cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

Əli Aşiqləri 313

#Bismillahir.rahmanir.rahim #DiniPaylaşımlar #Möizələr.Mp3 #Mərsiyyələr.Mp3 #İlahilər.Mp3 #Qarışıq.Mp3 #hədislər YouTube kanalımız👇 https://youtube.com/channel/UCzd2iBiCQPRvQX9nigZwC2g

Більше
Рекламні дописи
552
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

10692687956546.mp350.01 MB
حاجمحمدعاملی مادر-@Az_madahlari.mp33.07 MB
صوتی مولود خوانی 🎤 کربلایی مرتضی بیابانی شبکه جهانی سحر (آذری)
Показати все...
fce09915ae8c4c33ac73b6c2c9879633_350613240_260892256611783_7065698601287903483.m4a1.25 MB
İmam Rza (ə) buyurub: "Şəkk və inad ilə birlikdə yerinə yetirilən əməl faydasızdır". (Fiqhur-Rza, səh 388.)
Показати все...
Həzrət İmam Əli (ə) buyurub: Özünü yaxşı niyyət və gözəl məqsədə adət etdir ki, istəklərində müvəffəq olasan. (Ğurərul-hikəm, hədis 6236.) Allahın Rəsulu (s) buyurub : "Mən insanların ən yaxşısıyam" deyən insanların ən pisi və "mən cənnətliyəm" deyən cəhənnəmlikdir". (Nəvadir, Ravəndi, səh 11.)
Показати все...
Həzrət İmam Əli (ə) buyurub: ..Dəvənin donqarından tüklər töküldüyü kimi, qızdırmada günahları tökür... (əl-Xisal, səh 725-726.) İmam Həsən (ə) buyurub: Allahın gözəl seçiminə arxalanan, Allahın onun üçün seçdiyi vəziyyətdən başqa bir vəziyyət arzulamaz. (Biharul-ənvar, cild 78, səh 106, hədis 6.)
Показати все...
Repost from Maide.Az/MaideTV
Фото недоступнеДивитись в Telegram
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi keçirilib. Məhkəmə iclası qapalı olub. Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir. Xatırladaq ki, növbəti məhkəmə iclası iyun ayının 22-i, saat 11:00-da keçiriləcək. https://t.me/MaideTV
Показати все...
Mövlud keçirtmək olarmı_ _ Hacı Sadiq(MP3_128K).mp322.05 MB
İmam Rzanın (ə) ziyarətnaməsi ZİYARƏTNAMƏNİN OXUNUŞU Əssəlamu ələykə ya vəliy­yəl­lah. Əssəlamu ələykə ya huc­cətəllah. Əssəlamu ələy­kə ya nurəllahi fi zulu­ma­til ərz. Əssəlamu ələykə ya əmudəd-din. Əssəlamu ələykə ya varisə Adəmə sifvə­til­lah. Əssəlamu ələy­kə ya vari­sə Nuhin-nəbiy­yillah. Əssə­la­mu ələykə ya vari­sə İbra­himə xəlilillah. Əssəlamu ələykə ya varisə İsmailə zəbi­hillah. Əssəlamu ələykə ya varisə Musa kəlimillah. Əssəla­mu ələykə ya varisə İsa ruhil­lah. Əssəlamu ələy­kə ya varisə Muhəmmədin rəsulillah. Əssə­lamu ələykə ya varisə Əmirilmumininə Əliyyin vəliyyillah, və və­siyyi rəsuli rəbbil-aləmin. Əssəlamu ələykə ya varisə Fati­mətəz-Zəhra. Əssəlamu ələykə ya varisəl Həsəni vəl Husəyn, səyyidəy şəbabi əh­lil cənnəh. Əssəlamu ələykə ya varisə Əliy­yibnil Husəy­ni Zəynilabidin. Əssəlamu ələykə ya varisə Muhəmmə­dib­ni Əliyyin Baqiri ilmil əvvəlinə vəl axirin. Əssə­lamu ələykə ya varisə Cəfəribni Muhəmmədinis-Sadiqil barr. Əssəlamu ələy­kə ya varisə Musəbni Cə­fər. Əssəlamu ələy­kə əyyuhəs-siddiquş-şəhid. Əssəlamu ələykə əyyuhəl vəsiy­yul bar­rut-təqiyy, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz-zəkatə, və əmərtə bil mərufi və nəhəytə ənil mun­kər, və əbədtəllahə (muxli­sən) hət­ta ətakəl yəqin. Əssəlamu ələykə ya Əbəlhəsəni və rəhmətullahi və bərəkatuh. ZİYARƏTNAMƏNİN TƏRCÜMƏSİ Salam olsun sənə, ey Allahın vəlisi (nümayəndəsi)! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey yer üzünün zülmətlərindəki Allah nuru! Salam olsun sənə, ey dinin sütunu! Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu olan İbrahimin varisi! Salam olsun sənə, ey Allah qurbanı olan İsmayılın varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allah ruhu olan İsanın varisi! Salam olsun sənə, ey Allah rəsulu Mühəmmədin (s) varisi! Salam olsun sənə, ey Allahın vəlisi və aləmlərin Rəbbinin Rəsulunun canişini Əli ibn Əbu Talibin varisi! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın varisi! Salam olsun sənə, ey behişt cavanlarının sərvərləri olan Həsən və Hüseynin varisi! Salam olsun sənə, ey abidlərin zinəti olan Əli ibn Hüseynin varisi! Salam olsun sənə, ey əvvəldəki və axırdakıların elmini yarıb incəliklərinə varan Mühəmməd ibn Əlinin varisi! Salam olsun sənə, ey xeyirxah və Sadiq olan Cəfər ibn Mühəmmədin varisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin varisi! Salam olsun sənə, ey Siddiq (düzdanışan) və Şəhid! Salam olsun sənə, ey (Peyğəmbərin) canişin(i), ey xeyirxah, ey təqvalı! Şəhadət verirəm ki, həqiqətən, sən ömrünün axırınadək namazı bərqərar etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin və Allaha (ixlasla) ibadət etdin. Salam olsun sənə, ey Əbülhəsən! Allahın rəhmət və bərəkətləri olsun sənə! (Məfatihul-cinan, Ziyarətnamələr bölümü.)
Показати все...
Muhəmməd ibn Ümarə öz atasından, o, İmam Sadiqdən (ə), o da öz ata-babalarından Allah rəsulunun (s) belə buyurduğunu nəql edir: “Mənim kökümdən olan bir nəfər Xorasanda dəfn ediləcək. Allah onu ziyarət edən hər bir möminə Cənnəti vacib edər və cəsədini Cəhənnəm oduna haram edər”. (Şeyx Səduq, əl-Əmali, səh 76, hədis 6(106).) Əli ibn Hüseyn ibn Əli ibn Fəzzal belə rəvayət edir: “İmam Rza (ə) buyurdu: “Xorasanda bir yer var. Elə bir zaman gələcək ki, mələklər ora get-gəl edəcəklər. Belə ki, sur çalınana qədər onlardan bir dəstə səmadan enəcək, bir dəstə isə səmaya qalxacaq”. Soruşdular: “Ey Allah rəsulunun övladı, o yer hansı yerdir?” İmam (ə) buyurdu: “O yer “Tus” torpaqlarındadır. Allaha and olsun ki, o yer Allahın cənnətlərindən biridir. Kim o yerdə məni ziyarət edərsə, sanki Allah rəsulunu (s) ziyarət etmiş olar. Allah-taala buna görə ona min qəbul olunmuş ümrə ziyarətinin savabını verər və ata-babalarım Qiyamət günü ona şəfaətçi olarlar”. (Şeyx Səduq, əl-Əmali, səh 76, hədis 7(107).
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.