uk
Feedback
Level Up

Level Up

Відкрити в Telegram

Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.

Показати більше
6 417
Підписники
-224 години
-237 днів
-9930 день
Архів дописів
Bir abituriyent üçün düzgün karyera yolu necə qurulmalıdır? Sualın cavabını "Gələcəyə doğru addım"da tapacaqsınız. 😎 Layihəmizin ilk spikeri Əli Qurbanlı "Abituriyentin Karyera Yolu" mövzusundan bəhs edəcək və bu istiqamətdə öz tövsiyələrini abituriyentlər ilə bölüşəcək. 😍 Hazırda Dövlət Məşğulluq Agentliyində çalışan Əli bəy 2016-cı ildən etibarən akademik və karyera inkişafı istiqamətində fəaliyyət göstərir. 3 ilə yaxın Bakı Dövlət Universitetində akademik tədris fəaliyyəti ilə məşğul olmuş, hal-hazırda isə karyera məsləhətçisi, karyera inkişafı üzrə mentor və təlimçi, eyni zamanda "Alo Karyera" dəstək xidmətinin supervayzeridir. ✅ Qeyd: Onlayn formatda baş tutacaq forum şəhid və qazi övladları (həmçinin onların I dərəcəli yaxınları) üçün nəzərdə tutulmuşdur. 📅 Layihənin keçirilmə tarixi: 27 fevral; saat 16:00. ⏰ Qeydiyyatdan keçmək üçün son tarix: 26 fevral, saat 23:59. Qeydiyyat linki üçün şərhdə #gələcəyədoğruaddım yazmağınız kifayətdir. 💚 https://www.instagram.com/p/CaKpOP2DsGF/?utm_medium=copy_link Xəbəri yaxınlarınızla bölüşməyi və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyi unutmayın. 🤗 #ixtisas #ixtisasaz #gələcəyədoğruaddım #təlim

Təcrübə proqramlı #proqramlaşdırmakursu #endirimli 🙂 📌Bu dəfə paylaşacağım kurs digərlərindən çox fərqlidir. Çünki “Div Academy” daha sonra sizi təcrübəyə də göndərir. Yəni ki, aylarla iş axtarmaq dərdiniz olmur. Özünüzü sübut etsəniz, işiniz cibinizdədir. ☺️ Sizə sadəcə proqramlaşdırmanı öyrənmək qalır. 💻 Digər məsələ isə PROMOKOD-dur. Kursa müraciət etdikdə “Elnarə Eyyubova” profilindən gəldiyinizi bildirsəniz, sizə 5️⃣0️⃣% endirim olunacaq. ✅Endirim 1 mart tarixinədək keçərlidir. Bilirəm, xeyli sualınız var. Amma bunun üçün öncə sayta, sonra “Instagram” hesablarına baxmağınız yetərlidir. Suallarınızı səhifəyə yazmağı unutmayın. 🙂 https://divacademy.az https://instagram.com/divacademy.az?utm_medium=copy_link Qeydiyyat üçün 070 555 11 31

Təcrübə proqramlı #ptoqramlaşdırmakursu və endirimli 🙂 📌Bu dəfə paylaşacağım kurs digərlərindən çox fərqlidir. Çünki “Div Academy” daha sonra sizi təcrübəyə də göndərir. Yəni ki, aylarla iş axtarmaq dərdiniz olmur. Özünüzü sübut etsəniz, işiniz cibinizdədir. ☺️ Sizə sadəcə proqramlaşdırmanı öyrənmək qalır. 💻 Digər məsələ isə PROMOKOD-dur. Kursa müraciət etdikdə “Elnarə Eyyubova” profilindən gəldiyinizi bildirsəniz, sizə 5️⃣0️⃣% endirim olunacaq. Bilirəm, xeyli sualınız var. Amma bunun üçün öncə sayta, sonra “Instagram” hesablarına baxmağınız yetərlidir. Suallarınızı səhifəyə yazmağı unutmayın. 🙂 https://divacademy.az https://instagram.com/divacademy.az?utm_medium=copy_link Qeydiyyat üçün 070 555 11 31

Azərbaycan vətəndaşları üçün 2022/2023 Peşəkar İxtisasartırma Proqramına (PFP) müraciətlərin qəbuluna start verildi❗ ℹ Bu proqram yerli mütəxəssislər üçün Amerika təşkilatlarında dəyərli təqaüd təcrübəsi əldə etmək, şəbəkəni genişləndirmək və evəzolunmaz bir beynəlxalq təqaüd təcrübə proqramında iştirak etmək üçün əla fürsətdir. ➡ Proqramın tələbləri və müraciət təlimatları və əlavə məlumat üçün www.professionalfellows.org saytına daxil olun. 🗓 Müraciətin son tarixi - 28 martdır.

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verildi. Yüksəlişə doğru ilk addımı qeydiyyatdan keçərək atın. www.yukselish.az saytına daxil olaraq müsabiqənin şərtləri ilə ətraflı tanış ola və qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat mərhələsini kompüterdən əlavə, smartfon və planşet vasitəsi ilə də tamamlamaq mümkündür. Müsabiqə və qeydiyyatla bağlı suallar yarandıqda 1820 çağrı mərkəzinə müraciət edə bilərsiniz. Yüksəliş sizinlə davam edir!

Axşamınız xeyir əziz dostlar, Layihəniz və ya təşəbbüsünüz var ancaq resurs çatışmazlığı üzündən fəaliyyətə başlamaqda çətinlik çəkirsinizsə və bu istiqamətdə dəstəyə ehtiyacınız varsa bu yazı tam sizlikdir Artıq ölkədə öz sahəsində bir ilkə imza ataraq ideya, layihə və təşəbbüslərin sadəcə beyinlərdə yox həyata keçməsi istiqamətində sizin ehtiyacınız olan dörd resursun(fiziki resurs, xidməti resurs, insan resurs, maliyyə resursu) dördünü də bir yerdən, çox asan və rahat şəkildə əldə etməyə imkan verən "Dəstəkçi" platforması var✅ Beləki, "Dəstəkçi" layihəsi - resurslara ehtiyacı olan və cəmiyyətə faydalı bir təşəbbüsü olan şəxs, təşkilat, sosial və sosial sahibkarlıq layihələri və təşəbbüs qruplarını və onların bu ehtiyaclarını qarşılayacaq dəstəkçiləri( fiziki şəxslər, şirkətlər, təşkilatlar) onlayn platforma vasitəsilə bir araya gətirən sosial sahibkarlıq layihəsidir. Bu layihədə məqsəd: - İdeyası və ya layihəsi olub resurs (insan resursu, fiziki,xidməti və maddi resurs) çatışmazlığından fəaliyyətə başlaya bilməyənlərə resurs əldə etməkdə köməklik - İdeyası olub təkbaşına faəiyyətə başlaya bilməyənlərə komanda yoldaşı tapmaqda köməklik - Layihəsi olub ancaq partnyorsuz faəliyyətə başlamaqda çətinlik çəkənlərə partnyor tapmaqda köməklik - Dəstək vermək istəyən şəxs və şirkətləri dəstəyə ehtiyacı olan təşəbbüs sahibləri ilə əlaqələndirməkdir   Əgər siz də öz ideya və layihələrinizə həyat vermək üçün hazırsınızsa bizimlə əlaqəyə keçməyə tələsin. Çünki artıq bu yolda sizi dəstəkləyəcək DƏSTƏKÇİniz var. Platformada paylaşılan layihələrdən ilk siz xəbər tutmaq istəyirsinizsə bizim telegram kanalımıza qoşula və sosial media hesablarımızı izləyə bilərsiniz. Platforma- destekchi.org

Təcrübə proqamlı #proqramlaşdırmakursu https://www.instagram.com/p/CaIBjAEg11R/?utm_medium=copy_link

Sizin üçün Polşada təcrübə imkanı təqdim edirik. 🤩 9-17 mart tarixində baş tutacaq təlim kursunda iştirak etmək istəyirsinizsə aşağıda yerləşdirilən linkə daxil ola bilərsiniz. Namizədlər üçün kriteriyalar: - İngilis dilində səlis danışma bacarığı -Təlim kursunun davam etdiyi müddət ərzində tam iştirak etmək üçün motivasiya - 18-30 yaş arası şəxslər Qeyd: layihə müddətində bütün xərclər təşkilatçı tərəfindən qarşılanacaq. Link:https://www.salto-youth.net/tools/european-training-calendar/training/f-a-c-e-facilitation-adaptation-collaboration-equality.9943/

Call for Participants! EducationUSA Azerbaijan is happy to announce a Mythbusting: Friends of Advising Training for the college/school counselors and motivated teachers This course is FREE. Space will be limited to 25 students. All participants will be awarded certificates. Training Date: March 6th, 2022 Training Time: 10:00-17:00 Venue: Baku, Azerbaijan Apply - https://forms.gle/1KwYseakz1CC7iNz9 Deadline for Application: February 20th, 11:59 PM Participants traveling from the regions will be provided with accommodation, food and all the transportation costs will be reimbursed. Note: Only participants with valid Covid Passport or Immune Certificate will be considered.

Lütfizadə Texnologiya Mərkəzində maaşlı təcrübə proqramı https://edumap.az/lutfizade-texnologiya-merkezinde-maasli-tecrube-proqrami/ Əmək haqqı: 300 AZN (nett) (təcrübə dövründə) İş rejimi: 5 gün, həftəlik 40 saat (istirahət günləri növbəli olaraq tənzimlənir) İş yeri: Kaspian Plaza Təcrübə müddəti: 6 ay

Yeni vakansiyalar: 1. Qeydiyyatçı - https://bit.ly/3GVkRNk 2. Müştəri xidmətləri üzrə kiçik mütəxəssis - https://bit.ly/34Ykdl9 3. Satınalma və logistika üzrə mütəxəssis - https://bit.ly/3oQ1WgU 4. Məlumat mərkəzi üzrə mütəxəssis - https://bit.ly/34GQRYB 5. İnzibati məsələlər üzrə müavin - https://bit.ly/3BonSVd 6. Biznesin inkişafı şöbəsinin mütəxəssisi - https://bit.ly/3oQ9ujN 7. Ön ofis supervayzeri - https://bit.ly/3HW4y48 8. İT mütəxəssis - https://bit.ly/3LBMjU8 9. Depo müdiri - https://bit.ly/3oQ9ArF 10. Marketing executive - https://bit.ly/36abo8d

ABŞERON LOGİSTİKA MƏRKƏZİ -də Maaşlı Təcrübə Proqramı. https://edumap.az/abseron-logistika-merkezi-de-maasli-tecrube-proqrami/

Location: Bodrogolaszi, Hungary Project name: Act together for the nature Hosting organization: Zöld Kör (Green Circle) Sending organization: “Common Sense” Youth Organization Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship) Project period – 15/08/2022 to 11/09/2022 (a month) Deadline: 1st June 2022 https://csyo-az.org/2022/02/09/esc0209-2/ 

#Sevdiyin #işi #tap! İndiki zamanda insanın sevdiyi işi tapması və özünü o sahəyə həsr eləməsi çox mühümdür. Məsələn, mən təlim keçəndə vaxtın necə gəlib getdiyini başa düşmürəm. Sevdiyim işlərdən aldığım zövq nəyə desən dəyər. Elə bizim Alo Karyera xidmətimiz də sənə öz sevdiyin işi tapmağa və onu necə axtaracağınla bağlı sualları cavablandırmağa kömək edə bilər. Özü də ödənişsiz, özü də onlayn, özü də neçə dəfə ehtiyac olsa! Faydalananlar öz şərhlərini bildirə bilərlər 🙂 Qeydiyyat üçün: https://forms.gle/FgYA97XNsoqUuipT7

Əziz Mingəçevir və Bərdə əhli sizə əla xəbərimiz var. Nəhayət ki, biz Gənc Səfirlər proqramına start veririrk. Proqram müddətində keçirilən təlimlərin mövzuları Özünü Tanıma, Emosional Zəka, Komfort Zona, SMART Məqsəd, Aktiv Vətəndaşlıq, Vaxtın İdarəedilməsi, Ekoloji Fəallıq, Liderlik, Ünsiyyət bacarıqları, Təqdimat bacarığı və İctimai Nitq, Gənclər üçün beynəlxalq imkanlar, Xaricdə Təhsil, Konfliktin İdarəolunması, Müxtəliflik və Tolerantlıq, Gender bərabərliyi, Layihə Yazılması və İdarəolunması və s. olacaqdır. Uğurlu layihələrə sonda maliyyə ayrılacaq. Ərizə vermək üçün link- shorturl.at/vJLM6 Bu arada paylaşan əlləriniz sağ olsun

Azərbaycanda İlk dəfə, Hoffman Co təşkilatçılığı ilə❗ Erbakan Malkoç ilə "Girişimcilik ve Başarı" mövzusunda bol motivasiyalı
Azərbaycanda İlk dəfə, Hoffman Co təşkilatçılığı ilə❗ Erbakan Malkoç ilə "Girişimcilik ve Başarı" mövzusunda bol motivasiyalı seminar olacaq! 📅 13 Mart 2022 📍 Nizami Cinema 🔖Limitli qalan biletləri əldə etmək üçün indi müraciət edin! 📞077 304 39 37 Qeydiyyat üçün: https://bit.ly/32rlwHK Hoffman Co 📍Caspian Business Center 📧İnfo@hoffmantrustco.com

Team Volunteering project in Turkey! Location: Muş, Turkey Project name: Connecting the Dots for Young People with Cancer Hosting organization: Young Accumulation Association Sending organization: “Common Sense” Youth Organization Project period – 04.04.2022 – 01.06.2022 (2 months), 20.05.2022 – 17.07.2022 (2 months) Deadline: 15th February 2022 How to apply? – Please read the application before filling it out https://csyo-az.org/2022/02/07/team-volunteering-project-in-turkey/ Bu tip paylaşımlar üçün: https://instagram.com/eelnaraeyyubova7?utm_medium=copy_link

“eTwinning Azərbaycan” layihəsi çərçivəsində şagirdlər üçün ənənəvi olaraq növbəti müsabiqə elan olunur. Müsabiqənin icra müddəti 28 fevral tarixinədək davam edəcək. İstənilən yaş qrupuna aid olan şagirdlər “Mənim Böyük İdeyam” (“My Big Idea”) mövzusunda təqdimatlar hazırlayaraq müsabiqəyə fərdi və ya komanda şəklində müraciət edə bilər. Müsabiqəyə müraciət etmək üçün şagirdlər gündəlik rastlaşdığı bir problemi taparaq həmin mövzuda araşdırma aparacaq. Aşkar etdikləri problemi süni intellektdən və ya müasir texnologiya vasitələrindən istifadə edərək həlli yolunu təqdim edəcəklər. Şagirdlərin təklif etdikləri həll yeni bir innovasiya və ya ideya olmalıdır. Müsabiqə üçün təqdim edilən həll cəmiyyətə innovasiyanın gələcək üçün həyatı necə yaxşılaşdıracağını göstərməlidir. Real dünya problemlərinin öhdəsindən gələ bilmək üçün şagirdlər rəqəmsal düşüncə, proqramlaşdırma, tənqidi düşüncə və problemləri həlletmə bacarıqlarını nümayiş etdirmiş olacaqlar. Layihə təklifləri videoçarx, təqdimat, esse və s. formatlarından birində ola bilər. Müraciət zamanı təqdim olunan material aşağıda qeyd olunan meyarlara cavab verməlidir: - Təqdimat video formatda maksimum 3 dəqiqə, təqdimat formatında 7-10 slayd, esse formatında 2 səhifə (A4, Arial 12 şriftində) olmalıdır; - İstifadə olunan dil sərbəstdir; - Materiallarda eTwinning loqosunun olması mütləqdir; - Müraciət fərdi və komanda şəklində ola bilər.(Komandaya cəlb olunacaq şagird sayı 5 nəfərdən artıq olmamalıdır); - Komanda üzvləri müxtəlif sinif və yaş qrupuna aid ola bilər, lakin komanda üzvlərinin eyni məktəbdən olması mütləqdir. Məktəb üzrə müraciət edən komanda sayında limit yoxdur. Qeyd edək ki, müraciət etmək istəyənlərdən təqdimatlarını 28 fevral 2022-ci il tarixinədək etwinning@tsii.edu.az ünvanına e-poçt vasitəsilə göndərmələri xahiş olunur.

Cənub bölgəsində yerli sakinlər üçün yeni bir layihənin icrasına başlanıldı... Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gənclər və gənclər vasitəsilə əhali arasında sağlam həyat tərzinin təbliği” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 5830 (beş min səkkiz yüz otuz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi COVİD-19 xəstəliyi ilə mübarizə zəmnində gəncləri və gənclər vasitəsilə ictimaiyyəti məlumatlandırmaq, onları zəruri gigiyenik vasitələr və tibbi ləvazimatlarla, habelə maarifləndirici materiallarla təmin etmək və ictimai yerlərdə sağlam həyat tərzini geniş şəkildə təbliğ etməkdən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 07 fevral – 07 may 2022-ci il tarixlərini əhatə edəcəkdir. COVİD-19 pandemiyası ilə mübarizədə əhali arasında sağlam həyat tərzinin təbliğini özündə ehtiva edən layihə çərçivəsində Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarının hər birində 18-29 yaşarası ümumilikdə 12 nəfər könüllü gənc müəyyən edilərək onlar üçün pandemiya dövründə davranış qaydalarına dair təlimat hazırlanacaq, aidiyyəti sahədə bukletlər də daxil olmaqla, həmin könüllülər zəruri gigiyenik vasitələr (dezinfeksiyaedici gel, spirt və s.) və tibbi ləvazimatlarla (maska, əlcək və s.) təmin olunacaqlar. Təlimatlandırılmış və zəruri materiallarla təchiz edilmiş gənclər tərəfindən Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarındakı ictimai yerlərdə sakinlərə müvafiq bukletlər, müxtəlif gigiyenik vasitələr və tibbi ləvazimatlar paylanılmaqla, əhali arasında geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçiriləcəkdir. Layihədə könüllü fəaliyyət göstərən ümumilikdə 12 nəfər gənc yekunda təşkilat tərəfindən xüsusi qısaqol köynəklərlə və müvafiq sertifikatlarla təltif olunacaqdır. Məlumat üçün bildirək ki, Lənkəran, Cəlilabad, Masallı və Astara rayonlarında layihə çərçivəsində könüllü kimi iştirak etmək istəyən yerli gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Əlaqə” bölümünə daxil olmaqla və ya birbaşa magiya_ngo@mail.ru adlı elektron poçtuna özü barədə tərcümeyi-halı (CV) dolğun formada (özü və təhsili haqqında tam məlumat, E-mail və telefon nömrələrinin dəqiq qeyd olunması və s.) hazırlayıb 07 mart 2022-ci il, saat 24.00-adək ictimai birliyə göndərməlidir. Bu tip paylaşımlar üçün: https://instagram.com/eelnaraeyyubova7?utm_medium=copy_link