Qanuna Zidd!
Открыть в Telegram
"Qanuna Zidd!" səhifəsinin rəsmi Telegram kanalına xoş gəlmisiniz!
Больше1 357
Подписчики
Нет данных24 часа
-17 дней
-1030 день
Архив постов
1 357
Əziz dostlar!
Təqdim olunan cədvəllərdə fiziki şəxslər arasında alqı-satqı zamanı nəqliyyat vasitələrinin təkrar qeydiyyatı üçün tətbiq edilən rüsumlarla tanış ola bilərsiniz.
Qeydiyyat zamanı 2 vacib rüsumun ödənilməsi mütləqdir:
✅ 1. Cədvəldə göstərilən rüsum: nəqliyyat vasitəsinin mühərrik həcminə (sm³) və istehsal ilinə görə hesablanan məbləğ.
✅ 2. Qeydiyyat şəhadətnaməsi ("texpasport") rüsumu: alqı-satqı zamanı mülkiyyətçi dəyişdiyi və qeydiyyat şəhadətnaməsi yeniləndiyi üçün 30 AZN məbləğində rüsumun ödənilməsi mütləqdir.
Bunlardan əlavə, şəraitdən asılı olaraq aşağıdakı ödənişlər də nəzərə alınmalıdır:
🔹 Nömrə dəyişdirilərsə: dövlət qeydiyyat nişanı yenisi ilə əvəz olunduqda əlavə 30 AZN rüsum ödənilir.
🔹 Texniki baxışın vaxtı çatıbsa: müddəti bitmiş və ya vaxtı çatmış texniki baxış üçün əlavə 30 AZN rüsum tətbiq olunur.
🔹 Utilizasiya haqqı: nəqliyyat vasitəsinin istehsal ilinə görə qanunvericiliklə müəyyən edilmiş utilizasiya haqqı yalnız texniki baxış zamanı hesablanır.
Cədvəllərə göz gəzdirərək, avtomobilinizin istehsal ili və mühərrik həcminə uyğun gələn dəqiq rüsumu rahatlıqla təyin edə bilərsiniz.
Hörmətlə...
Mənbə: Dövlət Rüsumu haqqında qanun. Maddə 18.65.3-1 və Maddə 19.5
1 357
📌Baş etibarnamə ilə avtomobil bağışlamaq: kimə və necə sərf edir? ⚖️💰
Dostlar, dünən paylaşdığım videoda nəqliyyat vasitəsinin bağışlanması ilə bağlı kiçik bir qeyri-dəqiqlik olub. Səhifədəki məlumatların həmişə 100% doğru və qanuni olması mənim üçün şərtdir. Məhz buna görə də videonu sildim və mövzunu yenidən, tam xırdalıqları ilə bölüşmək qərarına gəldim. Çünki burada söhbət həm də cibinizə qənaətdən gedir!"
Hüquqi reallıq budur ki, nəqliyyat vasitəsi baş ("generalnı") etibarnamə əsasında (əgər daxilində bağışlamaq səlahiyyəti varsa) istənilən şəxsə bağışlana bilər. Sadəcə burada mühüm bir maliyyə məqamına diqqət yetirmək lazımdır.
Xərclər tam olaraq 2 yerə bölünür:
1️⃣Variant: Bağışlanan şəxs mülkiyyətçinin (yəni texpasport kimin adınadırsa, onun) 1-ci dərəcəli qohumudursa:
Bu halda dövlət rüsumları minimuma enir:
Notariusda bağışlanma müqaviləsi: 35 manat + 15% notariusun komissiyası = 40.25 AZN
DYP xərcləri: 20 AZN qeydiyyat rüsumu + 30 AZN qeydiyyat şəhadətnaməsi (yəni "texpasport") rüsumu.
Qeyd: Bu halda avtomobilin mühərrik həcmi və istehsal ili nəzərə alınmır.
2️⃣Variant: Bağışlanan şəxs 3-cü şəxsdirsə (yəni yad biridirsə):
Bu halda xərclər dərhal yüksəlir:
Notariusda bağışlanma müqaviləsi: 70 manat + 15% notariusun komissiyası = 80.50 AZN (Xərc düz 2 qat artır)
DYP xərcləri: NV istehsal ilinə və mühərrik həcminə görə qeydiyyat rüsumu + 30 AZN qeydiyyat şəhadətnaməsi (yəni "texpasport") rüsumu.
🛑MÜHÜM ŞƏRT (ƏLAVƏ XƏRCLƏR QALXMASIN DEYƏ):
Yuxarıda qeyd olunan DYP rüsumları yalnız o halda kifayət edir ki, dövlət qeydiyyat nişanı (nömrə) maşının üzərində qalsın və avtomobilin texniki baxışının bitməsinə kifayət qədər vaxt olsun. Əks halda, nömrə dəyişəcəksə və ya texniki baxış vaxtı çatıbsa, əlavə rüsumlar da hesaba daxil ediləcək.
⚠️MÜHÜM QEYD:
Hər bir halda, notariusda bağışlanma müqaviləsi imzalandıqdan sonra yekun mərhələ mütləq Dövlət Yol Polisi (DYP) orqanında həyata keçirilir. Avtomobil tam olaraq yeni sahibinin adına rəsmiləşdirilməlidir.
💡QISA VƏ KONKRET YEKUN:
Bir sözlə, bağışlanma müqaviləsi YALNIZ mülkiyyətçinin 1-ci dərəcəli qohumuna ediləndə maddi cəhətdən sərf edir. Əgər maşını yad birinə ötürürsünüzsə, bağışlanma etmək sizə baha başa gələcək – bu halda adi alqı-satqı müqaviləsi bağlamaq qat-qat daha sərfəlidir!
Hüquqi səhvləri birlikdə düzəldir, qanunları öyrənərək büdcənizi lazımsız xərclərdən qoruyuruq. Doğru və etibarlı məlumat üçün səhifəmizi izləməkdə davam edin! 🤝
Hörmətlə...
#sürücümaarifləndirilməsi #avtomobil #dyp #notarius #qanunazidd #sürücühuquqları #dövletrüsumu
1 357
Qurban bayramı sadəcə bir təqvim günü deyil; o, paylaşmağın, fədakarlığın, birliyin və bərabərliyin ən ali ifadəsidir. Bu bayram bizə əlimizdə olanı bölüşməyin, ehtiyacı olanın yanında olmağın və insanlığı sevgi ilə qucaqlamağın gözəlliyini xatırladır.
Bu müqəddəs günlərdə dualarınızın qəbulunu, kəsilən qurbanların ailələrinizə bol ruzi, bərəkət və hüzur gətirməsini arzulayıram. Qəlbinizdən mərhəmət, evinizdən ruzi, süfrənizdən bərəkət əskik olmasın.
Gəlin bu bayramda küsülüləri barışdıraq, sevgimizi bölüşək və birlikdə daha gözəl sabahlara addımlayaq.
🤲 Can sağlığı, dinclik və xoşbəxtlik dolu bir bayram keçirməniz diləyilə...
Müqəddəs Qurban Bayramınız Mübarək! 🌙✨
1 357
🛑 Rəqəmsal Əsrdə "Qapı-Qapı" Hüquq Axtarışı: DYP və Məhkəmə Arasındakı "Uçurum"
Təsəvvür edin: Elektron hökumət, innovasiyalar və rəqəmsallaşmadan danışırıq, amma reallıqda vətəndaş hələ də bürokratiyanın labirintində itib-batır.
Gəlin, sürücülərin ən çox vaxt itirdiyi mərhələlərə və mövcud problemlərə birlikdə nəzər salaq:
1️⃣ Qərarı tapmaq "Xəzinə" tapmaq kimidir!
Sizə cərimə yazılıb və siz bu cərimə ilə razı deyilsiniz. Hüququnuzdan istifadə edib məhkəməyə müraciət etmək istəyirsiniz. Amma dayanın! Məhkəmə sizdən rəsmi Qərar tələb edir.
Sual: Bəs bu qərar haradadır?
Reallıq: Vətəndaş düşür qapı-qapı polis şöbələrinin canına ki, "mənə qərarı rəsmi verin, şikayət edim".
Həlli: Əslində, istifadə etdiyimiz E-Polis proqramında bir çox faydalı və sürücünün işini asanlaşdıran funksiyalar mövcuddur. Amma olmazmı ki, bu gözəl imkanların yanına sözügedən rəsmi qərarların da PDF formatında avtomatik yüklənməsi funksiyası əlavə edilsin? Bu addım tətbiqin vətəndaşa olan faydasını və funksionallığını daha da artırardı.
2️⃣ "Dondurulmalı" olan cərimə necə "əriyir"?
Qanun deyir ki, cərimədən məhkəməyə şikayət edildiyi andan etibarən onun icrası və faiz (dəbbə) hesablanması dondurulmalıdır.
Bəs bizdə nə baş verir? Tam əksi. Məhkəmə prosesi gedə-gedə cərimənin üstünə faiz gəlir, üstəlik, maşına həbs (saxlanılma) qərarı qoyulur. Sürücü həm haqlı olduğunu sübut etməyə çalışır, həm də yollarda "YPX maşınımı cərimə meydançasına aparacaq" qorxusu ilə yaşayır.
3️⃣ Məhkəməni qazandın, bəs "Sistem"?
Ən paradoksal vəziyyət isə sondadır. Vətəndaş aylarla vaxt itirir, məhkəməni udur və məhkəmə cərimənin ləğv olunması barədə qərar çıxarır. Bitdimi? Xeyr.
Məhkəmənin qərarı DYP-nin sisteminə avtomatik işləmir.
Vətəndaş əlində məhkəmə qərarı yenidən düşür qapı-qapı idarələrə ki: "Xahiş edirəm, baxın, məhkəmə məni haqlı çıxarıb, bu cəriməni və faizi sisteminizdən silin".
📌 Əsas Problem Nədir?
Problem — DYP ilə Məhkəmə arasında inteqrasiya olunmuş informasiya mübadiləsinin olmamasıdır. İki dövlət qurumu bir-biri ilə kağızla, vətəndaşın ayağı ilə xəbərləşir.
Vətəndaş dövlət qurumlarının arasında "poçtalyon" olmamalıdır! Sistemlər birləşdirilməli, məhkəmə şikayəti daxil olan kimi cərimə avtomatik dondurulmalı, məhkəmə qərar çıxaran kimi isə sistemdən avtomatik silinməlidir. Bunu tam rəqəmsal və şəffaf etmək bu qədərmi çətindir?
Qanun çərçivəsində hər hansı bir qayda pozulanda sistem saniyələr içində saat kimi işləyir — SMS dərhal gəlir, məlumat bazaya dərhal oturur. Amma vətəndaş elə həmin qanunla haqlı olduğunu sübut edəndə, nədənsə sistem ləngiyir və biz yenidən kağız dövrünə qayıdırıq.
Unutmaq olmaz ki, texnologiyanın və rəqəmsallaşmanın əsas məqsədi vətəndaşın işini asanlaşdırmaqdır. Vətəndaş dövlət qurumları arasında məlumat daşıyan bir vasitəyə çevrilməməlidir.
Ümid edirik ki, aidiyyəti qurumlar bu daxili koordinasiya problemini tezliklə həll edər və E-Polis sistemi hər iki tərəf üçün tam rəqəmsal, operativ bir platformaya çevrilər.
Bəs siz necə, məhkəmə ilə DYP arasındakı bu rabitəsizliklə heç qarşılaşmısınız? Fikirləriniz maraqlıdır.
Hörmətlə...
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Baş Dövlət Yol Polisi
#SürücüHüquqları #DYP #Məhkəmə #Bürokratiya #EPolis #Rəqəmsallaşma #SürücüMaarifləndirmə
1 357
Əziz dostlar. Son paylaşdığımız video (baqaj, qum məsələsi) böyük səs-küyə səbəb oldu. Açığı bu videonun belə yayılacağını düşünməzdim. Şərhlərdə kimlərsə yazırdı ki, sualın cavabı tam verilmədi, bəziləri yazırdı ki, bilmirsənsə danışma və s. və i. İstərdim bununla bağlı açıqlama verim.
Əslində bu suala konkret cavab versəydik, ortalığa fərqli bir mənzərə çıxa bilərdi. Yəni, baqajda qum daşımağa görə qanunla cərimə yoxdur, əgər yükdaşıma qaydalarını pozmursansa təbii ki. Bunu desəydim, bir çox sürücü, daha dəqiq desək, "bunun marağında" olan sürücü baqaja qum qoyub başlayacaq idi avtomobili elə idarə etməyə. Çünki burda nə yay kəsilir, nə qızdırılır, nə də presə verilir. Təbii yolla maşının arxası aşağı olur və görünüşündə fərq yaranır. Bu cür şəkildə avtomobil idarə edən sürücüləri yol polisi saxlayanda isə onlar avtomatik olaraq deyəcəkdilər ki, filankəs dedi ki, bunun cəriməsi yoxdur. Polisdə deyəcək ki, filankəs mənim üçün qanun deyil (tam haqqlı olaraq) və ya filankəsi çağır gəlsin sənin maşınını burdan çıxarsın.
Nəticə etibarı, mənim dediyim söz ilə hərəkət edən bəzi sürücülər mənə qarşı səhv fikirdə olacaqdılar ki, bilmirsənsə danışma, sən desəndə bizi saxlayıb apardılar "şfrafnoya" və ya sən dediyini elədik indi gəl bizim maşınımızı çıxart və s. və i.
Xülasə... Bizim məqsədimiz sürücüləri səhv yerə yönləndirmək deyil. Əksinə biz qanunu izah edirik və sürücülərdən yol hərəkəti qaydalarına əməl etmələrinə çağırırıq.
Ümid edirəm nə demək istədiyimi anladınız.
Diqqətiniz üçün təşəkkür edirəm.
Hörmətlə...
1 357
https://youtu.be/aX-C1beOYHk
"Airbaglı" sükanı "airbagsız" sükan ilə əvəz etmək olar?
1 357
Əziz dostlar!
Sizləri Müqəddəs *Ramazan* və eyni zamanda *Novruz* Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizlərə can sağlığı, bol ruzi-bərəkət və firavan həyat arzulayıram.
Allah tutduğunuz orucu, qıldığınız namazı, etdiyiniz duaları qəbul və imanınızı kamil eləsin.
Allah təala bizləri mərdiməzardan, şərdən qorusun. Yollarınızda hər zaman yaşıl işıq yansın, qazandıqlarınızı isə cərimələrə deyil, ailənizə xərcləyəsiniz. Amin.
BAYRAMINIZ MÜBARƏK OLSUN!
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 

