uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку 👈

PASHA Bank Design

PASHA Bank Design

Відкрити в Telegram

Bu kanalda siz PAŞA Bank dizayn komandası tərəfindən seçilmiş UX/UI dizayn haqqında faydalı kitablar, məqalələr, sitatlar, resurslar əldə edəcəksiniz.

Показати більше
1 194
Підписники
Немає даних24 години
+17 днів
+130 днів
Архів дописів
Claude Haiku 5.5 bençmarklarda öncəki versiyası və GPT-6 Lunanı geridə qoyur Anthropic öz ən yüngül Sİ modeli — Haiku-nu yeni
Claude Haiku 5.5 bençmarklarda öncəki versiyası və GPT-6 Lunanı geridə qoyur Anthropic öz ən yüngül Sİ modeli — Haiku-nu yeniləyib. Əsas üstünlüyü ucuz qiymətindədir: Haiku 5.5 əvvəlki 4.5 versiyasından 10 dəfə daha ucuz başa gəlir. Sənədlər, tərcümə, xülasə etmə, mətn yazma və axtarış üçün idealdır.

ChatGPT "Intelligent UI" təqdim edib: çatbot generativ interfeysə çevrilir Dünən OpenAI GPT-6 ilə birlikdə "Intelligent UI" t
ChatGPT "Intelligent UI" təqdim edib: çatbot generativ interfeysə çevrilir Dünən OpenAI GPT-6 ilə birlikdə "Intelligent UI" təqdim edib. Bu funksiya ilə ChatGPT cavabı adi mətn kimi yox, kiçik interaktiv elementlərlə qura bilir. Model cavabı generasiya etdikcə xüsusi kompilyator interfeysi hissə-hissə ekrana çıxarır. Bu, maketin necə qurulacağına modelin özünün qərar verdiyi bir dizayn sistemidir. Hansı cavabda vizual və ya interaktiv element lazım olduğunu model özü müəyyən edir. Sadə suallara cavab yenə mətnlə gəlir, amma istifadəçi istənilən vaxt interfeys istəyə bilər. Funksiya veb və mobil versiyalarda işləyir. Plus, Pro, Business və Enterprise üçün 7 oktyabrda açılıb, Free və Go istifadəçiləri isə bu gün əlavə olunur. Bu, ilk belə keçid deyil: bir müddət öncə Google "Generative Interface" konsepsiyasını təqdim etmişdi. Komponent kitabxanası və onun istifadə qaydaları artıq yalnız insanlar üçün yox, həm də AI üçün yazılır. Sual artıq "maketi kim çəkir" deyil, "qaydaları kim müəyyən edir"-dir.

+5
Qatlanan iPhone Duo üçün 5 yeni StandBy üzü sızıb iOS 27.1 kodunda Home Camera (9 kamerayadək görüntü), Home Modular, Snoopy, Flow və Fade adlı StandBy üzləri aşkarlayıblar. Bu üzlər yeni form-faktorda "passiv ekran" dizaynının necə inkişaf etdiyini göstərir.

🏔️ Heç bilirsiz The North Face loqosundakı 3 xətt nədir? Bu xətlər abstrakt işarə deyil, Yosemit Milli Parkında yerləşən məş
🏔️ Heç bilirsiz The North Face loqosundakı 3 xətt nədir? Bu xətlər abstrakt işarə deyil, Yosemit Milli Parkında yerləşən məşhur "Half Dome" ("Yarım günbəz") qranit qayasını təsvir edir. Dağın bir tərəfi həqiqətən vertikal sıldırımdır. Loqonu 1971-ci ildə dizayner Devid Alkorn yaradıb. İndi isə ən maraqlısı. Şimal yarımkürədə istənilən dağın şimal tərəfi daha az günəş işığı alır. Dağın şimal üzü ən soyuq, ən sərt və alpinistlər üçün ən çətin yoldur. 1966-cı ildə kiçik alpinizm mağazası açarkən Duqlas Tompkins məhz bu ideyanı brendin əsasına qoyur: zirvəyə aparan ən ağır yol. Dağa daha günəşli və rahat cənub tərəfdən də çıxmaq olar. Amma kəşf etməkdən dayanma, hər gün komfort zonandan çıx, ən çətin yolu seç: dağın şimal üzünü, yəni "The North Face"-i. Ad bunu deyir, yanındakı Half Dome-un sıldırım divarı isə göstərir. Dünyada ən tanınan brendlərdən birinin belə maraqlı mənası olduğunu bilirdiniz? Foto: @raycaosf

✦ Nielsen Norman Group UI-da süni intelektdən istifadəni nə vaxt açıqlamaq lazım olduğuna qərar vermək üçün PACED metodunu tə
+3
✦ Nielsen Norman Group UI-da süni intelektdən istifadəni nə vaxt açıqlamaq lazım olduğuna qərar vermək üçün PACED metodunu təqdim edib. NN/Group ✦ Google Pixel VIPs vidcetini sadələşdirdi: tam ekran variantı ləğv olundu, iki sabit ölçü qaldı. 9to5Google ✦ Meta keçən həftə Connect 2026-da təxminən 100 qramlıq VR eynəyini təqdim edib. Bu eynəkdə periferiya açıq qaldığı üçün istifadəçi ətrafı görə bilir. UploadVR ✦ Bentley ilk elektromobili olan Torcal-ın salonunda böyük ekranlar əvəzinə fiziki idarəetmə elementlərinə üstünlük verir. Creative Bloq ✦ Maraqlı brend aydentikası: Templo DeafCity Hub üçün aydentikanı real əl jestlərinin motion capture ilə yazılması əsasında qurub. Əlçatan dizayn həm canlı, həm də autentik ola bilərmiş. It's Nice That ✦ Kamera arxası video Apple Games reklamının Sİ ilə deyil, əl işi stop-motion ilə çəkildiyini göstərir. Videonu izlə ✦ Adobe MAX 2026-nın (10–12 noyabr) proqramı açıqlandı: 208 sessiyadan 25-i Sİ-yə həsr olunub. Creative Bloq

iPhone Duo solaxaylar üçün sual doğurur Apple-ın ilk qatlanan telefonu iPhone Duo 23 oktyabrda satışa çıxır. Bağlı vəziyyətdə
iPhone Duo solaxaylar üçün sual doğurur Apple-ın ilk qatlanan telefonu iPhone Duo 23 oktyabrda satışa çıxır. Bağlı vəziyyətdə cihazın forması onu kitab kimi sağdan açmağa dəvət edir, Dock isə ekranın sağ tərəfindədir. Apple onu sola keçirən əlçatanlıq ayarının olub-olmayacağını hələ açıqlamayıb, ona görə də interfeys sağ əl üçün hazırlanmış kimi görünür. iOS 27 qatlanan format üçün iki tətbiqi yan-yana açan Split View və şaquli Dynamic Island gətirir. Dizaynerlər üçün iş artır: iOS layout-ları artıq bir neçə ekran nisbətinə və iki tətbiqli rejimə uyğunlaşmalı, solaxay istifadə isə ayrıca yoxlanmalıdır.

Yenilənmiş “PAŞA Bank Biznes” tətbiqi artıq istifadənizdə! Redizayn tətbiqə daha rahat interfeys, daha sürətli əməliyyatlar və daha çox funksionallıq gətirir. • Çatbot ilə operativ canlı dəstək; • Müraciətləri izləmək imkanı; • “Tarifim” xidmətinin aktivləşdirilməsi; • Onlayn biznes kreditinə müraciət; • Linklə ödəniş xidməti; • Qonaq rejimi. Yükləmə linki: https://pshb.az/PASHA-Business-App

Google Stitch — İdeyadan birbaşa UI-a keçid 🔥 Mart ayındakı yenilənmədən sonra əsas funksionallıqlar: Mətndən dizayna Sadəcə
Google Stitch — İdeyadan birbaşa UI-a keçid 🔥 Mart ayındakı yenilənmədən sonra əsas funksionallıqlar: Mətndən dizayna Sadəcə nə istədiyinizi yazırsınız. Məsələn, AI maliyyə asisstenti. Alət özü dizayn hazırlayır. Nəticə mükəmməl olmaya bilər. Amma başlanğıc nöqtən artıq var. Şəkildən dizayna Əllə çəkilmiş eskiz və ya hər hansı skrinşotu yükləyirsiniz, Stitch onu analiz edib işlək rəqəmsal interfeysə çevirir. Səsli idarəetmə Həmkarınızla danışırmış kimi: "Düyməni böyüt" və ya "Rəngi dəyiş". Heç bir texniki terminə ehtiyac olmadan birbaşa səsli düzəlişlər edir. Figma inteqrasiyası Dizaynı qruplaşdırılmış və "Auto Layout" dəstəkli şəkildə birbaşa Figma-ya köçürmək mümkündür. Kod generasiyası Dizaynı developerə rahat təhvil vermək üçün TypeScript, HTML, CSS və ya Tailwind kodlarını təqdim edir. Dizayn sistemi və DESIGN.md İstənilən saytın URL-dən dizayn sistemi çıxarır. DESIGN.md faylı isə bu qaydaları saxlayıb başqa layihələrdə istifadə etmək olur. Stitch hələ beta mərhələsindədir, amma sınamağa dəyər ✨

Canlı yayımın davamı buradadır: https://youtube.com/live/Y-S6EVNfIE8?feature=share

Bir azdan, saat 19:00-da canlı dizayn revyuda görüşürük 👋 https://youtube.com/live/WMZviMfMBdU?feature=share

#review Canlı yayımda Dizayn Revyu Sabah, 18 mart, saat 19:00-da efirdəyik! Göndərilən işlərin hər birinə baxa bilməyəcəyik —
#review Canlı yayımda Dizayn Revyu Sabah, 18 mart, saat 19:00-da efirdəyik! Göndərilən işlərin hər birinə baxa bilməyəcəyik — işlər çoxdur, vaxt isə az — amma hamısının içindən ən maraqlılarını seçdik ki, hər kəs özünə faydalı "insight" götürə bilsin. Tarix: 18 Mart, 19:00 Yayımdan öncə link paylaşılacaq 🔥

Young Lions Azerbaijan 2026 haqqında daha ətraflı məlumat almaq istəyirsiniz? 🦁 Young Lions müsabiqəsi ilə bağlı sizi maraql
Young Lions Azerbaijan 2026 haqqında daha ətraflı məlumat almaq istəyirsiniz? 🦁 Young Lions müsabiqəsi ilə bağlı sizi maraqlandıran bütün suallara cavab tapmaq istəyirsinizsə, 18 mart 2026 tarixində keçiriləcək infosessiyaya qoşula bilərsiniz. Bu infosessiyada Cannes Lions Festivalının rəsmi təmsilçisi Fərhad Şabanov sizə müsabiqə haqqında ətraflı məlumat verəcək, müsabiqənin qaydaları, yarışma prosesi və digər vacib məqamları izah edəcək. Young Lions-da iştirak etməyi planlaşdıran hər kəsin infosessiyaya qatılması tövsiyə olunur. Qeydiyyat üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSfimtZS1m4iBBeDuuD-1QK2hh2eLth8fygrXqUwfHzxt0TufQ/viewform 📅 18.03.2026 🕚 11:00 📍 Məkan: Yaradıcı Mərkəz (Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 31)

Young Lions Azerbaijan 2026 Early Bird qeydiyyatının bitməyinə 3 gün qaldı 🗓️ 15 martadək daha sərfəli şərtlərlə qeydiyyatda
+2
Young Lions Azerbaijan 2026 Early Bird qeydiyyatının bitməyinə 3 gün qaldı 🗓️ 15 martadək daha sərfəli şərtlərlə qeydiyyatdan keç, qalib ol və dünyanın ən nüfuzlu yaradıcılıq festivalı Cannes Lions-da Azərbaycanı təmsil etmək şansı qazan! Müsabiqəyə dizayn, print və ya film kateqoriyası üzrə qoşulmaq mümkündür. Hər 3 kateqoriya üzrə münsiflər heyəti artıq bəllidir. Qeydiyyat üçün: 1. www.canneslions.az saytına daxil ol 2. "Buy a pass" bölməsindən Young Lions-u seç 3. Məlumatları doldur və yerini rəsmiləşdir.

Figma keçən həftə Slots təqdim etdi. Bu funksiya komponentlərin içindəki elementləri daha çevik şəkildə idarə etməyə və komponenti detach etmədən dəyişikliklər etməyə imkan verir. Slots istifadə etmək üçün ilk olaraq komponentdə istədiyiniz frame-i seçin və onu slot formatına çevirin. Bu addım frame-in içindəki elementləri slot kimi istifadə etməyə imkan yaradır. Sonra sağ üst küncdə yerləşən plus (+) düyməsinə klikləyin və açılan siyahıdan əsas istifadə etmək istədiyiniz instance-ları seçin. (Burada ancaq komponentlərdən seçim edə bilərsiniz). Daha sonra komponentdən istifadə edərək slot-larla işləyə bilərsiniz. Slot-ları digər slot-ların içində yerləşdirə, elementləri istədiyiniz kimi hərəkət etdirə, yeni elementlər əlavə edə və ya artıq lazım olmayanları silə bilərsiniz. Bu şəkildə komponentin strukturunu pozmadan dizaynı daha çevik şəkildə idarə etmək mümkündür.

#review Canlı yayımda Dizayn Revyu 🤔 Ətrafında dizayner yoxdur və işlərinə detallı və konstruktiv geridönüş ala bilmirsən? ✅
#review Canlı yayımda Dizayn Revyu 🤔 Ətrafında dizayner yoxdur və işlərinə detallı və konstruktiv geridönüş ala bilmirsən? ✅ Dizayner üçün kritika müqəddəsdir — məhz buna görə Dizayn revyuda iştirak etməlisən. Ən sevdiyin işini bizə göndər, PAŞA Bank dizayn komandasının üzvləri canlı yayımda rəy versin. Hansı işləri göndərə bilərsiniz? Veb və ya mobil üçün hazırladığınız istənilən dizayn işini bizimlə paylaşa bilərsiniz. İstifadəçi axını (flow) və məntiq aydın görünəcək qədər screen əlavə etməyiniz kifayətdir. İşiniz həm UI, həm də UX baxımından nəzərdən keçiriləcək. Göndərərkən qısa izahedici mətn də qeyd etməyi unutmayın. Format: Yüksək keyfiyyətli JPG, "clickable" prototip və ya Figma linki. İşləri bura göndərin: nigar.osman@pashabank.az Son tarix: 15 Mart, 23:59 Revyu tarixi: Canlı yayımın vaxtı yaxın günlərdə PASHA Bank Design kanalında paylaşılacaq. ✨

Slots ilə detach etməyə əlvida! 🚀 Dizayn sistem komandada konsistensiya yaradır, amma çox zaman olur ki, dizaynerlər komponentləri detach etməyə məcbur qalır. Yeni Slots funksiyası komponentin strukturunu pozmadan onun daxili kontentini dəyişməyə imkan verir. Slots bu həftə open beta-da olacaq, sınamağa dəyər 👀

“Dinləmədiyim, amma sevəcəyim, və ya bir-iki mahnısını eşitdiyim bir ifaçı tap. Zövqümə uyğun ən yaxşı mahnılarını topla və m
“Dinləmədiyim, amma sevəcəyim, və ya bir-iki mahnısını eşitdiyim bir ifaçı tap. Zövqümə uyğun ən yaxşı mahnılarını topla və mənə pleylist şəklində elə göstər ki, ifaçının sənəti ilə tanış olum.” Spotify promptla pleylist düzəltməyi Britaniya, İrlandiya, Avstraliya və İsveçdə yoxlamağa başlayıb. Əhval, vayb, xatirə və ya ideyanı yazırsan, AI dərhal sənin dinləmə tarixçənə və trendlərə əsaslanaraq pleylist yığır, hər bir mahnının da niyə uyğun olduğunu qısa izah edir.

Figma Makethon bu gün başlayır! Ümumi mükafat fondu 100 000$-dır. Bu gün Bakı vaxtı ilə 21:00-da Figma-nın yeni hakatonu star
Figma Makethon bu gün başlayır! Ümumi mükafat fondu 100 000$-dır. Bu gün Bakı vaxtı ilə 21:00-da Figma-nın yeni hakatonu start götürəcək. Artıq 1000-dən çox dizayner yarışa qoşulub. Qoşulmaq üçün Contra platformasında qeydiyyatdan keçin, “Join challenge” klikləyin və qaydalarla tanış olun.

Yaradıcı gənclər üçün ilin ən böyük müsabiqəsi başlayır 🚀 Dostlar, kreativ sahədə fəaliyyət göstərirsinizsə, bu şansı qaçırm
Yaradıcı gənclər üçün ilin ən böyük müsabiqəsi başlayır 🚀 Dostlar, kreativ sahədə fəaliyyət göstərirsinizsə, bu şansı qaçırmayın! Young Lions Azerbaijan 2026 müsabiqəsinə qeydiyyat açıqdır. Bu, sadəcə bir yarışma deyil, həm də yaradıcılığınızın sərhədlərini yoxlamaq üçün əla fürsətdir. 🦁 Nə etməli? Özünə güvənən komanda yoldaşı tap və bu 3 kateqoriyadan birində gücünü göstər: ✦ Print 🖼 ✦ Dizayn 🎨 ✦ Film 🎬 🎫 İştirakçılara nə vəd olunur? Qeydiyyatdan keçməklə siz təkcə müsabiqəyə qatılmırsınız, həm də 15-16 may tarixlərində baş tutacaq möhtəşəm Baku Flames festivalına giriş əldə edirsiniz. Bura həm networking, həm də mükafat gecəsinin həyəcanı daxildir! Qeydiyyat üçün: 1. www.canneslions.az saytına daxil ol 2. "Buy a pass" bölməsindən Young Lions-u seç 3. Məlumatları doldur və yerini rəsmiləşdir Gələcəyin aslanları, səhnədə görüşənədək! 🚀🌟

UX/UI artıq bir peşə adı deyil, fərqli düşüncə tiplərini özündə cəmləşdirən ekosistemdir. UX/UI dizayner hansı rollara bölünür, hər rol biri birindən necə fərqlənir, nəyə fokuslanır, hədəfi nədir — hamısını bir yerə topladıq. 🔮 UX designer: Məntiq və struktura fokuslanır. Məqsədi məhsulu anlaşılan etməkdir. Alətlər: User flow, wireframe, prototip. 🖼️ UI designer: Vizual estetikaya fokuslanır. Məqsədi aydın və vahid vizual dil yaratmaqdır. Alətlər: Rəng, tipoqrafika, komponentlər. 📦 Product designer: UX/UI + Biznes məntiqi. Məqsədi məhsulu həm istifadəçi üçün faydalı, həm biznes üçün gəlirli etməkdir. Alətlər: Analitika, A/B test, MVP. 🔍 UX researcher: İstifadəçinin davranış və motivasiyasına fokuslanır. Məqsədi ehtiyacların səbəbini anlamaqdır. Alətlər: İntervyu, sorğular, JTBD. 👋 Interaction designer: İnterfeysin dinamikasına fokuslanır. Məqsədi qarşılıqlı əlaqəni intuitiv və canlı etməkdir. Alətlər: Animasiya, jestlər, keçidlər. 🧑‍🎨 Visual designer: Stil və brendin emosional obrazına fokuslanır. Məqsədi vizual konsepsiya yaratmaqdır. Alətlər: Aydentika, illüstrasiya, qrafika. 🍽️ Service designer: Həm onlayn, həm oflayn təcrübəyə fokuslanır. Məqsədi bütün xidmət yolunu rahat etməkdir. Alətlər: Service blueprint, CJM. 🪐 Design system designer: Qaydalar və standartlaşmaya fokuslanır. Məqsədi inkişafı sürətləndirmək və vahidliyi qorumaqdır. Alətlər: Kitabxanalar, tokenlər. 📝 UX writer: Mətnlər vasitəsilə aydınlığa fokuslanır. Məqsədi qeyri-müəyyənliyi aradan qaldırmaqdır. Alətlər: Mikrokopiraytinq, Tone of Voice. 🏎️ Motion designer: Hərəkətin UX-ə təsirinə fokuslanır. Məqsədi anlaşıqlılığı və emosiyaları gücləndirməkdir. Alətlər: Micro-motion, keçid effektləri. 📈 Growth designer: Metriklərə və böyüməyə fokuslanır. Məqsədi əsas göstəriciləri (satış, aktivlik) yüksəltməkdir. Alətlər: Paywall, referal mexanikaları.