Level Up
Відкрити в Telegram
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
Показати більше6 431
Підписники
-324 години
-237 днів
-10230 день
Архів дописів
6 431
#ödənişsiz
Salam grinderlər! ✋
Yeni ilin ilk göruşü Гулнар Миргусейнова ilə olacaq. Gulnar xanım CELT Colleges, Ders Evi layihələrində çalışıb, hal hazirda isə Technest layihəsində layihə üzrə baş mütəxəsis vəzifəsində olaraq çalışır və bizə gələcəyin peşələri mövzusu ilə çıxış edəcək.
Əgər sizdə Azərbaycanda gələcəkdə hansi peşələrin aktual olacağını öyrənmək istəyirsinizsə və gələcək peşənizi seçmək istəyirsinizsə bu görüşdə mütləq olmalisiniz. Gulnar xanim həmçinin öz iş təcrübələri , layihələrin hazırlanması və idarə olunması haqqında təcrübələrini bölüşəcək və auditoriyamizin suallarini cavablandiracaq.
Vaxt: 14 yanvar, 14:00
Məkan: SABAH.lab
Görüş dili: Azərbaycan dili
Qeydiyyat Linki: https://www.startupgrind.com/e/m5nfcx/
Ətraflı məlumat üçün: +994 70 216 45 67
Yerli Sponsor: SABAH.lab
Media tərəfdaş: Tedroid.com
#SG #startupgrind #technest #SABAHlab #tedroid #future #job
Kanal: https://t.me/LevelUptelegram
6 431
Yeni vakansiyalar:
1. Operator - https://bit.ly/3Cscycw
2. Xəzinədar - https://bit.ly/3ikztQ6
3. İşə qəbul üzrə mütəxəssis - https://bit.ly/3Cw9P1X
4. Kredit mütəxəssisi - https://bit.ly/3GMAkT2
5. Satış koordinatoru - https://bit.ly/3GMfJ17
6. İnsidentlərin təhlili şöbəsinin mütəxəssisi - https://bit.ly/3w4rcDr
7. Qiymətləndirici zərgər - https://bit.ly/3IABfHA
8. Anbardar - https://lnkd.in/ehk6qJGw
Kanal: https://t.me/LevelUptelegram
6 431
#2023 məqsədləriniz arasında #karyera inkişafınız yer alırsa, sizə möhtəşəm xəbərimiz var; #Naviqator layihəsinə #qeydiyyat başladı! 🥳
Əgər siz də:
- ixtisasınızı tapmaq
- karyera planınızı qurmaq
- sizə "kabus" kimi gələn müsahibəyə tam hazır olmaq
- iş müraciətində heç baxılmayan CV-nizi yeniləmək
- müraciət etdiyiniz yerlərdən geridönüş almaq
- karyera məsləhətçilərinin dəstəyindən yararlanmaq
- sizi maraqlandıran ixtisasların mütəxəssisləri görüşmək
- yaxşı çevrə əldə etmək
istəyirsinizsə, şərhlərdə #Naviqator3 yazın, sizə qeydiyyat linki göndərilsin. 💙
Onu da qeyd edək Level Up izləyiciləri 10%-lik promokoddan da yararlana biləcək, sadəcə qeydiyyatdan keçərkən promokod hissəsinə "LevelUp" yazaraq endirimi əldə edə bilərsiniz. 🤩
Odur ki, qeydiyyatdan keçməyə tələsin!
https://forms.gle/aDdvok84sW7wErPGA
6 431
#ödənişsiz
*K.D.T MMC* _sizləri yeni bir görüşə dəvət edir✨_
*Keçid linki*
https://chat.whatsapp.com/GAQTHymMgt2GUF6KciX8EF
📌 *Təlimçi*⬇️
🗣️ *Uşaq psixoloqu*
*✨ Allahyarlı Fidan ✨*
📃 Mövzu: *Uşaqlar niyə yalan danışır*
📅Tarix: *10.01.2023*
⏰Saat: *20:00*
💻Məkan: *Zoom*
💸 *Ödənişsiz*
📜 *Rəsmi Təşəkkürnamə*
Kanal: https://t.me/LevelUptelegram
6 431
"Sabaha İnam" Azərbaycan gəncləri üçün karyera fürsətləri yaradır 😍
YouthMap Biznes və Sahibkarlıq Akademiyası ilə birgə növbəti ixtisaslar üzrə peşəkarlar yetişdiririk:
🔹Marketinq və Satış üzrə bölmələr
- SMM
- Rəqəmsal Marketinq
- B2C və B2B satışlar
- Vebsayt
- Kontent Marketinq
🔹İnsan Resursları üzrə bölmələr
- İşə qəbul prosesi
- Əmək qanunvericiliyi
- İnsan resurslarının idarəsi
🔹Qrafik Dizayn üzrə bölmələr
- Photoshop, Illustrator, InDesign və digər dizayn proqramları
- SMM postların yaradılması
- Brendinq (buklet, banner, korporativ dizayn və s.)
🔹 Ofis İdarəçiliyi üzrə bölmələr
- Müqavilə işləri
- Təchizat
- Müştəri xidmətləri
- Layihələr arasında düzgün koordinasiyanın qurulması
Əlavə qazanacağınız:
🔹 Nəzəri və praktiki biliklər
🔹 YouthMap Akademiyanın bütün kurslarında ödənişsiz iştirak (PMP, Bank İşi, Brend və Marketinq, danışıq klubları, əyləncə proqramları və s.)
🔹 Yalnız təcrübə proqramı iştirakçılarına təşkil olunacaq master-klasslar
🔹 Peşəkar netvorkinqin artırılması
🔹Proqram sonunda fərqlənən iştirakçılar cəmiyyətimizin müxtəlif layihələrinə qoşula biləcəklər
🔹 Təcrübə proqramının müddəti 3 aydır
🔹 Proqramın aylıq ödənişi 100 manat təşkil edir
🔹 Davamiyyət seçimləri:
Səhər - 09:00-13:00
Günorta - 14:00-18:00
🔹 Yerlər məhduddur! İştirakçı sayı cəmi 10 nəfərdir
🔹 Yaş: 17-25
Biz Azərbaycanın peşəkar gələcəyini qururuq. Sən də öz peşəkar gələcəyini qurmağa başla!
Müraciət üçün son gün: 16 Yanvar
Əlaqə: 055 201 85 29
Ünvan: Eldar Tağızadə 1 (m. 28 May)
6 431
Ödənişsiz ispan dili kursu
Basic Spanish 2: One Step Further
Beginners course for learners of Spanish that focuses not only on language, but also on cultural aspects, specifically designed for English speakers.
4 weeks
4–5 hours per week
Self-paced
Progress at your own speed
Free
Optional upgrade available
• Institution: UPValenciaX
• Subject: Language
• Level: Introductory
• Prerequisites: Basic Spanish knowledge or 30 hours of practice
• Language: English
• Video Transcripts: English, Español
• Associated programs:
Professional Certificate in Basic Spanish
Link https://bit.ly/3Xbm7EE
Kanal: https://t.me/LevelUptelegram
6 431
Bank of Bakuda #işlə
Vakansiya: Məlumat Mərkəzi üzrə Təcrübə Proqramı
Proqrama kimlər müraciət edə bilər?
Ali məktəbi bu il bitirən, hal-hazırda magistraturada təhsil alan və ya məzun olmuş şəxslər;
Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyət bacarığı olanlar (Rus dili arzuolunandır);
MS Office proqramları ilə işləmək bacarığı olanlar;
Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.
Proqramdan əldə edəcəkləriniz:
Qabaqcıl bank təcrübələri
Bankın işgüzar mühitində peşəkarlarla birgə çalışmaq
Gələcəkdə bankda karyera qurmaq imkanı
Bankın tədbir, layihə və təlimlərində iştirak etmək
MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn https://lnkd.in/d4bNtU-2 CV formamızı doldura və ya CV-ləri subject bölməsində Məlumat Mərkəzi – Təcrübə proqramı qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Kanal: https://t.me/LevelUptelegram
6 431
Uzun aradan sonra sizin üçün daha bir beynəlxalq fürsət təqdim edirik. 🤩
Gənclərlə iş sahəsində təlimçilər üçün təlim kursu uzunmüddətli proqramdır və əsas məqsədi gənc təlimçilərin bacarıqlarının artırılması, qeyri-formal təhsil və təlim fəaliyyətlərinin keyfiyyətinin qaldırılmasını hədəfləyir.
Müraciət üçün tələb olunan kriteriyalar:
- 18-30 yaş aralığı gənclər olmalı
- fasilitator, təlimçi və ya pedaqoq kimi iş təcrübəsinə malik olmalı
- İngilis dili biliyi yaxşı səviyyədə olmalıdır.
Qeyd edək ki, təşkilatçı NAYORA deyil, gənclər üçün fürsət olduğuna görə paylaşılır.
https://www.coe.int/en/web/youth/-/call-for-participants-training-of-trainers-for-youth-in-the-council-of-europe-trayce-2023-2024
Kanal: https://t.me/LevelUptelegram
6 431
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (#KOBİA) Biləsuvar, Ağsu, Balakən və İsmayıllı üzrə #KOBDostu vəzifəsinə işə qəbul elan edir. Müraciət etmək istəyənlər CV-lərini 19.01.2023-ci il tarixinə qədər hr@smb.gov.az ünvanına göndərə bilərlər.
Vəzifə öhdəlikləri və namizədə dair tələblər ilə bu linkdən tanış olmaq olar: https://bit.ly/3Itbw3Z
6 431
Hər birinizi salamlayıram, sizlərin mənə bir istiqamətdə dəstəyiniz lazımdır. Zəhmət olmasa sizlərlə bölüşdüyüm sorğunu tamamlanmasında mənə dəstək olardınız. Yeni ilin yeni iş günündə hər birinizə uğurlar arzu edirəm.😊
https://docs.google.com/forms/d/e/1FAIpQLSeyW5IQJ9vARUU0qHr-4UjUN_5WzfPJLcAE4gg3E94e9dSl1w/viewform
6 431
Baku Community Space “Qadın Liderlik Məktəbi” proqramı üçün müraciətləri açıq elan edir!
Proqram Bakıda yaşayan 18-35 yaş aralığında olan qadınların icmalarda iştirakını artırmaq və qadın problemlərinin həllinə töhfə verəcək liderlərin inkişafına şərait yaratmaq məqsədi daşıyır.
Seçilən iştirakçılar gender bərəbərliyi, layihə idarəetməsi, ictimai natiqlik, debat və sosial media kampaniyalarının idarəedilməsi və digər mövzular üzrə təlimlərdə iştirak edəcəklər. Eyni zamanda layihə iştirakçıları müxtəlif məsələlərə gender perspektivindən baxış imkanı əldə edəcəklər. Təlimlər sosial və biznes sahələrindən olan ekspertlər tərəfindən keçiriləcəkdir və iştirak ödənişsizdir.
Təlimlərdə aktiv iştirak edən şəxslərə yekun mərhələdə öz layihələrini həyata keçirə bilmək üçün texniki və mentor dəstəyi göstəriləcəkdir.
Təlimlər həftəsonu və tətil günlərində 10:00-17:00 saat aralığında keçiriləcək.
Proqram özünü qadın olaraq identifikasiya edən və qadın sosiallaşması təcrübəsi olan bütün şəxslər üçün açıqdır.
Təlim məkanı əlilliyi olan şəxslər və çətin hərəkət qabiliyyəti olan şəxslər üçün müyəssərdir.
Proqram müddəti: 6 ay (fevral-avqust)
Müraciət üçün son tarix: 22 yanvar 2023
Müraciət anketi: https://forms.gle/uT9ZBQfWghMXDRD86
Anket vasitəsilə müraciət edən iştirakçılar müsahibə mərhələsindən keçməklə layihədə iştirak haqqı qazanırlar.
Əlavə məlumat üçün email: womenleadershipschool@gmail.com
Telefon: +994513658689
Kanal: https://t.me/LevelUptelegram
6 431
Azərbaycan Gimnastika Federasiyası cari il üçün könüllülərin qeydiyyatını davam etdirir
Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası (AGF) bu il gimnastika növləri üzrə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili ilə əlaqədar “Könüllülər Proqramı - 2023" çərçivəsində könüllülərin qeydiyyatını davam etdirir.
AZƏRTAC xəbər verir ki, könüllülər proqramına seçilən şəxslər bu il paytaxtımızda keçiriləcək beynəlxalq yarışlarda könüllü kimi fəaliyyət göstərəcək, dil biliklərini inkişaf etdirərək, idman yarışlarının təşkili sahəsində təcrübə və yeni biliklər qazanacaqlar.
Könüllülərin yarışlarda fəaliyyətinin keyfiyyətli təşkili məqsədilə yarışlardan əvvəl könüllülər üçün gimnastika yarışlarının təşkili, yarışların keçirilmə qaydaları, gimnastika yarışlarının mahiyyəti üzrə ümumi təlim, yarışların keçiriləcəyi Milli Gimnastika Arenasının xidmət sahələri ilə tanışlıq, könüllülərin cəlb olunacağı xidmət sahələrinin fəaliyyəti haqqında təlim və seminarlar təşkil olunacaq.
AGF-in təşkil etdiyi beynəlxalq yarışlarda könüllülər müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər. Bunlara yarışların təşkili, mətbuat xidməti, akkreditasiya xidməti, tamaşaçılar xidməti, tərcümə xidməti, mükafatlandırma xidməti, nəqliyyat xidməti və digər sahələr daxildir.
Könüllülər 2023-cü ildə Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışı (18-19 fevral), idman gimnastikası üzrə dünya kuboku yarışı (9-12 mart), bədii gimnastika üzrə dünya kuboku yarışı (21-23 aprel), bədii gimnastika üzrə Avropa çempionatında (17-21 may), o cümlədən digər beynəlxalq tədbirlər və yerli yarışlarda könüllü qismində çalışmaq imkanı əldə edəcəklər.
“Könüllülər Proqramı - 2023”ə qatılmaq istəyən şəxslər yanvarın 10-dək - https://bit.ly/3WIklLe linkinə daxil olaraq, elektron ərizə formasını doldurub, müraciət edə bilərlər.
Kanal: https://t.me/LevelUptelegram
6 431
Siz istədiz bizdə sizin üçün təşkil etdik 🤩
Gənclər, “Bizim Gənclik” İctimai Birliyi ödənişsiz Excel təlimlərinə start verir!✅
Təlim Microsoft Excel 2013-2016 proqramının dərin imkanlarından bəhs edir. Statistikaya görə Excel istifadəçilərinin yalnız 5% Excel proqramının bütün funksiya və alətlərindən istifadə etməyi bacarır. Bu təlim zamanı Excel proqramının bir çox funksiyaları göstəriləcək və bu funksiyaların real məsələlərdə tətbiqi nəzərdən keçiriləcək.
📆Təlimin başlama tarixi: 28 yanvar
Dərs vaxtı: Şənbə günləri | 11:00-12:30
📥Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:
ouryouthpu@gmail.com
📌Təlimin sonunda test təşkil olunacaq. Testi uğurla bitirən tələbələr müvəffəqiyyət sertifikatı ilə təmin olunacaqlar.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1MCyxflPR9AO_Mfn_2QmNuY9j4O3mgMshq5HkhJk6n1Y/
Kanal: http://t.me/genclerindostlari
6 431
💥Yeni ilə yeni təkliflərlə gəldik💥
Adobe CC + Canva 1 aylıq 17AZN
Tələbələrə Endirim mövcuddur 🎓
Adobe CC lisenziya özəllikləri:
1.Adobe CC şəxsi hesabınıza yüksəldilir
2.Adobe Exprees Pro Canva kimi daha inkişaf etmiş alətlər və video edit özəlliyi
3.Adobe CC telefon və komputerlərdə istifadə
4.Bulud Yaddaşı Dizaynlarınız və işləriniz yaddaşda qalır qaldığınız yerdən davam edirsiniz.
5.Yenilənmələri əldə etmək 2023 süni zəka dəstəkli Photoshop
6.Adobe CC ilə render gecikməməsi,proqramdaxili və sistem gecikməməsi
Əldə etmək üçün⬇️
http://wa.me/994514381192
6 431
Cambridge Universiteti A1-B1 səviyyələri arası ingilis dilində ən çox işlənən sözlərin siyahısını hazırlayıb.
A1:
https://lnkd.in/emHFbXTN
A2:
https://lnkd.in/eApsNVpu
B1:
https://lnkd.in/emRuZvhh
Paylaşdı: Farid Aliyev PSM l, PSPO I (LinkedIn)
KANAL: https://t.me/LevelUptelegram
6 431
*K.D.T MMC* _sizləri yeni bir görüşə dəvət edir✨_
*Keçid linki*
https://chat.whatsapp.com/GAQTHymMgt2GUF6KciX8EF
📌 *Təlimçi*⬇️
🗣️ *Uşaq psixoloqu*
*✨ Allahyarlı Fidan ✨*
📃 Mövzu: *Uşaqlar niyə yalan danışır*
📅Tarix: *10.01.2023*
⏰Saat: *20:00*
💻Məkan: *Zoom*
💸 *Ödənişsiz*
📜 *Rəsmi Təşəkkürnamə*
Kanal: https://t.me/LevelUptelegram
6 431
TƏCİLİ!
🇩🇪 Almaniyada 1 illik Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsi!
Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır.
📅 Layihənin icra müddəti: Aprel 2023 - Aprel 2024
📍 Yeri: Bremen
ℹ️ Layihə və tələblər haqqında, eyni zamanda elektron müraciət üçün: https://bit.ly/3WKJS6M
➡️ Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir.
❗ Son müraciət tarixi: 05.01.2023
Kanal: https://t.me/LevelUptelegram
6 431
#Hədəfimiz gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır!🤩
Gostəricilərə əsasən regionlarda gənc qızların rəqəmsal savadlılıgı qənaətbəxs olmadıgı ucun karyera imkanları məhduddur.
Biz isə bu məhdudiyyətləri aradan qaldıracagıq.🤜🏻🤛🏻
Azərbaycan Respublikasının Gənclər Fondunun, Unicef Azerbaijan numayəndəliyinin dəstəyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təskilatcılıgı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaslıgı ilə 28 dekabr 2022- 31 aprel 2023 tarixlərində “Qızların Rəqəmsal Savadlılıgının Artırılması” layihəsi həyata keciriləcəkdir. Layihənin əsas məqsədi regionlarda yasayan yeniyetmə və gənc qızların karyeraya hazırlıgını, məsgulluq imkanlarını dəstəkləmək və artırmaq ucun onlara zəruri rəqəmsal bacarıqlar asılamaqdır.
Ehtiyaclar nəzərə alınaraq, Azərbaycanın 10 (Agcabədi, Agsu, Goranboy, Qəbələ, Quba, Masallı, Mingəcevir, Neftcala, Səmkir, Tərtər) rayonunda 100 qızın rəqəmsal bacarıqlarının inkisafına dəstək verəcəyik.
Layihə muddəti bizə oz dəstəyini gostərmək ucun hər regiondan bir nəfər gənc təlimci seciləcək və 4 gecə 5 gun Bakıda təlim sessiyalarında istirak edəcək. Həmin gənc təlimcilər təmsil etdikləri rayonlarda layihə muddəti 10 gənc xanıma təlim kecəcək.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdm732KekjBljA15FrG3sKWxe96e1CkENgZVZThY-sl1XUjJw/viewform
🗓️ Son qeydiyyat tarixi: 07.01.2023
6 431
“Arts Council Azerbaijan” təşkilatının WORLD CRAFTS COUNCIL EUROPE Beynəlxalq təşkilatına üzv olması ilə əlagədar olaraq, “NUR Art House” qalereyası, “Azərbaycan xalçaçıları” İctimai Birliyi və “Arts Council Azerbaijan” təşkilatı birlikdə “Qarabağ xalçaları: tarixdən gələcəyə ötürülən həqiqət” adlı sərgi təşkil edir.
Sərgidə şəxsi kolleksiyalarda saxlanılan qədim xalçalarla yanaşı, müasir xalçaçı-rəssamlarımızın əsərləri nümayiş olunacaq.
Proqram çərçivəsində tamaşaçılar Qarabağ xalçalarının ornamentləri ilə tanış olacaq, mərasim xalçalarının etnoqrafik əhəmiyyətinə həsr olunmuş söhbətləri dinləyəcək, tanınmış xalçaçı-rəssamlarımızın Ustad dərslərində iştirak edəcəklər. Sərgi illərin qovuşağında Qarabağ xalçalarının rəngarəng dünyası ilə qəlblərə hərarət gətirəcək, yaradıcılıq eşqini alovlandıracaq.
Bir həftə davam edəcək sərgi dekabrın 28-dən etibarən ictimaiyyət üçün açıq olacaq.
Ünvan: İçərişəhər, Qəsr küçəsi, 27, “NUR Art House”
Kanal: https://t.me/LevelUptelegram
