Neytral Zona
Открыть в Telegram
Kanalda beynəlxalq münaqişələrdən,müharibələrdən xəbərlər yayımlanır və təhlil edilir. Kanal rəhbəri hərbi jurnalist Səxavət Məmməd YouTube:https://m.youtube.com/@sexavetmemmed
Больше5 894
Подписчики
-424 часа
-167 дней
-5930 дней
Загрузка данных...
Похожие каналы
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
сентябрь '26
сентябрь '26
+36
в 0 каналах
август '26
+65
в 1 каналах
Get PRO
июль '26
+116
в 1 каналах
Get PRO
июнь '26
+77
в 0 каналах
Get PRO
май '26
+62
в 0 каналах
Get PRO
апрель '26
+107
в 1 каналах
Get PRO
март '26
+387
в 0 каналах
Get PRO
февраль '26
+327
в 0 каналах
Get PRO
январь '26
+118
в 0 каналах
Get PRO
декабрь '25
+69
в 1 каналах
Get PRO
ноябрь '25
+64
в 1 каналах
Get PRO
октябрь '25
+18
в 1 каналах
Get PRO
сентябрь '25
+10
в 0 каналах
Get PRO
август '25
+2
в 0 каналах
Get PRO
июль '25
+23
в 0 каналах
Get PRO
июнь '25
+441
в 1 каналах
Get PRO
май '25
+46
в 0 каналах
Get PRO
апрель '25
+44
в 1 каналах
Get PRO
март '25
+70
в 2 каналах
Get PRO
февраль '25
+69
в 0 каналах
Get PRO
январь '25
+88
в 2 каналах
Get PRO
декабрь '24
+146
в 2 каналах
Get PRO
ноябрь '24
+129
в 0 каналах
Get PRO
октябрь '24
+223
в 0 каналах
Get PRO
сентябрь '24
+143
в 1 каналах
Get PRO
август '24
+225
в 0 каналах
Get PRO
июль '24
+301
в 0 каналах
Get PRO
июнь '24
+251
в 2 каналах
Get PRO
май '24
+256
в 1 каналах
Get PRO
апрель '24
+394
в 3 каналах
Get PRO
март '24
+244
в 4 каналах
Get PRO
февраль '24
+315
в 2 каналах
Get PRO
январь '24
+158
в 2 каналах
Get PRO
декабрь '23
+129
в 2 каналах
Get PRO
ноябрь '23
+45
в 2 каналах
Get PRO
октябрь '23
+631
в 6 каналах
Get PRO
сентябрь '23
+2 725
в 0 каналах
Get PRO
август '23
+62
в 0 каналах
Get PRO
июль '23
+37
в 0 каналах
Get PRO
июнь '23
+89
в 0 каналах
Get PRO
май '23
+813
в 0 каналах
Get PRO
апрель '23
+600
в 0 каналах
Get PRO
март '23
+1 504
в 0 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 19 сентября | +2 | |||
| 18 сентября | +1 | |||
| 17 сентября | +1 | |||
| 16 сентября | +2 | |||
| 15 сентября | +1 | |||
| 14 сентября | +1 | |||
| 13 сентября | +3 | |||
| 12 сентября | 0 | |||
| 11 сентября | +1 | |||
| 10 сентября | +1 | |||
| 09 сентября | +3 | |||
| 08 сентября | +2 | |||
| 07 сентября | +1 | |||
| 06 сентября | 0 | |||
| 05 сентября | +4 | |||
| 04 сентября | +5 | |||
| 03 сентября | +4 | |||
| 02 сентября | +2 | |||
| 01 сентября | +2 |
Посты канала
🇺🇸🇺🇦 ABŞ Ukraynaya 2,7 milyard dollarlıq silah satışına ilkin təsdiq verib
ABŞ Dövlət Departamenti Ukraynaya təxminən 2,68 milyard dollar dəyərində hava hücumundan müdafiə avadanlığı və digər hərbi vasitələrin mümkün satışını təsdiqləyib.
Müqavilə baş tutacağı təqdirdə, Ukrayna S-300 tipli sistemlər üçün raketlər, GAM-67 raketləri, uzaqmənzilli lazerlə idarə olunan hava hücumundan müdafiə raketləri, mobil buraxılış qurğuları və onların modifikasiya dəstlərini əldə edə bilər.
Paketə həmçinin dronlara qarşı sistemlər üçün radarlar, teleskopik dayaqlı radar qoşquları, ehtiyat hissələri, proqram təminatı və mühəndis-texniki və logistika xidmətləri daxildir.
Mümkün satışın maliyyələşdirilməsi Avropa ölkələrinin ayırdığı vəsaitlər və əvvəlki ABŞ administrasiyası dövründə ayrılmış Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaitləri hesabına həyata keçiriləcək.
Lakin hazırda bu, yalnız mümkün satış üçün verilmiş təsdiqdir. Müqavilənin qüvvəyə minməsi üçün ABŞ Konqresinin baxışı və yekun təsdiqi tələb olunur.
Kanala abunə olun 👉Neytral Zona
| 2 | NBC News öz mənbələrinə istinadən xəbər verir ki, Pentaqon Amerika ordusunun üçdə birini Avropadan çıxarmaq imkanını nəzərdən keçirir. Qeyd olunur ki, Avropadakı Amerika kontingenti ən azı 25 min əsgər azaldıla bilər. Nəticədə Avropa ölkələrindəki hərbi bazalardakı ABŞ hərbi qulluqçularının sayının yarıya qədər azaldılaraq 40 minə çatacağı istisna edilmir. Bundan əlavə, Pentaqon hərbi təyyarələrin, gəmilərin və digər silahların Avropadan çıxarılması imkanını araşdırır.
Mənbələr əlavə edib ki, Pentaqon rəhbəri Pit Heqset noyabrın 6-na qədər tabeliyində olanlardan Amerika qoşunlarının Avropadan çıxarılması və ya NATO-nun şərq cinahına köçürülməsi variantları barədə yekun hesabat almalıdır. Daha sonra tövsiyələr ABŞ prezidenti Donald Trampa təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, Avropa ölkələrinin öz müdafiə xərclərini ödəmək tələbləri fonunda ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmağı nəzərdən keçirir
Kanala abunə olun 👉Neytral Zona | 406 |
| 3 | Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Amin! | 401 |
| 4 | 🇺🇸🇩🇰 Tramp: ABŞ Qrenlandiyada daimi təhlükəsizlik və hərbi imkanlar əldə edib
ABŞ, Danimarka və Qrenlandiya arasında Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılaşma əldə olunub.
ABŞ prezidenti Donald Tramp bildirib ki, razılaşma Vaşinqtona Qrenlandiyada daimi giriş, hərbi baza və hava məkanından istifadə hüquqları verir. Onun sözlərinə görə, ABŞ adada daha geniş hərbi mövcudluq yaratmağa başlayacaq.
Razılaşmaya əsasən, ABŞ-ın rəqibi hesab olunan NATO üzvü olmayan ölkələrin Qrenlandiyada hərbi baza yaratmasına, qoşun yerləşdirməsinə və həssas sahələrə investisiya yatırmasına imkan verilməyəcək.
Tramp razılaşmanın müddəalarının Qrenlandiyanın gələcəkdə müstəqil olması halında belə qüvvədə qalacağını bildirib.
Reuters qeyd edir ki, razılaşmanın bütün detalları hələ açıqlanmayıb və ABŞ-ın Qrenlandiyada yeni hərbi bazalar tikib-tikməyəcəyi də məlum deyil. ABŞ-ın Qrenlandiyada hərbi fəaliyyət üçün geniş hüquqları isə 1951-ci ildə imzalanmış müqavilə ilə artıq mövcuddur.
Danimarka və Qrenlandiya razılaşmanın Qrenlandiyanın maraqlarını və Danimarkanın suverenliyini nəzərə aldığını bildiriblər. Sənədin gələn həftə BMT Baş Assambleyası çərçivəsində imzalanması gözlənilir.
Reuters-in məlumatına görə, bu razılaşma Trampın Qrenlandiyanı ABŞ ərazisinə çevirmək istəyindən fərqlidir və adanın ABŞ-a verilməsi nəzərdə tutulmur. | 592 |
| 5 | ABŞ-ın İran müharibəsində verdiyi hərbi itkilərin Pentaqonun açıqladığı rəqəmdən daha çox olduğu bildirilir.
“The Washington Post” qəzetinin yazdığına görə, altı yüksək vəzifəli ABŞ rəsmisi Pentaqonun daxili məlumatlarına əsasən müharibə başlayandan bəri ən azı 22 amerikalı hərbçinin öldüyünü bildirib.
Bu rəqəm Pentaqonun ictimaiyyətə açıqladığı göstəricidən 4 nəfər çoxdur.
Qəzetə danışan altıncı ABŞ rəsmisi isə ölənlərin sayının 23 olduğunu deyib. Onun sözlərinə görə, bu şəxslərin hamısı birbaşa döyüşlər nəticəsində həlak olmayıb, bəziləri Yaxın Şərqdə müharibə şəraitində olarkən ölüb.
Pentaqon isə rəqəmlər arasındakı fərqlə bağlı “The Washington Post”un suallarını cavablandırmayıb.
Kanala abunə olun 👉Neytral Zona | 750 |
| 6 | ABŞ kəşfiyyat rəsmiləri onlayn informasiya müharibəsində yeni mərhələ ilə bağlı narahatlıqlarını açıqlayıblar.
“The New York Times”ın yazdığına görə, İran, Çin və İsraildəki bəzi özəl şirkətlər sosial şəbəkələrdə süni intellektlə idarə olunan “bot orduları”ndan istifadə etməyə başlayıblar.
Bu sistemlər saxta profillər yarada, müxtəlif mövzularda paylaşımlar hazırlaya və sosial şəbəkələrdə istifadəçilərlə müzakirələr apara bilir. Əsas fərq isə odur ki, bu proseslərin böyük hissəsi insan müdaxiləsi olmadan həyata keçirilə bilər.
ABŞ-da bu texnologiyanın qarşıdakı ara seçkilərə mümkün təsiri ilə bağlı narahatlıq yaranıb.
NYT İsraildə keçmiş NSO əməkdaşları tərəfindən yaradıldığı bildirilən Təl-Əvivdə yerləşən IntelEye şirkətinin fəaliyyətinə də diqqət çəkib. Şirkətin İsrailin siyasi müzakirələrinə təsir göstərmək üçün təxminən 1000 saxta hesabdan istifadə etdiyi iddia olunur. Bu hesabların bir hissəsinin Baş nazir Benyamin Netanyahuya dəstək, digər hissəsinin isə əleyhinə məzmun yaydığı bildirilir.
Şirkət isə bunun siyasi manipulyasiya deyil, tədqiqat məqsədli təcrübə olduğunu bildirib.
AI ilə idarə olunan təsir əməliyyatlarının genişlənməsi artıq yalnız saxta paylaşım hazırlamaqla məhdudlaşmır. Anthropic-in sentyabr hesabatında İranla əlaqəli qurumların süni intellektdən saxta profillər yaratmaq, sosial media istifadəçilərini analiz etmək və siyasi təsir kampaniyaları hazırlamaq üçün istifadə etdiyi də sənədləşdirilib.
Kanala abunə olun 👉Neytral Zona | 842 |
| 7 | Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək. | 802 |
| 8 | Ukrayna dronları Rusiya ordusuna məxsus S 400 HHM sistemini sıradan çıxarıb | 817 |
| 9 | 🇺🇸 ABŞ İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla, ölkənin əsas nümayəndə heyətinə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli iclasında iştirak etmək üçün viza verib.
ABŞ Dövlət Departamenti bildirib ki, qərar Vaşinqtonun BMT-nin ev sahibi ölkəsi kimi öhdəliklərinə uyğun qəbul edilib.
Bununla belə, İran nümayəndə heyətinə Nyu-Yorkda hərəkət və bəzi alış-verişlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq. Bu il İran nümayəndə heyətinin ötən illə müqayisədə daha kiçik olacağı bildirilir.
Pezeşkianın gələn həftə BMT Baş Assambleyasında çıxış etməsi gözlənilir. Qərar ABŞ və İran arasında davam edən münaqişə fonunda qəbul edilib.
Kanala abunə olun 👉Neytral Zona | 856 |
| 10 | ABŞ Dövlət Departamenti Almaniya vasitəsilə Ukraynaya 10 Patriot SAM-ın təhvil verilməsi ilə bağlı Konqresə sertifikat təqdim edib.
Bu barədə ABŞ Konqresinin iclaslarının, müzakirələrinin və sənədlərinin transkriptlərini dərc edən rəsmi jurnal olan "Congressional Record" da bildirilir . Silahların dəyəri 29,6 milyon dollardır.
Ukrayna taktiki ballistik və aerodinamik hədəfləri məhv etmək üçün hazırlanmış MIM-104E GEM-T raketləri almağa hazırlaşır.
Bu, hələlik yekun qərar deyil: sənəd müvafiq konqres komitələri tərəfindən nəzərdən keçirilməlidir, bundan sonra köçürmənin baş tutub-tutmayacağı məlum olacaq.
Kanala abunə olun 👉Neytral Zona | 837 |
| 11 | 🇵🇰 Pakistanda məsciddə partlayış: 16 nəfər ölüb
Pakistanın Xeybər-Paxtunxva əyalətinin Kohat şəhərində, Polislqron yaşadığı ərazidə yerləşən məsciddə güclü partlayış baş verib.
Partlayış cümə namazı zamanı törədilib. Hadisə nəticəsində azı 16 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Ölənlər arasında 5 polis əməkdaşı da var.
Partlayış nəticəsində məscidin bir hissəsi dağılıb və insanlar dağıntılar altında qalıb. Xilasetmə qrupları dağıntılar altında qalanların çıxarılması üçün əməliyyat aparıb.
Pakistan rəsmilərinin ilkin məlumatına görə, partlayışdan sonra silahlı şəxslərlə polis arasında atışma da baş verib.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Araşdırma davam edir. | 828 |
| 12 | 🇺🇸🇸🇦 ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35A satılmasına razılıq verib
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd F-35A Lightning II qırıcısının mümkün satışını təsdiqləyib.
Müqavilənin ümumi dəyərinin 24,3 milyard dollara qədər olacağı bildirilir. Paketə 48 təyyarə ilə yanaşı, 49 mühərrik, rabitə sistemləri, ehtiyat hissələri, texniki dəstək və digər avadanlıqlar daxildir.
Bu, Səudiyyə Ərəbistanının ilk beşinci nəsil döyüş təyyarələrini əldə etməsi olacaq. Hazırda Yaxın Şərqdə F-35 qırıcılarını istismar edən yeganə ölkə İsraildir.
ABŞ-da satışla bağlı yekun proses hələ başa çatmayıb və müqavilə Konqresin 30 günlük baxışından keçməlidir.
Kanala abunə olun 👉Neytral Zona | 815 |
| 13 | 🇺🇸🇵🇱 Tramp: Polşada daimi ABŞ hərbi bazasının yaradılması istiqamətində irəliləyiş var
ABŞ prezidenti Donald Tramp Polşada daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.
Tramp bildirib ki, layihənin mümkün yerləşmə yeri yaxın zamanda açıqlanacaq.
Polşa hökuməti daha əvvəl ABŞ-ın ölkə ərazisində daimi hərbi bazasının yaradılması üçün hazırlıqlara başlamışdı.
Hazırda Polşada ABŞ hərbçiləri əsasən rotasiya əsasında yerləşdirilir. Daimi bazanın yaradılması ilə bağlı isə yekun qərar hələ verilməyib.
Kanala abunə olun 👉Neytral Zona | 833 |
| 14 | Dövlət Təhlükəsizlik Xidmətinin məlumatı | 845 |
| 15 | 🇺🇸 Miçiqanda ABŞ-a məxsus F-16 qırıcısı qəzaya uğrayıb
Texas Milli Qvardiyasına məxsus F-16 qırıcısı Miçiqan ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb.
Hadisə 17 sentyabrda baş verib. Pilot vaxtında katapult edib və xəstəxanaya çatdırılıb. Məlumata görə, onun vəziyyəti stabildir.
Qəza ərazisinin yaxınlığında yaşayan sakinlər təhlükəsizlik səbəbilə təxliyə edilib. Hadisənin səbəbi araşdırılır. İlkin məlumatlarda qırıcının quşla toqquşmuş ola biləcəyi bildirilir.
Kanala abunə olun 👉Neytral Zona | 906 |
| 16 | CBS: İran son günlərdə iki Amerika pilotsuz təyyarəsini ələ keçirib
Kanala abunə olun 👉Neytral Zona | 913 |
| 17 | 🇨🇳 Çin İrandan husilərə təzyiq göstərməyi istəyib
Səudiyyə Ərəbistanının husilərin son günlərdə Yəmənin Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazı ətrafında sürətli irəliləyişlərindən sonra Pekindən kömək istədiyi bildirilir.
Reuters-in üç iranlı mənbəyə istinadən yaydığı məlumata görə, bundan sonra Çin gizli kanallarla Tehrana müraciət edərək İrandan husilərin qarşısını almaq üçün öz təsirindən istifadə etməsini istəyib.
Mənbələr bildiriblər ki, Pekinin Tehrana göndərdiyi şəxsi mesaj açıq açıqlamalarından daha sərt olub. Çin husilərin fəaliyyətinin Çinin enerji idxalı üçün mühüm olan dəniz yollarına daha geniş şəkildə yayılmasının qarşısını almaq istəyir.
Çin açıq şəkildə tərəfləri təmkinli olmağa, dialoqa və təhlükəsiz gəmiçiliyin bərpasına çağırıb. Lakin Reuters-in mənbələrinə görə, qapalı danışıqlarda Pekin İrandan husilər üzərindəki təsirindən istifadə etməyi tələb edib.
İran tərəfi isə Çinə cavabında regionda sabitliyin ABŞ-İsrail müharibəsinin sona çatmasından asılı olduğunu bildirib.
Mənbələr Pekinin İrana qarşı iqtisadi təzyiq və ya başqa konkret tədbirlərlə hədələmədiyini deyiblər.
Çinin bu məsələdə marağı böyükdür. Reuters-in məlumatına görə, 2025-ci ildə İranın dəniz yolu ilə neft ixracının 80%-dən çoxunu Çin alıb. Eyni zamanda, Qırmızı dəniz və Bab əl-Məndəb marşrutlarında uzunmüddətli təhlükə Çinin enerji təchizatına birbaşa təsir göstərə bilər.
Hazırda əsas sual Pekinin Tehrana real təzyiq göstərmək üçün iqtisadi və diplomatik imkanlarından istifadə edib-etməyəcəyidir.
Kanala abunə olun 👉Neytral Zona | 1 012 |
| 18 | Şamaxinka bugünlərdə | 965 |
| 19 | https://youtu.be/a6s5d3hxOq4?si=B9mW86gMmoGEmuGx | 987 |
| 20 | Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Bryansk vilayətində iki S-400 hava hücumundan müdafiə raket sistemini vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb .
Baş Qərargahın məlumatına görə, iki S-400 buraxılış sistemi Bryansk vilayətinin Vıqoniçi kəndi yaxınlığında vurulub. | 942 |
