uk
Feedback
Hebib Müntezir

Hebib Müntezir

Відкрити в Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

Показати більше
Азербайджан410Категорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу Hebib Müntezir

Канал Hebib Müntezir (@hebmun) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 16 874 підписників, посідаючи місце в категорії Інші та 410 місце у регіоні Азербайджан.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 16 874 підписників.

За останніми даними від 02 грудня, 2024, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

Завдяки високій частоті оновлень (останні дані отримано 03 грудня, 2024), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

16 874
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів

“Şəhidlik uğrunda” qəzetinin təsisçisi və “Korrupsiyaya Son” qəzetinin redaktorunun Tovuz rayonunda müxtəlif vəzifəli şəxsləri hədələyərək pul istəmələri məlum olub və barələrində inzibati həbs cəzası kəsilib. Biri "Korrupsiyaya Son" deyib rüşvət alır, digəri də vətənpərvərlik adıyla camaatı təhdid edib, soymağa çalışır. Güya ölkəni idarə edənlər daha fərqli davranır ki? Gör-götür dünyasıdır, görüb, götürüb tətbiq ediblər də.

Erməni mənbələri Naxçıvanda Sədərək istiqamətində və Qarabağda Laçın dəhlizi, Xocavənd istiqamətində atəşkəsin pozulduğu ilə əlaqədar məlumatlar paylaşır. Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edib və bildirib ki, ermənilər öz aralarında atəş açıblar, yaralananlar var.

Azərbaycanda 1 sentyabrdan etibarən yaşı 18-dən yuxarı olanlar kafe və restoranlara, otellərə, təhsil obyektlərinə, ticarət mərkəzlərinə, bərbərxana və gözəllik salonlarına yalnız COVİD-19 pasportu ilə daxil ola biləcək.

Azərbaycan Müdafiə Nazirliyi sərhəddə hər hansı PUA qaldırmadıqlarını və Azərbaycan Ordusuna məxsus heç bir PUA-nın vurulmadığını bildirib. Bu xəbərlərin dezinformasiya olduğu qeyd olunub.

Həm Azərbaycan, həm də Ermənistan Müdafiə Nazirliyi sərhəddəki atışmanı rəsmi olaraq təsdiqləyiblər və hazırda da davam edir. Azərbaycan mənbələri şəhid verilən mövqeyə atəş açan erməni postunun sıradan çıxarıldığını bildirir.

27 il sonra Azərbaycan Ordusunun yeni Baş Qərargah rəisi təyin olunan, Bakıda anadan olan 60 yaşlı general-leytenant Kərim Vəliyev 8 ildir ki, müdafiə nazirinin müavini vəzifəsini icra edirdi. O birinci Qarabağ müharibəsində də iştirak edib, həm Heydər Əliyev tərəfindən, həm də İlham Əliyev tərəfindən dəfələrlə mükafatlandırılıb. İkinci Qarabağ müharibəsində də yaxından iştirak edib, "Cəbrayıl, Ağdam və Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Təbii olaraq rus hərbi təhsil məktəbinin yetirməsidir, Nəcməddinə yaxınlığı ilə tanınır. Azərbaycan dilində çox olmasa da bir az zəif danışdığı bildirilir. Onun şair Səməd Vurğunun əmisi oğlu Kərimaga Vəkilovun qız nəvəsi olduğu deyilir. Son təyinatdan sonra barəsində müxtəlif konspirasiyalar dolaşır. Məsələn, onlardan biri nə üçün 177 gün sonra, məhz İlham Əliyevin Rusiyaya səfərindən dərhal sonra bu strateji və vacib vəzifəyə təyin olundu? Vacib və ən çox verilən suallardan biri Kərim Vəliyevin Rusiya, yoxsa Türkiyə meyilli olması ilə bağlıdır. Açığı deyim ki, bu məsələ İlham Əliyev səviyyəsində təyin olunur və qərar verilir. Bugünki durum və situasiyada, son müharibədə də göründüyü kimi meyl və siyasi iradə Türkiyə yönündədir. Hərçənd geosiyasi vəziyyəti də nəzərə alsaq Rusiyanı tamamiylə çıxdaş etmək mümkünsüzdür. Amma dəqiqliklə bunu gələcək fəaliyyətdə aydın görmək olar. Əslində kadrlar o qədər vacib deyil, əsas məsələ siyasi xəttin müəyyən olunmasıdır, sistemin dəyişməsidir, belə olacağı təqdirdə kadrlar ona uyğun hərəkət etməyə məcburdur. O dəqiqdir ki, Müdafiə Nazirliyində həm kadr, həm hərbi strukturda dəyişikliklər olacaq. Bəziləri ləğv olunacaq, dəyişdiriləcək. Məsələn, Türk generallar nazirlikdəki hansısa kiçik idarə rəisinin səlahiyyətlərindən istifadə edərək ailəsi üçün ayrıca sürücü tutmasından şok olublar. Ümid edirəm ki, bu və bənzəri qanunsuzluq, qohumbazlıqlar, işgəncələr, korrupsiya halları aradan qalxar, ən əsası isə orduda ölümlər minimuma enər, şəffaflıq olar. Pozitiv dəyişikliklər olacaq, ya olmayacaq onu zaman göstərəcək. Önəmli olan ordunun peşəkarlaşmasıdır. Amma post müharibə dövründə qazilərə, şəhid ailələrinə münasibət qətiyyən qənaətbəxş deyildi. Əsas məsələlərdən biri də indiyə qədər baş verənlərin qanunamüvafiq şəkildə araşdırılması və cinayətkarların cəzalandırılmasıdır ki, bundan sonrakı dönəmdə gələnlər eyni səhvləri təkrarlamasınlar. Əsasən də Tərtər hadisələri, ordudan korrupsiya ilə yığılan pulların şəxsi-ailəvi bizneslərə sərf edilməsi məsələləri ədalətli şəkildə öz həllini tapmalıdır. Tapacaqmı? Çətin, gərək bunun üçün siyasi iradə olsun.

İlham Əliyevin yeni sərəncamı ilə - general-leytenant Osmanov Nizam nazir müavini və Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, - general-mayor Əfəndiyev Ənvər nazir müavini və Quru Qoşunların komandanı, - general-mayor Əliyev Azər Əməliyyat Baş İdarəsinin rəisi, - general-mayor Seyidov Kənan 5-ci Ordu Korpusunun komandiri vəzifələrinə təyin edilib. General-leytenant Ayaz Həsənov isə Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Azərbaycan Silahlı Qüvvələri hərbi birləşmələrinin Qaragöl istiqamətində dislokasiya (qoşunun müəyyən ərazidə yerləşməsi və möhkəmlənməsi) etdiyi bildirilir. Qeyd edim ki, bu barədə erməni mənbələri məlumat yayıb və video materiallar paylaşıb.

Bu gün Ermənistan Ordusu Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqanın Qəhəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüd hərbçi gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. O “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, atışma zamanı 3 erməni hərbi qulluqçusu yaralanıb.

Müdafiə nazirinin müavini general-leytenant Vəliyev Kərim Tofiq oğlu – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, 177 gün sonra Nəcməddin Sadıkovun əvəzinə Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edildi.

İyulun 15-i Dövlət Sərhəd Xidmətinin 29 yaşlı giziri, Suraxanı rayon Qaraçuxur qəsəbə sakini Həsən Hikmət oğlu Məmmədovun Yev
İyulun 15-i Dövlət Sərhəd Xidmətinin 29 yaşlı giziri, Suraxanı rayon Qaraçuxur qəsəbə sakini Həsən Hikmət oğlu Məmmədovun Yevlaxdakı hərbi hissələrin birində 5 günlük “qubbağ“a (hərbi təcridxana) aparılarkən özünü maşından atdığı və ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdiyini deyiblər. Həkimlər cəhd etsə də gizirin həyatını xilas etmək mümkün olmayıb. Ailəsi onun komandirlə münaqişə zəminində cinayətlə öldürüldüyünü iddia edir. Bərdə Rayon Prokurorluğundan isə hadisənin araşdırıldığı bildirilib. İstər MN, istərsə DSX yaxud FHN xidmət çəkən hərbçilərin müəmmalı ölüm xəbərləri ictimaiyyət tərəfindən diqqətlə izlənməlidir. Rəsmi olaraq bu xəbərlər heç bir yerdə yayımlanmır, dövlət qurumlarının hesabatlılığı yoxdur. Bütün bunlar prosesin ədalətliliyinə və dürüst araşdırılmasına kölgə salan amillərdir. Bu baxımdan hərbi prokurorluq və digər qurumlar mütləq şəkildə ədalətli araşdırmalar aparmalıdır və bu tip ölümlər ictimaiyyətdən gizlədilməməli, nəzarət mexanizmi olmalıdır.

Ölkədə və xaricdə bir neçə malikanə, biznesləri və obyektləri olan Mikayıl İsmayıl oğlu İsmayılov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edilib. Fevralda onun varidatına aid bəzi məlumatları paylaşmış və ölçü götürülməsini istəmişdim. İşdən azad olunma kifayət deyil, əlindəkiləri necə əldə etdiyi araşdırılmalıdır. Ondan əlavə daha 3 vitse-prezident vəzifəsindən azad edilib.

Beynəlxalq jurnalistlərin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan hökuməti milyonlarla dollarlıq vəsaitə İsraildən aldığı "Pegasus" adlı kiber-izləmə casus proqramı sayəsində ölkədəki 50-dən çox siyasi, ictimai fəal və jurnalistin telefonunu izləyib, onlardan xəbərsiz olaraq müxtəlif əməliyyatlar həyata keçirib. "Pegasus", telefon zənglərini yaza və mətn mesajlarını oxuya bilir, telefonda olan bütün foto və şifrələri götürmək, GPS-i izləmək və gizli şəkildə audio, video yazmaq qabiliyyətindədir. Telefon, sahibinə kiçik bir qüsuru göstərəcək signal belə vermədən bu cəsus proqramı, bütün məlumatları onun gizli operatorlarına asanlıqla ötürə bilir.

Bu gün gecədən, səhərə kimi mütəmadi şəkildə Azərbaycan dövlət sərhəddi boyunca mövqelər Ermənistan ordusu tərəfindən atəşə tutulub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunda itki yoxdur. Erməni mənbələri isə 1 hərbçilərinin öldüyünü bildirir.

Rəsmi məlumata görə Naxçıvan istiqamətində yenidən atəşkəs pozulub, itki yoxdur. Gedişat onu göstərir ki, cəbhədə antiterror əməliyyatı başlaya bilər.

Bu gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub, itki yoxdur. Rusiya isə Qarabağda hərbi təlimlərə başlayıb.

Gecə yenə rus sülhməramlıların nəzarətində olan Xankəndidəki erməni dəstələri Şuşanı atıcı silahlardan atəşə tutublar. İtki yoxdur. Bu işin gedişatı yaxşı görülmür.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Sünik istiqamətində 2 erməni hərbçisi ilə əlaqə kəsilib. Onların silahsız olduğu və dumanlı havada itkin düşdükləri bildirilir. Axtarışlar nəticə verməyib və məsələ ilə bağlı rus sülhməramlılarına məlumat verilib. Onlar hərbçilərin Azərbaycan tərəfinə keçdiklərini ehtimal edirlər.

26 ildir nazir vəzifəsində işləyən və sabah 60 yaş yubileyini qeyd edəcək Kəmaləddin Heydərov İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilərək hədiyyəsini alıb.