındam bir parça. Hazırladı: @HACI_ELI_SERBETOV
Показати все...
🦋 Hacı Əli Şərbətov 🦋
🦋Dilimizə nəzarət edək!🦋
🦋 İshalın müalicəsi 🦋
🦋 HİCAMƏT 🦋
🦋 𝗣𝗿𝗼𝗳𝗶𝗹 Şə𝗸𝗶𝗹𝗹ə𝗿𝗶 🦋
🦋AİLƏ MÜNASİBƏTLƏRİ🦋
🦋Canişin seriali 🦋
🦋Mütləq oxuyun Çox maraqlıdı 🦋
🦋Xəstələr nə etsinlər🦋
🦋Könlümün sultanı🦋
🦋 Müntəqim 🦋
🦋 Fars mahnıları 🦋
🦋Səni gözləyirik🦋
🦋Hədis Diyarı 🦋
🦋 Nur üzlü şəhidim 🦋
🦋Hədis çeşməsi 🦋
🦋 Dəlillər 🦋
🦋 Warrior Shia 🦋
🦋Şəri vəziflərimizi bilək🦋
🦋İslamın əqidə əsasları🦋
🦋Şiə cavab verir🦋
🦋 Dini Sual Cavab 🦋
🦋Təcvid Dərsləri 🦋
🦋 Mərsiyələr 🦋
🦋Ariflərin Huzurunda 🦋
🦋Gözümün Qibləsi🦋
🦋Nicat Yolu 🦋
🦋 𝐃𝐢𝐧𝐢 𝐩𝐚𝐲𝐥𝐚𝐬̧𝛊𝐦𝐥𝐚𝐫 🦋
🦋 Saleh əməl” nədir? 🦋
🦋 Şər'i Məsələlər 🦋
🦋 Fiqh (Zəkat) 🦋
🦋 Mələyin Süqutu 🦋
🦋 Axirət yoldaşım 🦋
🦋 Hədis Evim 🦋
🦋Var her hesretin sonu🦋
🦋 Ən böyük məharət 🦋
🦋 Kitab Evi 🦋
🦋 Əhli-beyt 🦋
🦋 Ətirlərin ünvanı 🦋
🦋 Dini Dükan 🦋
🦋 "Kaktüs" 🦋
🦋Hacət namazi🦋
🦋Nədənsə nigəran olsan, bu duanı oxu🦋
🦋 Dari Dünya 🦋
🦋 ³¹³ Dini Toplu Qurupu🦋
📖FİQH📖 ZƏKAT (3) İNƏYİN NİSABI ●İnəyin iki nisabı vardır: 1-nisab - otuzdur. İnəklərin sayı 30-a çatanda qeyd olunan şərtlərə malik olarsa, iki yaşına daxil olmuş bir dana zəkat verilməlidir. 2-nisab - qırxdır ki, onun da zəkatı üç yaşına daxil olmuş bir dişi danadır. Otuzla qırx arasında olanların zəkatı vacib deyil. Məsələn, bir kəsin 39 inəyi olsa, yalnız 30 inəyin zəkatını verməlidir. Həmçinin 40-dan artıq inəyi olsa, nə qədər ki, 60-a çatmayıb, yalnız 40 inəyin zəkatını verməlidir. 60-a çatandan sonra birinci nisab ikiqat olduğundan, iki baş iki yaşına daxil olmuş dana verilməlidir. Həmçinin yuxarı getdikcə ya 30-30, ya 40-40, ya da 30-40 ilə hesablanmalıdır. QOYUNUN NİSABI Qoyunların sayı 40-a çatmayınca zəkat vacib deyil. Qoyunun sayı 40 - Zəkatının miqdarı Bir qoyundur, 121 - İki qoyundur, 201 - Üç qoyundur, 301 - Dörd qoyundur, 400 və ondan artıq - Hər yüz baş üçün bir qoyun verilməlidir. 1-İki nisab arasında olanlar üçün zəkat vacib deyil. Deməli, əgər bir kəsin qoyunlarının sayı birinci nisab olan 40-dan artıq olub 121 olan ikinci nisaba çatmasa, təkcə 40 başın zəkatını veeməlidir. Ondan artıq qalanın zəkatı yoxdur. Sonrakı nisablarda da eyni qayda ilədir. 📚📚📚 @islam_quran_exlaq
Показати все...
Показати все...
𝑲𝑬𝑹𝑩𝑬𝑳𝑨𝒀𝑨 𝑯𝑨𝑺𝑹𝑬𝑻 𝒀𝑼̈𝑹𝑬𝒀𝒊𝑴

𝐸𝓈̧𝓆 𝑜𝓃𝒶 𝒷𝒶𝓍𝒶𝓇𝓀ə𝓃 𝑜𝓃𝒹𝒶𝓀𝒾 𝑜𝓃𝓊 𝑔𝑜̈𝓇𝓂ə𝓀𝒹𝒾𝓇🌹

Фото недоступнеДивитись в Telegram
Kun Fə Yəkun🥀
Veli Rabbike Fasbir🥀
Mənim Kərbəlam🥀
Sınığ Qəlb🥀
𝐃𝐢𝐧𝐢 𝐩𝐚𝐲𝐥𝐚𝐬̧𝛊𝐦𝐥𝐚𝐫 𝐤𝐚𝐧𝐚𝐥𝛊 🥰 𝐈̇𝐬𝐭𝐞𝐲𝐞𝐧 𝐪𝐨𝐬̧𝐮𝐥𝐚 𝐛𝐢𝐥𝐞𝐫.✨ https://t.me/Can_ana
Показати все...
❤️🌹𝐘𝐀 𝐙𝐄𝐇𝐑𝐀🌹❤

🌹❤🕋بِسْمِ آ للَّهِ آ لرَّ حْمَنِ آ لرَّ حِيمِ🕋❤️🌹 Salam Əleykum ✨ Təklif və iradlarınız üçün: @Nur_313_7 İslama dəvət 🕋🤲🏻❤🌹✨ Dini paylaşımlarla xidmətinizdəyik 🤲🏻

📓KƏLAM ELMİ📓 KƏLAM ELMİNİN TƏRİFİ Kəlam elminə müxtəlif təriflər verilmişdir. Bu elm haqqında ümumi anlayış əldə etmək üçün qeyd etmək lazımdır ki, kəlam elminin vəzifəsi aşağıdakılardan ibarətdir: Dini etiqadların dini mətnlərdən çıxarışı, izahı, məntiqi şəkildə tənzimlənməsi, isbatı və müdafiəsi. İndi isə bu vəzifələri ayrı-ayrılıqda izah edək: 1.Bildiyimiz kimi islam maarifi iki əsas mənbəyə, yəni Quran və sünnəyə əsaslanır. Bu səbəbdən kəlamçının ilk işi bu iki mənbəyə müraciət etməklə dini etiqadları üzə çıxarmaq və dini mətnlərin dərki üçün mötəbər sayılan metodlardan istifadə etməklə Quran və sünnənin məzmununu başa düşməkdir. Qeyd etmək lazımdır ki, kəlamçının tədqiqat obyekti islamın nəzəri təlimlərindən ibarətdir ki, bu sahəyə "etiqadi prinsiplər" deyilir (fiqh elmində isə əksinə olaraq, praktiki məsələlər araşdırılır). 2.Kəlam elminin əsas vəzifələrindən biri də dini etiqadları heç bir qaranlıq qalmadan izah etməkdir. Kəlamçı dini etiqadları Quran və hədislərdən çıxardıqdan sonra onları hər bir insanın düşüncəsinə uyğun ibarələrlə aydın şəkildə bəyan edir. Kəlamçı bu mərhələdə Quran və hədislərdən üzə çıxardığı həqiqətləri ən gözəl bəyanla çatdırmaq üçün digər elmlərin terminlərindən və qaydalarından istifadə etməyə məcbur olur. Kəlamçılar bu mərhələdə etiqadi düşüncələrin münasib formada çatdırılması üçün öz fəlsəfi və elmi məlumatlarından istifadə edirlər və hər bir kəlamçı bu yolda öz təfəkkürünə uyğun metodlar seçir. 3.İslamın etiqadi təlimləri dinin əsas mənbələrində, xüsusilə Quranda ardıcıl və nizamlı şəkildə gəlməmişdir. Bu səbəbdən kəlam alimlərinin vəzifəsi müxtəlif mövzuda olan təlimləri tənzimləmək və onların bir-biri ilə qarşılıqlı əlaqəsini aşkar etməkdir. Başqa sözlə desək, kəlam elminin hədəflərindən biri etiqadi təlimlərin toplusu üçün vahid bir sistem yaratmaqdır, belə ki, hər bir mövzunun yeri müəyyən edilsin və komponentləri arasında heç bir ziddiyyət olmayan harmonik bir məcmuə meydana gəlsin. Beləliklə, etiqadi prinsiplər arasında mövcud olan uyğunsuzluğu aradan qaldırmaq kəlamçının vəzifəsidir. Qeyd etmək lazımdır ki, kəlam alimləri bir çox hallarda bu məsuliyyətin öhdəsindən gəlmək üçün kəlam elminin əsaslarında yenidən təhlillər aparır və nəticədə daha dərin həqiqətlərə yol açırlar. 4.Kəlamçılar dini əqidələri izah edib, tənzimlədikdən sonra sübuta ehtiyacı olan təlimlərin düzgünlüyünü möhkəm və dəqiq sübutlarla isbat etməyə və heç bir şübhə yeri qoymamağa çalışırlar. 5.Kəlam elminin əsas vəzifələrindən biri də dini və kəlami prinsipləri əqli şəkildə müdafiə etməkdir. Bir çox hallarda etiqadi prinsiplər və dini təlimlər müxaliflərin etirazına tuş gəlir. Kəlam alimləri bu məqamda məqsədəuyğun və mötəbər metodlardan istifadə etməklə etirazlara cavab verir və bu yolla dini etiqadları müdafiə edirlər. @islam_quran_exlaq
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.