Allah hər birimizin həyatına bir dəfə gəlir.
Üstəlik, o, müxtəlif qiyafədə - islanmış pişik, qoca, dilənçi qadın - kimi görünə bilər və taleyimiz ,bizim,belə bir görüş anında necə davranacağımızdan asılı ola bilər...
SİZƏ BİR HEKAYƏ DANIŞIM, DİQQƏTLƏ OXUYUN👇
“Bir vaxtlar bir kişi yaşayırdı. Və onun üç arzusu var idi: yüksək maaşla yaxşı bir işə sahib olmaq, gözəl, mehriban qızla evlənmək və... bütün dünyaya tanınmaq.
Həyatı boyu onun başına bəzi hadisələr gəlir, onlardan üçünü sizə danışacağam:
1. Soyuq bir qış səhərində bu cavan oglan (Qəhrəmanımız) məşhur şirkətə müsahibəyə tələsirdi. Görüşə 5 dəqiqə qalmışdı və o, hələ də bir neçə
küçə keçməli idiki şirkətə çatsın…Birdən onun düz qarşısında yaşlı bir kişi sürüşərək yıxıldı. Qəhrəmanımız kişiyə baxdı, onun sərxoş olduğuna qərar verdi və əl uzatmadan,dəstək vermədən yoluna davam etdi. Xoşbəxtlikdən müsahibəyə vaxtında çatdı. Təəssüf ki, o, arzusunda olduğu işə qəbul edilmədi.
2. İsti yay axşamında Qəhrəmanımız şəhəri gəzirdi. Küçə ifaçılarından ibarət qrupu görərkən ,tamaşadan həzz almaq üçün dayandı.Tamaşaçılar az idi, amma tamaşa əyləncəli və həyəcanlı idi. Tamaşa bitdikdən sonra alqış sədaları eşidildi və insanlar getməyə başladılar. Bizim Qəhrəman da getmək istəyərkən, kimsə cəsarətlə onun çiyninə toxundu. Bu, tamaşanın baş qəhrəmanı, qoca kloun idi. O, ondan tamaşanı bəyənib-bəyənmədiyini və aktyorlardan razı olub-olmadığını soruşmağa başladı. Lakin O, söhbəti davam etdirmək istəmədi və ikrahla üzünü çevirərək evinə getdi.
3. Yağışlı bir payız axşamı, Qəhrəmanımız dostunun ad günündən evə tələsirdi. Gün çox yorucu keçmişdi və o, tez vanna qəbul edib, isti, yumşaq çarpayıda yuxuya getməyin xəyalını edirdi.Birdən kiminsə hönkürtüsünu eşitdi…. Ağlayan bir qadın idi. O, qəhrəmanımızın evinin yaxınlığındakı skamyada oturmuşdu. O, çətirsiz ,tək idi və onu soyuq yağışdan yalnız gödəkçəsinin papağı qoruyurdu.Qəhrəmanımızı görən qadın,kömək üçün ona müraciət etdi. Ailəsində bir şey baş vermişdi və o, həqiqətən kiminləsə bunu ürəkdən paylaşmaq istəyirdi. Adam fikirləşdi,gözünün önündə hamam və çarpayı peyda oldu, və o ,dəhşətli dərəcədə məşğul olduğunu söyləyərək tələsik evə doğru getdi.
Qəhrəmanımız bədbəxt bir həyat yaşadı… Və öldü.
Və O, cənnətdə ona rəhbərlik edən mələyi ilə qarşılaşdı…
Və aralarında belə bir dialoq keçdi:
– Bilirsiniz, mən tamamilə bədbəxt və dəyərsiz bir həyat yaşadım. Üç xəyalım var idi, amma heç biri gerçəkləşmədi.
Çox heyif…
- Hmm... Dostum, sənin bütün arzularının gerçəkləşməsi üçün hər şeyi etdim, amma bunun üçün bircə dəfə mənə əl uzatmağın, gözünü açmağın və ürəyini isitməyin lazım idi.
-Nə haqda danışırsan,anlamıram!?
– Qışda sürüşkən yolda yıxılan adamı xatırlayırsanmı?Həmin adam sənin daxil olmaq istədiyim şirkətin baş direktoru idi. Səni başgicəlləndirici karyera gözləyirdi…
Səndən tələb olunan tək şey isə sadəcə əlini uzatmaq idi!
Davam edir…
Küçə tamaşasından sonra sənə suallarla gələn qoca klounu xatırlayırsanmı? O, sənə ilk baxışdan aşiq olmuş gözəl gənc aktrisa idi. Sizi birlikdə xoşbəxt gələcək, uşaqlar və ölməz sevgi gözləyirdi.
Sənə isə Sadəcə gözlərini açmaq lazım idi…
Və son olaraq deyir:
Evin yaxınlığında ağlayan qadını xatırlayırsanmı? Yağışlı bir axşam idi.Həmin qadın,yağış və öz göz yaşları ilə yaxşıca islanmışdı... O, məşhur yazıçı idi,ailə böhranından keçirdi və həqiqətən emosional dəstəyə ehtiyacı var idi. Əgər sən ona ,mənzilində isinməsinə kömək etsəydin,onu dinləyib təsəlli versəydin, o, bu hadisədən bəhs edəcək bir kitab yazacaqdı.O,Kitab bütün dünyada məşhur olacaqdı .Eləcə də sən!
Çünki ,müəllif əsas səhifədə bu əsərin ilham mənbəyi olaraq səni göstərəcəkdi…O zaman səndən tələb olunan tək şey ürəyinin kiçik bir qığılcımı idi.
Sən həmişə diqqətsiz idin, dostum…
Adam ah çəkdi və Ayın istoqamətində ulduzlu yolla yoluna davam etdi...
Bu hekayənin məğzi: Fərqində olun,işarələri görün və dinləyin, Allah sizə daima fürsətlər təqdim edir…
Və nəinki kömək istəməyi, həm də onu ləyaqətlə qəbul etməyi bacarmaq lazımdır!
S▪️N