uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Sionizmin Kölgəsində

Sionizmin Kölgəsində

Відкрити в Telegram

🇦🇿 Azərbaycanda sionizmin təsirləri və bu mövzu ətrafında gedən prosesləri araşdıran kanal. 🔍 Məqsədimiz sionizm mövzusu ilə bağlı məlumatlandırmaq, suallar yaratmaq və Azərbaycana təsir edən hadisələrin pərdəarxasını araşdırmaqdır.

Показати більше
Країна не вказанаКатегорія не вказана
430
Підписники
+124 години
+147 днів
+13930 днів

Завантажуємо дані

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
лист '26
листопад '26
+10
в 5 каналах
жовтень '26
+187
в 22 каналах
Get PRO
вересень '26
+290
в 6 каналах
Get PRO
серпень '260
в 4 каналах
Get PRO
липень '26
+2
в 3 каналах
Дата
Залучення підписників
Згадування
Канали
03 листопада+2
02 листопада+2
01 листопада+6
Дописи каналу
🔯 Sionist rejim rəsmi olaraq Somaliləndə tam səlahiyyətli səfir təyin edib Somalilənd Prezidenti Əbdürrəhman Məhəmməd Abdullahi (İrro) sionist rejim səfirinin etimadnaməsini qəbul edib. Maykl Lotem əvvəllər sionist rejimin Keniya, Azərbaycan və Qazaxıstandakı səfiri vəzifələrində çalışıb. Qeyd: Bu təyinatın maraqlı geosiyasi tərəfi var. Sionist rejimin vaxtilə Azərbaycanda səfiri olmuş Maykl Lotemi Somaliləndə göndərməsi təsadüfi olmaya bilər. Xüsusilə də Azərbaycanın sionist rejimlə hərbi, enerji və kəşfiyyat sahələrindəki əlaqələrini nəzərə alsaq, belə bir diplomatın seçilməsi diqqət çəkir. Amma bir geosiyasi paralel diqqət çəkir: Azərbaycan İranın şimalında, Somalilənd isə Yəmənin qarşısında yerləşir. Hər iki məkan sionist rejimin regional təhlükəsizlik maraqları baxımından əhəmiyyətlidir. ✡️ Abunə olun

2
🔯 Sionist rejimin Azərbaycandakı səfirliyindən YONCA Psixoloji Mərkəzinə televizor hədiyyəsi Quldur sionist rejimin Azərbayc+1
🔯 Sionist rejimin Azərbaycandakı səfirliyindən YONCA Psixoloji Mərkəzinə televizor hədiyyəsi Quldur sionist rejimin Azərbaycandakı cəsusluq mərkəzi bu gün Bakıda fəaliyyət göstərən YONCA Psixoloji Dəstək və İnkişaf Mərkəzinə televizor hədiyyə edərək mərkəzin uşaqlar və onların ailələri ilə apardığı işə "dəstək" olub. Bu ianə sionist rejimin Azərbaycandakı sabiq səfiri Eitan Na’ehin "əziz" xatirəsinə həsr olunub. Onun bu ilin əvvəlində vaxtsız vəfatı dərin itki olmuşdur. Uşaqların inkişafı və rifahı naminə göstərdikləri fədakar fəaliyyətə görə YONCA SDC komandasına təşəkkürümüzü bildirir, onların bu mühüm fəaliyyətinə dəstək olmaqdan məmnunluq duyuruq. Qeyd: Televizoru yoxlasınlar məncə. ✡️ Abunə olun
2 339
3
🔯 Sionist rejimin Azərbaycandakı səfirliyindən YONCA Psixoloji Mərkəzinə televizor hədiyyəsi İsrail Dövlətinin Azərbaycandak+1
🔯 Sionist rejimin Azərbaycandakı səfirliyindən YONCA Psixoloji Mərkəzinə televizor hədiyyəsi İsrail Dövlətinin Azərbaycandakı Səfirliyi bu gün Bakıda fəaliyyət göstərən YONCA Psixoloji Dəstək və İnkişaf Mərkəzinə televizor hədiyyə edərək mərkəzin uşaqlar və onların ailələri ilə apardığı işə dəstək olub. Bu ianə İsrailin Azərbaycandakı sabiq səfiri Eitan Na’ehin əziz xatirəsinə həsr olunub. Onun bu ilin əvvəlində vaxtsız vəfatı dərin itki olmuşdur. Uşaqların inkişafı və rifahı naminə göstərdikləri fədakar fəaliyyətə görə YONCA SDC komandasına təşəkkürümüzü bildirir, onların bu mühüm fəaliyyətinə dəstək olmaqdan məmnunluq duyuruq. Qeyd: Televizoru yoxlasınlar məncə. ✡️ Abunə olun
1
4
🔯 Türkiyə-Azərbaycan gərginliyinin pərdəarxası: Hakan Fidanın Əliyevə qarşı dövlət çevrilişi planlaşdırdığı iddia olunur Dip
🔯 Türkiyə-Azərbaycan gərginliyinin pərdəarxası: Hakan Fidanın Əliyevə qarşı dövlət çevrilişi planlaşdırdığı iddia olunur Diplomatik kulislərdə Azərbaycanla Türkiyə arasında yaranan gərginliyin Hakan Fidanın Əliyevə qarşı planlaşdırdığı dövlət çevrilişi cəhdinin ifşa olunmasından qaynaqlandığı bildirilir. Bundan sonra Türkiyənin Azərbaycanda “dünyəvi təhsil prinsipinə ziddir” qərarı əsasında məktəblərdə hicab qadağası məsələsindən istifadə edərək üsyan təşkil etməyə və onu maliyyələşdirməyə çalışdığı, lakin Əliyevin sərt reaksiyası nəticəsində bu planın baş tutmadığı iddia olunur. Azərbaycanın Türkiyə ilə münasibətlərini kəsərək İsrail və ABŞ ilə müttəfiq olmağa üstünlük verməsi nəticəsində Türkiyənin böyük və mühüm müttəfiqlərindən birini itirdiyi irəli sürülür. ✡️ Abunə olun
2 277
5
🔯 Bakının strateji xəyanət sindromu: Əliyev rejiminin Tehrandan Ankaraya qədər uzanan şantaj siyasəti | Təhlil İlham Əliyevin strateji xəyanət sindromunun pərdəarxasında nə dayanır? Bakının sionizmin dayaq məntəqəsinə çevrilməsi və İsrailə məxsus pilotsuz uçuş aparatlarının İran və Türkiyənin təhlükəsizliyi üçün yaratdığı təhdidlərin analitik təhlili. Xülasə: Əliyev rejiminin xarici siyasəti təhlükəli bir modelə əsaslanır: böhran dövründə qonşu dövlətlərdən öz maraqları naminə istifadə etmək, hakimiyyətini möhkəmləndirdikdən sonra isə onlara xəyanət etmək. “Ziyaüs-Salihin” saytının baş redaktoru Əbu Kazım Həsəninin qələmə aldığı bu analitik məqalə Bakının strateji xəyanət sindromunun pərdəarxasını üzə çıxarır. Makiavelliçi praqmatizm Bakının hakimiyyətdə qalma doktrinası kimi Bakının bu gün Türkiyəyə qarşı nümayiş etdirdiyi davranış təsadüfi hadisə və ya taktiki fikir ayrılığı deyil. Əksinə, bu, Əliyevlər ailəsinin 1990-cı illərdə İran İslam Respublikasına qarşı həyata keçirdiyi xəyanət ssenarisinin eynilə təkrarlanmasıdır. Bu doktrinanın kökündə rejimin qondarma Zəngəzur dəhlizinin yaradılması kimi layihələri həyata keçirmək məqsədilə imperialist və sionist şəbəkələrdən dərin asılılığı dayanır. Müttəfiqlərin mahiyyətinin dəyişdirilməsi: xilaskardan müvəqqəti sipərə Bu rejimin regional müttəfiqlərinə münasibətdə davranış modeli tamamilə proqnozlaşdırılandır. Birinci Qarabağ müharibəsinin ən ağır dövründə Heydər Əliyev İran İslam Respublikasından yalvarış dolu ifadələrlə müdaxilə etməsini xahiş etmiş, hətta bölgədə İranın valisi kimi fəaliyyət göstərməyi təklif etmişdi. Lakin Qərb kartelləri və sionist rejim neft müqavilələri vasitəsilə prosesə qoşulan kimi Bakı mövqeyini tamamilə dəyişərək antiiran siyasətinə başladı. Həmin dövrdə Türkiyədən yalnız sionizmin təsirini gizlətmək və NATO-nun Turan dəhlizi kimi layihələrinə zəmin yaratmaq üçün «zahiri örtük» və qoruyucu sipər kimi istifadə olunurdu. Ankaranın istifadə müddətinin başa çatması: sionizm kartı ilə müstəqillik illüziyası Bu gün Türkiyə diplomatiyası həmin tarixi sarsıntının acısını yaşamağa başlayıb. Son Qarabağ müharibəsi zamanı Türkiyənin siyasi və hərbi himayəsindən maksimum yararlanan Bakı indi «müttəfiqin aradan çıxarılması» mərhələsinə qədəm qoyub. Bakı rəsmilərinin son vaxtlar «Bizə heç kim kömək etməyib» məzmunlu iddiaları və silahların bazar qiymətindən daha yüksək məbləğə alındığını xüsusi vurğulamaları Ankaranın Əliyev üçün artıq öz əhəmiyyətini itirdiyini göstərir. Oğul Əliyev Qafqazda İsrailin təsirini tam hakim mövqeyə gətirmək üçün atasının yolunu eynilə təkrarlayır. Sionist pilotsuz uçuş aparatları təhlükəsi: bıçağın iti ucu Ankaraya yönəlir Burada diqqətə çatdırılmalı ən mühüm məsələ Bakıdan qaynaqlanan təhlükəsizlik təhdidlərinin istiqamətinin dəyişməsidir. Sionist rejimin Azərbaycan Respublikası ərazisindəki hərbi və kəşfiyyat infrastrukturu, xüsusilə Mossad bazaları və Naxçıvan sərhədlərindəki pilotsuz uçuş aparatları məntəqələri yalnız İran İslam Respublikasına qarşı casusluq və əməliyyatlar aparmaq məqsədilə yaradılmayıb. Ankara ilə Təl-Əviv arasında real gərginliklərin şiddətlənəcəyi təqdirdə, Naxçıvanda yerləşdirilmiş həmin hərbi imkanlar asanlıqla Türkiyənin hava məkanını pozmaq və milli təhlükəsizliyini təhdid etmək vasitəsinə çevrilə bilər. Strateji qiymətləndirmə: qardaşlıq əfsanəsinin sonu Bu günlərdə Qafqazda baş verən hadisələr regionun bütün iştirakçılarına aydın mesaj verir: «İlana güvənmək olar, amma Əliyevin sionist rejiminə əsla!» Bu mənzərə sübut edir ki, «dini qardaşlıq» və ya «etnik birlik» kimi anlayışların Bakıda hakimiyyətdə olan oliqarxiya üçün heç bir strateji dəyəri yoxdur. Region ölkələri bilməlidirlər ki, Bakı heç vaxt müstəqil və müttəfiq dövlət olmayıb və olmayacaq. Ən nikbin yanaşmada belə, onu Qərb-sionist oxunun ssenarilərini həyata keçirmək üçün yaradılmış bir layihə, «əməliyyat bazası və proksi qüvvə» kimi qiymətləndirmək lazımdır. Bu şəbəkəyə qarşı istənilən güzəşt və ya dözümlülük tarixin həlledici məqamlarında arxadan xəncər vurmaq üçün onlara sərbəst imkan yaratmaq demək olacaq. ✡️ Abunə olun
122
6
🔯 DÜNƏN İRAN, BU GÜN TÜRKİYƏ: ƏLİYEV REJİMİNİN TƏKRARLANAN XƏYANƏT SİYASƏTİ! Əslində, Türkiyənin bu gün yaşadığı şok və təla
🔯 DÜNƏN İRAN, BU GÜN TÜRKİYƏ: ƏLİYEV REJİMİNİN TƏKRARLANAN XƏYANƏT SİYASƏTİ! Əslində, Türkiyənin bu gün yaşadığı şok və təlatüm Birinci Qarabağ müharibəsi dövründə İranın Azərbaycan hökumətinə göstərdiyi yardımların müqabilində aldığı mənfi münasibətin eynisidir. Başqa sözlə, bu, dostuna və qardaşına quyu qazmaqdır. Bu gün Ərdoğan hökuməti də həmin ata-bala Əliyev hakimiyyətindən İranın vaxtilə üzləşdiyi xəyanətin eynisini görür. Məsələn, özünə sərf edəndə ata Əliyev İrana deyirdi ki, bura sizin torpağınız olub, gəlin Azərbaycana sahib çıxın, məni də bu vilayətin valisi təyin edərsiniz. Amma elə ki İsrail bunlara “kömək” etdi, “Əsrin müqaviləsi” bağlandı, həmin vaxtdan İrana qarşı şıllaq atmağa başladılar. Bu şıllaq atmaq üçün isə zahirən arxalarında dayday kimi görünən Türkiyə lazım idi. Əslində, bütün bunlar sionist və Qərb imperialist qüvvələrinin oyunu idi. Ata Əliyevin ölümündən sonra hakimiyyətə gələn oğul Əliyev də atasının yolunu layiqincə davam etdirdi. İndi isə görünür, Türkiyədən də qurtulmağın zamanı çatıb. Artıq “bizə heç kim kömək etməyib” deyirlər. Baxın, eyni ssenari təkrarlanır! Halbuki İranın vaxtilə Azərbaycana nə qədər yardım göstərdiyinə dair çoxsaylı arxiv materialları mövcuddur və onların əksəriyyətini internetdə tapmaq mümkündür. İndi isə Türkiyənin yardımlarını da danır, silahları pulla aldıqlarını, hətta bazar qiymətindən qat-qat baha ödədiklərini iddia edirlər. Məncə, əgər Türkiyə ilə sionist rejim arasındakı “düşmənçilik” həqiqi düşmənçiliyə çevrilsə, əmin olun ki, İranın vaxtilə üzləşdiyi xəyanətlərdən Türkiyə də öz nəsibini alacaq. Bu ehtimallara dair çoxlu mümkün ssenari göstərmək olar. Onlardan biri Naxçıvan sərhədindən PUA-ların Türkiyə hava məkanına yönləndirilə bilməsi, onun sərhədləri boyunca hərəkət etməsi, hətta Azərbaycandakı sionist Mossad bazalarından yalnız İrana qarşı deyil, Türkiyəyə qarşı da istifadə olunması ehtimalıdır. Məncə, ilana güvənmək olar, amma Əliyev rejiminə güvənmək olmaz! Çalışdım ki, son hadisələrlə bağlı düşüncələrimi və mümkün ssenariləri qısa şəkildə siz oxucuların diqqətinə çatdırım. ✡️ Abunə olun
2 471
7
🔯 DÜNƏN İRAN, BU GÜN TÜRKİYƏ: ƏLİYEV REJİMİNİN TƏKRARLANAN XƏYANƏT SİYASƏTİ! Əslində, Türkiyənin bu gün yaşadığı şok və təla
🔯 DÜNƏN İRAN, BU GÜN TÜRKİYƏ: ƏLİYEV REJİMİNİN TƏKRARLANAN XƏYANƏT SİYASƏTİ! Əslində, Türkiyənin bu gün yaşadığı şok və təlatüm Birinci Qarabağ müharibəsi dövründə İranın Azərbaycan hökumətinə göstərdiyi yardımların müqabilində aldığı mənfi münasibətin eynisidir. Başqa sözlə, bu, dostuna və qardaşına quyu qazmaqdır. Bu gün Ərdoğan hökuməti də həmin ata-bala Əliyev hakimiyyətindən İranın vaxtilə üzləşdiyi xəyanətin eynisini görür. Məsələn, özünə sərf edəndə ata Əliyev İrana deyirdi ki, bura sizin torpağınız olub, gəlin Azərbaycana sahib çıxın, məni də bu vilayətin valisi təyin edərsiniz. Amma elə ki İsrail bunlara “kömək” etdi, “Əsrin müqaviləsi” bağlandı, həmin vaxtdan İrana qarşı şıllaq atmağa başladılar. Bu şıllaq atmaq üçün isə zahirən arxalarında dayday kimi görünən Türkiyə lazım idi. Əslində, bütün bunlar sionist və Qərb imperialist qüvvələrinin oyunu idi. Ata Əliyevin ölümündən sonra hakimiyyətə gələn oğul Əliyev də atasının yolunu layiqincə davam etdirdi. İndi isə görünür, Türkiyədən də qurtulmağın zamanı çatıb. Artıq “bizə heç kim kömək etməyib” deyirlər. Baxın, eyni ssenari təkrarlanır! Halbuki İranın vaxtilə Azərbaycana nə qədər yardım göstərdiyinə dair çoxsaylı arxiv materialları mövcuddur və onların əksəriyyətini internetdə tapmaq mümkündür. İndi isə Türkiyənin yardımlarını da danır, silahları pulla aldıqlarını, hətta bazar qiymətindən qat-qat baha ödədiklərini iddia edirlər. Məncə, əgər Türkiyə ilə sionist rejim arasındakı “düşmənçilik” həqiqi düşmənçiliyə çevrilsə, əmin olun ki, İranın vaxtilə üzləşdiyi xəyanətlərdən Türkiyə də öz nəsibini alacaq. Bu ehtimallara dair çoxlu mümkün ssenari göstərmək olar. Onlardan biri Naxçıvan sərhədindən PUA-ların Türkiyə hava məkanına yönləndirilə bilməsi, onun sərhədləri boyunca hərəkət etməsi, hətta Azərbaycanda olduğu iddia edilən sionist Mossad bazalarından yalnız İrana qarşı deyil, Türkiyəyə qarşı da istifadə olunması ehtimalıdır. Məncə, ilana güvənmək olar, amma Əliyev rejiminə güvənmək olmaz! Çalışdım ki, son hadisələrlə bağlı düşüncələrimi və mümkün ssenariləri qısa şəkildə siz oxucuların diqqətinə çatdırım. ✡️ Abunə olun
1
8
🔯 Sionist rejim Azərbaycanı böyük bir tələyə çəkir! ✡️ Abunə olun
🔯 Sionist rejim Azərbaycanı böyük bir tələyə çəkir! ✡️ Abunə olun
96
9
🔯 Admiral Cihat Yaycıya görə: Əliyev nə planlaşdırır? Mənbə: GZT ✡️ Abunə olun
🔯 Admiral Cihat Yaycıya görə: Əliyev nə planlaşdırır? Mənbə: GZT ✡️ Abunə olun
2 357
10
🔯 Admiral Cihat Yaycı xəritənin qarşısında dayanaraq bir-bir izah edir: “Azərbaycanı itirə bilmərik!” “Fələstin tərəfdarları
🔯 Admiral Cihat Yaycı xəritənin qarşısında dayanaraq bir-bir izah edir: “Azərbaycanı itirə bilmərik!” “Fələstin tərəfdarlarından soruşuram: Abbasın Cənubi Kipr Rum Administrasiyasına səfərindən sonra Fələstin səfirliyinin qarşısına gedib qara əklil qoydunuzmu?” “Fələstinə ən böyük dəstəyi verən türk xalqı və Türkiyə dövləti deyilmi? Cənubi Kipr Rum Administrasiyası İsrailin müttəfiqi deyilmi?” “Azərbaycan əleyhdarları bunu unutmasın: digər türk dövlətləri Cənubi Kipr Rum Administrasiyasını tanıyıb orada səfirlik açarkən, Şimali Kipr Türk Cümhuriyyətində xüsusi nümayəndəlik açan yeganə dövlət Azərbaycandır!” “Qarabağ qələbəsindən sonra bu münasibətlərdən narahat olanlar ortaya çıxdı. Türk Dövlətləri Təşkilatından narahat olanlar ortaya çıxdı. Məqsəd Türkiyənin Türküstandakı təsirini aradan qaldırmaq və Türk Dövlətləri Təşkilatına son qoymaqdır.” Videonun linki növbəti paylaşımda. ✡️ Abunə olun
2 381
11
🔯 İranın devrilməsi sionist rejim və tərəfdaşları üçün niyə bu qədər vacibdir? Sionit rejim və tərəfdaşları İranın devrilməs
🔯 İranın devrilməsi sionist rejim və tərəfdaşları üçün niyə bu qədər vacibdir? Sionit rejim və tərəfdaşları İranın devrilməsini niyə bu qədər istəyirlər? Tehranda hakimiyyəti dəyişin, bütün bölgədə qüvvələr nisbəti onların xeyrinə dəyişsin, növbədə isə Türkiyə olsun. İran Yaxın Şərqin açarıdır. Bölgə iki rəqib düşərgəyə bölünüb: → Mavi düşərgə: İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Yunanıstan, Azərbaycan, Hindistan → Qırmızı düşərgə: Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan — avqustda imzalanmış Məkkə Paktı ilə bir-birinə bağlıdırlar → Yaşıl düşərgə: İran — hamının ortaq düşməni, amma heç kimin müdafiə etmədiyi ölkə Bəs İran süqut etsə və yaşıl düşərgə mavi düşərgəyə qoşulsa, nə baş verər? Bu gün mavi və qırmızı düşərgələrin qüvvələri təxminən tarazlıqdadır. İran bir düşmənlə mavi düşərgənin diqqətini məşğul saxlayır. Qırmızı düşərgə Tehranın müdafiəsinə qalxmayıb, amma hücuma da qoşulmayıb: Məkkə Paktı (güya) rəsmi olaraq heç bir tərəfi hədəf almır. Hətta Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan rəsmiləri müharibənin yenidən başlamasının qarşısını almaq üçün oktyabrın 26-da Tehrana gediblər. İran süqut etsə, mavi düşərgə İranın geniş ərazisini, Fars körfəzindəki sahillərini, eləcə də Türkiyə, İraq və Pakistanla sərhədlərini qazanmış olar. Sionist rejim əsas düşmənini itirər və Türkiyə ilə Pakistanın qonşuluğunda dost ölkə əldə edər. Qırmızı düşərgə bu qüvvə artımına qarşı dura bilməz. Güc siyasətində sayca geri qalan düşərgə növbəti hədəfə çevrilir. Buna görə də “İrandan sonra növbə Türkiyənindir” fikri səslənir. Lakin bu ifadəyə yalnız rəy yazılarında və bir sionist rejim rəsmisinin Məkkə Paktı ilə bağlı Ynet-ə verdiyi xəbərdarlıqda rast gəldik; məlum olan hər hansı planın tərkibində belə bir fikir yoxdur. Türkiyə niyə müqavimət göstərir? Türkiyə və İran 1639-cu ildən bəri eyni sərhəd boyunca soyuq sülh şəraitində yaşayırlar. Ankara süquta uğramış İranı deyil, zəif olsa da mövcudluğunu qoruyan İranı üstün tutur. Xarici işlər naziri Hakan Fidan hərbi müdaxiləyə qarşıdır. İraq və Suriyadan sonra Türkiyə yeni qaçqın axınından ehtiyat edir. Bizim qənaətimizə görə, Ankara bufer zonanı və qüvvələr balansını qorumağa çalışır. Hindistan və Pakistan Pakistan 2025-ci il müdafiə sazişi və Məkkə Paktı ilə Səudiyyə Ərəbistanına bağlıdır. Hindistan isə sionist rejim və Birləşmiş Ərəb Əmirliklərinin tərəfdaşıdır; planlaşdırılan ticarət dəhlizi onları Avropa ilə birləşdirməlidir. Yaxın Şərqdəki qarşıdurmanın əks tərəflərində yer alan iki nüvə rəqibi istənilən böhranı nəzarətdə saxlamağı çətinləşdirir. Bununla belə, mənbələrimiz onların Fars körfəzində döyüşdüyünü göstərmir. İran qüvvələr balansını saxlayan kiliddir. Bu kilidi sındırsalar, növbə qırmızı düşərgəyə çatar. ✡️ Abunə olun
2 454
12
🔯 Hikmət Hacıyev Azərbaycan-Türkiyə münasibətlərindəki gərginliyin əsas təşkilatçılarından biri kimi göstərilir Azərbaycan-T
🔯 Hikmət Hacıyev Azərbaycan-Türkiyə münasibətlərindəki gərginliyin əsas təşkilatçılarından biri kimi göstərilir Azərbaycan-Türkiyə münasibətlərindəki gərginlik fonunda pərdəarxasında fitnə alovunu körükləyən bir şəxs var: İlham Əliyevin köməkçisi Hikmət Hacıyev. Hikmət Hacıyev sionist rejimin Azərbaycandakı ən etibarlı adamıdır və hətta nazirlərdən də geniş səlahiyyətlərə malikdir. Azərbaycan mediası tamamilə onun nəzarətindədir. Əliyevə bağlı media qurumlarında dərc olunan bütün sifarişli yazılar və xarici siyasətlə bağlı məqalələr Prezident Administrasiyasının və şəxsən Hikmət Hacıyevin təsdiqindən keçir. Xüsusi qeyd: Hakan Fidan haqqında yalan və böhtanlarla dolu məqaləni şəxsən Hikmət Hacıyev yazıb, «Qafqazinfo» saytı isə həmin yazını dərc edib. Digər tərəfdən, Azərbaycan-Türkiyə münasibətlərini gərginləşdirmək məqsədilə sionist rejimin hazırladığı saxta hesabatları və təhlilləri İlham Əliyevə çatdıran da Hikmət Hacıyevdir. O, Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasının əsas təşkilatçılarından biridir. Hikmət Hacıyevin sionist rejimlə çox dərin əlaqələri var və o, İlham Əliyevlə sionist rejim arasındakı münasibətlərdə ən mühüm fiqurdur. ✡️ Abunə olun
2 630
13
🔯 Müxalifətçi ekspert Azərbaycan hakimiyyətinin öz siyasi kursunu dəyişməsinə eyham vurdu Fuad Qəhrəmanlı: Bakı sionist reji
🔯 Müxalifətçi ekspert Azərbaycan hakimiyyətinin öz siyasi kursunu dəyişməsinə eyham vurdu Fuad Qəhrəmanlı: Bakı sionist rejim-Hindistan cəbhəsinə keçir Fransada mühacirətdə yaşayan siyasi şərhçi, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginliklə bağlı ciddi fərziyyə irəli sürüb. Fuad Qəhrəmanlı bu barədə yazısında İlham Əliyevin Türk Dövlətləri Təşkilatının 13-cü zirvə toplantısında iştirakdan imtinasını münasibətlərin pisləşməsinin göstəricisi kimi qiymətləndirib. Politoloqun fikrincə, hicab məsələsi iki ölkə arasındakı gərginliyin əsas səbəbi deyil, geosiyasi ziddiyyətləri ört-basdır edən bəhanədir. O, Türkiyə rəhbərliyinin münasibətləri normallaşdırmaq üçün atdığı addımların nəticə vermədiyini iddia edib. Siyasi şərhçi Əliyevin Hindistanın xarici işlər naziri ilə görüşünü də Ankara üçün geosiyasi mesaj kimi dəyərləndirib. Qəhrəmanlı bəzi məlumatlara istinadən noyabrda Bakıda Azərbaycan, sionist rejim, Hindistan və BƏƏ-nin iştirakı ilə təhlükəsizlik müzakirələrinin keçirilə biləcəyini bildirib. Onun qənaətinə görə, belə bir görüş baş tutarsa, bu, Azərbaycanın Türkiyənin təşəbbüslərindən fərqli təhlükəsizlik istiqaməti seçdiyinə işarə ola bilər. Müəllif hesab edir ki, Bakı-Ankara münasibətlərindəki gərginlik sionist rejimin regional maraqları ilə də əlaqəli ola bilər. Qəhrəmanlı Türkiyənin indiyədək nümayiş etdirdiyi güzəştli mövqeyin nəticəsiz qalmasının münasibətləri daha da gərginləşdirə biləcəyini vurğulayıb. ✡️ Abunə olun
2 598
14
🔯 Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli: «İsrail prezidentinin Azərbaycana dəvət edilməsi bütün dünya müsəlmanlarına təhqi
🔯 Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli: «İsrail prezidentinin Azərbaycana dəvət edilməsi bütün dünya müsəlmanlarına təhqir idi» Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli cümə namazı xütbəsində İsrail prezidentinin Azərbaycan Respublikasına səfərini sərt şəkildə tənqid edərək bu səfərin pərdəarxası məqamlarından danışıb. O, İsrail prezidentinin Azərbaycana dəvət edilməsini bütün dünya müsəlmanlarına qarşı təhqir kimi qiymətləndirib və səfəri alçaldıcı adlandırıb. Seyid Həsən Amuli bununla bağlı çıxışını şəxsi İnstaqram səhifəsində də paylaşıb. ✡️ Abunə olun
2 555
15
🔯 Bakı-Ankara arasındakı fikir ayrılıqları ABŞ və Avropa İttifaqının dəstəklədiyi iri layihələri sınağa çəkir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü ərəfəsində şam yeməyi təşkil edərkən tədbirdə kimlərin iştirak etməsi təəccüb doğurmadı. Əsas diqqət isə orada olmayan şəxsə — Azərbaycan Prezidenti İlham Əliyevə yönəldi. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının rəhbərləri şam yeməyində iştirak edərkən, ABŞ Prezidenti Donald Tramp da həmin vaxt Ərdoğana zəng edib. Lakin Ərdoğanın ən yaxın müttəfiqlərindən biri olan İlham Əliyev tədbirdə görünməyib. Əliyevin iştirak etməməsi təkcə Türkiyə-Azərbaycan münasibətlərindəki gərginliyi gündəmə gətirməyib, həm də ABŞ və Avropa İttifaqının dəstəklədiyi iri nəqliyyat və enerji layihələrinin gələcəyi ilə bağlı suallar doğurub. Ukrayna və İranda müharibələr davam etdiyi bir vaxtda ölkələr alternativ marşrutlar axtarışını sürətləndirirlər. Sammitdə müşahidəçi qismində iştirak edən türkiyəli siyasi təhlilçi Həsən Oktay Əliyevin iştirak etməməsini «Azərbaycanın özü üçün itki» adlandıraraq bildirib: «Diplomatik gərginlik layihələrin ləğvinə səbəb olmasa belə, bürokratik əlaqələndirməni, texniki məsləhətləşmələri, maliyyələşdirmə proseslərini və siyasi razılaşmaları ləngidə bilər». Azərbaycan mediasının məlumatına görə, Əliyevin iş qrafiki onun sammitdə iştirakına imkan verməyib. Həmin gün o, Bakıda ilk dəfə keçirilən FIFA-nın 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimində mükafatları təqdim etməli idi. Əliyevin həm şam yeməyində, həm də Azərbaycanın TDT-yə rotasiya qaydasında sədrliyi Türkiyəyə təhvil verdiyi sammitdə iştirak etməməsi iki ölkə arasında daxili məsələlər və xarici siyasətlə bağlı artan fikir ayrılıqları fonunda yeni suallar yaradıb. Əsas mübahisə mövzularından biri Azərbaycanın sionist rejimlə yaxın münasibətləridir. Türkiyə Qəzzadakı müharibə səbəbindən sionist rejimlə qarşı getdikcə daha sərt mövqe tutduğu halda, Bakı Təl-Əvivlə müdafiə və enerji sahələrini də əhatə edən strateji əlaqələrini qoruyub saxlayır. Sentyabr ayında Azərbaycan nümayəndəsinin sionist rejimin Baş naziri Benyamin Netanyahunun Birləşmiş Millətlər Təşkilatındakı çıxışında iştirak etməsindən sonra tənqidlər daha da güclənib. Bakı Türkiyə siyasətçilərinin və mediasının Azərbaycanın daxili və xarici siyasət qərarlarına müdaxilə hesab etdiyi hərəkətlərinə etiraz edib. Son aylarda Azərbaycanın Xarici İşlər Nazirliyi ölkənin suverenliyinə, konstitusiya quruluşuna və rəhbərliyinə qarşı yönəldiyini bildirdiyi açıqlamalara görə 31 Türkiyə vətəndaşını arzuolunmaz şəxs elan edib. Gərginliyi artıran digər hadisə isə bu ayın əvvəlində Ərdoğanın müşaviri Oqtay Saralın Azərbaycanda məktəblərdə baş örtüyü ilə bağlı qaydaları tənqid etməsi olub. Daha sonra Saral müşavir vəzifəsindən azad edilib. Bütün bu mübahisələrə baxmayaraq, diplomatik təmaslar davam edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan sammit çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. Hökumətyönlü «AzerNEWS» nəşrində məqalə dərc etdirən azərbaycanlı siyasi təhlilçi Fərman Aydın bildirib ki, Əliyevin «sammitdə iştirak etməməsi özlüyündə münasibətlərin pozulduğuna sübut deyil». Aydın yazıb: «Bir sammitdə iştirak etməmək olar. Onilliklər ərzində qurulmuş münasibətlər bir siyasi fırtınaya görə kənara atılmamalıdır. Lakin bu münasibətlərin həmişə olduğu kimi davam edəcəyi də öz-özünə təmin olunmuş hesab edilməməlidir». Bu mübahisə Xəzər regionunu Avropa ilə birləşdirən nəqliyyat və enerji layihələri üçün həlledici dövrə təsadüf edir. Rusiyanın Ukraynaya qarşı müharibəsi Rusiya ərazisindən keçən Şimal dəhlizini zəiflədib. ABŞ-İran müharibəsi isə cənub enerji və nəqliyyat marşrutlarının həssaslığını üzə çıxarıb. Nəticədə Cənubi Qafqazdan keçən alternativ bağlantıların əhəmiyyəti daha da artıb. Avropa İttifaqı «Qlobal Qapı» strategiyası çərçivəsində Orta Dəhlizə üstünlük verib və bu marşrut üzrə ticarət həcminin 2022-ci ildən bəri dörd dəfə artdığını bildirib. Dünya Bankının hesablamalarına görə, infrastruktura ən azı 25 milyard dollar sərmayə qoyulması 2040-cı ilə qədər ticarət həcmini üç dəfədən çox artıra və tranzit müddətini yarıya endirə bilər. Bu marşrut Çin və Mərkəzi Asiyanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirir. Digər mühüm təşəbbüs ABŞ-ın dəstəklədiyi TRIPP — «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu» layihəsidir. Layihə Azərbaycanın əsas ərazisini Ermənistanın cənubundan keçməklə Naxçıvanla birləşdirməyi və oradan Türkiyəyə çıxışı təmin etməyi nəzərdə tutur. ABŞ və Ermənistan 2026-cı ilin yanvarında layihənin həyata keçirilməsi üçün çərçivə sənədini dərc edib, iyun ayında isə çərçivə sazişi imzalayıblar. Vaşinqtonun bildirdiyinə görə, bu təşəbbüs ticarəti genişləndirəcək, təchizat zəncirlərini gücləndirəcək və Mərkəzi Asiya, Xəzər regionu və Avropa arasında yeni tranzit əlaqələri yaradacaq. Enerji sahəsində əməkdaşlıq da eyni dərəcədə əhəmiyyətlidir. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrindən ibarət Cənub Qaz Dəhlizi Azərbaycan qazını Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çatdırır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə arasında enerji əməkdaşlığının əsas tərkib hissələridir. Həsən Oktay mövcud boru kəmərlərinin fəaliyyətinin pozulması ehtimalının az olduğunu düşünsə də, gələcək investisiyaların və əməkdaşlığın zərər görə biləcəyi barədə xəbərdarlıq edib. O bildirib: «Bu layihələr uzunmüddətli kommersiya müqavilələrinə, beynəlxalq konsorsiumlara və geniş investisiya əlaqələrinə əsaslanır. Buna görə də müvəqqəti diplomatik soyuqluğun həmin boru kəmərlərinin fəaliyyətini birbaşa pozması ehtimalı azdır». «Lakin yeni investisiyalar, mövcud güclərin artırılması və enerji sektorunda əlavə əməkdaşlıq siyasi münasibətlərin inkişaf istiqamətindən təsirlənə bilər». Mənbə: Radio Free Europe ✡️ Abunə olun
156
16
🔯 Ərdoğanın sammitə gəlməyən qonağı: Türkiyə ilə Azərbaycan arasında artan soyuqluğun arxasında sionist rejim dayanır? Azərbaycan Prezidenti İlham Əliyev Bakının məktəblərdə hicab qadağasına və sionist rejimlə yaxın münasibətlərinə qarşı səslənən tənqidlər fonunda Türkiyədə keçirilən regional sammitə qatılmayıb. Ərdoğanın şəxsi dəvətinə və gərginliyi azaltmaq cəhdlərinə baxmayaraq, Əliyevin sammitdə iştirak etməməsi uzunmüddətli müttəfiqlər arasında fikir ayrılıqlarının dərinləşdiyinə dair ehtimalları gücləndirib. İki strateji tərəfdaş arasında gərginlik artır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçirilən regional sammitdə iştirak etməməsi Bakı ilə Ankara arasında münasibətlərin getdikcə pisləşdiyinə dair ehtimalları gücləndirib. Sammitdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. Azərbaycan mediası Əliyevin iştirak etməməsini əvvəlcədən planlaşdırılmış digər öhdəlikləri ilə əlaqələndirib. Lakin bəzi təhlillərə görə, vaxtilə xüsusilə yaxın müttəfiqlər olan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər artıq əvvəlki qədər isti deyil. Türkiyə və Azərbaycan uzun illərdir yaxın münasibətlərə və dərin mədəni əlaqələrə malikdir. Lakin son vaxtlar Türkiyədə Azərbaycanın məktəblərdə hicab taxılmasını qadağan etməsinə qarşı səslənən tənqidlər, eləcə də Bakının sionist rejimlə ənənəvi yaxın münasibətləri fonunda iki ölkə arasında gərginlik yaranıb. «Associated Press» agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gərginliyi azaltmaq məqsədilə İlham Əliyevlə telefon danışığı aparıb və onu şəxsən sammitə dəvət edib. Türkiyə mediası, həmçinin Ərdoğanın Azərbaycan tərəfindən Türkiyə Prezident Administrasiyasındakı anti-Azərbaycan mövqeli şəxs kimi qiymətləndirilən köməkçilərindən birini vəzifəsindən azad etdiyini bildirib. Bütün bu səylərə baxmayaraq, Əliyev digər öhdəlikləri səbəbindən sammitdə iştirak etməyib. Azərbaycanda şərhçilər bildirirlər ki, son vaxtlar Türkiyə mediasında ölkəyə qarşı kampaniya aparılır. «Azərbaycanlılar üçün bu düşmənçilik xüsusilə ağrılıdır, çünki belə münasibət yaxın müttəfiq hesab edilən ölkədən gəlir», – deyə Bakıda hökumətyönlü media qurumları üçün yazılar hazırlayan siyasi təhlilçi Fərman Aydın bildirib. Aydın əlavə edib ki, Əliyevin Türkiyədə keçirilən regional sammitə qatılmamaq qərarı «hətta ən yaxın tərəfdaşlıqların belə qarşılıqlı hörmət tələb etdiyini göstərən diplomatik siqnal kimi də qiymətləndirilə bilər». Azərbaycan hökumətinin məktəblərdə hicab taxılmasını qadağan etməsindən sonra Türkiyədə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında kiçikmiqyaslı etiraz aksiyaları keçirilib. Bundan sonra Azərbaycan 30 Türkiyə vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Cümə günü ortaq türk dillərinə və mədəniyyətinə malik ölkələrin regional sammitində çıxış edən Ərdoğan bildirib: «Türkdilli ölkələr arasında heç bir parçalanma ola bilməz». O əlavə edib: «Türk dünyasının “ailə fotosu”nda parçalanmaya, fikir ayrılığına və qarşıdurmaya yer yoxdur. Biz hamımız birik, birlikdəyik. İnşallah, əzəldən əbədə qədər qardaşıq». Mənbə: Ynet ✡️ Abunə olun
159
17
🔯 Azərbaycan və Türkiyə: Sionist rejimlə bağlı fikir ayrılıqları fonunda qarşıdurma dərinləşir Əliyev Türk Dövlətləri Təşkilatının sammitində iştirak etməyərək Ərdoğanı çətin vəziyyətdə qoydu. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da başa çatan Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak etməyib. Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi sammitə qatılmaması Bakı ilə Ankara arasındakı gərginliyin əvvəllər düşünüldüyündən daha ciddi olduğunu göstərir. Münasibətləri uzun illərdir «Bir millət, iki dövlət» prinsipi ilə xarakterizə olunan iki müttəfiq arasında qarşıdurma oktyabrın ortalarında başlayıb. Buna ilkin səbəb Türkiyənin tanınmış şəxslərinin Azərbaycanda dövlət məktəblərində dini inancların ifadəsini məhdudlaşdıran və faktiki olaraq hicab taxılmasını qadağan edən yeni qaydaları tənqid etməsi olub. Oktyabrın 25-də Ərdoğan hicabla bağlı mübahisəni başladan köməkçisini vəzifəsindən azad edib. Bu addım bir çox müşahidəçidə iki ölkə arasındakı münasibətlərin qısa müddətdə normallaşacağına dair fikir yaradıb. Lakin belə olmadı. Əliyevin Ankaradakı sammitə qatılmamaq qərarı göstərir ki, mübahisə hələ bitməkdən çox uzaqdır. İki ölkəni bir-birindən ayıran əsas məsələnin mürəkkəbliyini nəzərə alsaq, hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir. Əliyevin sammitdə iştirak etməməsi Ərdoğanı çətin vəziyyətdə qoyub və onun türk dövlətlərinin birliyi ilə bağlı əsas mesajını zəiflədib. Sammitin mövzusu «Türk əsri: Dildə, fikirdə və əməldə birlik» olub. Ərdoğan sammitdə iştirak edən Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri də daxil olmaqla, digər türk dövlətlərinin rəhbərlərinə müraciətində tədbirin xatirəsinə çəkilmiş «ailə fotosu»na diqqət çəkib. O bildirib ki, bu foto «həm keçmişimizə sədaqətimizi, həm də ortaq gələcəyimizi birlikdə qurmaq əzmimizi simvolizə edir». Lakin Əliyevin həmin fotoda olmaması fonunda bu sözlər bir qədər mənasız səslənib. Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov rəhbərlik edib. O, Türkiyənin qonaqpərvərliyini yüksək qiymətləndirsə də, iki ölkə arasındakı mübahisəyə toxunmayıb. Azərbaycanın dövlət tərəfindən ciddi nəzarətdə saxlanılan mətbuatında dərc olunan şərhlər göstərir ki, Bakı ilə Ankara arasındakı fikir ayrılıqlarının əsas səbəbi artıq hicab məsələsi deyil, sionist rejimdir. Oktyabrın 29-da «Minval» nəşrində dərc olunan redaksiya məqaləsində bildirilir ki, hicab məsələsi ilə bağlı Ankaradan səslənən tənqidlər Azərbaycanda uzun müddətdir yığılıb qalmış narazılığı üzə çıxarıb. Bu narazılıq Bakının sionist rejimlə yaxın strateji münasibətləri ilə əlaqədardır. Sionist rejim Azərbaycana pilotsuz uçuş aparatları da daxil olmaqla hərbi texnologiyalar tədarük edib və bu texnologiyalar Azərbaycan ordusunun 2023-cü ildə Dağlıq Qarabağ üzərində tam nəzarəti bərpa etməsinə kömək göstərib. Türkiyə isə sionist rejimin Qəzzadakı siyasətini tez-tez, bəzən də sərt şəkildə tənqid edir. Məqalədə deyilir: «Son üç il ərzində Azərbaycan dəfələrlə hücumların hədəfinə çevrilib və bu hücumların əsas mövzusu dəyişməz olaraq onun sionist rejimlə əməkdaşlığı olub. Faktiki olaraq Bakıdan öz xarici siyasətini başqalarının baxışlarına və gözləntilərinə tabe etdirmək tələb olunur». Rəsmi Bakının mövqeyini əks etdirdiyi düşünülə bilən həmin məqalədə iddia olunur ki, Azərbaycan sionist rejimlə sıx münasibətlərinə görə uzun müddətdir Türkiyə mediası və sosial şəbəkələr vasitəsilə yayılan «ittiham və təhqir axını»na məruz qalır. Məqalədə Ərdoğanın adı birbaşa çəkilməsə də, vəziyyətin nəzarətdən çıxmasına imkan verilməsində onun məsuliyyət daşıdığına işarə edilir. Məqalədə daha sonra bildirilir: «Rəsmi Ankara çox gec müdaxilə etdi. Əgər lazımi addımlar vaxtında atılsaydı, hakimiyyət hadisələrə müşahidəçi qalmasaydı, vəziyyət bəlkə də bu həddə çatmazdı. Lakin indi Türkiyədə Azərbaycana qarşı qeyri-sağlam münasibət və əlverişsiz mühit formalaşıb». «Minval» məqaləsinin sonunda Azərbaycanın Türk Dövlətləri Təşkilatında iştirakını davam etdirəcəyi təsdiqlənir. Bununla yanaşı, vurğulanır ki, bu təşkilat Türkiyənin üstünlük təşkil etdiyi qurum deyil, bərabərhüquqlu dövlətlərin birliyidir. «Bu birlik yalnız ortaq tarix və xalqlar arasındakı yaxınlıq hesabına davam edə bilməz. Bunun üçün qarşılıqlı hörmət və hər bir üzv dövlətin müstəqilliyinin tanınması vacibdir», – deyə məqalədə qeyd olunur. Bakıda fəaliyyət göstərən digər media qurumlarında dərc olunan şərhlərdə də oxşar mövqelər ifadə edilib. «Haqqın.az» nəşrində dərc olunan redaksiya məqaləsində deyilir: «Qardaşın öz qərarlarını vermək hüququna malik suveren dövlət olması fikrini Türkiyədə hələ də hamı dərk etməyib». Qeyd: Yeyin bir-birinizi! Mənbə: eurasianet ✡️ Abunə olun
177
18
🔯 Albert Aqarunov adına təqaüdün qalibləri məlum olub 2026–2027-ci tədris ilinin birinci semestri üzrə Albert Aqarunov adına
🔯 Albert Aqarunov adına təqaüdün qalibləri məlum olub 2026–2027-ci tədris ilinin birinci semestri üzrə Albert Aqarunov adına təqaüdün qalibləri müəyyənləşib. Təqaüd proqramı çərçivəsində İsrailşünaslıq ixtisasının II və III kurs tələbələri arasında ibri dili və ümumi dünyagörüşü üzrə imtahan keçirilib. İmtahanın nəticələrinə əsasən, 273-cü qrupun tələbəsi İsmayılzadə Yasəmən və 274-cü qrupun tələbəsi Abdullayeva Nülufər ən yüksək bal toplayaraq təqaüdün qalibləri seçiliblər. Qeyd edək ki, artıq iki ildir İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Albert Aqarunov adına təqaüddən yararlanmaq imkanı əldə edirlər. ADU-nun rektoru, akademik Kamal Abdulla və Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev tərəfindən irəli sürülən bu təşəbbüs tələbələrin ibri dili biliklərinin inkişafına, dünyagörüşlərinin genişlənməsinə və akademik nailiyyətlərinin təşviqinə xidmət edir. Qeyd: Azərbaycanın digər universitetlərində Albert Aqarunov adına təsis edilən təqaüdə bənzər, konkret olaraq ivrit dili tələbələrinə yönəlmiş belə bir xüsusi təqaüd proqramının analoquna rast gəlmirik. Məsələn, Bakı Slavyan Universitetində Viktor Hüqonun adına fransız dili tələbələri üçün belə bir təqaüd tapa bilməzsiniz. Yaxud Nizami Gəncəvi adına təsis edilmiş təqaüd fars dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə şamil edilmir. Halbuki Nizami Gəncəvi əsərlərinin böyük hissəsini fars dilində qələmə alıb. Bəs nə üçün məhz ivrit dili tələbələri üçün Albert Aqarunov adına ayrıca təqaüd təsis olunur? Görünür, sionist ideologiyasının universitet mühitindəki təsiri artıq bu cür təşəbbüslərdə də özünü göstərir. Bu təqaüd proqramı 2025-ci ilin fevralında təqdim edilib və həmin vaxtdan tətbiq olunur. Təşəbbüsün müəllifləri isə Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladır. Mənbə: Azərbaycan Dillər Universiteti ✡️ Abunə olun
2 608
19
🔯 Azərbaycan–Türkiyə münasibətlərinin pərdəarxası: Məsələ göründüyündən daha dərindir? Azərbaycan–Türkiyə məsələsinə bir add
🔯 Azərbaycan–Türkiyə münasibətlərinin pərdəarxası: Məsələ göründüyündən daha dərindir? Azərbaycan–Türkiyə məsələsinə bir addım geri çəkilib baxmaq lazımdır. Bəlkə də məsələ sadəcə bir mövzudan ibarət deyil. ✡️ Abunə olun
2 899
20
XX əsrdə strateji üstünlük çox vaxt boğazlara, limanlara, enerji ehtiyatlarına və nəqliyyat yollarına nəzarətlə müəyyənləşdirilirdi. XXI əsrdə həmin amillər əhəmiyyətini itirməyib. Lakin onların yanına yeni güc mənbələri əlavə olunub: rəqəmsal infrastrukturlar, məlumat axınları, kibermüdafiə sistemləri və informasiya platformaları. Bir dövlətin başqa dövlət üzərində təsiri artıq yalnız onun ərazisində hərbi mövcudluq yaratmaqla ölçülmür. Texnoloji standartların müəyyənləşdirilməsi, kritik sistemlərdə proqram təminatının yerləşdirilməsi və uzunmüddətli rəqəmsal asılılıqların formalaşması da strateji nəticələr doğura bilər. Sionist rejimin texnologiya sektorunun hərbi-kəşfiyyat təcrübəsi ilə əlaqələri, kibertəhlükəsizlik sahəsində dövlət və özəl strukturların qarşılıqlı fəaliyyəti və informasiya platformaları ilə qurulan əməkdaşlıq bu baxımdan ayrıca təhlil edilməlidir. Azərbaycan və Mərkəzi Asiya nümayəndələrinin səfəri bu prosesin konkret nəticələrini hələ göstərmir. Ancaq həmin səfəri yalnız texnoloji tərəqqi ilə tanışlıq kimi təqdim etmək də geosiyasi reallığın mühüm hissəsini diqqətdən kənarda qoyur. Əsas təhlükəsizlik sualı sionist rejimin hansı texnologiyalara sahib olması deyil. Əsas sual həmin texnologiyaların başqa dövlətlərin kritik sistemlərinə daxil olduqda hansı məlumatlara, hansı qərarlara və hansı asılılıqlara təsir göstərə bilməsidir. Çünki müasir dövrdə strateji üstünlük bəzən sərhədi keçmədən, hərbi qüvvə yerləşdirmədən və bircə güllə atmadan da formalaşa bilər. Bunun üçün başqa dövlətin ərazisini idarə etmək vacib deyil. Bəzən onun rəqəmsal sistemlərində əvəzolunmaz mövqe qazanmaq kifayət edir. ✡️ Abunə olun
122