Operativ Məlumat Mərkəzi
ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin! 📝Reklam və iş birliyi @swommfreeaz
Показати більше📈 Аналітичний огляд Telegram-каналу Operativ Məlumat Mərkəzi
Канал Operativ Məlumat Mərkəzi (@operativmm) у мовному сегменті Азербайджанська є активним учасником. На даний момент спільнота об'єднує 90 701 підписників, посідаючи 2 852 місце в категорії Новини і ЗМІ та 10 місце у регіоні Азербайджан.
📊 Показники аудиторії та динаміка
З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 90 701 підписників.
За останніми даними від 04 вересня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -8 593, а за останні 24 години на -39, загальне охоплення залишається високим.
- Статус верифікації: Верифікований (Офіційно підтверджено Telegram)
- Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 18.19%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 21.92% реакцій від загальної кількості підписників.
- Охоплення публікацій: В середньому кожен допис отримує 16 509 переглядів. Протягом першої доби публікація в середньому набирає 19 893 переглядів.
- Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 21.
📝 Опис та контентна політика
Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
“ℹ️ Dünyada və ölkəmizdə baş verən bütün hadisələri və xəbərləri buradan öyrənin!
📝Reklam və iş birliyi @swommfreeaz”
Завдяки високій частоті оновлень (останні дані отримано 05 вересня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Новини і ЗМІ.
Триває завантаження даних...
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 05 вересня | 0 | |||
| 04 вересня | +3 | |||
| 03 вересня | +1 | |||
| 02 вересня | +3 | |||
| 01 вересня | +3 |
| 2 | 🕊️ Serhat Kılıçın ölümü ilə bağlı yeni detallar
Aktyor Serhat Mustafa Kılıçın limfa xərçəngindən əziyyət çəkdiyi öyrənilib.
💔 Sevgilisi Özlem Esmergül bildirib ki, Kılıçdan cümə axşamından etibarən xəbər ala bilməyib. | 13 440 |
| 3 | 🚨 Türkiyəli aktyor Serhat Kılıç evində ölü vəziyyətdə aşkarlanıb.
🔎 İlkin müayinədə onun göz ətrafında, qol və ayaqlarında göyərmələr müəyyən edilib. Hadisə ilə bağlı araşdırma aparılır - Türkiyə KİV | 13 236 |
| 4 | 📢 Müəllimlərin işə qəbulu üzrə müsahibə nəticələri açıqlanıb
📩 Nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib.
✅ Uğur qazanan namizədlər tələb olunan sənədləri sentyabrın 10-u saat 18:00-dək aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. | 14 131 |
| 5 | 🇳🇵 Nepalda sel fəlakətinin 9-cu günündə möcüzəvi xilasetmə!
🛟 Sel və torpaq sürüşməsi nəticəsində 170 metr dərinlikdəki tuneldə 9 gün ilişib qalan iki işçi sağ çıxarılıb.
👷♂️ Sanjay Sah və Kabir Maharjan xilasedicilər tərəfindən tuneldən çıxarılaraq xəstəxanaya çatdırılıb. Hadisə Nepalda davam edən axtarış-xilasetmə əməliyyatlarına ümidləri artırıb. | 14 315 |
| 6 | ⚽️ “Sabah” klubundan uşaq futboluna 10 milyon manatlıq dəstək!
💰 Klub “Sabah Football Academy Future Talents” proqramı yaradacaq.
🇦🇿 Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ayrılan 5 milyon manat dövlət dəstəyinə klub da öz vəsaitindən 5 milyon manat əlavə edəcək.
📈 Beləliklə, proqramın ilkin kapitalı 10 milyon manat olacaq. Vəsaitin əsas məqsədi onu xərcləmək deyil, qoruyub artıraraq uzunmüddətli maliyyə mənbəyinə çevirməkdir.
🎟 Bundan əlavə, klubun UEFA Çempionlar Liqasında keçirəcəyi oyunların bilet satışından əldə olunan vəsaitin müəyyən hissəsi də proqrama yönəldiləcək.
👦 Layihə çərçivəsində istedadlı uşaqların aşkarlanması, peşəkar hazırlıq, müasir məşq metodları, tibbi təminat, performans analitikası və fərdi inkişaf istiqamətləri gücləndiriləcək.
🌍 “Sabah” gələcəkdə Cənubi Qafqaz və Mərkəzi Asiyadakı futbol akademiyaları və klublarla əməkdaşlığı genişləndirərək akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi hədəfləyir. | 14 737 |
| 7 | 🇦🇲Ermənistan Prezidenti 44 günlük müharibə zamanı ölkənin itkiləri ilə bağlı rəqəmi səhv açıqlayıb.
Prezidentin aparatından bununla bağlı üzr istənilib və dəqiqləşdirilib ki, müharibədə həlak olan ermənilərin rəsmi sayı 3 755 nəfərdir.
Qeyd edək ki, Ermənistan hakimiyyəti daha əvvəl 3 833 nəfərin öldüyünü, təxminən 160 nəfərin isə itkin düşdüyünü açıqlamışdı. | 14 369 |
| 8 | ⚖️🇦🇿 Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Ermənistanda keçirilən mətbuat konfransında azərbaycanlı olmayan məhbuslarla bağlı səsləndirilən işgəncə, dini ayrı-seçkilik və dini simvolların məhv edilməsi iddialarını əsassız və qərəzli adlandırıb.
📌 Ombudsman bildirib ki, bu cür iddialar etibarlı sübutlarla təsdiqlənməyib və Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesini pozmağa yönəlmiş cəhd kimi qiymətləndirilir.
🔎 Qeyd olunub ki, Ombudsmanın Milli Preventiv Qrupu müxtəlif vaxtlarda erməniəsilli şəxslərlə konfidensial görüşlər keçirib, onların tibbi və psixoloji vəziyyətini qiymətləndirib. Monitorinqlər zamanı həmin şəxslərin hüquqlarının ayrı-seçkiliyə yol verilmədən təmin edildiyi bildirilib.
🕊 Səbinə Əliyeva vurğulayıb ki, təsdiqlənməmiş məlumatların dini zəmində təqdim olunması cəmiyyətlər arasında etimadsızlığı artırır və sülhə zərər vurur. | 14 521 |
| 9 | Rusiyadan Ermənistana Azərbaycan ərazisindən növbəti tranzit yük göndəriləcək
🌾 5 vaqon — 355 ton buğda
🧪 3 vaqon — 180 ton gübrə
🪵 2 vaqon — 138 ton taxta
📍 Yüklər bu gün Böyük Kəsik istiqamətinə yola salınacaq. | 14 495 |
| 10 | 🚨 Zığ-Hava limanı yolunda ağır qəza – avtomobil körpünün divarına çırpıldı
Zığ-Hava limanı avtomobil yolunun, “beton yol” kimi tanınan hissəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ilə bağlı qaynar xəttimizə görüntülər daxil olub.
İlkin məlumata görə, hərəkətdə olan “Opel” markalı avtomobilin təkəri partlayıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil körpünün üzərindəki divara çırpılıb.
Qəza nəticəsində avtomobil ciddi zədələnib. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. | 14 533 |
| 11 | 🏟️⚽️ “Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarının stadionu bəlli oldu!
🇦🇿 “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsindəki 4 ev oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. 🏆
📅 13 oktyabr — “Slaviya” (Praqa)
📅 20 oktyabr — “Borussiya” (Dortmund)
📅 25 noyabr — “Barselona”
📅 20 yanvar 2027 — “Napoli”
🔥 Beləliklə, “Sabah”ın “Barselona”, “Borussiya Dortmund” və “Napoli” ilə oyunlarını Bakı Olimpiya Stadionunda izləmək mümkün olacaq. | 14 583 |
| 12 | YENİLƏNİBℹ️Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.
Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri – 1975-ci il təvəllüdlü Nazim Abdullayev, onun qızı, 2017-ci il təvəllüdlü F.Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyev ölüb.
Hadisə nəticəsində daha 9 nəfər – 2025-ci il təvəllüdlü V.Şıxəliyeva, 2025-ci il təvəllüdlü R.Abdullayev, 2004-cü il təvəllüdlü Nəzrin İsmayılova, 2025-ci il təvəllüdlü U.İsmayılov, 1985-ci il təvəllüdlü Sərraf Abdullayev, 2010-cu il təvəllüdlü Ceyran Abdullayeva, 2016-cı il təvəllüdlü F.Şıxəliyeva, 1983-cü il təvəllüdlü Vüsalə Abdullayeva və 2014-cü il təvəllüdlü G.Şıxəliyev xəsarət alıblar. | 15 272 |
| 13 | 🚨🚘 Şahbuzda “Prado” dərəyə aşdı: 3 nəfər öl*dü, 9 nəfər yaralandı
Naxçıvanın Şahbuz rayonunun Gömür kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
🚙 “Toyota Prado” markalı avtomobil dərəyə aşıb.
💔 Qəza nəticəsində 3 nəfər öl*üb, 9 nəfər yaralanıb.
🚑 Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır. | 15 333 |
| 14 | 🇦🇿🇮🇹 Meloni İlham Əliyevə təşəkkür edib
⚡️ İtaliyanın Baş naziri Giorgia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə xoş sözlərinə və iki ölkə arasında mövcud olan səmimi dostluğa görə təşəkkür edib.
🤝 Meloni Azərbaycan-İtaliya münasibətlərinin yüksək səviyyəsini vurğulayıb. | 15 447 |
| 15 | 🚇🇦🇿 Bakıda yeni metro stansiyasının adı məlum olub
Bakı Metropoliteninin Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiya “20 Sentyabr” adlandırılacaq.
📌 Qərar Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğu 20 sentyabr 2023-cü il tarixinin əbədiləşdirilməsi məqsədi daşıyır.
🇦🇿 Stansiyanın bu adlandırılması Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçiriləcək. | 15 682 |
| 16 | 🎓 2026-2027-ci tədris ili üzrə tələbə qəbulu yekunlaşıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul da başa çatıb. Bununla da builki tələbə qəbulunun əsas mərhələləri yekunlaşıb. ✅
📊 DİM sədri Məleykə Abbaszadənin sözlərinə görə, plan yerlərinin 97,71%-i dolub.
📌 Cəmi 1 393 plan yeri, yəni təxminən 2%-i boş qalıb.
🏫 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri tam dolub. 34 ali təhsil müəssisəsində isə dolma göstəricisi 95%-dən yüksək olub. | 15 689 |
| 17 | 🚌🚇 “20 Yanvar”dan “Həzi Aslanov”a yeni ekspres marşrut
📅 Sentyabrın 6-dan M7 avtobusları “20 Yanvar” metrostansiyasından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində hərəkət edəcək.
📍 “20 Yanvar” dayanacağı — Rövşən Cəfərov küçəsi, “Velotrek” ərazisinin qarşısı.
📍 “Həzi Aslanov” dayanacağı — Məhəmməd Hadi küçəsi, metrostansiyanın qarşısı. | 15 635 |
| 18 | 🛴⚠️ DİN-dən valideynlərə xəbərdarlıq: Uşaqlarınızın skuterdən istifadəsinə nəzarət edin!
Bakıda 11, 12 və 13 yaşlı üç azyaşlı bir skuterdə sutkanın qaranlıq vaxtı intensiv hərəkətin olduğu yollarda təhlükəli hərəkətlər edib.
🚦 Onlar əks istiqamətdə hərəkət edib, qırmızı işıqda keçib, təhlükəli manevrlər ediblər. Hətta skuterdəki uşaqlardan biri yolun hərəkət hissəsinə yıxılıb.
🙏 Xoşbəxtlikdən, hadisə qəza ilə nəticələnməyib.
👮♂️ DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi valideynlərə müraciət edərək bildirib ki, kiçik elektrikli nəqliyyat vasitələrini idarəetmə hüququ 14 yaşdan başlayır.
📢 Valideynlərdən övladlarına yol hərəkəti qaydalarını izah etmələri və skuterdən istifadə zamanı onlara nəzarət etmələri xahiş olunur.
⚠️ DİN bildirir ki, belə hallar aşkar edildikdə azyaşlıların valideynləri barəsində məsuliyyət tədbirləri görülür. | 15 538 |
| 19 | 🇦🇿İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib | 15 279 |
| 20 | 🚧 Biləcəri enişində yol tam bağlanacaq
📍 Təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
⏳ Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. | 15 405 |
