ru
Feedback
mincom.gov.az

mincom.gov.az

Открыть в Telegram

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Больше
523
Подписчики
-224 часа
-27 дней
+1330 день
Архив постов
- Qazaxıstanla Azərbaycanı, həmçinin geniş coğrafi ərazini birləşdirəcək və rəqəmsallaşma, süni intellekt, verilənlər bazaları və sairə ilə bağlı proseslərin inkişafında mühüm rol oynayacaq fiber-optik kabelin tikintisi üzərində ikitərəfli əməkdaşlıq edirik.

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib, Forum iştirakçılarının suallarını cavablandırıb: - Biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq ki, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq. - Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq. - Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. - Azərbaycan birtərəfli olaraq Ermənistana bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı və hazırda biz bunu etməklə 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşındı. - Hazırda Prezident Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib – TRIPP. Bizdə olan məlumata görə, layihə çərçivəsində praktiki işlərə, ümid edirik ki, artıq bu il başlanılacaq. Bu layihə regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. - Qlobal gündəliyimizdə dayanan əsas məsələlərdən biri davamlı inkişafın təmin edilməsi, Qarabağın bərpası və yenidən qurulmasının başa çatdırılması, eləcə də yeni nəqliyyat marşrutlarının və bağlantı imkanlarının formalaşmasına xidmət edəcək bütün layihələrimizin uğurla tamamlanmasıdır. - Gündəliyimizin əsas istiqamətlərindən biri də rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır. Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı. - Ermənistanla münasibətlərin normallaşması prosesi başa çatdıqda, Azərbaycanla Ermənistan arasında birbaşa nəqliyyat əlaqələri başladıqda – indiki kimi deyil, birbaşa, Zəngəzur dəhlizi və ya digər dəhlizlər vasitəsilə – Cənubi Qafqaz siyasi cəhətdən hansısa üçtərəfli format yaratmağa hazır olduqda, onda vəziyyət fərqli olacaq. - Mənim keçən il Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin – siyasi, iqtisadi, nəqliyyat – hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub. - Orta Dəhlizə gəldikdə, Çindən Azərbaycan vasitəsilə və Azərbaycana daşınan yüklərin həcmi artır. Artıq qeyd etmişəm ki, biz ticarət limanımızın gücünü demək olar ki, ikiqat artırırıq və əsasən Çindən, həmçinin Mərkəzi Asiya ölkələrindən gələn yeni yükdaşımaların həcmlərinə güvənirik. Buna görə də burada qarşılıqlı münasibətlərin çox yaxşı tarixi, həmçinin bu dəhliz boyunca yerləşən bir çox ölkə ilə çoxtərəfli əməkdaşlıq mövcuddur. - Bizdə avtobuslar üçün iki rəng var: elektrikli avtobuslar üçün yaşıl, ənənəvi avtobuslar üçün isə qırmızı. Nə qədər çox yaşıl avtobusumuz olsa, bir o qədər yaxşıdır. - Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Eyni zamanda bağlantılar, nəqliyyat, logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. - Qazaxıstan ilə Azərbaycan arasında fəal əməkdaşlıq olmadan regionumuzda, Xəzər bölgəsində hər hansı nəqliyyat layihəsi sadəcə mümkün deyil. - Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında birgə əməkdaşlıq formatı artıq mövcuddur. Tarif siyasəti, rəqəmsallaşdırma, gömrük administrasiyası prosedurlarının sadələşdirilməsi və bir çox digər mühüm məsələlər müzakirə edilir və həll olunur.

photo content

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyul 2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tar
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 20 iyul 2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində #Quba, #Qusar və #Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək. Qəbula 17 iyul 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. #RİNN #VətəndaşQəbulu

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 17 iyul 2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tar
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 17 iyul 2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində #Quba, #Qusar və #Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək. Qəbula 16 iyul 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. #RİNN #VətəndaşQəbulu

Beynəlxalq Nəqliyyat Forumu (BNF) #nəqliyyat infrastrukturuna investisiya yatırılması ilə bağlı 32 ölkə arasında araşdırma ap
Beynəlxalq Nəqliyyat Forumu (BNF) #nəqliyyat infrastrukturuna investisiya yatırılması ilə bağlı 32 ölkə arasında araşdırma aparıb və Statistik Məlumat Bülleteni dərc edib. Hesabata əsasən, Azərbaycan bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payına görə birinci yerdə qərarlaşıb. Qeyd olunub ki, 2022 – 2024-cü illər üzrə Azərbaycanın daxili nəqliyyat infrastrukturuna investisiyaları ÜDM-in orta hesabla 3,5%-ni təşkil edib. Azərbaycan, Çin, Şimali Makedoniya, Serbiya kimi ölkələr ÜDM-in 2 faizdən çoxunu nəqliyyat infrastrukturuna yönəldərək beynəlxalq standartlara uyğun nəqliyyat şəbəkələrinin qurulması və genişləndirilməsi mərhələsindədir. Ətraflı: https://bit.ly/44I9qqB #RİNN

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Tod
+2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Tod ilə görüş keçirib. Görüş zamanı yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, piyadaların və digər yol hərəkəti iştirakçılarının qorunması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə ətraflı məlumat verilib. #RİNN

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevin 3 iyul 2026-cı il tarixində saat 09:00-da #Xaçmaz şəhərində yerləşən T
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyevin 3 iyul 2026-cı il tarixində saat 09:00-da #Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınıb. Qəbulun tarixi barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək. #RİNN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər.   Dövlətimizin başçısı çıxışında bildirib ki:   - Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı.   - Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk.   - Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir. Budəfəki buraxılışda: ✅ Təbriz küçəsinin daha rahat və təhlükəsiz hərəkət məkanına çevriləcəyi; ✅ Kəlbəcərdə günəş panelli avtonom #radiomonitorinq stansiyasının istifadəyə verilməsi və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız. #RİNN #NaRİNN

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir. Budəfəki buraxılışda: ✅ AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinə qəbul üçün qeydiyyatın başlaması; ✅ Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarının bərpa edilməsi; ✅ Mehdiabad – Baksol – Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız. #RİNN #NaRİNN

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə qəhrəmanlıq və fədakarlıq nümunəsi olan bütün hərbi qulluqçula
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə qəhrəmanlıq və fədakarlıq nümunəsi olan bütün hərbi qulluqçularımızı təbrik edir, onlara şərəfli xidmətlərində daim güc, əzm və qələbə ruhu arzulayırıq!   #RİNN

Bu il 9 – 27 noyabr tarixlərində Qətərdə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) növbəti Səlahiyyətli Konfransının keç
Bu il 9 – 27 noyabr tarixlərində Qətərdə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) növbəti Səlahiyyətli Konfransının keçirilməsi nəzərdə tutulur. Dörd ildən bir təşkil olunan tədbirdə İttifaqın Baş katibi, Baş katibin müavini, büroların direktorları, o cümlədən qurumun Radio Tənzimləmə Komitəsinə və idarəedici orqanı olan Şuraya üzvlər seçilir. Azərbaycan 2027 – 2030-cu illər üzrə BTİ Şurasına üzvlük üçün namizədliyini təqdim edib. Eyni zamanda AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) Radiotezliklərin idarəolunması şöbəsinin müdiri Sitarə Mehdiyevanın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb. Ətraflı: https://bit.ly/3QLUUuy #RİNN

2026-cı ilin yanvar-may aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə re
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,8% artaraq 6,252.2 milyon manat təşkil edib. #RİNN

2026-cı ilin yanvar-may aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə
2026-cı ilin yanvar-may aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,1% artaraq 1,628.1 milyon manat təşkil edib. #RİNN

Ölkəmizin #dəniz nəqliyyatının inkişafına və təhlükəsizliyinin təmin olunmasına töhfə verən bütün dənizçiləri peşə bayramı mü
Ölkəmizin #dəniz nəqliyyatının inkişafına və təhlükəsizliyinin təmin olunmasına töhfə verən bütün dənizçiləri peşə bayramı münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq! #RİNN

Beynəlxalq Nəqliyyat Forumu və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının birgə təşkilatçılığı ilə Q
Beynəlxalq Nəqliyyat Forumu və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının birgə təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində yüksəksəviyyəli regional dialoq təşkil olunub. Tədbirdə Mərkəzi və Cənub-Şərqi Asiyada dayanıqlı #nəqliyyat sistemlərinin inkişafı, regional yük daşımalarının səmərəliliyinin artırılması və nəqliyyat sektorunun dekarbonizasiyası istiqamətində görülən işlər müzakirə edilib. #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Nağı Əhmədov çıxışında Azərbaycanın nəqliyyat və #logistika sektorunda həyata keçirdiyi islahatlar, regional bağlantıların gücləndirilməsi ilə bağlı təşəbbüsləri, gələcək inkişaf planları barədə məlumat verib. Qeyd edib ki, infrastrukturun inkişafı, dövlət qurumları və tərəfdaşlar arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi ölkəmizin nəqliyyat siyasətinin əsas istiqamətlərindəndir. Ətraflı: https://bit.ly/4wbdefW #RİNN

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 24 iyun tarixində Ağdam şəhərində yerləşən Konfrans Mərkəzində #Füzuli,
+1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 24 iyun tarixində Ağdam şəhərində yerləşən Konfrans Mərkəzində #Füzuli, #Ağdam və #Xocavənd rayonlarının sakinlərini qəbul edib. Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. #RİNN #VətəndaşQəbulu

Dövlət idarəçiliyinin səmərəli təşkili, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və #ictimai etimadın möhkəmləndirilməsi
Dövlət idarəçiliyinin səmərəli təşkili, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və #ictimai etimadın möhkəmləndirilməsi istiqamətində çalışan bütün #dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq! #RİNN

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı çıxışında bildirib ki: - Coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. - Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. - Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.