Science Arc
Відкрити в Telegram
🔬Elmi məqalələr 📍 Xaricdə təhsil/karyera 📡Texnologiya ⏳Maraqlı faktlar 🔭Şəxsi inkişaf Digər platformalar: 🔍https://sciencearc.com 💡Facebook: ScienceArc 🎙Instagram: sciencearc.blog 🎬YouTube: https://www.youtube.com/c/AliyarAzimov Əlaqə: @azmff
Показати більше1 050
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
1 050
🧐 23 avqust 1989 -cu ildə Latviya, Estoniya və Litvadan təxminən 2 milyon insan hər üç ölkəni birləşdirən 600 km uzunluqda insan zənciri qurmuşdu. "Baltik Zənciri" kimi tanınan insanlar, Sovet İttifaqından qaçmaq istəklərini dünyaya göstərməyə çalışırdılar.
1 050
✈️ 20 fevral 1970-ci ildə 14 yaşlı avstraliyalı yeniyetmə Keyt Sapsford Sidney hava limanına daxil olaraq Yaponiyaya gedən təyyarənin təkərində gizlənərək səyahət etmək istəyirdi. O, bunu maraqlı qaçış kimi görürdü. Təəssüf ki, Keyn təyyarə havaya qalxdıqdan sonra 60 metr hündürlükdən yıxıldı.
📸 Bu dəhşətli anı hava limanında yeni kamera obyektivini sınaqdan keçirən həvəskar fotoqraf Con Gilpin təsadüfən lentə aldı. Daha sonra bu şəkil tarixin ən təsirli fotolarından biri seçildi.
1 050
🧐 1990-cı illərin əvvəllərində Sebastiao Ribeiro Salgado adlı jurnalist Ruandada baş verən soyqırımı işıqlandırmaq üçün burada bir müddət məskunlaşmışdı. Gördükləri onda böyük travmaya səbəb olmuşdu.
🚨 1994-cü ildə isə Braziliyanın Minas Gerais şəhərində yerləşən evinə qayıtdıqda yaşıl meşələrin ona təsəlli verəcəyini düşünürdü. Ancaq qayıtdıqda ərazidə ümumiyyətlə ağac qalmadığına şahid oldu.
🌲 Köçmək əvəzinə həyat yoldaşı ilə birlikdə 20 il ərzində 2.7 milyon ağac toxumu əkərək buranı yenidən yaşıllandırdı. 1500 hektar ərazidə təbiəti yenidən canlandıran cütlüyün sayəsində 293 bitki, 172 quş və 33 heyvan növü özünə daimi ev qazandı. Hətta bu canlıların bəzilərinin nəsli tükənmək üzrə idi.
1 050
🧐 Braziliyanın cənubunda qarğıdakı tarlasında kəşf olunan bu tunellərin bir zamanlar dini sərvətləri özündə gizlətdiyinə inanılırdı. Ancaq reallıq əlbəttə ki, fərqli idi.
🚜 2009-cu ildə bir fermer Braziliyanın cənubundakı qarğıdalı tarlasında maşın sürərkən qəfildən traktorunun batdığını və bir tərəfə sürüşdüyünü hiss etdi. Rəsmi orqanlara xəbər verdikdən sonra isə əraziyə tədqiqatçılar cəlb olundu. Araşdırmalar nəticəsində məlum oldu ki, fermerin evinin altından təxminən 2 metr hündürlüyə və enə malik 15 metr tunel uzanır. Divarlarda olan pəncə izləri buranın sakinlərinin insan olmadığına işarə edirdi.
🧱 Fermerin mülkünü ziyarət edən bir geoloq və elm adamları tunelləri 10000 il əvvələ aid nəhəng yeraltı heyvan tərəfindən qazıldığını ortaya çıxardı.
1 050
🔪 1998-ci ildə Michael Hill adlı şəxs dostunun evində 20 sm-lik bıçaqla başından zədə aldı. Bıçaq onun beyninə girmişdi. Təcili xəstəxanaya çatdırılan bu şəxsin beynindən bıçaq çıxarıldı. Möcüzəvi şəkildə həyatda qalan Michael 7 gün sonra xəstəxanadan evə buraxıldı. Aldığı zədədən yaddaşını tamamilə itirdi və sol əli iflic oldu. Ancaq bu hadisə tarixə insan başından çıxarılmış ən böyük obyekt kimi həkk olundu.🧠
1 050
📸 Bu şəkil yanan külək turbininin üstündə sıxışan iki mühəndisin hekayəsindən bəhs edir. Burada onlar bir-birlərini son dəfə qucaqlayırlar.
🧐 Oktyabrın 29-da Hollandiyada fermaların birində mühəndislər turbinin təmiri ilə məğul idilər. Tam bu sırada mühərrikdə baş verən qısa qapanmadan dolayı yanğın başladı. Mühərrikin təmirini 4 nəfər həyata keçirirdi. Onlardan ikisi yanğın başladığı an qaça bilsə də, digər ikisi təxminən 80 metr hündürlükdə sıxışıb qaldı. Təəssüf ki, hər ikisi də xilas ola bilmədi. Onlardan biri turbindən yıxıldı (və ya özünü atdı), digəri isə yanaraq can verdi.
1 050
💣 2016-cı ildə Somalili suiqəsdçi özü ilə birgə sərnişin təyyarəsinə bomba keçirməyi bacarmışdı. Təyyarə havalandıqdan 20 dəqiqə sonra bombanı partlatdı və nəticədə təyyarənin gövdəsi şəkildəki kimi parçalandı. Ancaq bu hadisədə ölən sadəcə bombanı partladan şəxs oldu. Xoşbəxtlikdən təyyarə tamamilə partlamamış, təcili eniş edərək digər sərnişinlərin qurtulmasına səbəb olmuşdu.
1 050
🦈 Bu görüntü çəkildikdən bir neçə dəqiqə sonra SeaWorld təlimçisi Dawn Brancheau şəkildə gördüyünüz Tilikum adlı orka tərəfindən vəhşicəsinə öldürüldü.
🧐 Tamaşanı izləməyə yığılmış insanlar dəhşətlə 45 dəqiqə ərzində onun cəsədinin okra tərəfindən necə parçalandığına şahid oldular. 2022-ci ilə qədər orkaların səbəb olduğu 4 insan ölümü var idi. Onların üçünü məhz Tilikum törətmişdi.
1 050
🧐 İrlandiyada Dəmir dövrünə aid bataqlıq cəsədi aşkar edilib. "Qədim Kroqan Adam" adlanan bu şəxsin bədəi olduqca yaxşı şəkildə qorunub, günümüzə qədər çatıb. Onun yaşının 2000 ildən çox olduğu, təxminən e.ə. 362-175-ci illər arasında yaşayan biri hesab olunur.
ℹ️ Başı kəsilmiş və ikiyə bölünmüş vəziyyətdə tapılan cəsəd Dublindəki İrlandiya Milli Muzeyində sərgilənir. Onun dırnaq nümunələri araşdırıldıqda dövrünə görə baxımlı dırnaqlara sahib olduğu və buna görə də yaşadığı bölgədə yüksək statuslu bir şəxs olduğu düşünülür.
1 050
📷🌇🌿 Təbiət və Şəhər Həyatından Kadrlarla Səyahətə Çıxın!
Salam əziz izləyicilər!🌟
Dostumuz və səhifə adminlərindən biri olan @jalalsafarli öz Instagram hesabında hər gün şəhər həyatının və təbiətin gözəlliklərini əks etdirən paylaşımlar edir.
Hesabı izləyərək və dostlarınızla paylaşaraq dəstək ola bilərsiniz:👉@jalalsafarli👈
Buyurun, Instagram lentinizi daha çox gözəl anlarla zənginləşdirin🤩
Hər birinizə təşəkkürlər!🙏
1 050
🧐 Pilot olsanız və gözü bağlı şəkildə təyyarəni endirmək istəsəniz nə olar?
✈️ 1986-cı ildə rus pilotlar kapitan Aleksandr Klyuyev və yardımçı pilot Gennadi Jirnovun bu cəhdi 70 nəfərin ölümü ilə nəticələnmişdi. Aeroflot 6502 nömrəli uçuş Yekaterinburqdan Qroznıyə 80 sərnişin və 7 ekipaj üzvü daşıyırdı.
⛔️ Təyyarəni təyinat yerinə endirməyə cəhd etməzdən əvvəl Klyuyev Jirnovla mərc edir ki, o, gözləri bağlı halda təyyarəni endirə bilər. Hətta kabinənin pəncərələrini də bağlayırlar ki, Klyuyev yerlə vizual təmasda olmasın.
🔥 Eniş zamanı Klyuyev təyyarəni uğurla endirə biləcəyini sübut etmək üçün hətta hava hərəkəti idarəsinin təkliflərinə də tabe olmamışdı. Elə faciə də bununla başladı. Təyyarə eniş zolağına 150 knott (280 km/saat) sürətlə endi. Yerə təmas edərkən çevrildi və alovlandı.
🚒 Bu ölümcül qərar dörd ekipaj üzvünün və 66 sərnişinin ölümünə səbəb oldu. Klyuyev qəzadan sağ çıxdı və sonradan 15 il müddətinə həbs edildi. Amma 6 il sonra sərbəst buraxıldı. Jirnov isə enişin faciə ilə nəticələnəciyini anlayanda sərnişinlərin həyatını xilas etməyə cəhd etdi, amma o, elə həmin gün xəstəxanaya aparılarkən yolda ürək çatışmazlığından dünyasını dəyişdi.
1 050
🎯 Dünyanın "cəhənnəm qapısı"
📢 1971-ci ildə sovet geoloqları Türkmənistanın Darvaza kəndinin yaxınlığında yeraltı qazların toplaşdığı yer aşkar etmişdilər. Qazma işləri nəticəsində geoloqlar yeraltı boşluqla qarşılaşmış, nəticədə yer qatı ucaraq qazla dolu böyük çuxur əmələ gətirmişdi. Qazma qurğuları və nəqliyyat vasitələri çuxura düşsə də insan tələfatı qeydə alınmamışdı. Qazın ətrafa yayılmaması üçün geoloqlar buranı yandırmağı qərara aldılar. Onlar düşünüdülər ki, yanğın bir neçə günə sönəcək, lakin həmin çuxur fasiləsiz olaraq yanmağa davam etdi.
ℹ️ 2004-cü ildə Darvaza kəndi ləğv edildi. 2013-cü ilin noyabr ayında məşhur kanadalı səyyah və tədqiqatçı Corc Koronis nümunələr götürmək və araşdırma aparmaq məqsədilə çuxurun dibinə endi. O, kraterin dibində yüksək temperaturda yaşaya bilən bakteriyalar aşkar etdi. Bu bakteriyalara heç yerdə rast gəlinmir və kraterin dibindəki kiçik ekosistemdə rahatlıqla yaşayırlar.
1 050
📸 Bu şəkil 2014-cü ildə Hindistanda zooparkların birində çəkilib. Masqood adlı bu şəxs Delhi zooparkını ziyarət edərkən ağ pələnglərin yaşadığı yerə tullanır. Bunu görən ağ pələng isə ona hücum edir və 15 dəqiqə ərzində öz təbii instinklərinə uyğun olaraq onun həyatına son qoyur.
🐅 Ətrafdakı insanların pələngin diqqətini dağıtmaq üçün çalışmasına baxmayaraq, ona mane ola bilmədilər. Bu fotoşəkil də tarixin səhifələrinə həmin şəxsin son anları kimi düşür.
1 050
🔎 Albert Hamilton Fiş tarixin ən amansız silsilə qatillərindən biridir. O, 1870-ci ilin 19 mayında Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində anadan olmuşdur. Fiş sadəcə silsilə qətillər törətmiş ruhi xəstə kimi yox, həm də adamyeyən qatil kimi adını tarixə yazmışdır.
📌 “Boz Adam”, “Bruklin Qaniçəni” və “Xortdan” ləqəbləri ilə tanınan Fişin yüzdən artıq qətil törətdiyi ehtimal olunur və dünyada yaşamış silsilə qatillərin ən yaşlısı hesab olunur. Albert Fişin pedofil və ruhi xəstə olduğu rəsmi şəkildə təsdiq olunmuşdur. Albert Fiş yaşlı cavan ayırımı etmədən bir sıra qanlı cinayət törətmiş və qurbanlarının bir çoxunun da ətini yemişdir.
🎙 Ətraflı oxumaq üçün yazımıza keçid edin 👇
https://sciencearc.com/tarixin-en-amansiz-silsile-qatili-albert-fis/
1 050
☢️ Hadisənin üstündən 10 il keçməsinə baxmayaraq, aviasiya tarixinin ən sirli hadisələrindən biri Malayziya hava yollarına məxsus MH-370 nömrəli Boeing 777 təyyarənin birdən birə yoxa çıxmasıdır.
🧐 Malayziya təyyarəsindəki 227 sərnişin və 12 ekipaj üzvündən indiyə qədər heç bir xəbər alına bilinməyib. Təyyarənin müəyyən parçaları üzə çıxsa da, təyyarəyə tam olaraq nə olduğu barədə dəqiq məlumat yoxdur. Bu hadisə ilə bağlı yüzlərlə nəzəriyyə və iddia irəli sürülüb. Bu dəfəki yazımızda reallığa daha yaxın olan nəzəriyyələrdən birindən bəhs edirik.
https://sciencearc.com/mh-370-malayziya-teyyaresi/
1 050
Bayramınız mübarək, dəyərli izləyicilərimiz.🎉 Bu səhifəni yaradanda məqsədimiz cəmiyyətə faydalı olmaq, bildiklərimizi bölüşmək, sizinlə birlikdə öyrənmək idi. 📚 Ümid edirik ki, bu işdə az da olsa uğurlu olmuşuq. 😇 Bizə ayırdığınız vaxt bizim üçün olduqca dəyərlidir, ona görə də yeni ildə də sizə yeni, maraqlı, faydalı məlumatlar təqdim edəcəyik. 📌 2024-cü il hamınıza uğur və xoşbəxtlik gətirsin. 🎄 Ümid edirik, bu ilin sonunda daha çox izləyiciyə çatarıq. 🥂
1 050
🧐 Şəkildə gördüyünüz bu aparat İsveç mütəxəssisləri tərəfindən hazırlanan eftanaziya cihazıdır. Uzun müzakirələrdən sonra aparatın İsveç hüquqlarına uyğun olduğu təsdiqlənib.
ℹ️ Aparatın içindəki düyməni sıxmaqla içi nitrogen qazı ilə dolur. Nəticədə oksigenin miqdarı yavaş yavaş azalır və eftanaziya prosesi sonlanır.
1 050
🚀 Komandaları uğura sövq edən nədir? Google sualın cavabını tapmaq üçün 180-dən çox komandanı araşdırmağa 2 il vaxt və çoxlu resurs sərf edib. Nəticədə aşağıdakı nəticələri edib.
1️⃣ Psixoloji Təhlükəsizlik: Fikirlərin qorxmadan paylaşıldığı mühit.
2️⃣ Etibarlılıq: Etibar və etibarlılıq komandanı mükəmməlliyə aparır.
3️⃣ Struktur və Aydınlıq: Aydın məqsədlər və rollar uğura yol açır.
4️⃣ Mənalı İş: Gündəlik işdən kənar məqsədlər komanda motivasiyasını artırır.
5️⃣ İşin təsiri: İşinizin vacibliyini bilmək yüksək performansa səbəb olur.
Araşdırmaya görə bunlar yüksək performanslı komandaların uğur faktorlarıdı. Ətraflı oxumaq üçün yazımıza keçid edin 👇🏻
https://sciencearc.com/project-aristotle-google-mukemmel-komanda-yaratmaq-axtarisindan-ne-oyrendi/
1 050
🧠 1998-ci ildə Michael Hill adlı şəxs dostunun evində başından bıçaqlanmışdı. Möcüzə nəticəsində həyatda qalan bu şəxs 7 gündən sonra yaddaşında zədələnmə və iflic diaqnozu ilə evə buraxıldı. Bıçaq onun beyninə daimi zərər vursa da, bu, indiyə qədər insan beynindən çıxarılan ən böyük obyekt sayılır.
