İnnab Business Review
Відкрити в Telegram
Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz
Показати більше856
Підписники
Немає даних24 години
-27 днів
-530 день
Архів дописів
Independent Samples T testi etmək istəyirik, amma power analysis aparmalıyıq ki, görək analizin gücü nə qədər olacaq.🤓
Bu suala cavab tapmaq üçün isə Pooled St.Dev hesablaması həyata keçirmək lazımdır. Bu videoda Pooled St.Dev-i (Standard Deviation) Excel üzərində tapmaq üçün həm formulunu görəcəyik, həm də əməliyyatların icrasına baxacağıq.✅
İşçilər və işəgötürənlər arasında 3️⃣ ziddiyyət
İşəgötürənlər işçilərin artan gözləntilərini qarşılamaqda çətinliklərlə üzləşirlər. Şirkətlər istedadları cəlb etmək və saxlamaq üçün bu gözləntiləri daha yaxşı anlamalı və qarşılamalıdırlar.
1️⃣ Uzaqdan iş və çevik iş qrafiki
Əməkhaqqıdan sonra çevik iş qrafiki yeni iş axtarışı üçün ən böyük səbəb olaraq qalır. Çevik iş qrafiki qadınlar üçün xüsusilə vacibdir.
Digər tərəfdən, ofisə qayıtmağın tərəfdarları hesab edirlər ki, uzaqdan işin diqqəti yayındırmaq və təcridolunma riski kimi böyük çatışmazlıqları var. Bu şəxslər düşünürlər ki, ofisdaxili qarşılıqlı əlaqələr innovasiya və şirkət mədəniyyətinə böyük fayda gətirir.
2️⃣ Əməkhaqqı şəffaflığı
Araşdırmalar göstərir ki, iş elanlarında əmək haqqı aralığının olmaması iş axtaranların müraciət etməməsinin ən böyük səbəbidir. Təxminən dörd iş axtarandan üçü elanı nəzərdən keçirərkən əməkhaqqı məlumatlarına üstünlük verir və əməkhaqqı qeyd olunduqda müraciət etmək ehtimalının daha yüksək olduğunu bildirir. Bununla belə, iş elanlarının yarısında hələ də əməkhaqqı qeyd olunmur.
3️⃣ Namizəd təcrübəsi
Namizədlərin təqribən 50%-i iş axtarış prosesinin hədsiz dərəcədə çətin olduğunu düşünür və həddindən artıq uzun prosesdən, bir neçə raund müsahibədən keçməli olduqlarını bildirirlər. Bununla yanaşı, bir çox hallarda namizədlərə geri dönüş edilmir.
İşçilərlə işəgötürənlər arasındakı ziddiyyətlərin aradan qaldırmaması təşkilatlar üçün ciddi nəticələrə səbəb ola bilər. Şirkətlər hazırda əmək bazarında üstünlüyə malik olsalar da, bu, əbədi olaraq belə qalmayacaq. İşçi qüvvəsinin gözləntilərinə cavab verən liderlər istedadlar uğrunda mübarizədə qalib gələcək və şirkətləri inkişaf edəcək. Digərləri isə yüksək kadr axını və yeni istedadların işə götürülməsi ilə bağlı çətinliklərlə üzləşəcəklər.
Exceldə iki tarix arasında bayram günləri də olarsa, iş günlərinin sayının tapılma yolunu bilirsənmi?🤔
Cavabından asılı olmayaraq videonu izlə, özünü sına, bilgini yenilə!😌
Karyera inkişafı
Karyera inkişafı işçilərin karyeralarında bir sıra mərhələlərdən keçdiyi prosesdir. Bu mərhələlərin hər biri fərqli mövzular və tapşırıqlarla xarakterizə olunur. Güclü karyera inkişafı proqramı vasitəsilə təşkilatlar eyni vaxtda həm təşkilatın biznes məqsədlərinə, həm də işçinin şəxsi maraqlarına, məqsədlərinə və istəklərinə uyğun gələn strategiyalar hazırlaya və həyata keçirə bilərlər.
Karyera inkişafı iki prosesdən ibarətdir:
1️⃣ Karyera planlaması
Fərdlərin iş həyatlarına istiqamət vermək üçün yerinə yetirdikləri hərəkətlər və fəaliyyətlər karyera planlaması adlanır. Rəhbərlər, supervayzerlər və insan resursları mütəxəssisləri karyera planı yaratmaq üçün işçilərin bacarıq və qabiliyyətlərini qiymətləndirərək onlara kömək edirlər. Karyera planlamasının diqqət mərkəzində fərd və onun şəxsi məsuliyyətləri dayanır.
Karyera planlamasının komponentləri:
📌 Şəxsi qabiliyyət və maraqları müəyyən etmək;
📌 Şəxsi karyera məqsədlərini planlaşdırmaq;
📌 İnkişafla bağlı seçimləri rəhbərə bildirmək;
📌 Təşkilat daxilində və xaricində karyera yolu seçimlərini qiymətləndirmək;
📌 Təşkilatın ehtiyaclarını ödəyən karyera planı hazırlamaq.
📌 Öyrənmə və inkişaf imkanlarını axtarmaq və onlarda iştirak etmək.
2️⃣ Karyera menecmenti
Karyera menecmenti əsas diqqəti təşkilatın məqsəd və ehtiyaclarına yetirməklə işçinin karyera yolunu hazırlamaq, həyata keçirmək və izləmək prosesidir.
Karyera menecmentinin komponentləri:
📌 Gələcək təşkilati kadr ehtiyaclarını müəyyənləşdirmək;
📌 Karyera strategiyalarını və inkişaf proqramlarını qiymətləndirmək;
📌 Karyera inkişafı proqramları (karyera yolları və nərdivanları) yaratmaq;
📌 Təşkilati ehtiyacları fərdi qabiliyyətlərlə uyğunlaşdırmaq;
📌 İş yerində inkişaf, kouçinq və karyera təlimini təmin etmək.
Karyeranı data analitika istiqamətində planlayırsan?
O zaman sənə fürsət dolu siyahı!
Nəzər yetir, bəlkə peşəkar həyatınla bağlı planlarının başlanğıcı məhz buradadır.💡😌
1. https://busy.az/vacancy/129013/data-analyst
2. https://busy.az/vacancy/128556/data-analyst-marketing-performance
3. https://busy.az/vacancy/128489/senior-fraud-data-analyst
4. https://busy.az/vacancy/128277/junior-hr-data-analyst
5. https://busy.az/vacancy/128265/data-analyst
6. https://busy.az/vacancy/127564/data-analitik
7. https://busy.az/vacancy/126763/data-analitik
8. https://busy.az/vacancy/126541/aparici-oracle-dba
9. https://busy.az/vacancy/126439/senior-data-analyst
10. https://www.hellojob.az/vakansiya/data-analitik-23
İşə qəbuldən imtina məktubuna cavab verməyin 3️⃣ yolu
Əmək bazarında rəqabət yüksək olduğundan işə qəbul olunmaq asan deyil. E-poçt vasitəsilə imtina cavabı almaq artıq sizə təəccüblü gəlməyə bilər. Bəziləri buna məhəl qoymur və digər müraciətlərə keçir, lakin imtina cavabı aldıqda bu 3 addımı ata bilərsiniz:
1️⃣ Təşəkkür məktubu yazın.
İmtina məktubuna necə cavab verdiyiniz sizin haqqınızda çox şey deyir. Müraciətinizi nəzərdən keçirmək üçün ayırdıqları vaxta görə minnətdarlığınızı bildirin. Onlar gələcəkdə başqa bir vəzifə üçün sizi yenidən nəzərdən keçirə bilərlər. İşəqəbul mütəxəssisləri nəzakət və peşəkarlıq nümayiş etdirən namizədləri daha yaxşı xatırlayırlar.
Nəzərə alın ki, bəzi şirkətlər uyğun olmayan namizədləri, ümumiyyətlə, məlumatlandırmırlar. Ona görə də sizə imtina cavabının gəlməsi şirkətin dəyərlərinin göstəricisidir.
2️⃣ Müraciətinizə yenidən baxmalarını xahiş edin.
İmtina cavabını həmişə qəbul etmək məcburiyyətində deyilsiniz, etiraz edə bilərsiniz. Vəzifənin tələb etdiyi müvafiq bacarıqlarınızı və şirkət üçün uyğun olan cəhətlərinizi qeyd etməklə imtina məktubunu etiraz məktubu ilə cavablaya bilərsiniz.
Əgər müsahibə götürən şəxslə yaxşı münasibət qurmusunuzsa, sizi işə götürmələrinə nəyin mane olduğunu anlamaq üçün telefon zəngi planlaşdırmağı xahiş edə bilərsiniz.
Unutmayın ki, onlar artıq bu vəzifəni başqasına təklif etmiş ola bilərlər, ona görə də işəgötürənə sizi oxşar vəzifələrə nəzərdən keçirmək üçün bir az sərbəstlik verin. Etiraz zamanı hörmətlə yanaşın və nə üçün vəzifə və ya şirkət üçün ideal namizəd olduğunuza dair güclü faktlar irəli sürdüyünüzdən əmin olun.
3️⃣ Dostunuzu tövsiyə edin.
İmtina məktubuna nəzakətlə cavab verməyin başqa bir yolu vəzifəyə uyğun ola biləcək dostunuzu tövsiyə edərək şirkətə kömək etməkdir. Cavabınızda rəyə görə və ya müraciətinizin gedişatı ilə bağlı sizinlə əlaqə saxladıqları üçün şirkətə təşəkkür edin. Onlara qərarlarını başa düşdüyünüzü bildirin, eyni zamanda vəzifə üçün nəzərdən keçirə biləcəkləri birini tanıdığınızı qeyd edin və həmin dostunuzun əlaqə məlumatını onlara verin.
Statistika göstərir ki, tövsiyə edilən namizədlərin işə götürülmə ehtimalı 4 dəfə daha çoxdur. Beləliklə, siz yalnız dostunuza işə düzəlmək üçün deyil, işəgötürənə də yaxşı bir namizəd tapmaq üçün yaxşılıq edirsiniz. Bəlkə də, onlar sizin yaxşılığınızı yada salıb gələcəkdə əvəzini qaytaracaqlar.
İnnab Business School öyrənmə prosesinə verdiyi önəmi sadəcə sözdə yox, əməldə də daim göstərir.😌
Növbəti təşəbbüsümüz Youtube kanalımızda məhz bizim izləyicilər üçün Biznes Statistikası dərslərindən ibarət videolar toplusu yaratmaq oldu!🤩
Bəli, düz eşitdin, bu dərslərə qoşulub bəhrələnməyin üçün lazım olan tək vasitə sadəcə Youtube platformasıdır.
Qarşılığında isə aşağıdakıları əldə edəcəksən:
* analitik düşünmə bacarığı
* mürəkkəb proseslərin analizi
* düzgün qərar vermə
* risklərin və itkilərin proqnozlaşdırılması
* strateji planlaşdırma və s.
Bilik paylaşdıqca artar dedik və paylaşdıq, artıq işin davamı səndədir!😉
Statistika dərslərimizin linki: https://youtu.be/tOTL6sVucmY?si=nc96DX-vvSuBl5nL
İnnab Business Schoolun 9 yaşını tam 9 gün qeyd edirik!🎉🎉🎉
Necə? 👇
Ad günümüzə özəl Düz 9 gün boyunca məhz Sənin üçün bütün təlimlərimizə 9 faiz endirim!🤌😌
Bu endirimi çoxdan gözləyirdin, bilirik, ona görə də Fəliyyətimizin 9 il tamamında həmişəki kimi “bilik paylaşdıqca artar” şüarımızla Səni düşündük!🤗
Sən də özünü düşün və bu 9 gündə sənə verdiyimiz bu şansdan faydalan, inkişafını gecikdirmə!🤝
#innabteam #innabbusinessschool
İçimizdəki uşağı qoruyaq!☺️
Uşaqların müdafiəsi dedikdə ağlımıza sadəcə fiziki, maddi tələbatın ödənməsi gəlməsin.
Onların hüquqlarını müdafiə edək!
İlk növbədə isə uşaqların öyrənmə hüquqlarını qoruyaq! Onlara bu hüquqlarını daim tələb etməyi öyrədək!
Öyrədək, oxudaq!✅
Öyrətməyə isə gəlin ilk olaraq içimizdəki uşaq təmizliyini qorumaqdan başlayaq!🙌🏻
İnnab Business School öyrənmə prosesinə verdiyi önəmi sadəcə sözdə yox, əməldə də daim göstərir.😌
Növbəti təşəbbüsümüz Youtube kanalımızda məhz bizim izləyicilər üçün Biznes Statistikası dərslərindən ibarət videolar toplusu yaratmaq oldu!🤩
Bəli, düz eşitdin, bu dərslərə qoşulub bəhrələnməyin üçün lazım olan tək vasitə sadəcə Youtube platformasıdır.
Qarşılığında isə aşağıdakıları əldə edəcəksən:
* analitik düşünmə bacarığı
* mürəkkəb proseslərin analizi
* düzgün qərar vermə
* risklərin və itkilərin proqnozlaşdırılması
* strateji planlaşdırma və s.
Bilik paylaşdıqca artar dedik və paylaşdıq, artıq işin davamı səndədir!😉
Telefon müsahibəsi
"The Economist"ə görə, işəqəbul səhvləri bir şirkətə orta hesabla ildə 1,5 milyon dollara başa gəlir və saysız-hesabsız saat itkisinə səbəb olur. Menecerlərin işəqəbulda orta müvəffəqiyyət göstəricisinin yalnız 50% olduğunu nəzərə alsaq, bu statistika daha da heyrətləndirici olur. Müsahibədə düzgün suallar vermək bu statistikanı xeyli yaxşılaşdıra bilər.
İlk müsahibə və ya skrininq müsahibəsi vəzifəyə uyğun olmayan bütün namizədləri mümkün qədər tez kənarlaşdırmağa kömək edir. Siz potensial olaraq bu mərhələdə namizədlərin 80-90%-ni xaric edərək vaxta və enerjiyə qənaət edə bilərsiniz.
Geoff Smart və Randy Streetin "Kim" (Who) kitabına əsasən, telefon müsahibəsində kömək edəcək 4 sual var ki, uyğun olmayan namizədləri görüşə çağırmaqla vaxt itirməyəsiniz.
1️⃣ Karyera hədəfləriniz nələrdir?
2️⃣ Peşəkar olaraq nəyi yaxşı bacarırsınız?
3️⃣ Peşəkar olaraq nəyi yaxşı bacarmırsınız və ya etməkdə maraqlı deyilsiniz?
4️⃣ Son beş müdiriniz kimlər idi və biz onlarla söhbət etsək, hər biri sizin performansınızı 1-10 bal arasında necə qiymətləndirəcək?
Davamlı olaraq səhv edən işçilərlə necə davranmalı?
1️⃣ Səbirli olun: Bu, işçinin səhvlər haqqında açıq danışması və qorxmadan sizinlə müzakirə etməsi üçün şərait yaradır, daha məhsuldar söhbət etməyə imkan verir.
2️⃣ Bilik boşluğuna baxın: işçinin bilmədiyini bilməsi üçün nə etmək lazımdır? İşçinin bilmədiklərini müəyyən etmək sizə bu boşluğu doldurmaq üçün məqsədyönlü təlim və ya kouçinq verməyə imkan verir.
3️⃣ Sistem/proses boşluğuna baxın: Bəzən səhvlər işçinin deyil, sistemin özündə olan qüsurlardan qaynaqlanır. Bunların düzəldilməsi gələcək səhvlərin qarşısını ala bilər.
4️⃣ Onlara daha böyük mənzərəni göstərin: Bu, işçinin etdiyi ən kiçik səhvlərin müştəriyə təsirini anlamasına kömək edəcək.
Bir kərə yüksələn bayraq bir daha enməz!
Azərbaycan xalqını 28 May Müstəqillik Günü münasibəti ilə təbrik edirik!🇦🇿
#müstəqillikgünü #28may
Karyera yolunu SMM sahəsində qurmaq istəyirsən?
O zaman bu dəfəki vakansiya siyahımız sənin üçündür!
İstəyini hədəfə çevir və elə bu siyahıdan başla, davamı gələcək..
Qeyd edək ki, bu vakansiyaların hər biri müxtəlif şirkətlərə məxsusdur.
1. https://busy.az/vacancy/128411/smm-mutexessisi
2. https://busy.az/vacancy/127768/smm-uzre-mutexessis
3. https://busy.az/vacancy/127729/smm-menecer
4. https://busy.az/vacancy/127725/smm-mutexessisi
5. https://www.offer.az/sosial-media-hekayeleri-uzre-mutexessis-vakansiya-2024-58648/
6. https://www.offer.az/smm-mutexessis-12-vakansiya-2024-58575/
7. https://www.offer.az/sosial-media-uzre-inzibatci-3-vakansiya-2024-58541/
8. https://busy.az/vacancy/127260/sosial-media-marketinq-mutexessisi
9. https://busy.az/vacancy/126966/smm-menedzer
10. https://www.jobsearch.az/vacancies/falcon-x-smm-mutexessis
Yeni vebinarımız var!📢
📌Bəli, 02.06.2024, saat 20:00-da Ms Excel üzrə təlimçimiz Kamran Əhmədovun təqdimatında onlayn formatda ÖDƏNİŞSİZ şəkildə “Niyə exceli bilməliyik?” adlı vebinarımız olacaq.
İş və ya təhsil sahəsində Excelin faydaları danılmazdır. Bax, elə bu vebinarda Excelin karyera inkişafına, daha effektiv işləmə bacarığına, iş təcrübənizdə mövqeyinizi gücləndirməyə və daha bir çox nüanslara necə müsbət təsir edəcəyindən danışılacaq.✅
Excelin gücünü daha aydın öyrənmək istəyirsənsə, bu vebinarı qaçırma!🤝
Qeydiyyat üçün:
https://docs.google.com/forms/d/e/1FAIpQLSflRb3bZFusUZPxF2q1zzKpIzmbJn52lXuSeuXaxTXIueweQw/viewform?vc=0&c=0&w=1&flr=0
DISC şəxsiyyət tipləri və onlara uyğun fəaliyyət sahələri
DISC modeli fərdi fərqləri daha yaxşı başa düşmək üçün istifadə edilən şəxsiyyət qiymətləndirməsidir. Model dörd şəxsiyyət tipini müəyyən edir: D tipi (Dominant), I tipi (Influential - Nüfuzlu), S tipi (Steady - Sabit) və C tipi (Conscientious - Vicdanlı). Bunlar D-I-S-C şəxsiyyət modelini təşkil edir.
Bu şəxsiyyət tiplərinin hər birinin öz güclü və zəif tərəfləri var ki, bu da onları müəyyən karyeralar üçün daha uyğun edir. Şirkətlər komanda performansını yaxşılaşdırmaq və komanda quruluşunu optimallaşdırmaq üçün ondan istifadə edirlər. Siz də öz şəxsiyyətinizi daha yaxşı başa düşmək və karyera yolunuzla bağlı daha yaxşı seçim etmək üçün DISC qiymətləndirməsindən istifadə edə bilərsiniz.
DISC qiymətləndirməsi psixoloq Vilyam Moulton Marstonun 1928-ci ildə yaratdığı DISC emosional və davranış nəzəriyyəsinə əsaslanan davranış özünüqiymətləndirmə vasitəsidir.
DISC dörd fərqli şəxsiyyət tipinin iki fərqli ox üzərində yerləşdiyi yerə əsaslanır: 1. tapşırıqyönümlü və şəxsiyyətyönümlü; 2. ekstrovert və introvert.
1️⃣ Dominant
Dominant şəxsiyyətə malik insanlar tapşırıqyönümlü və ekstrovertdirlər. Onlar adətən rəqabətcil və iddialıdırlar. Onlar təbətcə liderdirlər və çox vaxt qrup daxilində məsuliyyət daşıyırlar, özünəinam və qətiyyət nümayiş etdirirlər, nəzarəti əldə saxlamağı xoşlayırlar.
Dominant şəxsiyyətə uyğun olan bəzi fəaliyyət sahələri: satış, marketinq, idarəetmə, sahibkarlıq, hüquq və siyasət.
2️⃣ Nüfuzlu
Nüfuzlu şəxsiyyətləri olan insanlar şəxsiyyətyönümlü və ekstrovertdirlər. Onlar adətən başqalarını inandırmağı və motivasiya etməyi yaxşı bacarırlar.
Onların zövq ala biləcəyi bəzi sahələr: marketinq, ictimaiyyətlə əlaqələr, qrafik dizayn, rieltor, incəsənət menecmenti
3️⃣ Sabit
Sabit şəxsiyyət tipinə malik insanlar şəxsiyyətyönümlü və introvertdirlər. Onlar sakit və səbirli olurlar, bu da onları yaxşı dinləyici edir.
Bu tip şəxslər adətən insan resurslarının idarə edilməsi və tibb sahələrində uğurlu olurlar.
4️⃣ Vicdanlı
Vicdanlı şəxsiyyət tipinə malik insanlar tapşırıqyönümlü və introvertdirlər. Onlar çox vaxt işlərini planlaşdırmağı və təşkil etməyi xoşlayırlar, detallara diqqət yetirirlər. Bu tip şəxslər keyfiyyət və dəqiqliyi təmin etmək üçün vicdanla işləyirlər.
Vicdanlı şəxsiyyət tipinə uyğun olan bəzi peşəələr: mühasib, auditor, büdcə analitiki, maliyyə analitiki, logistika və layihə meneceri.
İnsanların əksəriyyəti iki şəxsiyyət tipinin birləşməsinə aiddir. Əslində, bir xüsusiyyətin digərləri üzərində dominantlığından asılı olaraq 16 mümkün DISC şəxsiyyət birləşməsi var.
Öz şəxsiyyət tipinizi müəyyənləşdirmək istəyirsinizsə, bir çox onlayn vasitələr mövcuddur.
Exceldə iki tarix arasında ili tamamlaya bilməyən ayların sayı ilə bağlı mövzusunu bilirsənmi?🤔
Cavabından asılı olmayaraq hazırladığımız videonu izlə, fikrimizcə, hər hansı yeni nüans öyrənəcəksən.🤩
#excel #innabbusinessschool
+5
Mühasib olaraq keçirdiyin hesablarla dolu günün sonunda edə biləcəklərinlə bağlı bəlkə sənə bir ideya verək?🤔
Sənin üçün hazırladığımız mühasibatlıqla bağlı filmlərin siyahısına nəzər yetir.
Gün sonunu onlardan biri ilə dəyərləndir.😌
Əməyin təşkili və əməkhaqqı şöbəsinin rəhbəri, təlimçi - Əli Salmana sual verdik: Müəssisədə iş dayandırıldığı halda əməkhaqqı necə hesablanır?🤔
Cavabı maraqlıdırsa, videonu izlə, əmək məcəlləsi ilə bağlı əlavə bilgi əldə etmiş ol!😌
Əməyin təşkili və əmək haqqı şöbəsinin rəhbəri, təlimçi - Əli Salmana sual verdik: Müəssisədə iş dayandırıldığı halda əmək haqqı necə hesablanır?🤔
Cavabı maraqlıdırsa, videonu izlə, əmək məcəlləsi ilə bağlı əlavə bilgi əldə etmiş ol!😌
