AzVision
Відкрити в Telegram
2 742
Підписники
-124 години
+87 днів
+1030 день
Архів дописів
2 742
Repost from N/a
🇦🇲 Ermənistanın 5 müxalif siyasi birliyi – “Güclü Ermənistan”, “Ermənistan”, “Çiçəklənən Ermənistan”, “Erməni Milli Konqresi” və “Milli-demokratik qütb” birləşərək, hakimiyyətə qarşı mübarizənin yeni mərhələsinə başladıqlarını elan ediblər. Onların bəyan etdikləri məqsədlərdən biri belədir: “#Ermənistan Konstitusiyasının dəyişdirilməsinə imkan verməmək”. Bunsuz isə Azərbaycanla sülh mümkün olmayacaq.
Belə görünür ki, Azərbaycan-Ermənistan münasibətlərinin Qərbin çətiri altında normallaşmasına imkan verməmək üçün #Rusiya imkanlarını səfərbər edir. Parlament seçkisi sadəcə başlanğıc idi. Xəmir hələ çox su aparacaq.
2 742
Repost from N/a
📺 Sevimli #BakuTV-də dəyərli Elçin Əlibəyli ilə ənənəvi şənbə söhbətimizdə maraqlı bir geoiqtisadi paradoksun arxasında hansı planın gizləndiyini aydınlaşdırmağa çalışdıq.
2 742
✈️ Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.
2 742
🇺🇸🇺🇦 Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald #Tramp ilə Ukrayna Prezidenti Volodimir #Zelenski arasında telefon danışığı olub.
Telefon danışığı zamanı cəbhədəki vəziyyət və #Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə diplomatik proses müzakirə olunub.
Zelenskinin sözlərinə görə, müharibəni başa çatdırmaq üçün real perspektiv var və bu məsələdə ABŞ-nin qətiyyəti həlledici əhəmiyyətə malik olacaq.
Volodimir Zelenski, həmçinin vurğulayıb ki, #ABŞ Prezidenti ilə #NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində danışığı davam etdirmək barədə razılığa gəlib.
2 742
Rusiya Donbasdakı Konstantinovka şəhərini nəzarətə götürdüyünü iddia edir. Zelenski isə bunun yalan olduğunu bildirərək, Putini həmin şəhərdə görüqşməyə
2 742
🇮🇷🇺🇸 İranla #ABŞ arasında danışıqların növbəti raundu iyulun 11-də İslamabadda keçiriləcək.
#İran #Pakistan
2 742
⚽️ #Futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsinin bütün iştirakçıları bəlli olub.
Raundun oyun cədvəlini təqdim edirik:
4 iyul
21:00. Kanada – Mərakeş
5 iyul
01:00. Paraqvay – Fransa
6 iyul
00:00. Braziliya – Norveç
04:00. Meksika – İngiltərə
23:00. Portuqaliya – İspaniya
7 iyul
04:00. ABŞ – Belçika
20:00. Argentina - Misir
8 iyul
00:00. İsveçrə – Kolumbiya
⚽️ Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
2 742
🦗 Azərbaycanda çəyirtkələr niyə çoxalıb? │ Səbəblər
✔️ Son günlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən Sumqayıtda müşahidə olunan çəyirtkələrin böyük hissəsi Mərakeş çəyirtkəsi növünə (Dociostaurus maroccanus) aiddir. Bu növ Qafqaz və Mərkəzi Asiyada kənd təsərrüfatı üçün ən təhlükəli zərərvericilərdən biri hesab olunur.
❗️Köçəri çəyirtkə normal şəraitdə tək yaşayan həşəratdır. Lakin populyasiya sıxlığı artdıqda "gregar faza" adlanan mərhələyə keçir. Bu zaman serotonin səviyyəsinin yüksəlməsi nəticəsində davranışı, rəngi və hətta bədən quruluşu dəyişir. Nəticədə milyonlarla fərddən ibarət sürülər formalaşa bilir.
Davamı
2 742
🇺🇸 #ABŞ-də anomal istilər səbəbindən müstəqilliyin 250 illiyinə həsr olunmuş parad ləğv edilib.
2 742
🇮🇷 İranda Xameneyi ilə vida mərasimi zamanı üzərində "Trampı öldürün" yazılmış plakat qaldırılıb.
2 742
+2
🇷🇺🇺🇦 Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi zərbədən 4 nəfər ölüb, 6-sı uşaq olmaqla 27 nəfər yaralanıb.
2 742
🇮🇷 İran parlamentinin sədri Məhəmməd Qalibaf ali dini lider Xamneyi ilə vida mərasimində göz yaşlarını saxlaya bilməyib.
2 742
🎥 “National Geographic” kanalının istehsal etdiyi “Atlar və İnsanlar” (“Horses & Humans”) sənədli serialının ikinci mövsümünün Azərbaycandakı çəkilişlərinin ilk mərhələsi yekunlaşıb. Çəkilişlər Bakı, Şamaxı, Qobustan və Ağcabədidə aparılıb.
Yaradıcısı və icraçı direktoru İqnasiyo Sançes Sorondo olan “Atlar və İnsanlar” sənədli serialında müxtəlif xalqların qədim atçılıq ənənələri araşdırılır. Atların tarixən xalqın həyatında tutduğu yer əsas götürülməklə, onun milli adət-ənənələri, mədəni irsi də tanıdılır.
Sənədli serialın birinci mövsümünün çəkilişləri 8 ölkədə - Argentina, Braziliya, Meksika, Hindistan, Mərakeş, Səudiyyə Ərəbistanı, İndoneziya və Monqolustanda həyata keçirilmişdi. İkinci mövsümün üzərində işləyərəkən yaradıcı heyət Azərbaycandan başqa İspaniya, Kolumbiya ABŞ və digər ölkələrə səfər edəcək. Prosesin ikinci mərhələsi avqust-sentyabr aylarında baş tutacaq.
2 742
🇨🇳 Çinin Şansi əyalətində göydələnlərin damında qurulmuş suçiləyən sistem isti havalarda işə salınır. Nəticədə havanın temperaturu 5-8 dərəcə sərinləyir.
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
