cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

anti-bidah

Більше
Країна не вказанаМова не вказанаКатегорія не вказана
Рекламні дописи
133
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

Diqqətlə baxın!Öyrənin və övladlarınıza da doğru olanı öyrədin! Göy dairəyə alınan məscid-“Qubbətus Saxra” Yaşıl dairəyə alınan məscid-“Məscidul Qibli” Qırmızı xətlə çərçivəyə alınmış sahə isə "Məscidul Əqsa"dır.Divarlar yox, o ərazi "Məscidul Əqsa"dır.Quranın xəbər verdiyi "Məscidul Əqsa" bina deyil,bir ərazidir. Əslində “Qubbətus-Saxra” məscidi 7-ci əsrin sonunda Əməvi xəlifəsi AbdulMəlik ibn Mərvanın əmri ilə tikilib. “Məscidul Qibli” məscidini isə, 8-ci əsrin əvvəlində Abdul-Məlik ibn Mərvanın oğlu Vəlid ibn Abdil Məlik ibn Mərvan tikdirmişdir. ✍️Əbu Fadl
Показати все...
🔴 Diqqət ! Ay görünmədi ! 4 cü gün ( 13 may 2021-ci il) Ramazan bayramıdır ! Sabah son orucu tuturuq !
Показати все...
📣 Diqqət! 🔴 Şəri baxımdan ayı müşahidə edən bir çox ölkələrdə ( Qətər, Küveyt, Səudiyyə və sair) hilal (yeni ay) göründü . Demək ki sabah (13 Aprel) Ramazan ayının birinci günüdür və oruc tuturuq . Allah əməllərimizi qəbul etsin . 🔗 Mənbə: Anadolu Agentliyi
Показати все...
Ortaq düşmənə qarşı və birgə çıxarlar naminə əməkdaşlıq etməyi, köməkləşməyi King-Kong ilə Godzilla belə sonunda öyrəndi. Geriyə müsəlman camaatlar və onların başında duran elm tələbələri qaldı. ✏️ Samir Firdovsioğlu
Показати все...
🔴 Bir müsəlman qardaşımızın başına gələnlər ✏️Demək belə bir şeylə qarşılaşdım, əvvəlcə yaxın çevrəmə danışdım, indi istədim hər kəslə bölüşüm. Açığı mənə qəribə gələn bir şey haqda yazacam, bəlkə heç siz də bu qəribəliyi müşahidə etmisiz.Əvvəldən deyim burda cinlərin, hicamənin mövcudluğundan danışılmır, bu kimi şeylərin sui-istifadəsi, biznesə çevrilməsindən söhbət gedir.Keçən günlərdə bir müsəlman ailəyə qonaq oldum. Aralarında cavan bir oğlan vardı, adam neçə gündür günü yüz manatdan ruqiyyə olunur, ay səndə cindir, ay cin sənin filan yerindədir və sair və ilaxır.. mən də oğlanla bir az danışdım, adam subaydır, dost çevrəsi yoxdur, biraz qapanıq adamdir. Mövcud pandemiya filan hamını depresiya, çatdırdığı kimi bu oğlana da təsir edib. Həm də belə bir halda kiməsə gəlib səndə cin var, gəl içindəki cini danışdıraq, qovaq getsin deyəndə adam doğurdan da “cin vurmuş” kimi olub..üstəlik pulla, hərə bir qiymət oxuyur. Mən oğlanda xüsusi bir şy görmədim, indi ölkədə hamı bu vəziyyətdədir, yəqin razı olarsız ki, hamıya cin girməyib. İllərdir belə şeylərdə, açıq deyim,biznesmenlik görürük, bilirəm mənim kimi sizin də diqqətinizi çəkib... ay filan yerim ağrıdı deməyə peşmansan ki, yanından bir cibdar, ruqiyyəçi çıxır ki, əxi gəl ruqiyyə edim, günü yüz manat, hələ üstəlik sənə içinə ruqiyyə oxunmuş 400-500 manatlıq bal satacam...bu yaşanmışdır, ogün bir nəfərə fantastik qiymətə “şifa balı” satıblar, adam aparıb qaytarım.. ay qaytardın haa.. deyiblər ki, elə şey yoxdur, axırda dava-qırğınla 400 manatdan 100 manat çıxıb 300 manatı geri qaytarıblar. İndi bu nədir? Şarlatanlıq deyil? Məncə elədir. Birinə deyirsən başım ağrıyır, deyir gəl hicamə edək.. 4 banka yerinə 14-15 bankanı od qiymətinə guppuldadır gedir. Bəlkə mənim qan azlığım var, heç mənə olmaz. Yox əxi sünnədə gəlib heş zad olmaz.. olur axı. O gün bir adama hicamə ediblər adam az qalıb ölsün.. Biz belə şeyləri deyəndə oluruq bidətçi, din düşməni, bunlar belə etməklə olur sünnə əhli, sünnəylə müalicə filan. Belə şeyləri əvvəl müsəlmanlara edirdilər, heçnə demirdik.. indi biznesi böyüdüblər və cahillərlə də işləyirlər, bir yandan dini də gözdən salırlar, bir gün biri əllərində öləcək onda ağılları gələcək başlarına.. özü də əksəriyyəti ixtisaslı adamlar deyil,təsadüfi adamlardı. hamınızın ətrafında belə şeylərdən zərər çəkən adamlar var. Bir şey olmamış ruqiyyə,hacamat özü də od qiymətinə, elə şeylər görüb eşidirsənk ki bizim özümüzə qəribə gəlir, cahil neynəsin.
Показати все...
🔴 Şükür nədir ? Şükür etmək içində olduğun vəziyyətin necəliyindən asılı olmayaraq aşağıdakıları etməkdir: 1. Allah haqqında yaxşı zəndə olmaq; 2. Ağlayıb sızlamaq, şikayət etmək əvəzinə içində olduğun vəziyyətdə Allahın razılığını qazanmağın yollarını axtarmaq; 3. Pozitiv olmaq; 4. Əlində olan imkanlardan doğru şəkildə və halallıq çərçivəsində istifadə etmək. Məsələn, Allah sənə bir iş nəsib edibsə, o işdə "çak-çuk" eləməmək; 5. Sənə bəxş edilən istedadı, qabiliyyəti, səhhəti, işi və s. Allahın razı qalacağı şəkildə istifadə etmək, ailənlə və dostlarınla Allahın razı qalacağı tərzdə rəftar etmək; 6. Qarşına çıxan fürsətləri Allahın bir neməti olaraq görmək. Bu nemətin şükrünün ədası olaraq sözügedən fürsətdən maksimum yararlanmağa çalışmaq. Fürsətlərə qarşı laqeyd yanaşmaq həmin nemətə qarşı naşükürlükdür. Uzun sözün qısası, şükür çox geniş bir məfhumdur. Şükür dinin özüdür. Məhz buna görə də Quranda bir çox ayələrdə şükrün ziddinin küfr olduğu deyilir. Yəni mömin şükr edən quldur, kafir isə nankor və naşükür. 🔴 Şükür nə deyil? - Passivlik; - Zülmə boyun əyərək qapazaltı olmaq; - Haqqını başqalarının yeməsinə göz yummaq və s. ✏️ Fərhad Hacıyev
Показати все...
🔴 TƏKFİRÇİ sözü bidətdirmi? ✏️ Soz zamanlar "Təkfirçi" sözünə bəzi qardaşların etiraz etdiyini hətta bidət adlandırdıqlarını görürəm. Əvvəlki imamlardan kim "təkfirçi" sözünü işlədib deyərək bu sözün istifadəsinə qarşı çıxırlar. Əslində "təkfirçi" elə "xaricidir", lakin xavariclərdən çox şeydə fərqlənən, lakin təkfirdə bənzəyən kəslər üçün "təkfirçi" adını istifadə edirlər. Xavariclərin vəsflərinə baxsaq görəcəyik ki, xavariclər böyük günah sahiblərini təkfir edirlər, sünnəti və sünnətdə gəlmiş bir çox etiqadi prinsipi qəbul etmirlər. Lakin müasir zamanımızda mövcud olan bir çox camaatlar sırf bir xüsusiyyətdə bu xaricilərə şərik olublar. O da əsassız təkfir etmək xüsusiyyətidir. Bu insanlar alimlər arasındakı ixtilaflı məsələlərə görə təkfir edirlər, bəzən mübah olan işlərə görə təkfir edirlər. Ona görə də bu cür insanlara "təkfirçi" demək məna cəhətdən daha anlaşılandır. Alimlər də bu cür deyirlər: "لا مشاحة في الاصطلاح" Bu cümlənin mənası budur ki, "bir nəfərin müəyyən bir məna üçün müəyyən termini istifadə etməsinə mane olmaq doğru deyildir, əgər o, istifadə etdiyi termini hansı mənada işlətdiyini bəyan edirsə bunda bir problem yoxdur."
Показати все...
🔴 Təkfirçiliyin səbəbləri Onları bu işlərə (yəni təkfirçiliyə) salan səbəblər bunlardır: 1. Şəriətdən cahil olmaqları 2. Cəmiyyətlərin pozğunluğu 3. Hökumətlər tərəfindən onlara qarşı insafsızlıq 4. Hakimləri batil ilə müdafiə edən pis şeyxlərin mövcud olması..." ✏️Şeyx Muqbil
Показати все...
🔴 Təkfirçilərə rəddiyə silsiləsindən- ✏️ Nəcdli şeyxdən məktub ! Abdullətif bin Abdirrahmən bin Həsən Al əş-Şeyx məktubların birində deyir: "وقد رأيت سنة أربع وستين رجلين من أشباهكم المارقين بالأحساء قد اعتزلا الجمعة والجماعة، وكفّرا من في تلك البلاد من المسلمين، وحجتهم من جنس حجتكم، يقولون: أهل الأحساء يجالسون ابن فيروز، ويخالطونه هو وأمثاله ممن لم يكفر بالطاغوت، ولم يصرح بتكفير جده الذي رد دعوة الشيخ محمد ولم يقبلها وعاداها. قالا: ومن لم يصرح بكفره فهو كافر بالله لم يكفر بالطاغوت، ومن جالسه فهو مثله. ورتبوا على هاتين المقدمتين الكاذبتين الضالتين ما يترتب على الردة الصريحة من الأحكام، حتى تركوا رد السلام " "(Hicri min iki yüz) altmış dördüncü ildə əl-Əhsə şəhərində sizin kimi düşünən, xarici zeyniyyətli iki nəfər gördüm; ⏩ cüməni və camaatı tərk etmişdilər. ⏩ O şəhərdəki bütün müsəlmanları təkfir etmişdilər. Onların da dəlilləri sizin dəlilləriniz növündəndir. Deyirlər ki, əl-Əhsə'nin əhalisi İbn Feyruz və onun kimi tağutu inkar etməyənlər ilə oturub dururlar və onlarla qaynayıb qarışırlar, (İbn Feyruz) Şeyx Muhəmməd (bin Abdilvahhab)ın dəvətini rəd edən, qəbul etməyən və ona düşmən kəsilən babasını təkfir etdiyini açıqdan bildirmir. O ikisi dedi ki, kim onun kafir olduğunu açıqca söyləməzsə o, Allaha küfr etmiş və tağutu inkar etməmişdir və onunla oturub duranlar da onun kimidir. Beləliklədə bu iki yalan və sapıq müqəddimə üzərinə aşkar mürtədliklə bağlı hökmləri bina ediblər, hətta salama cavab verməyi belə tərk ediblər." 📙"Məcmuətur-Rasəil val-Məsəil ən-Nəcdiyyə", 3/5
Показати все...
Ağıldan qıt olanların adəti budur: Haqqı insanlara görə tanıyarlar. İnsanları haqqa görə yox. Ağıllı insan isə, möminlərin əmiri Əli bin Əbi Talibin - Allah ondan razı olsun - bu sözüylə əməl edər: "Haqqı insanlara görə tanıma! Haqqı tanı ki, əhlini tanıyasan!" Ağıllı, arif insan öncə haqqı tapar, sonra sözə baxar. Əgər doğrudursa onu qəbul edər. Sözün sahibi istər haqq əhlindən olsun, istər batil əhlindən. İnsanların çoxuna hakim olan batil bir yanaşma var: Bir söz deyib, sonra onu haqqında yaxşı fikirdə olduqları birinə nisbət etsən, batil də olsa onu qəbul edərlər. Yenə bir fikir səsləndirib, haqqında yaxşı fikirdə olmadıqları birinə nisbət etsən, haqq da olsa onu rədd edərlər. Haqqı həmişə insanlara görə tanıyarlar. İnsanları haqqa görə tanımazlar. Bu isə zəlalətin zirvəsidir!”   📙Əbu Həmid Əl Ğazali: Əl Munqiz minəd Dalal: 153 və 155
Показати все...
Оберіть інший тариф

На вашому тарифі доступна аналітика тільки для 5 каналів. Щоб отримати більше — оберіть інший тариф.