uk
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Відкрити в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Показати більше
Азербайджан410Категорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 16 874 підписників, посідаючи місце в категорії Інші та 410 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 16 874 підписників.

За останніми даними від 02 грудня, 2024, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Завдяки високій частоті оновлень (останні дані отримано 03 грудня, 2024), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

16 874
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
İkinci Qarabağ müharibəsindən sonra müharibə iştirakçıları müxtəlif səbəblərdən dolayı intihara cəhd ediblər. Bunların sayı 50-ə yaxındır. Amma intihar edərək ölənlərin siyahısını 35 nəfər olaraq müəyyyən etmişəm. Əgər sizin də bildiyiniz, siyahıda tapmadığınız qazi varsa, mənə yazın əlavə edim. Ümumi 35 nəfərdir. Xahiş edirəm statusu paylaşaraq başqalarının da görüb, xəbərdar olmasına dəstək olun. Qeyd edim ki, qazilərin əksəriyyyəti dövlətin rəsmi qurumlarının onlara olunan etinasızlıq, biganəliyi, sosial-iqtisadi problem, iş verilməməsi, psixoloji dəstəyin olmamasından sonra intihara əl atıblar. Bu ölümlərin bir-başa səbəbkarı hakimiyyət, onu idarə edənlərdir və əlindən heç nə gəlməyən bizlərik.

Az öncə Sabirabadın Qalaqayın kənd sakini olan daha bir İkinci Qarabağ müharibəsi qazisi, "Mauqli" ləqəbli XTQ hərbçisi Elvin
Az öncə Sabirabadın Qalaqayın kənd sakini olan daha bir İkinci Qarabağ müharibəsi qazisi, "Mauqli" ləqəbli XTQ hərbçisi Elvin Cəfərov icra hakimiyyətinin önündə özünə od vuraraq yandırıb. İntihara cəhd edən Elvin Cəfərov onunla maraqlanmadıqları, iş vermədikləri, lazım olan müalicələri etmədiklərindən gileylənirdi.

Ağstafada arı vurması nəticəsində öldüyü zənn edilən 24 yaşlı gənc İlqar Qəhrəmanov dəfn edilən zaman ayılıb. Bu zaman yaxınları onu xəstəxanaya çatdırıb. Ancaq ona əvvəldən "meyit şişməsin deyə" iynə vurulduğu üçün, ayılandan sonra iynənin təsirindən bu dəfə xəstəxanada həqiqətən ölüb.

Laçında daha bir hərbi qulluqçu, Tovuz rayonu Koxanəbi kənd sakini olan MAXE Novruz Mirtağı oğlu Tağıyevin qeyri-döyüş şərait
Laçında daha bir hərbi qulluqçu, Tovuz rayonu Koxanəbi kənd sakini olan MAXE Novruz Mirtağı oğlu Tağıyevin qeyri-döyüş şəraitində, bəzi mənbələrə görə avtoqəza nəticəsində həlak olduğu deyilir.

Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq, Bərdə Məhkəməsinin sədri, hakim Məhərrəm Allahverdiyev 29 yaşlı təcavüzkara bəraət verərək, onu sərbəst buraxıb. 14 yaşlı qız hakimin bu ədalətsiz qərarından sonra hətta intihara cəhd də edib. Paralel dünyada nə baş verir? Bir neçə gün öncə İlham Əliyev sərəncamla hakimin oğlu Səlim Allahverdiyevi Sabirabad məhkəməsinin hakimi təyin edib. Hələ onu demirəm ki, məzhəkə hakimlərinin maaşını 40% artırır.

20 ilə yaxındır Şri-Lankanı idarə edən bir ailə, Rajapaksalar hakimiyyəti tam tərkibdə istefa verdi. Ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlığına görə xalq prezident iqamətgahına hücum edib, saraya daxil olublar. Son aylarda 70% infilyasıyanın yaşandığı Şri-Lankada prezident Rajapaksa ölkədən qaçıb. Təsəvvür edin ki, qardaşın biri prezident, o biri baş nazir, baş nazirin bir oğlu idman naziri, digəri müşaviri. O biri qardaş su və melorasiya naziri, onun oğlu isə kənd təsərrüfatı naziridir. Kiçik qardaş da maliyyə naziridir. Ailənin digər mənsubları, ölkə idarəçiliyində müxtəlif vəzifələrə sahibdirlər. Xalq aylardır etirazlar edərək ailə hakimiyyətinə son qoydu.

Baş Prokurorluq dünən Laçında xidmət edən əsgər Hüseyn Ruslan oğlu Bayramovun öz silahı ilə özünü vuraraq intihar etdiyini deyir. Ruslan, 11 il övladı olmayan Bayramovlar ailəsinin tək oğlu idi. Son 10 gün ərzində hərbi xidmətdə dördüncü naməlum əsgər ölümü hadisəsidir.

I və II Qarabağ müharibəsinin iştirakçısı Yunis Məmmədov Ağcabədi rayon polis şöbəsinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Qazi qeyd edir ki, Rafiq İsmayılov adlı şəxs ona ömürlük pensiya düzəltdirmək vədi ilə 4.500 manatını alaraq aldadıb. O da dəfələrlə polisə şikayət etsə də, işinə baxılmayıb və bunu əsas gətirərək özünü yandırıb.

Fransada bir qrup müstəqil jurnalist dünyanın hər yerindən çirkli pullar sayəsində dəbdəbəli daşınmaz əmlakların sahiblərini üzə çıxaracaq araşdırma yayımlayıb. Bunların arasında İlham Əliyevin bacısı Sevil Əliyevanın da adı hallanır. Fransada özünü bəstəkar kimi təqdim edən Sevil Əliyevanın Parisin düz mərkəzində, məşhur Şanzelize prospektində, ümumi dəyəri 52 milyon avrodan çox olan dörd mənzilə sahib olması sənədlərdə əks olunub. O, yaşadığı London şəhərində qeydiyyatdan keçirdiyi şirkətlər sayəsində bu mənzillərə sahib olub.

Dünən "Prime TV" onlayn kanalında siyasi-ictimai fəal Mirkazım Seyidov Naxçıvan haqqında çıxışından, Vasif Talıbovu tənqidlərindən sonra, bu gün Bakının Nərimanov rayonunda, küçənin ortasında ona küt alətlə hücum edildiyini, qoluna 6 tikiş atıldığını bildirib. Bundan başqa "Kanal 13"ün rəhbəri, jurnalist Əziz Orucov Sahil Bağında gəzərkən, ailəsinin yanında 30-35 yaşlarında bir nəfər tərəfindən təhdid edildiyini bildirib. Ona "Bir də belə eləsəniz, bilirsən nə olacaq!" xəbərdarlığı edildiyini deyir. Əvvəlcə Tofiq Yaqublu, daha sonra Bəxtiyar Hacıyev və jurnalist Aytən Məmmədovaya qarşı törədilənlər və hələ də cəzasız qalanlardan sonra indi də bu hadisələr baş verir. Azərbaycan hüquq mühafizə orqanları aksiya-piket dağıtmaqdan, məhkəmələrdə üzə durmaqdan, polis bölmələrində şəhid ailə üzvlərini döyməkdən başınız ayılanda, ölkədəki siyasi fəallara, jurnalistlərə qarşı kriminaloji, mafiya üsulu təqiblərə də nəzər yetirin.

Bir neçə ay əvvəl MİDA-dan 4-5 saniyəyə "udulan" evlərin nəticələri ləğv edildi. Müsabiqəyə onlayn şəkildə müdaxilə edən 6 nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilib. Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək.

Dünən Sumqayıt məhkəməsində ürəyi partlayan polkovnik-leytenant Şahmurad Məmmədov evdən çıxanda 3 manatı varmış. Evinə bazarlıq edəndən sonra oğlundan 5 manat götürüb ki, məhkəməyə gedir, pensiya kartı blokladığına görə. Qazinin "MuğanBank"a 11 min manat borcu varmış. Bank isə bütün kartda olan pulu tutub. Halbuki icra haqqında qanunun 65.2-ci maddəsində qeyd olunur ki, tələbin əmək haqqına və ona bərabər sayılan digər gəlirlərə (bura pensiya da daxildir) yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Bəs bu qanunsuzluğu, əclaflığı edənlər kimlərdir? “Muğanbank” ASC Odlar Yurdu Universitetinin 25 illik rektoru, 10 il deputat olmuş, "Şöhrət" ordenli professor Əhməd Vəliyevindir. Belə ki, bankın səhmlərinin 63,50% Ə. Vəliyevin kürəkəni Elmir Mehdiyevə, 12,05% Ə.Vəliyevin qızı Vəfa Vəliyevaya, 13,10% Ə.Vəliyevin qudası Maqbet Mehdiyevə, 11.35% Ə.Vəliyevin qudası Fəridə Mehdiyevaya məxsusdur. Və bu bank ilk dəfə deyil ki, bir vətəndaşın ürəyini partladaraq öldürür. Bundan öncə də ədalətsiz qərarların icrasına görə neçə-neçə insanın ürəyini partladaraq öldürüblər. Qeyd edim ki, müğənnilərin övladlığa götürdüyü aktyor bələdiyyə üzvünün mənzil aldığı ölkədə, deputatlarının ailə üzvləri banklar, malikanələr, bizneslərə yiyələndiyi məmləkətdə İkinci Qarabağ müharibəsinin ehtiyatda olan zabiti, illərdir 5 uşaqla kirayədə yaşayırdı və artıq həyatda yoxdur.

Qazi polkovnik-leytenant Şahmurad Museyib oğlu Məmmədov Sumqayıtda məhkəmə ədalətsizliyinə etiraz edərkən ürəyi partlayıb, ölüb. Hadisə Sumqayıtda məkəmə qərarlarının icrası binasında baş verib. Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş, Kartı da bloklanıb. İkinci Qarabağ müharibəsindən sonra özünü yandıran, özünü asan, özünü vuraraq intihar edən qazilərin sayı 35 nəfər olub.

Siyasi fəal Tofiq Yaqublunun təşəbbüsü ilə 13 İyul 2022-ci il saat 12.00-da tarixində, Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın” tələbi ilə dinc etiraz piketi təyin olunub.

Azərbaycanın Tovuz rayonu, Əlibəyli ilə 1 kilometrlik sərhəddindəki, Ermənistanın Tavuş vilayətinin, Berd rayonu Aygepar kəndində Rusiyanın yeni hərbi baza tikdiyi iddia olunur, hazırda ərazidə ciddi tikinti işləri gedir. Kəndin yaxınlığında kiçik Berd havalimanı da mövcuddur. 44 günlük müharibədən öncə, 2020-ci il iyul döyüşlərində general Polad Həşimov məhz bu istiqamətdə şəhid olmuşdur və İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır.

Böyük Britaniyada siyasi böhran dərinləşib. Bir neçə saat sonra baş nazir Boris Consonun istefa verəcəyi gözlənilir. Lakin onun payızda keçiriləcək növbədənkənar seçkilərə qədər vəzifəsini davam etdirəcəyi bildirilir. Böhrana səbəb Consonun partiyanın dəyərlərini riskə atması, yalanlar danışmasıdır. Hazırda hökumətin 50-ə yaxın məmuru istefa verib.

Tərtərdə hərbçilərə edilən işgəncə, cinayətlər, zorlamaları ictimailəşdirən fəal Abid Qafarovu qazilərin əli ilə şərləyib həbs etmək istəyirlər. Azərbaycan hakimiyyəti Tərtərdəki cinayətləri araşdırıb, səbəbkarları həbs etmək əvəzinə, ordakı işgəncələri dilə gətirən, ictimailəşdirənləri məzhəkələr quraraq cəzalandırmaqla məşğuldur. Hüquqşünas İlham (Aslanoğlu) Təhməzov, siyasətçi Əli Əliyev, indi də növbədə Abid Qafarovdur. İlham Əliyev də ədalət yox, sifariş yerinə yetirən hakimlərin maaşını 40% artırır.

Yevlax rayonu Salahlı kənd sakini Rəvan Zeynalabdin oğlu Tağıyevin qohumları hərbçinin Laçında şəhid olduğunu bildirirlər. Sə
Yevlax rayonu Salahlı kənd sakini Rəvan Zeynalabdin oğlu Tağıyevin qohumları hərbçinin Laçında şəhid olduğunu bildirirlər. Səfərbərlik xidməti məlumatı təsdiqlədi, amma nədən öldüyünü demədi. Bunun üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinə zəng etmişəm dəqiqləşdirim, Anar Eyvazov mənə deyir ki, biz xarici vətəndaşlara məlumat vermirik, halbuki mən Azərbaycan vətəndaşıyam. Başqa bir jurnalist əməkdaşımız zəng edir, deyir bu haqda məlumatım yoxdur. Mən 4 min km uzaqdan xəbər tuturam, amma nazirliyin əməkdaşının hərbçilərdən xəbəri yoxdur.🤦‍♂️

Son 2 ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən 10 tender müsabiqəsinin qalibi təsadüfə bax ki, bir şirkət olur: "Rövşən Oğuz Qrup" MMC. Şirkət son 2 ildə 66 milyonluq tenderin qalibi olub. Bu rəsmi olaraq satınalmalar saytında öz əksini tapıb. Biri Gəncə Dövlət Dram teatrının binasının tikintisi üçündür, hansı ki, 8 il əvvəl təməli qoyulub. Digəri isə Gəncədə İdman Sarayının tikintisi üçündür, hansı ki, 4 ildir təməli qoyulub. Bəs şirkət kimindir? İlham Əliyev tərəfindən “Əməkdar mühəndis” adı alan Hafiz Carı oğlu Mustafayevin adına qeydiyyatdan keçib. Hafiz Mustafayev həm də "Afra Qrup" şirkətinin də sahibidir, Oğuzdakı Afra Hoteli də Hafiz müəllim işlədir, həmçinin tikinti şirkəti var, mebel və dizayn şirkəti var, "Qalakənd MMC" adlı şirkəti var. Hafiz müəllimin Oğuz rayonunun 11 illik icrabaşı, eks deputat Eyvaz Qurbanovla yaxın dost olduğu deyilir. Eyvaz Qurbanov Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 14 ünvanında yaşayır. Aaa, təsadüfə bax, Hafiz Mustafayev də Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi, ev 12 ünvanında yaşayır. İki qonşu-dost baş-başa verib dövlət büdcəsini talayırlar. Gəncə icrabaşı da buna şərait yaradır, göz yumur, tenderlərdə məhz tanışları, yaxın adamları dəfələrlə qalib müəyyən olunur. Ölkəbaşı İlham Əliyev demişdi ki, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin. Mən də məlumat verirəm, sizin təyin etdiyiniz, mükafat verdiyiniz adamlar oğurluq və talançılıqla məşğuldur.

İkinci Qarabağ Müharibəsi iştirakçısı Şəmkirin Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü İlham Yılmaz oğlu Həsənov etiraz əlaməti olaraq Şəmkir rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vuraraq yandırıb. Yanıq xəsarətləri alan qazi xəstəxanaya yerləşdirilib.