uk
Feedback
İnnab Business Review

İnnab Business Review

Відкрити в Telegram

Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz

Показати більше
856
Підписники
Немає даних24 години
-27 днів
-530 день
Архів дописів
Mahnılarla ingilis dili Adətən, ingilis dilində söz bazamızı artırmaq üçün saatlarla kitab oxuyub sözləri əzbərləyirik, amma belə metodlar müəyyən vaxtdan sonra yorucu olmağa başlayır. Söz bazamızı artırmağın ən yaxşı və əyləncəli yollarından biri mahnıya qulaq asmaqdır. Araşdırmalara görə, melodiyalar insan beynində daha yaxşı yadda qalır. Məsələn, məktəb vaxtı musiqi dərsində ifa etdiyimiz mahnılar illər keçsə də, hələ də yadımızdadır. Burada doğru seçilmiş mahnıların da böyük rolu var. Hər mahnı ilə də dil mənimsəmək düzgün deyil, çünki bəzi mahnılarda jarqon, lazım olmayan ifadələr, səhv qrammatika olur. Aşağıdakı mahnılar isə dil mənimsəmək üçün yararlıdır. Əvvəlcə mahnılarda bilmədiyiniz sözləri tapıb mənalarına baxın. Sonra isə bir neçə dəfə zümzümə edin. Bu yolla əyləncəli formada söz bazanızı, tələffüzünüzü və dinləmə bacarığınızı inkişaf etdirə bilərsiniz. 🎶 Bruno Mars - The lazy song 🎶 Elvis Presley - Can't help falling in love 🎶 Elvis Presley - Always on my mind 🎶 Chris Landmark - And I love her Hazırladı: Aytən Cavadova

Ana arı sindromu “Ana arı sindromu” termini ilk dəfə 1970-ci illərdə istifadə olunub və yüksək vəzifəli qadınların digər qadın işçilərə qərəzli münasibətini ifadə edir. Qərəzli münasibətə digər qadınların görünüşü, bacarıqları haqqında mənfi fikirlər bildirmək, onlara kömək və ya mentorluq etməkdən, onlarla bilik və təcrübəsini bölüşməkdən imtina etmək, onların uğurlarını əhəmiyyətsiz kimi qələmə vermək aiddir. Kişilərin üstünlük təşkil etdiyi sahələrdə uğur qazanmış qadınlar başqa qadınların onun yerini tutacağından narahat olur və ya digərlərinin onun qədər bacarıqlı olmadığını düşünürlər. Ana arı sindromu əksər hallarda qadınlara aid edilsə də, bəzən səlahiyyətlərindən sui-istifadə edərək digər işçilərə zərər vuran bütün rəhbər şəxsləri ifadə edir. Sindromun əlamətləri aşağıdakılardır: 🐝 başqaları üçün çətin iş şəraiti yaratmaq; 🐝 tabeliyində olan işçiləri təcrid etmək; 🐝 işçilərin uğurlarını etiraf etməkdən çəkinmək; 🐝 başqalarına yuxarıdan aşağıya baxmaq. İş yerlərində ana arı sindromunun qarşısını almaq üçün bullinqə qarşı, açıq ünsiyyət siyasətləri tətbiq etmək, işçiləri ana arı sindromunu müəyyənləşdirmək və ona qarşı mübarizə aparmaq haqqında təlimatlandırmaq lazımdır. Sindromun qurbanı olmamaq üçün yüksək vəzifəli qadınlar özlərində sindromun əlamətlərinin olub-olmadığını təhlil etməli, belə əlamətlər olduqda onların səbəblərini araşdırmalı, öz güclü və zəif cəhətlərindən xəbərdar olmalıdırlar. Hazırladı: Madam Helpful

Constant 🆚 Stable İngilis dilindəki hər iki söz həm isim, həm sifət ola bilər. 1️⃣ İsim kimi ✍️ "Stable" tövlə deməkdir. ✍️ "Constant" sabit kəmiyyəti ifadə edir. 2️⃣ Sifət kimi Hər ikisi sabit mənasını verir, amma aralarında cüzi fərq var. "Constant" heç vaxt dəyişməyən mənasındadır. "Stable" sözü isə nisbi dəyişməzliyi ifadə edir, az da olsa, dəyişiklik ola bilər. 🖋️You save more fuel if you drive at a constant speed - Sabit sürətlə sürsən, yanacağa daha çox qənaət edərsən. 🖋️ Fuel prices have become more stable after several increases last year. - Yanacaq qiymətləri keçən il bir neçə dəfə artandan sonra daha sabit olub. Hazırladı: Madam Helpful

Cem Yılmaz boş yerə deməyib: "Stajor kölənin fransızcasıdır". - Çaliş, çaliş, çaliş + Pağa? - Pağa yoğğk Bir çox yerlərdə stajor kimi dəvət olunanları əmək müqaviləsi bağlamadan, heç bir ödəniş etmədən işlədirlər. Əmək məcəlləsi əməyin istismarının qarşısını almaq üçün "sınaq müddəti" anlayışını nəzərdə tutub. Sınaq müddətində işəgötürən şəxslər işçinin hüququnu pozmadan onu əmək müqaviləsi ilə işə götürüb, fəaliyyətini yoxlayır və ona aylıq əməkhaqqı verir. Sınaq müddəti maksimum 3 aydır. İşçi sınaq müddətində özünü doğrultmasa, işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər, yəni işəgötürən həmin əmrdə hansı əsaslara görə sizi işdən çıxardığını bildirməlidir. Sınaq müddəti bitənədək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir və işinə davam edir. Bəzi hallar var ki, işçiyə bu hallarda sınaq müddəti tətbiq edilə bilməz: 1) 15-18 yaş arası şəxslər; 2) Müsabiqə yolu ilə vəzifəni tutanlar; 3) Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlar, habelə 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilər; 4) Təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslər; 5) Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər; 6) 2 ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslər. Əziz işəgötürənlər, işçiləriniz sizin "sərvətinizdir". Onlara və hüquqlarına hörmətlə yanaşın ki, sərvətiniz sizdən qaçmasın. Hazırladı: Aytən Cavadova

Abilin paradoksu Abilin paradoksu qrup daxilində üzvlərin fərdi fikirlərinə zidd olan kollektiv qərarın qəbul edilməsini ifadə edir. Abilin paradoksu ona görə baş verir ki, fərdlər digərlərinin fikirlərinin yanlış olduğunu düşünsələr də, onların ziddinə hərkət etmək istəmirlər. İnsanlar qrupun düşüncə və hisslərinin əksinə hərəkət etməyə deyil, sosial cəhətdən uyğunlaşmağa meyillidirlər. Abilin paradoksu Corc Vaşinqton Universitetinin professoru Ceri Harvey tərəfindən elmə gətirilib. Harveyin fikrincə, paradoksun baş vermə səbəbi odur ki, fərdlər fikirlərini ifadə edəcəkləri təqdirdə mənfi münasibətlə üzləşəcəklərindən narahatdırlar və ya qrupun harmoniyasını pozmaq istəmirlər. Bir nəfər təklif irəli sürür və heç kəs ona qarşı çıxmır. Təbii ki, heç kəs fikrini ifadə etməsə, qrup üzvlərinin düşüncə və istəklərinə zidd olan qərar qəbul edilir. Qarşılıqlı məsuliyyət və açıq ünsiyyət əvəzinə, qrup saxta konsensusa nail olur. Təklifi irəli sürən şəxs təklifinin ən yaxşı seçim olmadığını düşünsə də, heç kəs fərqli fikir irəli sürmədiyi üçün yanlış qərar qəbul edilir. Hazırladı: Madam Helpful

Qısa "Pivot table" yarat Daha öncə bilirdiniz? 🧐 Rəy bölməsində qeyd edin və bu tərz videoların davamı üçün daha çox bəyənin, paylaşın 😉 #exceltips #quicktips #shorts

İNNAB Business School artıq 7 ildir sizinlə🥰🎊🎉 Geridə qoyduğumuz 7 il ərzində ölkənin təlim və tədris sahəsində müsbət dəy
İNNAB Business School artıq 7 ildir sizinlə🥰🎊🎉 Geridə qoyduğumuz 7 il ərzində ölkənin təlim və tədris sahəsində müsbət dəyişikliklərə imza atmışıq. Tələbələrimizə şəxsi inkişafı istiqamətində az da olsa, dəyər qata bilmişiksə, bu bizim üçün ən böyük uğurdur 😊 Əlavə olaraq, 2-4 iyun tarixlərində qeydiyyatdan keçən şəxslərə endirim kampaniyamız mövcuddur. Siz də yararlanmaq üçün elə indi müraciət edin: https://innab.org/qeydiyyat/ Ünvan: Fətəli Xan Xoyski Nərimanov rayonu, Talassemiya Mərkəzinin yanında Nərimanov və Gənclik metrosunun yaxınlığında #innabbusinessschool #innab

Respect, respective, respectively 1️⃣ "Respect" dilimizə "hörmət" (isim), "to respect" isə "hörmət etmək" (feil) kimi tərcümə olunur. İsim kimi istifadə olunduqda "respect" sözündən sonra "for" sözönü istifadə olunur, feil kimi istifadə olunduqda isə sözönüyə ehtiyac yoxdur. 🖋️My respect for my teacher grew as the months passed. - Aylar ötdükcə mənim müəllimimə hörmətim artdı. 🖋️He's a very strict teacher, but the students respect him. - O, çox ciddi müəllimdir, amma tələbələr ona hörmət edirlər. 2️⃣ "Respective" dilimizə "müvafiq" (qeyd olunan şəxs və əşyaların hər birinə münasibətdə) kimi tərcümə olunur. 🖋️ If their respective rates are five and ten percent, then the discount rate is 15 percent. - Əgər onların müvafiq faizləri 5 və 10%-dirsə, onda endirim 15%-dir. 3️⃣ "Respectively" dilimizə "müvafiq olaraq" (qeyd olunan şəxs və əşyalara münasibətdə ardıcıllıqla) kimi tərcümə olunur. 🖋️The cups and saucers cost £5 and £3 respectively. - Fincan və nəlbəkilər müvafiq olaraq 5 və 3 funtsterlinqdir. 🖋️ In the 200 metres, Lizzy and Sarah came first and third respectively. - 200 metrdə Lizzy və Sarah müvafiq olaraq birinci və üçüncü yeri tutdular. Hazırladı: Madam Helpful

Gərilmə tapşırığı Gərilmə tapşırıqları (stretch assignment) işçilərin inkişaf planında mühüm rol oynayır. Harvard Business Review tərəfindən 823 rəhbər şəxs arasında aparılan sorğuda respondentlərin 71%-i bildirmişdi ki, onların potensialının üzə çıxarılmasında gərilmə tapşırıqlarının rolu böyükdür. Gərilmə tapşırıqları eyni zamanda həm işçinin yeni bacarıqlar qazanmasına, həm də təşkilatın real biznes problemlərinin həllinə imkan yaradan qısamüddətli tapşırıqlardır. Əksər hallarda gərilmə tapşırıqları işçini yüksək vəzifəyə hazırlamaq, inkişafa həvəsləndirmək, onun başqa vəzifəyə maraq və uyğunluğunu dəyərləndirmək üçün istifadə olunur. Adından bəlli olduğu kimi, gərilmə tapşırıqları işçinin rahatlıq zonasından çıxaraq gündəlik işlərindən fərqli işləri icra etməsini, düşünməsini və gərilməsini təmin edir. Gərilmə tapşırıqları: ✅ İşçini tanış olmadığı vəziyyətlə üzləşdirir; ✅ İşçini dəyişiklik yaratmağa təşviq edir; ✅ İşçinin məsuliyyət dərəcəsini artırır; ✅ İşçidən başqa sahələrdə çalışan şəxslərlə birgə işləməyi tələb edir. Nəzərə almaq lazımdır ki, gərilmə tapşırığının effektivliyi həm də onu tapşıran rəhbər vəzifəli şəxsdən asılıdır. Gərilmə tapşırığı rəhbərin etmək istəmədiyi işi işçiyə ötürməsi deyil. Rəhbər gərilmə tapşırığı icra edən işçiyə gündəlik fəaliyyətdəkindən daha çox dəstək göstərməli və vaxt ayırmalıdır. Hazırladı: Madam Helpful

360 dərəcə performans dəyərləndirməsi Performans dəyərləndirməsi performans idarəetmə sisteminin tərkib hissəsidir. Təşkilat daxilində işçilərin fəaliyyəti mütəmadi olaraq qiymətləndirilir. İşin keyfiyyətini yüksəltmək məqsədilə işçilərin performansının dəyərləndirilməsi zamanı istifadə olunan üsullardan biri də 360 dərəcə performans dəyərləndirməsidir. Dəyərləndirmənin bu növündə işçinin fəaliyyəti zamanı ünsiyyətdə olduğu hər kəs – komanda yoldaşları, rəhbərləri, tabeliyində olan şəxslər, hətta bəzən müştərilər, tərəfdaşlar, təchizatçılar – onun haqqında rəy bildirir və dəyərləndirmə prosesində həmin rəylərdən istifadə olunur. Bu üsulla işçinin çatışmazlıqlarını müəyyənləşdirib onu müvafiq sahədə inkişaf proqramlarına yönləndirmək mümkündür. Nümunə. Satış departamenti departament rəhbəri, regional bölmə rəhbərləri, satış menecerləri və satış nümayəndələrindən ibarətdir. 360 dərəcə performans dəyərləndirməsində satış menecerləri haqqında təkcə regional bölmə rəhbərləri yox, həm də onlara tabe olan satış nümayəndələri rəy bildirəcəklər. Regional bölmə rəhbərlərinin qiymətləndirilməsində isə departament rəhbəri ilə yanaşı satış menecerləri də iştirak edəcəklər. 360 dərəcə performans dəyərləndirməsinin üstünlükləri: 👍 İşçinin yerinə yetirdiyi işin ümumi mənzərəsini formalaşdırır; 👍 İşçinin bacarıqları müxtəlif baxış bucaqlarından qiymətləndirilir; 👍 Rəylərin əsasında işçinin inkişafı üçün yeni təlim proqramları hazırlana bilər; 👍 İşçi rəylərə əsaslanaraq öz çatışmazlıqları üzərində işləyə bilər. 360 dərəcə performans dəyərləndirməsinin çatışmazlıqları: 👎 Qərəzli rəylər qiymətləndirməyə təsir göstərə bilər; 👎 Bu cür qiymətləndirmə daha çox keyfiyyət xarakterli olur və kəmiyyət performansı arxa plana keçir. Hazırladı: Madam Helpful

Salam, dostlar. İnnab Management & Consulting komandası olaraq "HR Maximum" adlı bootcamp keçirməyi planlayırıq. Bu bootcampda "İşə qəbul və seçim mərhələsi" modulunun təlimçisi Kontakt Home mağazalar şəbəkəsinin HR Direktoru Toğrul Hidayətov olacaqdır. Komanda yoldaşımız videoda təlim barədə ətraflı məlumat verib. Ümid edirik ki, fərqli formatda və keyfiyyətdə təlim olacaq. PS. "HR Maximum" bootcampı haqqında ətraflı məlumat verəcəyik. #innab #hr #maximum

Onlardan birinə hekayə əlavə etsən, məsələn, o qələmlə prezidentin, hansısa yazıçının, alimin yazdığını desən, 10 qat daha dəyərli olar. Sadəcə hekayəsinə görə. Yadınızdadırsa, “Klon” serialının məşhur olduğu dönəmlərdə qolbaq satanlar bundan məharətlə istifadə edib deyirdilər: “Gəlin, Hadenin qolbaqlarından alın!” və s. Dünyanın ən keyfiyyətli markasını yaratsanız belə, onun reklamını və satışını uğurlu etməsəniz, markanızın heç bir dəyəri olmaz. Belə... İndi isə bu metodlara əsaslanaraq kostyumu mənə necə sata biləcəyinizi düşünün. Müəllif: Aytən Cavadova

Marketinq hiylələri Bütün dünya reklam və marketinqin ətrafında dönür. Bəli, reklam çox önəmlidir, hətta deyərdim, dünyada ən önəmli şey reklam və marketinqdir. Bu günə kimi bir neçə reklam və marketinq hekayələrini araşdırmışam. İnsanı heyrətə gətirən həmin hekayələri sizinlə də bölüşmək istəyirəm. Alış-veriş mərkəzlərinə, mollara heç vaxt saat qoymazlar, çünki istəyirlər ki, siz ora girəndən sonra vaxtın necə keçdiyini hiss etməyəsiniz. Həmçinin alış-veriş mərkəzləri qapalı olur, günəş işığı girmir və içəri tam işıqlandırılır. Beləcə, siz gecə, yoxsa gündüz olduğunu bilməz, “A, hava qaralıb, tez çıxaq” deməzsiniz. “Zara” və bu tip məşhur mağazalarda həmişə ritmik musiqi qoşurlar. Adətən, ritmik musiqi dinləyəndə işlərimizi daha tez, sürətli həll edirik. Bu metoddan istifadə edərək istəyirlər ki, mağazaya girib maksimum 10 dəqiqəyə bəyənib, qərar verib, alıb çıxasınız. Çox düşünməyəsiniz. Bütün reklam və marka strategiyaları, əslində, ilk insana əsaslanaraq yaradılır. İlk insanlar vaxtilə çox böyük qıtlıq yaşayıblar və onlarda həmişə qıtlıq, həyatda qala bilməmək qorxusu olub. Bu qorxu onlardan bizə ötürülən bir şeydir. Yenə belə qıtlığın içinə düşməyi istəmərik. Markalar da bu psixologiyadan çox yaxşı istifadə edirlər. Məsələn, “Zara”ya girib bir geyim bəyənirsən və düşünürsən ki, 2 həftədən sonra maaş alacağam, o vaxt gəlib alaram, amma “Zara” deyir: “Yox, ala bilməzsən, çünki 2 həftədən sonra gələndə bu geyim burada olmayacaq. İndi almalısan”. Beləcə, sən onu indi almasan, 2 həftə sonra onun yerinə başqa geyim gələcəyini bildiyin üçün o geyimi həmən alırsan. Əslində, 2 həftə sonra o geyim “Zara”da qalsaydı belə, onu oradan götürərdilər. Sırf yenə gələndə onu yerində görməyəsən deyə, ya da başqası alacağından qorx deyə. “Son 1 gün”, “Tələsin! Məhdud saydadır” ifadələrini eşitmisiniz? Bax bunlar da qıtlıq psixologiyasına nümunədir. Heç bir böyük markanın hədəfi bu günün istehlakçısı deyil. Onlar gələcəyi də indidən hesablayırlar. Hamısının tək hədəfi balaca uşaqlardır. Bəli, 5 yaşında, 10 yaşındakı uşaqlar. Məsələn, maşın reklamlarını nümunə gətirə bilərik. “Axı 10 yaşındakı uşaq maşın reklamından nə başa düşəcək?” - deyə bilərsiniz, amma tam əksinədir. İndi cibində pulu olmaya bilər, amma bu uşaq 15 ildən sonra bu markanın potensial müştərisi olacaq. Əgər ona uşaq vaxtından təsir etməyə başlasalar, gələcəkdəki müştərisini qarantiya etmiş olarlar. Sizcə, “Coca-Cola” özünə nəyi rəqib görür? Çoxunuz: “Pepsini”, - deyə cavab verdiniz, amma elə deyil. “Coca-Cola”nın özünə rəqib gördüyü şey su və çaydır. Bəli, “Pepsi” onun vecinə də deyil. “Coca-Cola” deyir ki, çay içirsiniz ha, bax onun yanında 1 stəkan “Coca-Cola” da için. Yəni çay və su qədər içilsə, bu onun üçün əla göstərici olar. Bu gün televizorda izlədiyimiz reklamlarda artıq məhsulların texniki göstəricilərindən, özəlliklərindən danışılmır. İnsanlara məhsulları duyğu ilə satmağa çalışırlar. Məsələn, “Apple” öz reklamlarında “Kameramız çox keyfiyyətlidir” və s. tipli ifadələr işlətmədi. “Apple” reklamlarında yenilikçi düşüncəni, fərqliliyi satdı. Onu alan insan özünü digərlərindən fərqli hiss etməyə başladı. “Apple” dedi ki, biz fərqli cəmiyyətik. Sən də bizlərdən biri olmaq istəyirsənsə, kompüterimizi, telefonumuzu al. “Coca-Cola” da öz reklamlarında ləzzətli olduğundan bəhs etmir. Xoşbəxt bir ailə masası, gülən uşaqlar, şən ab-hava və masanın üzərində “Coca-Cola”. Masanın əksilməz bir parçası kimi təsvir olunur. Ümumiyyətlə, bu işlər səndən xüsusi bacarıq, texnika tələb edir. Satış işində bəzi metodları bilməlisən. Satıcı olmaq müştəri gələndə məhsulun qiymətini deyib müştərinin dalınca düşmək deyil. Əsl satıcı satış texnikalarına bələd olmalıdır. İndi isə eyni funksiyanı yerinə yetirən 2 qələm düşünün. İkisi də eynidir, amma onları fərqləndirən bir şey var: Hekayə.

Be My Eyes Sosial rifahın ən mühüm şərti empatiya qura bilməkdir. Bir anlıq təsəvvür edək ki, biz də görmə məhdudiyyətli şəxsik. Bir gün axşam yeməyi hazırlamaq üçün soyuducudan tomat konservi götürmək istəyirik. Orada 2 konserv var və biz bilirik ki, onlardan yalnız biri tomat konservidir. Bəs hansı? Görmə məhdudiyyətli şəxs gündəlik həyatında bunun kimi bir çox problemlərlə rastlaşır, ancaq texnologiyanın inkişafı sağlamlıq imkanları məhdud şəxslər üçün daha əlçatan bir dünya yaradır. Sosial həyatın bütün imkanlarından yararlanmaqda onlara yardım edir və digər insanlardan asılılıqlarını minimuma endirir. Dünyada sağlamlıq imkanları məhdud şəxslər üçün bir sıra mobil tətbiqlər yaradılıb. Onlardan biri də "Be My Eyes" mobil tətbiqidir. "Be My Eyes" görmə məhdudiyyətli insanlarla könüllülərin görüntülü zəng vasitəsilə əlaqə qurmalarını reallaşdıran mobil tətbiqdir. Görmə məhdudiyyətli şəxs könüllünün yardımına ehtiyac duyduqda tətbiq bir çox könüllüyə bildiriş göndərir. Sorğuya cavab verən ilk könüllü istifadəçinin telefonunun arxa kamerası ilə görüntülü əlaqəyə girir. Bu mobil tətbiqdə görmə məhdudiyyətli insanlar gündəlik işlərində könüllülərin köməyindən istifadə edirlər. Məsələn, hansısa məhsulun son istifadə tarixini öyrənmək və ya yerə düşmüş əşyanı tapmaq, paltarın hansı rəngdə olması və s. mövzular barədə könüllülərdən dəstək gözləyirlər. Könüllülər də bu tətbiq vasitəsilə onların gözü olurlar. "Be My Eyes" mobil tətbiqi ilə yardım etmək insana çox yaxşı təsir edir. Kiməsə kömək etdikdən sonra özünü çox xoşbəxt hiss edirsən. Həmçinin bu, insana həyatındakı hər şeyə görə şükür etməyin lazım olduğunu xatırladır. Müəllif: Aytən Cavadova

2022 Excel funksiyaları TEXTSPLIT,TEXTBEFORE,TEXTAFTER Daha öncə bilirdiniz? 🧐 Rəy bölməsində qeyd edin və bu tərz videoların davamı üçün daha çox bəyənin, paylaşın 😉 #excelfunction #excelinlab

İxtisasımda - Azərbaycan filologiyasında ən sevdiyim sahə etimologiyadır. Bu sahəyə aid bir məlumatı sizinlə də bölüşmək istəyirəm. "Adı it dəftərində də yoxdur" Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri” hekayəsində belə bir epiqraf var: "Qasım əmi, dur qapını cəftələ, Qorxuram adın yazıla dəftərə". Adı ad dəftərinə (Mütrüb dəftərinə) yazılmaq vaxtilə bədbəxtlik, müsibət kimi qiymətləndirilirdi. Həmin hekayədə göstərilir ki, kəndin hörmətli simalarından olan Qasım əmi deyir: "Camaat! Biz indiyədək dövlətin heç bir əmrindən boyun qaçırmamışıq: Qızıl pulu, tüstü pulu, dinməver pulu... hamısını öz vaxtında vermişik. Amma indi bir dəftər gətirib veriblər mollaya. Deyirlər, gərək cəmi kənddə anadan olan uşaqlar bu dəftərə yazılsın. Dəftərin də adına "Mütrüb dəftəri" deyirlər. Qardaş, bizim uşaqlarımızın adlarının o dəftərdə nə işi? Sabah da gələcəklər ki, gəlin arvadlarınızın adlarını yazdırın. Canım, rusun biri niyə mənim arvadımın adını bilsin? Doğrusu, biz bu mütrüb dəftərini qəbul eləyə bilməyəcəyik". Beləliklə, adın dəftərə düşməsinə bir hadisə kimi yanaşdığından ad dəftəri danışıq dilində kəskin mənfi məna kəsb edərək "it dəftəri" şəkli almışdır. Adın bu dəftərə yazılması bir bədbəxtlikdirsə, oraya düşməməsi daha dəhşətli bədbəxtlikdir. Yəni nə qədər zəlil, zavallıdır ki, adı heç it dəftərində də yoxdur. Müəllif: Aytən Cavadova