PATRUL.AZ
Закритий канал
Qaynar xətt 📲 WP: +99450 670 00 67 🔷 https://patrul.az 🔷 https://instagram.com/patrul.az 🔷 https://www.facebook.com/patrul.az 🔷 https://www.tiktok.com/@patrul.az.official 🔷 https://m.youtube.com/@patrulazxeber
Показати більше37 011
Підписники
+1324 години
+547 днів
-52130 день
Архів дописів
37 017
🔴Yol polisinə tabe olmayıb canlı açan həmin sürücü həbs edildi - Narkotik...
Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb.
Avtosfer.аz xəbər verir ki, müəyyən edilib ki, axtarışda olan, atasına məxsus “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İsrafil Əliyev narkotik vasitənin təsiri altında olub. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.
37 017
⚡️Prezidentin Fərmanı ilə:
● Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və işçilərinin ştat sayının həddində dəyişiklik edilib
● Xidmətin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydasında dəyişiklik təsdiq edilib.
37 017
⚡️Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir.
· Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir. · Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək. · Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.
37 017
🇬🇷 Yunanıstanın Rodos adasında bərədən dənizə tullanan 94 yaşlı Georgios Kaqais.
O, bunu 79 ildir ki, hər gün edir.
37 017
Bakıda marketdən oğurluq KAMERALARA DÜŞDÜ
Bakının Nizami rayonunda marketlərin birindən oğurluq edilib.
Naməlum şəxs obyektə daxil olaraq kassada olan nağd pul vəsaitini, lotereya biletlərini və müxtəlif növ tütün məmulatlarını talayıb. Hadisə zamanı zərərçəkənə 5 min manata yaxın maddi ziyan vurulub.
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Fərid Ağayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
37 017
Xızı meşələrinin yaxınlığında yerləşən “Altıağac Cənnət Bağı”nda “zoopark” adı altında müxtəlif vəhşi heyvanlar saxlanılır. Lakin sosial şəbəkələrdə heyvanların saxlanma şəraitinin qənaətbəxş olmadığı ilə bağlı görüntülər yayılıb.
37 017
🇦🇿Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib.
37 017
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
İyunun 2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
37 017
❗️Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə gedişi üçün ödənişin məbləği müəyyən olunub:
Minik avtomobilləri - 6,99 manat;
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri - 8,62 manat;
Avtobuslar üzrə - 5,77 manat;
✅Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ənənəvi yoldan 19,7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması istifadəçilərə vaxtla yanaşı, yanacağa da qənaət etməyə imkan verəcəkdir.
37 017
⚡️Qubanın üç kəndinin adı dəyişdirilib:
Vladimirovka ➡️ Elbir kəndi;
Alekseyevka ➡️ Çinarlı kəndi;
Timiryazev ➡️ Bəhrəli kəndi.
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 
