ru
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

Открыть в Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

Больше
399
Подписчики
Нет данных24 часа
-27 дней
-130 день
Архив постов
Repost from Towards Akhirah
✨🌸
✨🌸

Qamər (Ay) 54:17 وَلَقَدۡ یَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرࣲ Biz Quranı ibrət almaq (və ya: əzbərləmək)
Qamər (Ay) 54:17 وَلَقَدۡ یَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرࣲ Biz Quranı ibrət almaq (və ya: əzbərləmək) üçün asanlaşdırdıq. Heç ibrət alan varmı?

Usəmə ibn Zeyd (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Mən özümdən sonra kişilər üçün ehtiyat etdiyim ən təhlükəli fitnə qadın fitnəsidir.”
Buxari 5096, Muslim 7121, 2740/97

İmam İbn əl-Cövzi (rahiməhullah) belə demişdir: «Qeybət (başqasının arxasınca danışmaq) nə qədər saleh insanların yaxşı əməllərini məhv etmiş, onların savablarını puç etmiş və aləmlərin Rəbbinin qəzəbini gətirmişdir. Qeybət aşağı səviyyəli insanların bir məşğuliyyəti, acizlərin isə silahıdır. Bu, təqvalı insanların dillərindən uzaq tutmağa çalışdığı, səxavətli insanların isə qulaqlarının eşitmək belə istəmədiyi bir çirkin davranışdır.» Ət-Təzkirah, s. 124

photo content

Surah Al-Fajr 21 - 30 _ Saud Al Juma_a(MP3_320K).mp33.74 MB

Surah Al-Fajr 21 - 30 _ Saud Al Juma_a(MP3_320K).mp33.74 MB

📗السلام عليكم ورحمة الله وبركاتة
📢 Mühüm xatırlatma:
– Kanalda Mədinə qrammatika kitablarının birinci cildinin mövzuları fərqli metod və dizaynla sizə təqdim olunub. Əvvəldə də qeyd edildiyi kimi, digər cildlər də Allahın izni ilə yaxın aylarda tamamlanıb təqdim ediləcək. Məqsəd isə bu yolda sizə dəstək olmaqdır. Odur ki, kanaldan dilədiyiniz kimi istifadə edə bilərsiniz. Məsələn: İcazəlidir ki, materiallardan/testlərdən yararlanaraq bu dərsləri öyrənəsiniz, qeydlər aparasınız, yaxud da aranızda bu elmi öyrədənlər də həmçinin, kanalda olan materiallardan istifadə edərək öz tələbələri üçün video izahlar çəkə, başqalarına bu dərsləri öyrətmək üçün rahatlıqla istifadə edə, eyni zamanda testləri öz tələbələrinə yönəldərək onları da faydalandıra bilərlər...və.s 💡Yuxarıda sadalanan halların hər birinə böyük məmnuniyyətlə izin və halallıq var...
« فمن طلب العلم ليحيى به الإسلام فهو من الصديقين و درجته بعد درجة النبوة...» «Kim elmi tələb edərsə ki, onunla İslamı diriltsin, o, siddiqlərdəndir. Və onun dərəcəsi peyğəmbərlik dərəcəsindən sonradır...» 🟢İbnul-Qayyim (rahiməhullah)
⤵️ PAYLAŞ: T.me/medine1erebdili

📣 T.me/medine1erebdili kanalı haqqında:
📚 Bu kanal ərəb dilini öyrənmək, öyrətmək, bir sözlə Quranın dili olan - möhtəşəm dil ilə məşğul olanlar üçün dəstək məqsədli açılmışdır.
📗Nəzərdə tutulan Ərəb dili Mədinə (qrammatika) kitabları dörd cilddən ibarətdir. Hazırda olduğunuz kanal isə dörd kitabın birinci cildinin xüsusi metodla/dizaynla hazırlanmış materiallarından və testlərindən ibarətdir. Allahın izni ilə digər cildlər üçün kanallar da yaxın aylarda hazırlanıb sizə təqdim ediləcək.
🪶Sözsüz ki, hər şey Allahın müvəffəqiyyətilə başa çatır. Ona uca və mübarək bir həmd olsun!
⤵️ Kanala dəstək olmaq üçün sizdən tək xahiş: kanalı maksimum dərəcədə paylaşmağınızdır. Məqsəd isə daha çox insanın faydalanması ilə hər birimizin xeyirə nail olaraq savab qazanmağımızdır. Unutmamalıyıq ki, hər birimizin zərrə qədər xeyirə (savaba) ehtiyacımız var. 📌 T.me/medine1erebdili T.me/medine1erebdili T.me/medine1erebdili

Əslində, sən də öləcəksən, onlar da öləcəklər! Sonra siz Qiyamət günü Rəbbinizin yanında mübahisə edəcəksiniz. [Zumər surəsi, 30-31]

Repost from İslami sual-cavab
🔔 İ C A B Ə T / D U A  E T! Ləə iləəhə illəə əntə subhəənəkə innii kuntu minəzzaalimiiin. Allahım mənim böyük-kiçik, bildiyim-bilmədiyim bütün günahlarımı əfv et. Məni bağışla. Bağışla ki, xeyir qapıları üzümə açılsın. Bağışla ki, istəklərim gerçəkləşsin. Yəə Mucib, bütün istəklərimi mənim üçün xeyirli şəkilə sal, sonra isə mənə nəsib et. İstəklərimə çatdıqdan sonra layiqli şükür etməyi mənə unutdurma. ✨ Allahım, biz Səndən Firdous Cənnətini və ona yaxınlaşdıran sözləri deməyi  və əməlləri etməyi diləyirik və Sənə cəhənnəm odundan, ona yaxınlaşdıran sözləri deməkdən və əməlləri etməkdən sığınırıq. ✨ Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Mənə görünən və görünməyən, dünyam və axirətim üçün lazım olan bütün xeyirləri nəsib et. Məni görünən və görünməyən, dünyam və axirətim üçün zərərli olan bütün şərlərdən uzaq et. ✨ Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla! ✨ Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş müsəlmanları bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən! ✨ Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam! ✨ Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et! ✨ Ey qəlbləri döndərən! Qəlbimi dinin üzərində sabit et! ✨ Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! ✨ Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir! ✨ Allahım! Öyrətdiklərinlə mənə fayda ver, fayda verəcək şeyləri mənə öyrət və elmimi artır! ✨ Allahım! Sən məni gözəl biçimdə yaratdın. Əxlaqımı da gözəl et! ✨ Allahım, hidayəti, Allah qorxusunu, iffətli və qənaətkar olmağı Səndən diləyirəm. ✨ Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və mənə verdiyin ruzini bərəkətli et! ✨ Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm! ✨ Allahım, mənə verdiyin nemətin tükənməsindən, verdiyin uğurun dəyişməsindən, qəfil qisas almağından və bütün qəzəbindən Sənə sığınıram! ✨ Ey Rəbbim! Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et. ✨ Allahım! Mən özümə çoxlu zülm etmişəm. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən! ✨ Allahım! İsmətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et! ✨ Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən! ✨ Allahım! Bilə-bilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm! ✨ Allahım! Filistində yaşayan müsəlmanlara öz qüdrətinlə yardım et! Onlara asanlıq ver, başlarına gələn müsibət üçün çoxlu səbr ver savablarına yaz! Allahım! Əqsa məscidini işğalçı yəhudilərin əlindən qurtar. 🌻 T.me/islamisualcavabb

Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb
Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın. [33:56]
اللَّهُمَّ صَلِّ وَسَلِّمْ عَلَى نَبِيِّنَا مُحَمَّدٍ «Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!»

🍃Məryəm surəsi, 27-33 🎙Yasser Al Dosari Paylaşaraq xeyirə vəsilə olun! ✨ t.me/muminuntelegram

BAXIN, ÇOXUMUZ BU ƏDƏBDƏN NAQİSİK.. Sufyən əs-Səuri (rahiməhullah) buyurur: - Həqiqətən də bir kişi mənə bir hədis danışardı, mən isə o hədisi onun anası onu dünyaya gətirməzdən əvvəl artıq eşitmiş olardım, lakin gözəl ədəb məni məcbur edirdi ki, o hədisi ondan dinləyim. ("Tərixu Diməşq", 5/66) Eləcə də, Əta bin Əbi Rabəh (rahiməhullah) buyurur: - Həqiqətən də bir kişi mənə bir hədis danışardı və mən sanki heç o hədisi eşitməmiş kimi susardım, amma əslində isə mən o hədisi o doğulmamışdan əvvəl artıq eşitmiş idim. ("Siyər Ə'ləm ən-Nubələ", 5/86) Bir kəs səninlə bildiyin bir faydanı bölüşdükdə "hə, hə bilirəm, eşitmişəm.." demək gözəl ədəbə müxalifdir.. Əksinə, sanki ilk dəfə eşidirmişsən kimi diqqətlə o faydanı ondan dinlə, sonda isə onun bu faydanı səninlə bölüşdüyünə görə ona dua edərək təşəkkürünü bildir ki, onun himməsinin artmasına səbəb olasan və qəlbinə təvazökarlıq toxumlarını səpmiş olasan...

BAXIN, ÇOXUMUZ BU ƏDƏBDƏN NAQİSİK.. Sufyən əs-Sovri (rahiməhullah) buyurur: - Həqiqətən də bir kişi mənə bir hədis danışardı, mən isə o hədisi onun anası onu dünyaya gətirməzdən əvvəl artıq eşitmiş olardım, lakin gözəl ədəb məni məcbur edirdi ki, o hədisi ondan dinləyim. ("Tərixu Diməşq", 5/66) Eləcə də, Əta bin Əbi Rabəh (rahiməhullah) buyurur: - Həqiqətən də bir kişi mənə bir hədis danışardı və mən sanki heç o hədisi eşitməmiş kimi susardım, amma əslində isə mən o hədisi o doğulmamışdan əvvəl artıq eşitmiş idim. ("Siyər Ə'ləm ən-Nubələ", 5/86) 🔹Bir kəs səninlə bildiyin bir faydanı bölüşdükdə "hə, hə bilirəm, eşitmişəm.." demək gözəl ədəbə müxalifdir.. Əksinə, sanki ilk dəfə eşidirmişsən kimi diqqətlə o faydanı ondan dinlə, sonda isə onun bu faydanı səninlə bölüşdüyünə görə ona dua edərək təşəkkürünü bildir ki, onun himməsinin artmasına səbəb olasan və qəlbinə təvazökarlıq toxumlarını səpmiş olasan...

Allah hər birimizi islah etsin..

Repost from Taifatul Mansura
❗Bilmədiyin məsələ barədə danışma:
🍃Əbu Hüseyn əl Əsədi dedi: Siz elə bir məsələdə fətva verirsiniz ki, o məsələ Ömərə ərz edilsəydi ona cavab vermək üçün Bədr əhlini toplayardı.
📚آداب المفتي و المستفتي - لابن الصلاح
🍃Qasim dedi: “Vallahi, dilimin kəsilməsi, mənə bilmədiyim şeyi danışmaqdan daha sevimlidir”.
📚ابن الصلاح - أدب المفتي و المستفتي
🍃İmam Malik deyərdi: "Kimə hər hansı bir məsələ haqqında sual verilərsə, cavab vermədən əvvəl özünü cənnətdə və ya cəhənnəmdə təsəvvür etsin, aqibətinin necə olacağı haqqında düşünsün, sonra cavab versin."
📚 آداب المفتي و المستفتي لابن الصلاح
T.me/taifatull_mansura

Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə
Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır. [39:67]

Видеосообщение00:43

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rah
Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. [13:28] 🫀