MU'MİNUN🖋️
Открыть в Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
Больше399
Подписчики
+124 часа
-27 дней
-130 день
Архив постов
399
Repost from 🌎«𝐁𝐮 𝐝ü𝐧𝐲𝐚𝐧ı𝐧 𝐜ə𝐧𝐧ə𝐭𝐢 𝐞𝐥𝐦 𝐭ə𝐥ə𝐛 𝐞𝐭𝐦ə𝐤𝐝𝐢𝐫.»
🎙️Şeyx Abdur-Razzaq əl-Bədr
( Allah onu qorusun) buyurur :
İnsan bir günahı Allahdan qorxaraq , Onun razılığını qazanmaq üçün, imanını qorumaq üçün və Rəbbinin razılığını qazanmaq üçün tərk etdikdə, bu tərk onun imanının bir hissəsidir. Allah isə bu tərkə görə ona qəlb rahatlığı, hüzur, xoşbəxtlik, gözünün aydınlığı, həyatında bərəkət və daha nə qədər xeyirlər verir. Kim bir şeyi Allah üçün tərk edərsə, Allah ona ondan daha xeyirlisini əvəz edər. Nəfs insanı günaha çağırdıqda, insan özünə desin:
“Mən bu günahı tərk edirəm, Allahın mömin qullarına bəxş etdiyi dünya və axirət xeyirlərini istəyərək , Onun savabını umaraq və Onun vəd etdiyi mükafata ümid edərək.”
Günahı tərk etmək özü bir itaətdir, Allaha yaxınlaşmaqdır və imanının bir hissəsidir. Bu mənaya dəlalət edən dəlillər var, onlardan biri də Əbu Hüreyrənin rəvayət etdiyi “Zina edən zina etdiyi anda mömin olmaz.” hədisidir.
https://t.me/al_badr_fawaid0101
399
Repost from DİN NƏSİHƏTDİR
🌟Ubadə ibn Samit (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Uca Allah belə buyurdu:
“Mənim xatirimə bir-birini sevənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-biri ilə əlaqə saxlayanlara Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birinə nəsihət edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birini ziyarət edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birinə yaxşılıq edənlərə Mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birini sevənlər Qiyamət günü nurdan olan minbərlər üzərində duracaqlar. Peyğəmbərlər, siddiqlər və şəhidlər onlara belə bir məqamda olduqlarına görə qibtə edəcəklər.”
📚Əhməd 22002. Albani, sahihul cami 4321. ((səhih)).
https://t.me/DIN_NESIHETDIR

Ənəs ibn Məəlik 🇧🇳 rəvayət edir ki, Peyğəmbər 🕋 demişdir:
“Asanlaşdırın, çətinləşdirməyin! Rahatlaşdırın, nifrət oyatmayın!
Buxari (6125), Muslim (1734)
Bu hədisdən aydın olur ki, insanları əziyyətə salmaq, ələlxüsus da dini məsələləri çətinləşdirmək qadağandır. Dini çətinləşdirən hər kəsin aqibətinin çox pis olacağı barədə Peyğəmbər 🕋 üç kərə təkrar-təkrar belə buyurmuşdur:
“(Allahın asan buyurduğu bu dini) çətinləşdirən kimsələr həlak oldular!”
Muslim,2670
399
Salimin atası (Abdullah ibn Ömər 🇧🇳) demişdir: “Peyğəmbər 🕋, qardaşına (həddən ziyadə) həyalı olmamağı¹ nəsihət edən bir adamın yanından keçərkən ona demişdir: “Həya imandandır.”
(Səhih Muslim və onun şərhi kitabı)
¹ Həmin vaxt o adam mömin qardaşına həddən ziyadə həyalı olmağın nə cür fəsadlar törədə biləcəyini başa salırdı.
Bəziləri həyanın bütövlükdə xeyir olub, yalnız xeyir gətirdiyini inkar edirlər. Səbəbi də budur ki, həyalı adam hərdən haqqı deməyə utanır — insanlara yaxşı işlər görməyi buyurmur və onları pis işlərdən çəkindirmir. Amr ibn əs-Səlah bunu belə izah etmişdir: “Bu qeyd edilən naqis cəhətlər əsil həya sayıla bilməz, əksinə, bu — acizlik, zəlillik və alçalmaqdır. Sadəcə zahirən həyaya bənzədiyindən, bəziləri onu həya adlandırmışlar. Əsil həya isə adamı pis iş tutmaqdan və haqsızlıq etməkdən çəkindirir.”
t.me/muminuntelegram

Repost from Dəvət Et
👆 *Ramazan bayramı şənliyi*
👉https://youtu.be/rshFF2lN-s0?si=voX9MS3bX1dw5Qw0
©️ http://devetet.az/
©️ http://whatsapp.devetet.az
399
💡 İbrətli Hekayə
➖ Bir gün bir cavan oğlan şeyxə yaxınlaşır və şikayət edir:
"Mən cavan oğlanam və cavan qızlara baxmaya bilmirəm. Mən nə edim?"
Şeyx ona ağzına kimi aşıb-daşan südlə dolu bir stəkan verir və xahiş edir ki, o stəkanı bazarda hansısa bir adama elə aparsın ki, südün bir damlası belə dağılmasın. Sonra şeyx öz tələbələrindən birini çağırır və ona tapşırır ki, südün bir damlası belə dağılsa gənci yolun ortasında qamçılasın. Gənc şeyxin tapşırığını yerinə yetirir və südün bir damlasını belə dağıtmır. O qayıdanda şeyx ondan soruşur:
"Yolda neçə qız gördün?"
✅ Gənc cavab verir:
"Yolda gözümə heç kim görsənmədi, çünki qorxurdum ki, südü dağıtsam məni insanların içində qamçılayarlar. İnsanların qabağında biabır olmaq qorxusundan gözümə südlə dolu stəkandan başqa heç nə görsənmirdi."
✅ Onda şeyx deyir:
"Bax imanlı birinin də vəziyyəti belədir. O Uca Yaradandan qorxur və Yaradanın sözündən çıxıb hesab günündə biabır olmaqdan qorxur."