cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

🥇MİQ-Ədəbiyyat 2021-2022

#DTÖ | 📢 MİQ və Sertifikasiya hazırlığı 🎲Gündəlik Quizlər 🖊Sualların izahı 📖Əsərlərin təhlilləri yazılı formada 📥Kanal ÖDƏNİŞSİZDİR, hərkəs yararlana bilər. Reklam üçün yalnız təhsil kanalları müraciət etsin. Ətraflı məlumat üçün @AyLiNn3

Більше
Країна не вказанаМова не вказанаКатегорія не вказана
Рекламні дописи
667
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Показати все...
📌..MİQ.Kurikulum...Sertifikasiya.2021/2022📚

💫Uğur qazanmaq istəyirsənsə,daim öz üzərində hazırlaşıb, məqsədinə çatmalısan!

Показати все...
📝 ABDULLA ŞAİQİN " ANABACI" əsərinin təhlili: ▪️1923-cü ildə qələmə alınıb. ▪️ Hekayə janrındadır. ▪️ Müəllifin oğlu tanınmış ədəbiyyatşünas Kamal Talıbzadə yazır:" Bizim evə gəlib-gedən, nənəm MEHRİ xanımla dostluq edən NƏNƏXANIM adlı qoca bir arvad vardı, qara köhnə çarşaba bürünüb gəzərdi. Onunla atam təsadüfən küçədə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə gətirmiş və uçurum qarşısında duran bir ailəni fəlakətdən xilas etmişdi" . ▪️ Və bu təsadüf müəllifin " Anabacı" hekayəsinin yazılmasına səbəb olmuşdu. ▪️ Qoca qadına edilmiş yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun corabı təqdim edəndə müəllifin zəhmət haqqı vermək istəməsini o elə qəzəblə qarşılamış, ruhundakı etiraz o qədər güclü və əzəmətli olmuşdur ki, yazıçını qələmə müraciət etməyə, insan ləyaqəti haqqında əsər yazmağa ruhlandırmışdır. ▪️ Yazıçı həyatda tanıdığı, müşahidə etdiyi Nənəxanımın və onun kimi onlarla insanın fərdi cizgilərini diqqətlə öyrənmiş, ümumiləşmə aparmış, parlaq , yaddaqalan ədəbi qəhrəmanı- Anabacı obrazını yaratmağa nail olmuşdur. ▪️ Atababa Anabacının xəstə oğludur. ▪️ Atababa vağzalda qulluq edirdi. ▪️ Məktub naçalnikə çatacaqdı. ▪️ Atababaya iş verməklərin istəyirdi Anabacı. ◾️ Müəllifin Anabacıgilə gəlməkdə məqsədi yazılacaq ərizənin hansı məzmunda olacağını öyrənmək istəyirdi. ▪️ Anabacı altmış yaşında qoca qadın idi. Kasıb olsa da qəlbi genişdir, yaxşılığa yaxşılıq etməklə cavab vermək istəyir. Keçmiş əxlaq və xüsusiyyətləri özündə qoruyub saxlayan əsl qadındır. Ailəcanlıdır, zəhmətkeşdir, mərddir. ▪️ Əsərdə kasıb insanların ağır şəraitdə yaşaması təsvir edilib. ▪️ Anabacı evdə cəhrədə yun əyirərək ondan müxtəlif əşyalar toxuyaraq ailəsini dolandırmağa çalışır. ▪️ Müəllif Anabacı ilə küçədə tanış olduqdan sonra onu evlərinə dəvət edir. ▪️ İşlər düzəldikdən dörd ay sonra Anabacı müəlliflə görüşür və ona toxuduğu corabı hədiyyə edir. ▪️ MÖVZUSU: kasıb insanların həyat və məişət qayğısı. ▪️ İDEYASI: maddi çətinliyin mənəvi çətinlik qarşısında aciz olması. ▪️ QOYULMUŞ PROBLEM: əsl amal uğrunda mübarizə aparmağın müqəddəsliyi. Hazırladı: @AyLiNn3
Показати все...
📝 ALMAS İLDIRIMIN " ƏSİR AZƏRBAYCANIM" şeirinin təhlili: ♦️ Vətən mövzusundadır. ♦️ İDEYASI: azadlığa səsləməkdir. ♦️ DİLİ: axıcı və ahəngdardır. ♦️ ƏSAS PROBLEM: vətəndən kənarda yaşamaq məcburiyyəti. ♦️ Azadlıq ideyalarının carçısı olan şair təqiblərə məruz qalır, vətənindən sürgün edilir. ♦️ Şeir beşlik şəklindədir. ♦️ Rədifdən istifadə edilmişdir. ♦️ Şeirin misralarının daxili bölgüsü 4-4-3 dür. ♦️ Şeirin birinci misrasında epitet, inversiya, bədii sualdan istifadə olunmuşdur. ♦️ Lirik qəhrəmanın kədərinin başlıca səbəbi vətənin yadlar tərəfindən işğal olunması, vətən övladlarının ,vətən övladlarının öz doğma yurdlarından uzaq düşməsi. ♦️ " Əsir Azərbaycanım" şeirinin məzmunu ilə bağlı səsləşə bilən atalar sözləri: Dünyada Vətəndən əziz nə var? Ana kimi yar olmaz, Vətən kimi diyar. Bu dünyada şirin şey bir anadır, bir Vətən. ♦️ Əsərdə Azərbaycana məxsus yer adlarının - Ağrıdağ, Mil, Muğan, Bakının adları çəkilir. ♦️Bütövlükdə Almas İldırım poeziyasının mayasının iztirab, kədər və dərd­­dən yoğrulduğu aşkar duyulmaqdadır. Bu, bir yandan mü­ha­cir­liyin, Vətənə əl yetməzliyinin doğurduğu hiss, qarşı tərəfdən isə məmləkətin əsir, kölə həyatının gətirmiş olduğu acı, çəkilməz kədər duyğusudur. ♦️İyirminci yüzil Azərbaycan poeziyasının təkrarsız nümunələrindən biri olan «Əsir Azərbaycanım» şeiri bu çaları canlı şəkildə əks etdirir: Nerdə məni gül qoynunda doğuran, Хəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə, layla balam, çağıran… Azərbaycan, mənim baхtsız anam oy! Neçə bir yıl həsrətinlə yanam oy!.. ♦️Məlum olduğu kimi, milli ədəbiyyatımızda Azərbaycan möv­zusunda çoхlu sayda şeirlər yazılmışdır. Lakin onların heç biri Almas İldırımın «Əsir Azərbaycanım» şeiri qədər insanın ruhuna, varlığına işləmir, bu şeir qədər hissləri, duyğuları ehtizaza gətirmir. ♦️ «Əsir Azərbaycanım» yağılara tərk edilmiş, yaraları qan verən Vətən haqqında sadəcə şeir parçası deyil, Vətənin dərdlərinə oхunmuş ağıdır, epitafiyadır. Məhz bu səbəbdən şeirin yalnız bədii dü­şüncə örnəyi kimi dəyərləndirilməsi doğru deyildir. Könlümə tək Kəbə yapdım səni mən, Sənsiz neyləm qürbət eldə günü mən, Sənsiz neyləm Allahı mən, dini mən, Azərbaycan, mənim tacım, taхtım oy! Oyanmazmı kor olası baхtım oy?! ♦️«Əsir Azərbaycanım» şairin boğulan qə­zə­bin­dən, kükrəyən ehtirasından, əbədi yurd həsrətindən doğ­du­ğu üçün bu qədər təsirlidir. ♦️Şeirin sətirləri arasından bir tərəfdən Vətən həsrətinin ağrı və əzabları boylanmaqda, qarşı tərəfdən yurdumuzun başına gətirilən olmazın müsibətlərin acı, kədərli, ürək parçalayan fəryadı duyulmaq­dadır. Hazırladı: @AyLiNn3
Показати все...
21.Anonymous voting
  • A.
  • B.
  • C.
  • D.
  • E.
0 votes
19.Anonymous voting
  • A.
  • B.
  • C.
  • D.
  • E.
0 votes
3.Anonymous voting
  • A.
  • B.
  • C.
  • D.
  • E.
0 votes
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.