uk
Feedback
Level Up

Level Up

Відкрити в Telegram

Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.

Показати більше
6 419
Підписники
-724 години
-267 днів
-10030 день
Архів дописів
⏱27 may SAAT 21:30-da onlayn şəkildə ZOOM üzərindən canlı vebinar keçiriləcəkdir✅ Vebinardan sonra siz anlayacaqsınız ki: 🔺O nə edib ki, bu gəliri əldə edib? 🔺Aşağı büdcəylə qazanc yeri siz necə yarada bilərsiniz? 🔺Gündəlik nə qədər vaxt ayırmaqla siz aylıq 300$ gəlirə çıxa bilərsiniz. 🔺Və əlavə olaraq təlim + PDF bonus əldə edəcəksiniz. Vebinara qeydiyyat üçün yerlər məhduddur. Artıq 30% yerlər dolub⏳ Yazılmaq üçün aşağıdakı səhifəyə keçid et və DM-da yaz: “Məni vebinara qeydiyyat edin” 👉@rahimarustamovaa (instagram hesabı) @Rehime_Rustem (telegram) Dərhal yerinizi tutun. ⏰27 may Saat 21:30 da görüşənədək🖐

👉Hətta 20 yaşındaki tələbə belə ofis işçisindən daha çox qazanır. Mən daha artığını bacararam. Oxu👇 85% insanın maddi probl
👉Hətta 20 yaşındaki tələbə belə ofis işçisindən daha çox qazanır. Mən daha artığını bacararam. Oxu👇 85% insanın maddi problemi var. Aldıqları maaş onları qane etmir deyə əlavə qazanc yeri yaratmaq istəyirlər🤔 🤷‍♂️Vaxt probleminə görə başqa işlərə və özünü inkişafa vaxt ayıra bilməmək və çıxılmaz vəziyyətdə qalmaq çox yorur. Mən araşdırma apardım və qarşıma ADNSU-da təhsil alan 3-cü kurs tələbəsi çıxdı. Bəlli oldu ki, o təqaüddən əlavə aylıq 100-150$ və bir neçə gün əvvəl 4 gün ərzində 513$ qazanıb və buna sadəcə 2-4 saat vaxt sərf edir😦 Bunu eşidər-eşitməz dərhal araşdırmağa başladım. Məni çox maraqlandırdı. Əlaqəyə keçdim. Mən səhərdən axşama qədər işləyib xərcimi qapada bilmirəm, amma 20 yaşlı bir tələbə 2-4 saat vaxt sərf edərək 4 gündə belə bir qazanc əldə edir🤯 Araşdırma etdikdən sonra mən dərhal addım atdım. 🤩Artıq məndə ilk 170$ qazanmışam. Bunu daha da artırmaq üçün çalışıram. Mən qərara gəldim ki, bu sizlərə də mənim kimi çox faydalı olacaqdır👇

CRAZY İNNOVATİONS agency SMM menecer vakansiyası üzrə təcrübə proqramı elan edir ! Bu sahə üzrə biliklərini praktikada tətbiq etmək istəyənlər müraciət edə bilər. Tələblər: Rəqəmsal marketing alətlərindən istifadə bacarığı Kreativ fikirlərə sahib olmalı Araşdırma qabiliyyətinin olması Kontentlərin hazırlanması İşində dəqiq və operativ olmaq, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək Reklam haqqında ilkin biliklərin olması üstünlükdür. Gənc və dinamik komandada özünü inkişaf etdirmək istəyirsinizsə, CV-nizi info@crazyinnovations.az e-mail ünvanına göndərə bilərsiniz.

Komandamıza əjdaha Korporativ satış mütəxəssisləri axtarırıq. İlk olaraq Təcrübə Proqramı elan edilir və proqramdan keçən namizədləri rəsmi əməkdaş olaraq qəbul edəcəyik . Tələblər : Danışıq qabiliyyəti yüksək və bu sahəyə həvəsli şəxslər. Təcrübə proqramı təqaüdlüdür. Təcrübə proqramına rəhbərlik Emil Aliyy və Benovshe Ismayilova rəhbərlik edəcək. Cv üçün : gm@okmedia.az Hamının görməsi üçün paylaşımı maksimum dəyərləndirin və paylaşın. 👍

👨‍🏫 Javascript ile Algorand Eğitimi (Türk dilində) 🕐 Limitli Sayda Ödənişsizdir. Tələsin! https://www.udemy.com/course/javascript-algorand/?couponCode=COINBUREAU

📢Dear SPE Community, ⚡We are thrilled to announce that SPE Young Talents Calls For Volunteers! 💡We are looking for two young energetic students who will be fulfilling the role of SMM for the SPE Azerbaijan Young Talents Program.  📌To remind you, students who go through this program are trained to become the future industry leaders and shapers of technological and scientific progress. The program considers intensive classes in subsurface and drilling-related disciplines with interactive lectures and practical exercises led by highly skilled and motivated geoscientists and engineers from different companies, backgrounds, and experiences.    🔰Relevant experience in PR or SMM is welcomed. ● Duties: 📌Running Social Media Accounts of YT on different platforms 📌Preparing Photo Reports after each lecture/trip 💥As an advantage, they will have access to young talents lectures and materials. 📝Details: 📍Selection structure (application + interview stage) 🔗 Registration link: https://lnkd.in/e4ScTiKj ⏰Deadline: 27 May 2022, 23:59 PM ❗If you have further questions you can contact YT Lead Aytach Iskandarova (email address - aytachiskandarova@gmail.com) ‼️Hurry up to register, as the places are limited. Resource: https://t.me/LevelUptelegram

📌 Gənclərin nəzərinə! BMT-nin İnkişaf Programı təşkilatçılığı ilə aqrar sahədə "IDEATHON" start verilir! "IDEATHON" iki istiqamətdə keçirilərək, meyvə-tərəvəzin yetişdirilməsi və onların emalı sahələrini əhatə edəcək. Komandanızla müsabiqəyə qatılın və qaliblərdən biri olun! Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP tərəfindən icra olunan “Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi" layihəsi çərçivəsində “Ideathon on Agrinnovation” müsabiqəsi 2-4 iyun tarixlərində Lənkəran şəhərində keçirilərək, meyvə-tərəvəzin yetişdirilməsi və emalı ilə bağlı 2 istiqamətdə olacaq. Müsabiqənin keçirilməsində əsas məqsəd meyvə-tərəvəzlərin yetişdirilməsi və emalında yenilikləri, innovasiyaları tətbiq etmək, qabaqcıl ideyalara dəstək göstərmək və təşviq etməkdir. Məlumat üçün bildiririk ki, layihə Lənkəran-Astara iqtisadi rayonunda icra edilir və təklif olunan innovativ ideyaların bu regionda həyata keçirilməsi zəruridir. Hər istiqamət üzrə komandalar bu problemlərə innovativ həllər ilə sahənin inkişafı üçün layihə təqdim etməlidir. Ən yaxşı həll yolunu təqdim edən hər istiqamət üzrə 1 komanda qalib olacaq. Qalib komandalara layihənin reallaşdırılması üçün yüksək məbləğdə (qeyri nəğd) qrant ayrılacaq. ✅ MÜRACİƏT EDİN: shorturl.at/etNX2 🗓️ Son müraciət tarixi: 25 May 2022-ci il Kanal: http://t.me/genclerindostlari

Turizm Agentliyi tur meneceri vəzifəsi üzrə təcrübəçi axtarır: İş haqqında məlumat: Sorğuların vaxtında cavablandırılması Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması Qeyd: İş tam şəkildə öyrədilir, turizm sahəsi üzrə kurslara yönləndirilir. Namizəddən tələblər: 18-25 yaş arası xanım Yüksək səviyyədə Azərbaycan dili (ən az 1 xarici dil rus və ya ingilis) Turizm sahəsinə həvəs(turizm sahəsi üzrə ali təhsili olan şəxslərə üstünlük verilir) Kompüterdə işləmə bacarığı Məsuliyyətli və diqqətli olmalı Səlis və işgüzar danışıq bacarığına malik olmalı Yüksək ünsiyyət qurma qabiliyyəti olmalı İş saatlari: həftə içi 11:00- 18:00 Təcrübə proqramı ilk ay ödənişsiz, növbəti aydan etibarən ödənişli davam edəcək. Təcrübə proqramını uğurla bitirən namizəd işlə təmin olunacaq. Göstərilən tələblərə cavab verən namizədlər şəkilli CV-lərini karimovaa.99@bk.ru e-mail ünvanına göndərə bilərlər.

📣“Sağlam Düşüncə“ Gənclər Təşkilatı 🗓️22-26 iyun tarixlərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Ambassade de France en Azerbaïdjan / Fransanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyilə 📍İsmayıllıda Ekoloji Düşərgə 🌱🏕️ təşkil edəcək! 📌Düşərgə məhz ətraf mühitin mühafizəsi ilə bağlı mövzulara marağı olan, Sumqayıt məktəblərində təhsil alan 7,8 və ya 9-cu sinif şagirdləri üçün nəzərdə tutulub. ℹ️“Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi-4” layihəsi çərçivəsində baş tutacaq düşərgənin məqsədi ekoloji savadlılığını artırmaq və şagirdlərə yeni bilik və bacarıqlar qazanmağa imkan yaratmaqdır. Düşərgə müddətində şagirdlər məişət tullantılarının azaldılması və idarə edilməsinə dair nəzəri və praktiki biliklər əldə etməklə yanaşı, qeyri-formal təhsil metodları ilə də tanış olacaqlar. 🌟Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2021-ci il üçün elan etdiyi “Kiçik Qrant” müsabiqəsinin “Ətraf Mühitin və Sağlamlığın Qorunması, Narkomaniya ilə Mübarizə Məsələləri” kateqoriyasında birinciliyə laiq görülüb. 📌Düşərgədə iştirak etmək istəyən məktəblilərin aşağıdakı formdan qeydiyyatdan keçməsi vacibdir.⤵️ https://form.jotform.com/sdgt/eco-camp-2022 ⏳Qeydiyyat üçün son tarix: 1 iyun 2022-ci il, saat - 23:59 *** Qeyd : Yay məktəbi əvvəlcədən müəyyən edilmiş düşərgə ərazisində keçiriləcəkdir. Bu müddət ərzində iştirakçılar təşkilatçılar tərəfindən verilmiş çadırlarda qalacaqdır. Düşərgə tam ödənişsizdir. Gigiyena qaydalarına əsasən iştirakçılar yataq tulumlarını və şəxsi əşyalarını özü ilə gətirməlidir. ⚡ Əlaqə üçün: ⤵️ Telefon: +994558237290 Kanal: https://t.me/LevelUptelegram

Yeni vakansiyalar: Kanal: https://t.me/LevelUptelegram 1. Resepşn - https://bit.ly/3NwRepv 2. İnsan resursları üzrə biznes partnyor - https://bit.ly/3LNx4GB 3. Qeydiyyatçı - https://bit.ly/38HHrOz 4. Alman dili müəllimi - https://bit.ly/3aeLUIZ 5. Sosial media meneceri - https://bit.ly/3NpT6Af 6. Xəzinədar-əməliyyatçı - https://bit.ly/3afYg3B 7. Satış üzrə mütəxəssis - https://bit.ly/3LtxRfu 8. Elektrik mühəndisi - https://bit.ly/3LzwkEN 9. Logistika üzrə mütəxəssis - https://bit.ly/3wxWnru 20. Auditor - https://bit.ly/39Bfyrv 1. Operator - https://bit.ly/3LvBrFR 2. Bank məhsullarının satışı üzrə kiçik ekspert - https://bit.ly/3G4cNuN 3. Resepşn - https://bit.ly/3G5t1E3 4. Təcrübəçi hüquqşünas - https://bit.ly/3G53zig 5. Nisyə satış üzrə təmsilçi - https://bit.ly/3lpaNUH 6. Daxili nəzarət və əməliyyat riskləri üzrə ekspert - https://bit.ly/3wsPIPh 7. Telefon operatoru - https://bit.ly/3lraZ5H 8. İnsidentlərin təhlili şöbəsinin mütəxəssisi - https://bit.ly/3wuvSn2 29. Anbardar - https://bit.ly/3PI2hy2

Dostlar, SMM vakansiyası aktivdir. Frilans deyil ) 1 il təcrübə tələb olunur. 700 əmək haqqı verilir. Nahar da verilir, işçilər deyir aşpaz dadlı yeməklər bişirir ) Bəylər üzrlü saysın, xanım namizəd axtarılır ( CV-ləri WhatsApp vasitəsilə göndərə bilərsiniz. 050 697 46 99

İşdə #BIRgünüm 📢Sən də iş masanı paylaş, estafeti dostuna ötür! Şərtlərimiz çox sadədir: 🔹İş masanın şəklini işdə #BİRgünüm həştəqi ilə hekayə (story) və ya post edin 🔹HR Option şirkətinin facebook hesabını işarələyin 🔹Əgər sizin profiliniz bağlıdırsa, hekayə və ya postunuzu skrin edərək mesaj bölməmizə göndərin. ❗️Qalib bizdən “Hər şeyin satıldığı mağaza. Ceff Bezos və “Amazon erası” kitabını hədiyyə qazanacaq. 🔊 Müsabiqəyə 19 may 2022-ci il, saat 12:00 –da STOP deyiləcək! Müsabiqə qalibi bütün şərtləri düzgün yerinə yetirmiş istifadəçilər arasından təsadüfi qaydada seçiləcək. Hər kəsə uğurlar! İşdə #BIRgünüm 📢Sən də iş masanı paylaş, estafeti dostuna ötür! Şərtlərimiz çox sadədir: 🔹İş masanın şəklini işdə #BİRgünüm həştəqi ilə hekayə (story) və ya post edin 🔹HR Option şirkətinin facebook hesabını işarələyin 🔹Əgər sizin profiliniz bağlıdırsa, hekayə və ya postunuzu skrin edərək mesaj bölməmizə göndərin. ❗️Qalib bizdən “Hər şeyin satıldığı mağaza. Ceff Bezos və “Amazon erası” kitabını hədiyyə qazanacaq. 🔊 Müsabiqəyə 19 may 2022-ci il, saat 12:00 –da STOP deyiləcək! Müsabiqə qalibi bütün şərtləri düzgün yerinə yetirmiş istifadəçilər arasından təsadüfi qaydada seçiləcək. Hər kəsə uğurlar! https://www.instagram.com/p/CdbOsDQjGMO/?igshid=YmMyMTA2M2Y=

Yay tətilinə dəyər qat! TİPx 2-ci forumla qarşınızdadır! Bu dəfə nələrdən danışacağıq? ➡️ Yay tətilini balanslı keçirməyin yolları ➡️ Ünsiyyətin, sosiallaşmanın karyera planlamasına rolu ➡️ Dil bacarıqlarını inkişaf etdirməyin üstünlükləri ➡️ Potensial kadr bacarıqlarının inkişaf etdirilməsi ➡️ Gənclər üçün yaradılan imkanlar ➡️ Düzgün qidalanma, idmanın faydaları haqqında tövsiyələrin verilməsi 📅 24 may - 14:00 📍 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 📧 Konfransa müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr qatıla bilər. İştirak üçün onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək. 🔴 Qeydiyyat linki https://bit.ly/3w8H08M

Yeni vakansiyalar: Kanal: https://t.me/LevelUptelegram 1. Məlumat bölməsinin kiçik mütəxəssisi - https://bit.ly/3l9q3EY 2. Kompüter operatoru - https://bit.ly/37OxFtA 3. Loyallıq və keşbek istiqaməti üzrə mütəxəssis - https://bit.ly/3NfBjf3 4. Market administratoru - https://bit.ly/3laeuxd 5. Satınalmalar üzrə mütəxəssis - https://bit.ly/39k2qa3 6. 1C operator - https://lnkd.in/eg4Fq6m2 7. Kopirayter - https://lnkd.in/eJ5jA_qT 8. Logistics specialist - https://bit.ly/39jwnXQ

📢 UNESCO QRANT MÜSABİQƏSİ 💵 UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində tədqiqat müsabiqəsi elan edir. 🎯 Yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq aşağıdakı mövzular üzrə tədqiqat layihəsi təqdim edə bilərlər: ✅ Elm, Texnologiya və Ənənəvi Bilik ✅ Din və Mənəviyyat ✅ Dil və Ədəbiyyat ✅ İncəsənət və Musiqi ✅ Ənənəvi İdman və Oyunlar ✅ İqtisadiyyat və Ticarət ✅ İpək Yollarının İrsi və Müasir Problemləri 📝 Kvota: 12 tədqiqat qrantı 💰 Maliyyə: 10, 000 ABŞ dolları 📅 Son tarix: 31 may ⚠️ Tədqiqat mövzusu qrup və ya individual şəkildə təqdim oluna bilər. 🔗 ƏTRAFLI MƏLUMAT: https://en.unesco.org/silkroad/content/unesco-calls-proposals-2022-silk-roads-youth-research-grant 📌 t.me/nextstationaz

Sonuncu kurs tələbələri və məzunların nəzərinə! Azerfloat CJSC yerli və xarici bazarda ciddi diqqət qazanmış Azərbaycanın ilk və yeganə vərəqə şüşə istahsalçısı olmaqla yanaşı gənclər üçün işə hazırlıq bacarıqlarını inkişaf etdirmək biznes mühiti ilə tanış olmaq və praktiki təcrübə qazanmaq üçün təqaüd əsaslı təcrübə proqramına dəvət edir. Tələbələr və məzunlar aşağıda qeyd olunan şöbə və departamentlər üzrə təcrübə keçəcəklər. • Təchizat • Mühasibatlıq • Mexanika Mühəndisliyi • Texniki Qaz Mühəndisliyi • Elektrik mühəndisliyi • Keyfiyyətə Nəzarət və Labaratoriya • İnformasiya Texnologiyaları • Avtomatlaşdırma Mühəndisliyi • İnsan Resurları • Şüşə istehsalı “Azerfloat” şirkətində təcrübə keçmək istəyən sonuncu kurs tələbələri və məzunlardan mövzu yerinə Yay Təcrübə Proqramı yazıb recruitment@azerfloat.az elektron poçt ünvanına CV göndərmələri xahiş olunur . Kanal: https://t.me/LevelUptelegram

📢 UNESCO QRANT MÜSABİQƏSİ 💵 UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində tədqiqat müsabiqəsi elan edir. 🎯 Yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq aşağıdakı mövzular üzrə tədqiqat layihəsi təqdim edə bilərlər: ✅ Elm, Texnologiya və Ənənəvi Bilik ✅ Din və Mənəviyyat ✅ Dil və Ədəbiyyat ✅ İncəsənət və Musiqi ✅ Ənənəvi İdman və Oyunlar ✅ İqtisadiyyat və Ticarət ✅ İpək Yollarının İrsi və Müasir Problemləri 📝 Kvota: 12 tədqiqat qrantı 💰 Maliyyə: 10, 000 ABŞ dolları 📅 Son tarix: 31 may ⚠️ Tədqiqat mövzusu qrup və ya individual şəkildə təqdim oluna bilər. 🔗 ƏTRAFLI MƏLUMAT: https://en.unesco.org/silkroad/content/unesco-calls-proposals-2022-silk-roads-youth-research-grant 📌 t.me/nextstationaz

İmtahan günü nə etməliyik? https://youtu.be/9AS5uY1B2iE

🇯🇵Yaponiyanın Azərbaycandakı Səfirliyi 2022-2023-cü tədris ili üzrə Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbuluna başlayıb. Ətraflı: https://bit.ly/3PeX9Bh Kanal: http://t.me/genclerindostlari

"Biz Şuşadan danışırıq" adlı videohekayə müsabiqəsinə start verilir - - - Təhsil Nazirliyi media nümayəndələrini "Biz Şuşadan danışırıq" adlı videohekayə müsabiqəsində iştiraka dəvət edir. Videohekayə müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında, Nazirlər Kabinetinin “Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq olunması barədə” sərəncamlara və Təhsil Nazirliyinin bununla bağlı müvafiq planına uyğun olaraq həyata keçirilir. 📎 Müsabiqənin məqsədi "Şuşa ili"nə həsr olunan müsabiqənin məqsədi Şuşanın təhsilinə, mədəniyyətinə və tarixinə, elm adamlarının, tanınmış şəxslərinin həyat və yaradıcılığına media vasitəsilə işıq salmaq, onların gördüyü işləri təbliğ etmək və gənc nəsli maarifləndirməkdir. 📎 Müsabiqə üç nominasiya üzrə keçirilir: - Ən yaxşı süjet; - Ən yaxşı videoreportaj; - Ən yaxşı videomüsahibə. 📎 Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqədə media nümayəndələri iştirak edə bilər; - Müsabiqəyə göndərilən videolar 3 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 27 may 2022-ci il tarixinədək musabiqe2022@edu.gov.az elektron poçt ünvanına göndərməlidir; - Hər iştirakçı bir videohekayə göndərə bilər; - Müsabiqəyə təqdim olunan videohekayələr “Biz Şuşadan danışırıq” ön sözü ilə başlamalıdır. 🕐 Müsabiqənin müddəti Müsabiqə üzrə müraciətlərin qəbulu üçün son tarix 27 may 2022-ci ildir. Qaliblər Münsiflər Heyəti tərəfindən müəyyən ediləcək. Müsabiqə qaliblərinə Təhsil Nazirliyinin sertifikatı və hədiyyələr təqdim olunacaq. Hesab: https://instagram.com/stories/eelnaraeyyubova7/