uk
Feedback
Science Arc

Science Arc

Відкрити в Telegram

🔬Elmi məqalələr 📍 Xaricdə təhsil/karyera 📡Texnologiya ⏳Maraqlı faktlar 🔭Şəxsi inkişaf Digər platformalar: 🔍https://sciencearc.com 💡Facebook: ScienceArc 🎙Instagram: sciencearc.blog 🎬YouTube: https://www.youtube.com/c/AliyarAzimov Əlaqə: @azmff

Показати більше
1 050
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
🐈 Bu dəfəki videomuzda İkinci Dünya müharibəsinin əfsanəsi olan Oskar adlı pişikdən bəhs edirik. Oscar adlı bir pişik İkinci
🐈 Bu dəfəki videomuzda İkinci Dünya müharibəsinin əfsanəsi olan Oskar adlı pişikdən bəhs edirik. Oscar adlı bir pişik İkinci Dünya müharibəsi ərzində 5 fərqli gəmidə yaşamış və bu gəmilərin hamısı batmışdı. 🎯 Bütün gəmilərdən sağ qurtulan pişik daha sonralar “Batmayan Sam” ləqəbini almışdı. Həmin dövrün məşhur gəmiləri olan Bismark, Kossak, Ark Royal kimi gəmikərin sakini olan pişiyin 1943-cü ildə dənizçilik karyerası sona çatdı. Ancaq Londona göndərilən pişik ömrünün 14 ilini burada keçirdikdən sonra 1955-ci ildə həyatla vidalaşdı. Oskarın portretlərindən biri hələ də Britaniya Dənizçilik Muzeyində sərgilənir. Ətraflı videonu buradan izləyin 👇🏻Kanala abunə olmağı da unutmayın :) https://ytbe.one/X0Pr1zCIfTw

🎯 Dünyanın "cəhənnəm qapısı" 📢 1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların
🎯 Dünyanın "cəhənnəm qapısı" 📢 1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində geoloqlar yeraltı boşluqla qarşılaşmış, nəticədə yer qatı ucaraq qazla dolu böyük çuxur əmələ gətirmişdi. Qazma qurğuları və nəqliyyat vasitələri çuxura düşsə də insan tələfatı qeydə alınmamışdı. Qazın ətrafa yayılmaması üçün geoloqlar buranı yandırmağı qərara aldılar. Onlar düşünüdülər ki, yanğın bir neçə günə sönəcək, lakin həmin çuxur fasiləsiz olaraq yanmağa davam etdi. ℹ️ 2004-cü ildə Darvaza kəndi ləğv edildi. 2013-cü ilin noyabr ayında məşhur kanadalı səyyah və tədqiqatçı Corc Koronis nümunələr götürmək və araşdırma aparmaq məqsədilə çuxurun dibinə endi. O, kraterin dibində yüksək temperaturda yaşaya bilən bakteriyalar aşkar etdi. Bu bakteriyalara heç yerdə rast gəlinmir və kraterin dibindəki kiçik ekosistemdə rahatlıqla yaşayırlar.

📢 Kaliforniyada yerləşən Golden Gate körpüsünün 50 illik yubileyi. 1987-ci il. 🎯 Tədbir zamanı iştirak edən insanların sayı
📢 Kaliforniyada yerləşən Golden Gate körpüsünün 50 illik yubileyi. 1987-ci il. 🎯 Tədbir zamanı iştirak edən insanların sayı təxminən 800000 nəfər idi. Onların böyük əksəriyyəti körpünün üzərində olduğu üçün körpü bu ağırlığa tab gətirməmiş və 2 metr əyilmişdi.

🦟 Təbiətin ən dəhşətli hadisələrindən biri zümrüd eşşək arılarının (hornet) bioloji dövrü ilə baş verən prosesdir. Dişi arıl
🦟 Təbiətin ən dəhşətli hadisələrindən biri zümrüd eşşək arılarının (hornet) bioloji dövrü ilə baş verən prosesdir. Dişi arılar sürfələrini qoymaq və böyütmək üçün tarakanları hədəf alır. 🎯 Bu arılar çox bacarıqlıdırlar və hədəflərinə doğru düzgün hücum edirlər. İynələri tarakanın başının müəyyən hissəsinə nüfuz etsə, onu "zombiyə" çevirəcək zəhər yeridir. Həşəratın idarəsini ələ alan arı daha sonra onu əvvəlcədən hazırladığı yuvaya aparır və manipulyasıya etməyə başlayır. Hər şey elə bu anda başlayır. Arı öz sürfələrini tarakanın qarın hissəsinə buraxır. Sürfələr yumurtadan çıxdıqdan sonra tarakanın qarnını deşir və qidalanmağa başlayır. İlkin mərhələdə sürfələr maye ilə qidalandığı üçün tarakanın həyati əhəmiyyət daşımayan daxili orqanları onu bir müddət canlı saxlayır. 📌 Sürfələr yetişdikdən sonra isə tarakanın qarın hissəsindən yetişkin eşşək arıları çıxır və həyatına davam edir.

🐝 Arılar təbiətin ən ağıllı canlılarındandır. Arıların bu davranışına "festfooning" deyilir. 📢 Arılar bal pətəyi inşa və ya
🐝 Arılar təbiətin ən ağıllı canlılarındandır. Arıların bu davranışına "festfooning" deyilir. 📢 Arılar bal pətəyi inşa və ya təmir etmək üçün bir biri ilə bu şəkildə tutuşaraq işləyirlər. Onlar ayaqlarını zəncir şəklində bir birinə bağlayır və bir xətt yaradaraq işlərini görürlər. ℹ️ Bundan başqa bu formada dayanaraq öz temperaturlarını da müəyyən səviyyədə saxlaya bilirlər. Bu da onların yuvalarını inşa etməsinə daha çox kömək olur. Həmçinin onlar ağacların üzərində yuva qurduqları halda bu formada bir növ "torba" əmələ gətirərək, qoruyurlar.

Dostlar, hər zamankı paylaşımlarımızdan fərqli olaraq bu dəfə Sizə yardımınız üçün müraciət edirik! Çox yaxın dostumuz Nurlan
Dostlar, hər zamankı paylaşımlarımızdan fərqli olaraq bu dəfə Sizə yardımınız üçün müraciət edirik! Çox yaxın dostumuz Nurlan Məmmədəliyeva 24 saat ərzində kritik cərrahi əməliyyat (onurğa əməliyyatı (implant)) keçirməlidir. Əməliyyat xərcləri sığorta tərəfindən qarşılansa da, implantlar üçün lazım olan 20400 AZN təəssüf ki, qarşılanmır. Hazırda toplanan məbləğ 11000 AZN-ə yaxındır. Vaxtın əleyhimizə işlədiyi bu anlarda Sizlərdən gələcək az ya çox demədən bütün maddi dəstəyə ehtiyacımız var. Daha çox yardımsevər dostumuza çata bilməyimiz üçün postu paylaşın. Hesab məlumatları: 4098 0944 2717 4998 – Fidan Karimli (Unibank) Hər hansı sualla bağlı inbox-a müraciət edə bilərsiniz. Təşəkkürlər!

🎙 Həftəsonu müzakirəsi: 📚 İndiyə qədər oxuduğunuz və sizin üçün digərlərinə nisbətən daha xüsusi olan kitab/məqalə/yazı han
🎙 Həftəsonu müzakirəsi: 📚 İndiyə qədər oxuduğunuz və sizin üçün digərlərinə nisbətən daha xüsusi olan kitab/məqalə/yazı hansıdır? 👉🏻 Şərhlərdə bizimlə bölüşün. Yeri gəlmişkən, David Eagleman “Incognito” kitabında şüursuz zehnin sirli dünyasına işıq salır. Oxumaq üçün yazıya keçid edin 👇🏻 https://sciencearc.com/suuralti-zehnin-sirleri/

📸 Bu gördüyünüz şəkil Sibirdə 1976-cı ildə çəkilib. ❄️ 70-ci illərdə Rusiyadakı kəskin soyuqlara görə flora və fauna aləmi d
📸 Bu gördüyünüz şəkil Sibirdə 1976-cı ildə çəkilib. ❄️ 70-ci illərdə Rusiyadakı kəskin soyuqlara görə flora və fauna aləmi də əziyyət çəkirdi. Heç yerdə yemək tapa bilməyən ağ ayı ailəsinə rus vətəndaş Nikolay Maçkulyak qatılaşdırılmış süd verir. 🧸 Fotoda isə ailənin ən kiçik fərdinin Nikolayı qucaqlaması da əks olunub. Uzun müddət Nikolay bu ailə üçün yem tədarük etmişdi.

🗓️ "Domino effekti" metaforası #tarixdəbugün 🎯 1954-cü ildə ABŞ prezidenti Eyzenhauer öz nitqində "domino effekti" metafora
🗓️ "Domino effekti" metaforası #tarixdəbugün 🎯 1954-cü ildə ABŞ prezidenti Eyzenhauer öz nitqində "domino effekti" metaforasından istifadə edərək bir ölkənin kommunizmə məğlub olmasının digər ölkələrin də məğlub olmasına səbəb olacağını təsvir etmişdi. ℹ️ "Domino nəzəriyyəsi" Hind-Çinlə bağlı mətbuat konfransı zamanı, millətçi və kommunistlərin dəstəklədiyi Vyetminin Fransanın Dien Bien Phu qalasını mühasirəyə aldıqları və fransızları öz müstəmləkələrindən qovmaq prosesində olduğu bir vaxtda səsləndirildi. 📌 ABŞ üçün həmin ərazi olduqca önəmli idi. Həmin illərdə İndoneziya, Malaya və Birma da daxil olmaqla bölgənin bir çox yerində kommunistlərin dəstəklədiyi üsyanlar başlamışdı. Onların dayandırılması ABŞ üçün Soyuq müharibənin həlledici aspekti kimi görünürdü. 📢 Fransızların Hind-Çindən geri çəkilməsi ilə ABŞ regional iştirakını gücləndirdi və 'domino nəzəriyyəsi' 1960-70-ci illərdə ABŞ-ın Vyetnama, Laosa və Kambocaya müdaxiləsinə bəraət qazandırmaq üçün yenidən gündəmə gəldi.

📢 Ötən əsrin 50-ci illərində Harvardda vəhşi eksperimentlər aparılan zaman Dr. Kurt Richter və komandası siçanların suda nə qədər dayana biləcəyini öyrənmək üçün onları suyun içinə buraxır. Apardıqları tədqiqatlarda siçanların ortalama 15 dəqiqə ərzində mübarizə aparmağı buraxıb boğularaq öldüyü təsbit olundu. Daha sonra isə tədqiqatçılar siçanları boğulmadan öncə sudan çıxarıb, dincəlmələri üçün zaman verdilər. Daha sonra siçanları yenidən suya buraxdılar. 👉🏻 İkinci eksperimentdə sizcə nə qədər dayana bildilər? 15 dəqiqə? 10 dəqiqə? Yoxsa 5 dəqiqəmi? Xeyr. ⏱️ 60 saat. 👉🏻 Oxuduğunuz rəqəm doğrudur: siçanlar ikinci mərhələdə 60 saat suda dayanmağı bacardılar. İkinci mərhələdə siçanlar sonda yenə qurtulacaqlarına inandıqları üçün daha çox mübarizə aparmağa başladılar. Nəticədə siçanlar əvvəl onlar üçün mümkün görülməyən şeydən özlərini uzaq tutmaq lazım olduğunu düşünüb, özlərini buna inandırdılar. İkinci mərhələdəki hərəkətləri isə məhz bu inanca bağlı olaraq formalaşmışdı. 🎯 Buradan çıxan nəticə isə bu idi: əgər ümid yorğun siçanları bu qədər həyatda saxlaya bilmişdisə, özlərinə və qabiliyyətlərinə inanan, buna uyğun hərəkət edənlər daha da çox həyatda qala bilərdilər.

photo content

🦷 Dünyanın ən bahalı diş protezləri "Waterloo dişləri" sayılır. ⚔️ 1815-ci ilə Napolyonun məğlubiyyətə uğradığı Waterloo döy
🦷 Dünyanın ən bahalı diş protezləri "Waterloo dişləri" sayılır. ⚔️ 1815-ci ilə Napolyonun məğlubiyyətə uğradığı Waterloo döyüşündə hər iki tərəfdən təxminən 50000 əsgər həlak olmuşdu. Bu əsgərləri basdırmadan əvvəl dişləri sağlam olan əsgərlərin dişlərini söküb İngiltərəyə göndərirdilər. ⚒️ Bu dişlər sonradan orada protez istehsalı üçün istifadə edilirdi. Çünki bu döyüşdən əvvəlki dövrlərdə diş xəstəlikləri artmış, insanların çoxu dişlərini itirmişdi. Diş həkimləri dişləri müalicə etməkdə və ya əvəzləyicisini tapmaqda çətinlik çəkirdilər. Onların istehsal etdiyi süni dişlər də çeynəmək üçün yararsız idi. 📢 Ona görə də döyüşdən sonra əldə olunan dişlər protezlər üçün istifadə olundu. Həqiqi dişlərdən düzəldilən bu protezlər daha sonradan "Waterloo dişləri" adlandırıldı. Şəkildə gördüyünüz də həmin protezlərdən biridir.

🎯 İkinci Dünya müharibəsində məğlub olan Yaponiya qısa zamanda toparlanmışdı. ☘️ Yaponiyanın iqtisadi möcüzəsi adlanan bu fe
🎯 İkinci Dünya müharibəsində məğlub olan Yaponiya qısa zamanda toparlanmışdı. ☘️ Yaponiyanın iqtisadi möcüzəsi adlanan bu fenomen 1950-ci illərin ortalarından etibarən 1973-cü il neft böhranına qədər davam edən dövrdə yapon iqtisadiyyatındakı rekord artıma deyilirdi. ℹ️ Bu dövrdə yapon iqtisadiyyatı hər il 10% böyüyürdü, bu isə inkişad etmiş ölkələr arasındakı ən yüksək artım tempi idi. İqtisadiyyatın bu cür sürətlə inkişaf etməsinin səbəbləri arasında vergilərin az olması və yapon elminin yeni texnologiyaları intensiv mənimsəməsi olmuşdu. Qəribəsi isə budur ki, bu texnologiyalar İkinci Dünya müharibəsindən əvvəl hakimiyyətin təcrid siyasəti nəticəsində Yaponiyada qadağan edilmişdi. ⏱️ Yaponiyanın sürətli iqtisadi inkişafı 1985-ci ildə bitdi. Bunun səbəbi isə Yaponiyanın məşhur Plaza Sazişini (imzalandığı otelin adından götürülüb) imzalaması idi. Sazişdən sonra yenin 1,5 dəfə revalifasiyaya uğradılması (böyüdülməsi) Yaponiyada iqtisadi artım tempini aşağı saldı. Bu temp ildə təqribən 8% -dən 2% -ə düşdü.

📌 Türkiyənin Çatalhöyük ərazisi Neolit dövrünə aid bilinən ən qədim məskunlaşma ərazilərindən biridir. ℹ️ Tədqiqatçıların he
📌 Türkiyənin Çatalhöyük ərazisi Neolit dövrünə aid bilinən ən qədim məskunlaşma ərazilərindən biridir. ℹ️ Tədqiqatçıların hesablamalarına görə bu ərazinin təxminən 9500 yaşı var. Konyada yerləşən bu ərazi 1958-ci ildə James Mellaart tərəfindən kəşf olunmuşdu. 📢 Göbeklitepenin kəşfinə qədər bura ən qədim yaşayış yeri hesab olunurdu. Ancaq ehtimal olunur ki, yaşayış məskənlərinin aşkarlandığı halda Göbeklitepe titulu Çatalhöyükdən alacaq.

🚢 Tərk edilmiş Sovet hifrofoilləri 🎯 Soyuq müharibə dövründə SSRİ hidrofoil texnologiyasında öncül və lider ölkə idi. Rusiy
🚢 Tərk edilmiş Sovet hifrofoilləri 🎯 Soyuq müharibə dövründə SSRİ hidrofoil texnologiyasında öncül və lider ölkə idi. Rusiya və Ukrayna su yolları üçün 3000-nə yaxın şəkildə gördüyünüz tipdə gəmilər istehsal olunmuşdu. ℹ️ Gəminin gövdəsini sudan çıxarmaq və sürtünməni azaltmaq üçün hidrofoil qanadlarından istifadə olunurdu, həmçinin gəmilər saatda 150 km sürətə də çata bilirdi. Həmin dövr üçün bu cür texnologiya çox proqressiv idi.

🌳 İranın Kirman şəhərinin 35 km uzaqlığında yerləşən "Şahzadə bağçası" Qacarların hakimiyyəti dövründə tikilmişdi. Bəm qalas
🌳 İranın Kirman şəhərinin 35 km uzaqlığında yerləşən "Şahzadə bağçası" Qacarların hakimiyyəti dövründə tikilmişdi. Bəm qalası və Kirman arasındakı yolun üzərində yerləşən bu əraziyə "Cənnət bağçası" da deyirlər. ☘️ Ümumi ərazisi 5.5 hektardır. Torpağın altındakı yeraltı sulardan istifadə edilərək yaradılan bu bağça əsrlər boyu öz yaşıllığını qoruya bilib. ℹ️ Bu ərazi çölün ortasında yerləşsə də, coğrafi strukturuna görə yeraltı sulara yaxın olması burada torpağın münbit olmasına gətirib çıxarıb. Digər ərazilərdən fərqli olaraq bura kifayət qədər nəmlidir, bu da flora və faunanın daim inkişaf etməsinə təsir göstərir. 📌 "Şahzadə bağçası" 2011-ci ildən etibarən YUNESKO-nun Dünya İrsi siyahısında yer alır və qorunur.

🧠 İndiyə qədər fikirlərinizi, hərəkətlərinizi və qərarlarınızı hansı gizli qüvvələrin formalaşdırdığını heç düşünmüsünüzmü?
🧠 İndiyə qədər fikirlərinizi, hərəkətlərinizi və qərarlarınızı hansı gizli qüvvələrin formalaşdırdığını heç düşünmüsünüzmü? David Eagleman “Incognito” kitabında şüursuz zehnin sirli dünyasına işıq salır. Kitabda ətrafımızda olanların və təcrübələrimizin qavrayışımı necə formalaşdırmağından, emosiyalarımızın və qərəzlərimizin qərar qəbuletmə prosesinə necə təsir etdiyindən, davranışlarımızı formalaşdıran şüuraltı qüvvələrdən bəhs edilir. ✍🏻 Ətraflı oxumaq üçün yazımıza keçid edin 👇🏻👇🏻 https://sciencearc.com/suuralti-zehnin-sirleri/

📢 İtaliyanın Napoli şəhərinin yaxınlığında bir zamanlar çox zəngin və inkişaf etmiş şəhər var idi. Dənizə yaxın olması şəhər
📢 İtaliyanın Napoli şəhərinin yaxınlığında bir zamanlar çox zəngin və inkişaf etmiş şəhər var idi. Dənizə yaxın olması şəhəri həm iqtisadi cəhətdən yüksəldir, həm də insanların güzəranını yaxşılaşdırırdı. 79-cu ildə vulkan püskürməsi şəhəri 15 dəqiqə ərzində məhv edir, sağ qalan olmur və təxminən 1700 il şəhərin varlığından kimsənin xəbəri olmur. ☘️ Üstündən 300 il keçməsinə baxmayaraq, bu gün də Pompeydə qazıntılar davam edir. Pompey şəhəri UNESCO-nun ümumdünya irsi obyektləri siyahısındadır və hər il təxminən 2.5 milyon insanın ziyarət etdiyi yerdir. Pompeyin məhv olması barəsində bir çox hekayələr və əfsanələr var. Ancaq bütün hekayələrdə sadəcə bir ortaq cəhət var. Pompey insanları Vezuvini vulkan kimi yox, dağ kimi tanıyırdı və bir gün belə fəlakət yaradacağını bilmirdilər. ℹ️ Ətraflı izləmək və ya oxumaq üçün şərhlərə keçid edin. Kanalımıza abunə olmağı da unutmayın 🥳 https://ytbe.one/QZKloolqgik https://sciencearc.com/pompey-seheri-ve-sirli-hekayesi-gunahlar-seheri-nece-yox-oldu/

🔎 ABŞ Prezidenti Con Kennedi ölkə tarixində Teodor Ruzveltdən sonra ən gənc prezident idi. ABŞ tarixinin ilk katolik prezide
🔎 ABŞ Prezidenti Con Kennedi ölkə tarixində Teodor Ruzveltdən sonra ən gənc prezident idi. ABŞ tarixinin ilk katolik prezidenti olan Kennedi prezidentlər arasında yeganə Pulitser mükafatı laureatı idi. Kennediyə yaxınlığı ilə tanınan Merlin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdi. ℹ️ Con Kennedi prezidentliyi ərzində bir çox sui-qəsdə məruz qalmışdı. Ancaq 1963-cü ilin noyabrın 22-də snayper gülləsi ilə öldürüldü. Onun qatili Li Harvi Osvald yaxalansa da, Kennedinin ölümünün səbəbləri ortaya çıxmadı. 📌 Kennedinin beyni bədəninin yarılması zamanı çıxarılmış və Milli Arxivdə saxlanırdı. Ancaq 60-cı illərin sonunda bəlli oldu ki, onun beyni buradan yoxa çıxıb. Onun beyninin kimin götürdüyü və hara apardığı hələ də müəmmalı olaraq qalır.

Tibetin üzərindən təyyarələrin uçmadığını bilirdinizmi? ✈️ 🎯 Əgər Flight radar tətbiqinə nəzər salsanız, Çinin Tibet bölgəsi
Tibetin üzərindən təyyarələrin uçmadığını bilirdinizmi? ✈️ 🎯 Əgər Flight radar tətbiqinə nəzər salsanız, Çinin Tibet bölgəsində səmada heç bir təyyarənin uçmadığını görərsiniz. Bunun səbəbi isə Tibetin yerləşdiyi ərazisidir. Tibet dəniz səviyyəsindən ortalama 5000 metr yüksəlikdə yerləşir. Dünyanın ən böyük zirvəsi Everest (8849 metr) də məhz burada yerləşir. 🛩️ Müasir təyyarələrin kabinləri təzyiqli olur. Əgər uçuş zamanı təzyiq sistemində problem yaransa, ilk növbədə sərnişinlərin nəfəs alıb verməsi üçün oksigen maskaları aktivləşir. Ancaq onların həcmi ortalama 15-20 dəqiqə olur. Ona görə də problem zamanı pilotlar təyyarələri 3000 metr hündürlüyə qədər salmalıdırlar. 🏔️ Tibet bölgəsinin coğrafiyası isə təxminən 3000 metrdən yüksəkdir. Yəni bu ərazidə təyyarələrin təcili vəziyyətlərdə eniş edə biləcəyi sahələr yoxdur. Ona görə də Tibetin üzərindən təyyarə uçmur.